Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-144/2026 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh “İri şəhərlərin X3 Xidməti” PHŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçının iştirakı olmadan, İddiaçı2 cavabdeh “İri şəhərlərin X3 Xidməti” PHŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri şəhərlərin X3 Xidməti” PHŞ-nin Sabunçu Rayon Sukanal İdarəsi tərəfindən əsassız olaraq tərtib edilmiş akt əsasında 011573 nömrəli abonent koduna hesblanmış 1857 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkar (VÖEN**********) İddiaçı2 ilə cavabdeh İri şəhərlərin X3 Xidməti” PHŞ nin Sabunçu Rayon Sukanal İdarəsi arasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə dair xx.xx.2004- cü il tarixdə 011573 nömrəli müqavilə bağlanmışdır. İddiaçı suyun dəyərini qeyri yaşayış sahəsində quraşdırılan smart-kart tipli sayğac vasitəsi ilə istifadə etdiyi suyun miqdarına uyğun öncədən ödənişlər etməklə həyata keçirmişdir. 06 noyabr 2025-ci il tarixili AKT № 603697 nömrəli akt tərtib etməklə “İri şəhərlərin X3 Xidməti” PHŞ-nin Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları qanunsuz yoxlama və baxışlar keçirmiş nəticədə əsassız olaraq 1989 manat pul borc olaraq 011573 müqavilə koduna hesablanmışdır. Həmən məbləğin 132 manatı smart karta ödənilən ödənişlər zamanı məcburi olaraq bizdən tutulmuşdur bu səbəbdən hal-hazırda müqavilə kodunda borc məbləği 1857 manat əks olunmaqdadır. Hesab edirik ki, keçirilən yoxlama qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx.xx.2014-cü il tarixli “X2”nın Su təchizatı və kanalizasiya müəssisənin vəzifələri bölməsinin 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların6.18-ci bəndinə müvafiq olaraq STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013- cü il tarixli Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Sözügedən Qanunun 3.2 maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin aparılması qaydası haqqında Əsasnaməmnin 1.4-cü bəndinə əsasən qanunvericiliyə uyğun olaraq sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.7-ci bəndinə müvafiq olaraq Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
3. Cavabdehin nümayəndəsinin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı2 Bakı Kommersiya Məhkəməsinə müraciət edərək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun silinməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasan hesab edirik ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qäydasında rədd edilməlidir. Məlumat üçün bildirirlər ki, istehlakçının su təchizatı, və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş. “X2”na əsasən aparılır. iddiaçı 1989 (min doqquz yüz səksən doqquz) manat məbləğində;^ borcun hesablanmasının əsassız olduğunu iddia edir. Bununla əlaqədar bildirirəm kç 01 .Q3(2004-cü il tarixli müqaviləyə (müqavilə: ********) əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı2 məxsus obyektə (Yuyucu, abonent kodu: 011573) su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir. Həmin obyektin su xətti üzərində sonuncu dəfə xx.xx.2023cü il tarixində SMART CSS markalı, 269987 nömrəli su sayğacı quraşdırılmışdır. Bildirirlər ki, obyektin sayğac sərfiyyatında şübhə yarandığı üçün su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə, Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları 06.11,2025-ciil tarixində iş əmri əsasında (iş əmri 29 şübhəli sərfiyyat) ünvan 1 ünvanında yerləşən İddiaçı2 məxsus obyektin su təchizatı və kanalizasiya sistemlərinə baxış keçirmişlər. Baxış zamanı su təchizatı şəbəkəsinə d=20 mm boru vasitəsi ilə sayğacdan kənar qoşulınaqla sudan qanunsuz istifadə faktı aşkarlanmışdır. Müştəri informasiya sistemində abonentin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumat olmadığına görə sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı vahid məlumat reyestrindən çıxarışın alınması üçün müraciət edilməmişdir. Aşkar olunmuş qanunsuz istifadə faktı ilə bağlı əməkdaşlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq 603697 nömrəli akt tərtib edilmiş, video və fotoşəkillər çəkilmişdir. Bu səbəbdən “X2”na 4 nömrəli əlavəyə uyğun olaraq sudan qanunsuz istifadəyə görə 1989 m3 sərfiyyat hesablanmışdır. Sudan qanunsuz istifadə nəticəsində ”iri Şəhərlərin X3 Xidməti" publik hüquqi şəxsə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2” nın 8.7-ci bəndinə əsasən bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq 1989 (min doqquz yüz səksən doqquz) manat təşkil edir. "iri Şəhərlərin X3 Xidməti" Publik hüquqi şəxs tərəfindən borcun ödənilməsi tələbi ilə abonentin ünvanına bildiriş göndərilmiş, lakin borcun ödənilməsini təmin etməmişdir. ”Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci bəndinə əsasən “Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır”. Həmin Qanunun 72-ci maddəsinə əsasən “Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalan"nın 3.1.1-ci yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM), su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. “X2”nın 4.1-ci bəndinə əsasən istehlakçının vəzifəsi aşağıdakılardır: 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; Göründüyü kimi abonent “Su təchizatı və tullantı suları haqqında” Qanunun, “X2”nın, eləcə də tərəflər arasında bağlanmış müqavilənin tələblərini pozmuş, su qanunvericiliyinin tələblərinə uyğun olaraq hesablanmış 1989 (min doqquz yüz səksən doqquz) manat borcun ödənilməsini təmin etməmişdir. Hesab edirlər ki, su qanunvericiliyinə müvafiq olaraq hesablanmış 1989 manat borc İddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, akt üzrə borc 1989 manatdır. Akta əsasən yazılmış cərimə məbləğindən təxmini 170 manat ödəniş olunmuş və 1820 manat məbləğində borc qalmışdır. Yoxlama Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdir. Yoxlama zamanı çəkilən videogörüntü məhkəməyə təqdim edə bilmirlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Sabunçu rayon Su kanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 603697 saylı aktına əsasən idarənin əməkdaşları tərəfindən İddiaçı2 məxsus Sabunçu rayonu, Elşən Mehdiyev ünvanında yerləşən obyektə baxış keçirildiyi və baxış zamanı yuyucu kimi fəaliyyət göstərən obyekt deromvlik xətt vasitəsi ilə sudan qanunsuz istifadə edildiyi müəyyən edilmiş və video görüntüsü tərəflərindən çəkildiyi qeyd edilmişdir.
9. İddiaçıya məxsus abonent məlumatlarına əsasən noyabr 2025-ci il tarixinə sudan qanunsuz istifadəyə görə akta əsasən 1989 manat məbləğində borc hesablanmış, cari tarixə həmin akt üzrə yekun borc məbləği 1820 manat qeyd edilmişdir.
10. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
11. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixli, 603697 saylı yoxlama aktına əsasən idarənin əməkdaşları tərəfindən Sabunçu rayonu, Elşən Mehdiyev ünvanında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirildiyi və baxış zamanı yuyucu kimi fəaliyyət göstərən obyekt deromvlik xətt vasitəsi ilə sudan qanunsuz istifadə edilmiyi müəyyən edilmiş və video görüntüsü tərəflərindən çəkildiyi qeyd edilmişdir. İddiaçıya məxsus abonent məlumatlarına əsasən noyabr 2025-ci il tarixinə sudan qanunsuz istifadəyə görə 1989 manat məbləğində borc hesablanmış, cari tarixə yekun borc məbləği 1820 manat qeyd edilmişdir. İddiaçı hal-hazırda Sabunçu Rayon Sukanal İdarəsi tərəfindən əsassız olaraq tərtib edilmiş akt əsasında 603697 nömrəli abonent koduna hesblanmış 1857 manat pulun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Cavabdeh isə həmin aktın qanuni olduğunu və iddiaçı tərəfindən qeyri-qanuni qoşulma edərək qanunsuz sudan istifadə etdiyi üçün su qanunvericiliyinə müvafiq olaraq hesablanmış 1989 manat borc əsaslı yazıldığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
13. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
14. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.
15. İşin hallarından göründüyü kimi cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən (qanunsuz qoşulma) istifadə edilməsini təsdiq edən mötəbər sübutları (video və foto çəkilişləri və s.) məhkəməyə təqdim edə bilməmişdir.
16. Belə ki, məhkəməyə sadəcə xx.xx.2025-ci il tarixli, 603697 saylı akt təqdim olunmuş və buna görə də kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.
17. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
20. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
21. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
22. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
24. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
25. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
26. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
27. Göründüyü kimi cavabdeh su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
28. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.
29. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
30. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 1989 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
31. Bundan əlavə iddiaçıya məxsus abonent haqqında məlumatdan da göründüyü kimi iddiaçı tərəfindən akta görə yazılmış borcdan müəyyən gədər ödəniş edilib, qalmış borc məbləği silinməsini xahiş etdiyi 1857 manat deyil, 1820 manatdır. Belə olan halda, iddia tələbi qismən təmin edilməli, akta əsasən bugünə mövcüd olan 1820 manat borc silinməlidir.
32. Məhkəm xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, iddiaçı tərəfindən 33,60 manat dövlət rüsumu ödənilmişdir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 33,60 manat dövlət rüsumu xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh «İri şəhərlərin X5 Xidməti» PHŞ tərəfindən xx.xx.2025-ci il tarixli 603697 saylı akta əsasən İddiaçı2 hesablanmış 1820 manat məbləğində borc 19013942 : 011573 saylı abunə hesabından silinsin. Dövlət rüsumunun əvəzi olaraq 33,60 manat məbləğində pul vəsaiti cavabdeh «İri şəhərlərin X5 Xidməti» PHŞ-dən tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova