Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-317/2026 24.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92078,94 (doxsan iki min yetmiş səkkiz manat doxsan dörd qəpik) manat (ƏDV daxil) borc məbləği, eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 367 (üç yüz altmış yeddi) manat dövlət rüsumu, həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 1500 (bir min beş yüz) manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 10 fevral 2026-cı il tarixli barışıq sazişindən görünür ki:
1. Sazişin predmeti 1.1. Bu barışıq sazişi İddiaçı MMC ilə Cavabdeh MMC arasında yaranmış mübahisənin tənzimlənməsi məqsədilə bağlanır. 1.2. Mübahisə tərəflər arasında bağlanmış 09 aprel 2025-ci il tarixli, 90/25 saylı müqavilə çərçivəsində yerinə yetirilmiş işlər, göstərilmiş xidmətlər və bu işlərə görə ödəniş öhdəliklərinin icrası, habelə tərəflərin qarşılıqlı maliyyə tələbləri, hesablaşmaların düzgünlüyü və öhdəliklərin həcmi ilə bağlıdır. Tərəflər qeyd olunan məsələlər üzrə yaranmış fikir ayrılıqlarının məhkəmədənkənar qaydada, qarşılıqlı güzəştlər əsasında və könüllü olaraq həll edilməsi məqsədilə bu barışıq sazişini bağlayırlar.
2. Tərəflərin əldə etdikləri razılaşma 2.1. Bu barışıq sazişinin şərtlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə qarşı e-2-2(4-11)-317/2026 saylı iş üzrə icraata, bağlanmış barışıq sazişinə əsasən xitam verilir və bununla əlaqədar olaraq İddiaçı tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ” e-16(4-11)-92/2026 saylı iş üzrə qəbul olunmuş qərardadla Cavabdeh mülkiyyətində olan əmlaklar üzərinə 92078,94 manat (doxsan iki min yetmiş səkkiz manat doxsan dörd qəpik) həcmində (bank hesabları üzərinə qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) qoyulmuş həbsin qoyulmasına dair qərardad məhkəmə tərəfindən ləğv olunur. 2.2. e-16(4-11)-92/2026 saylı iş üzrə qəbul olunmuş qərardad ləğv olunduqdan və əmlaklar, hesab üzərindən qoyulmuş həbs götürüldüyü tarixdən etibarən 5 (beş) iş günü müddətində Cavabdeh MMC İddiaçı MMC-nin bank hesabına 20000 (iyirmi min) manat məbləğində ödəniş həyata keçirir. 2.3. Qalan 54033 (əlli dörd min otuz üç) manat məbləğ isə 2026-cı ilin mart ayının sonunadək ödənilməlidir. Beləliklə, Cavabdeh MMC bu barışıq sazişi çərçivəsində İddiaçı şirkətinə cəmi 74033 (yetmiş dörd min otuz üç) manat məbləğində vəsait ödəyir. 2.4. 74033 manat məbləğ ƏDV xaric göstərilmişdir. 2.5. Saziş məhkəmə qərardadı ilə təsdiq olunduqdan sonra, öhdəliklər 2 (iki) ay müddətinə icra olunur. Barışıq sazişi üzrə öhtəliklər 2 ay ərzində tam icra olunmazsa, öhtəliyi icra etməyən tərəfə sazişin predtmetini təşkil edən 74033 manat vəsaitin gecikdirilmiş hər gün üçün 0.3% məbləğində dəbbə pulu hesablanacaqdır. 2.6. İddiaçı tərəfindən vəkilə ödənilən məbləğ, yəni 1500 manat məbləği cavabdeh iddiaçıya 2026-cı ilin mart ayının sonunadək ödəməyi öhdəsinə götürür.
3. Xüsusi şərtlər: 3.1. Tərəflər mübahisə ilə bağlı bütün məsələlərdə tam razılığa gəldiklərinə görə birbirlərinə qarşı bütün iddialarından əl çəkməyi və Sazişin 2 -ci maddəsində göstərilənlərlə bağlı bir daha məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər. 3.2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması səbəbi ilə iş üzrə icraata xitam verilməsinin nəticələri tərəflərə aydındır. Tərəflər tam başa düşürlər ki, bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra hazırki iş üzrə icraata xitam veriləcəkdir. 3.3 Tərəflər, bəyan edirlər ki, bu barışıq sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir. 3.4. Bu barışıq sazişi iş məhkəmə qərardadı ilə nəticələndiyi andan hüquqi qüvvəyə minir. 3.5. Bu barışıq sazişi 2 vərəqdən ibarət olmaqla 3 (üç) nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir. Hər bir tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilməsi üçün məhkəməyə təqdim edilir. 3.6. Yuxarıda qeyd edilənləri nəzərə alaraq tərəflər bu barışıq sazişini imzalayır və sazişin təsdiq olunmasını, onun bütün bəndlərində göstərilən müddəaları təsdiq və ehtiva edən qərardad çıxarılmasını və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(4- 11)-317/2026 saylı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 10 fevral 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:
1. Sazişin predmeti 1.1. Bu barışıq sazişi İddiaçı MMC ilə Cavabdeh MMC arasında yaranmış mübahisənin tənzimlənməsi məqsədilə bağlanır. 1.2. Mübahisə tərəflər arasında bağlanmış 09 aprel 2025-ci il tarixli, 90/25 saylı müqavilə çərçivəsində yerinə yetirilmiş işlər, göstərilmiş xidmətlər və bu işlərə görə ödəniş öhdəliklərinin icrası, habelə tərəflərin qarşılıqlı maliyyə tələbləri, hesablaşmaların düzgünlüyü və öhdəliklərin həcmi ilə bağlıdır. Tərəflər qeyd olunan məsələlər üzrə yaranmış fikir ayrılıqlarının məhkəmədənkənar qaydada, qarşılıqlı güzəştlər əsasında və könüllü olaraq həll edilməsi məqsədilə bu barışıq sazişini bağlayırlar.
2. Tərəflərin əldə etdikləri razılaşma 2.1. Bu barışıq sazişinin şərtlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə qarşı e-2-2(4-11)-317/2026 saylı iş üzrə icraata, bağlanmış barışıq sazişinə əsasən xitam verilir və bununla əlaqədar olaraq İddiaçı tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ” e-16(4-11)-92/2026 saylı iş üzrə qəbul olunmuş qərardadla Cavabdeh mülkiyyətində olan əmlaklar üzərinə 92078,94 manat (doxsan iki min yetmiş səkkiz manat doxsan dörd qəpik) həcmində (bank hesabları üzərinə qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) qoyulmuş həbsin qoyulmasına dair qərardad məhkəmə tərəfindən ləğv olunur. 2.2. e-16(4-11)-92/2026 saylı iş üzrə qəbul olunmuş qərardad ləğv olunduqdan və əmlaklar, hesab üzərindən qoyulmuş həbs götürüldüyü tarixdən etibarən 5 (beş) iş günü müddətində Cavabdeh MMC İddiaçı MMC-nin bank hesabına 20000 (iyirmi min) manat məbləğində ödəniş həyata keçirir. 2.3. Qalan 54033 (əlli dörd min otuz üç) manat məbləğ isə 2026-cı ilin mart ayının sonunadək ödənilməlidir. Beləliklə, Cavabdeh MMC bu barışıq sazişi çərçivəsində İddiaçı şirkətinə cəmi 74033 (yetmiş dörd min otuz üç) manat məbləğində vəsait ödəyir. 2.4. 74033 manat məbləğ ƏDV xaric göstərilmişdir. 2.5. Saziş məhkəmə qərardadı ilə təsdiq olunduqdan sonra, öhdəliklər 2 (iki) ay müddətinə icra olunur. Barışıq sazişi üzrə öhtəliklər 2 ay ərzində tam icra olunmazsa, öhtəliyi icra etməyən tərəfə sazişin predtmetini təşkil edən 74033 manat vəsaitin gecikdirilmiş hər gün üçün 0.3% məbləğində dəbbə pulu hesablanacaqdır. 2.6. İddiaçı tərəfindən vəkilə ödənilən məbləğ yəni 1500 manat məbləği cavabdeh iddiaçıya 2026-cı ilin mart ayının sonunadək ödəməyi öhdəsinə götürür.
3. Xüsusi şərtlər: 3.1. Tərəflər mübahisə ilə bağlı bütün məsələlərdə tam razılığa gəldiklərinə görə birbirlərinə qarşı bütün iddialarından əl çəkməyi və Sazişin 2 -ci maddəsində göstərilənlərlə bağlı bir daha məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər. 3.2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması səbəbi ilə iş üzrə icraata xitam verilməsinin nəticələri tərəflərə aydındır. Tərəflər tam başa düşürlər ki, bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra hazırki iş üzrə icraata xitam veriləcəkdir. 3.3 Tərəflər, bəyan edirlər ki, bu barışıq sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir. 3.4. Bu barışıq sazişi iş məhkəmə qərardadı ilə nəticələndiyi andan hüquqi qüvvəyə minir. 3.5. Bu barışıq sazişi 2 vərəqdən ibarət olmaqla 3 (üç) nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir. Hər bir tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilməsi üçün məhkəməyə təqdim edilir. 3.6. Yuxarıda qeyd edilənləri nəzərə alaraq tərəflər bu barışıq sazişini imzalayır və sazişin təsdiq olunmasını, onun bütün bəndlərində göstərilən müddəaları təsdiq və ehtiva edən qərardad çıxarılmasını və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(4- 11)-317/2026 saylı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova