Məhkəmə qərarları › İş №e-2-2(4-11)-2163/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-2163/2026

19.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-2163/2026 19.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC xx.xx.2026-cı il tarixdə cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Materiallardan görünür ki, hazırkı iddia ərizəsi ilə bağlı iddiaçı tərəfindən 2132,06 manat dövlət rüsumu ödənilməli olduğu halda, hazırkı iddia ərizəsi ilə bağlı iddiaçı tərəfindən ümumiyyətlə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı "xxxx" MMCyə geri qaytarılsın. İddiaçı "xxxx" MMC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar