Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-465/2026 23.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsini Bakı Kommersiya Məhkəməsinin inzibati binasında iş materialları ilə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Mübahisəli obyektdə yerləşən və İddiaçı MMC-yə məxsus olan bütün idman avadanlıqlarının siyahiya alınması; həmin idman avadanlıqları üzərinə həbs qoyulması; Cavabdeh Məmmədova Alina Vyaçeslavovnaya və onun adından hərəkət edən şəxslərə bu avadanlıqlardan istifadə edilməsinin qadağan olunması; Müvəqqəti təminat tədbiri barədə qərarın dərhal icraya yönəldilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə ərizəçi MTT ərizəsini sadələşdirilmiş icraat formasında verdiyindən ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Mülki Prossesual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-465/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-465/2026
23.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver