Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1097/2026 12.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “A+ CO” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləqayət oğlundan 680,11 manat əsas borc, 80 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 790,11 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət etməsini belə əsaslandırmışdır: “xx.xx.2022-ci il tarixli “mövcud borcun etirafı haqqında” müqavilənin 2.3-cü maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsində həll edilməsi ilə bağlı müddəanın qeyd olunmasına baxmayaraq, MPM-nin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır, MPM-nin 40.1-ci maddəsinə əsasən, müqavilə aidiyyəti ərazi aidiyyətinin pozulmasına yol verməməlidir. Buna görə də Cavabdeh Ləqayət oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul və vergi ödəyicisi olduğu üçün qeydiyyat ünvanına uyğun olaraq kommersiya mübahisəsinin həlli üçün iş Bakı Kommersiya Məhkəməsinə yüklənmişdir.” Lakin qeyd edilməlidir ki, cavabdehin rəsmi qeydiyyat ünvanının ünvan 2rsiya Məhkəməsinə müraciət etsə də, elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumata əsasən cavabdehin rəsmi qeydiyyat ünvanının Naxçıvan MR, Şərur rayonunda yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçının nəzərinə çatdırılmalıdır ki, şəxsin vergi ödəyicisi kimi qeydiyyata alındığı ünvan onun rəsmi qeydiyyat yeri sayılmır. Odur ki, iddia ərizəsi və ödənilmiş dövlət rüsumu aşağıda göstərilən normaların tələbinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı “A+ CO” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ödənilmiş 30 manat dövlət rüsumu (Qəbz № **********) iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1097/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1097/2026
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver