Məhkəmə qərarları › İş №e-2-2(4-11)-188/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-188/2026

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-188/2026 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Rövşən qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Etibar oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh Etibar oğluna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yuxarıda göstərilən hüquqi və faktiki halları, habelə iş üzrə toplanmış sübutları nəzərə alaraq, qarşı tərəfin (İcarəyə verənin) müqavilə bağlanarkən İcarəçini aldatması, icarəyə verilən obyektin təyinatı və istifadəsi üçün həlledici əhəmiyyət kəsb edən məlumatları bilərəkdən gizlətməsi, eləcə də bağlanmış icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozması səbəbindən həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Eyni zamanda, qarşı tərəfin yanıldıcı və aldadıcı hərəkətləri, habelə müqavilə öhdəliklərini pozması nəticəsində İcarəçiyə vurulmuş ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində maddi ziyanın (buraya daxildir: obyekt üzrə aparılmış təmir-tikinti işlərinə çəkilmiş xərclərin, alınmış və quraşdırılmış avadanlıqların dəyərinin, havalandırma sisteminin qurulmasına sərf olunmuş vəsaitlərin, lisenziya və müvafiq icazələrin alınması üçün edilmiş müraciət xərclərinin, ödənilmiş avans və icarə haqları üzrə faktiki itkilərin) qarşı tərəfdən tam həcmdə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Bununla yanaşı, İcarəçinin hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə göstərilmiş hüquqi xidmətlərə görə ödənilmiş 900 (doqquz yüz) manat məbləğində vəsaitin, eləcə də iş üzrə məhkəməyə ödənilmiş 257.7 (iki yüz əlli yeddi manat, yetmiş qəpik) AZN dövlət rüsumunun müvafiq qaydada cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-9111/2025 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-yə qarşı icarə müqaviləsi üzrə pulun tutulması barədə 2(113)-9111/2025 nömrəli kommersiya işi eyni məhkəmədə hakim Kənan Hüseynovun icraatındadır. Həmçinin tərəfimizdən də O. Nağıyevə qarşı "icarə müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia tələbi irəli sürülmüşdür. Hər iki işin bir-biri ilə qarşılıqlı əlaqəsi, həmçinin prosessual qənaət prinsipi baxımından hər iki iddiaya birlikdə baxılması mümkün olduğundan icraatınızda olan işin 2(113)-9111/2025 nömrəli işə birləşdirməyiniz xahiş olunur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək, vəsatəti müdafiə etdi və işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hər iki iş üzrə tərəflər eyni olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün iddiaçı "xxxx" MMC-nin Cavabdeh Etibar oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iş (İş № e-2-2(4-11)- 188/2026) məhkəmənin icraatında olan iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı icarə müqaviləsi üzrə pulun tutulması tələbinə dair işlə (İş № e-2-2(113)-9111/2025) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh Etibar oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iş (İş № e e-2-2(4-11)-188/2026) məhkəmənin icraatında olan iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı icarə müqaviləsi üzrə pulun tutulması tələbinə dair işlə (İş № e-2-2(113)-9111/2025) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar