Məhkəmə qərarları › İş №e-2-2(4-11)-152/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-152/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-152/2026 12.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2015-ci il tarixli 103/15/SA nömrəli Müqaviləyə əsasənCavabdeh "xxxx" MMC-dənİddiaçı şirkətinin xeyrinə əsas məbləğ üzrə, ümumilikdə, 686,663.11 (altı yüz səksən altı min altı yüz altmış üç manat 11 qəpik) AZN məbləğində borcun və ödənilmiş 977 (doqquz yüz yetmiş yeddi manat) AZN dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2026-cı il tarixə saat 10:30-a, xx.xx.2026-cı il tarixə saat 15:50-ə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi çıxış edərək bildirdi ki, iddiaçı tərəf heç bir üzürlü səbəb göstərmədən 2 iclasdır ki, məhkəmə hazırlıq iclasında iştirak etmir, ona görə də işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə hazırlıq iclaslarına gəlməmişdir və iclaslarda iştirak etməklərinin üzürlü səbəbdən mümkün olmamasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən xx.xx.2026-cı il tarixli **********45 saylı qəbzə əsasən ödənilmiş 977 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar