Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1431/2026 17.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə obyektinin təmir-tikinti və yaxşılaşdırılması üçün çəkilmiş xərcin əvəzi olaraq 383096,26 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 674 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, hazırkı işin hakim Günay Namazovanın icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsi üzrə pul və.s” tələbinə dair işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə müəyyən edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsi üzrə pul və.s” tələbinə dair e-2-2(113)-10424/2025 nömrəli kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır və həmin iş məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı qarşı tələbi icarə müqaviləsinin ləğvi, icarə obyektinin boşaldılması və icarə haqqının tutulması, İddiaçı Cavabdeh qarşı tələbi isə icarə obyektinin təmir-tikinti və yaxşılaşdırılması üçün çəkilmiş xərcin əvəzinin ödənilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün, həmçinin prossesual qənaət prinsipi baxımından onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə e-2-2(113)-1431/2026 nömrəli iş daha sonra (xx.xx.2026-cı il) icraata qəbul olunduğundan e-2-2(113)-10424/2025 nömrəli işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair e-2-2(113)-1431/2026 nömrəli iş iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsi üzrə pul və.s” tələbinə dair e-2-2(113)- 10424/2025 nömrəli işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X1 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1431/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1431/2026
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver