Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1634/2026 27.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, Cavabdeh iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinin inzibati binasında iş materialları ilə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5811/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5811/2025 saylı qətnaməsindən apellyasiya şikayəti iddia ərizəsi kimi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə Hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yekun olaraq, məhkəmə hesab edir ki, hazırkı ərizə iddia ərizəsi ilə bağlı olmadığından, ərizə geri qaytarılmalıdır. Cavabdeh izah edilsin ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2-2(113)-5811/2025 saylı qətnaməsindən apellyasiya şikayəti ilə, həmin işin daxilində müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.4-cü, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1634/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1634/2026
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver