Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-489/2026 04.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsini iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 17 yanvar 2026-cı il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh2 mübahisəli obyektdən çıxarılması; Obyektdə yerləşən bütün avadanlıqların iddiaçılara naturada təhvil verilməsinin təmin edilməsi; 4. Məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 17 yanvar 2026-cı il tarixli icarə müqaviləsini etibarsız hesab edilməsi; Cavabdeh2 mübahisəli obyektdən çıxarılması; Obyektdə yerləşən bütün avadanlıqların iddiaçılara naturada təhvil verilməsini təmin edilməsi; Məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(4-11)- 489/2026 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, X1 iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, X2 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddia ərizəsi vermişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından, X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 151-152, 155, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Cavabdeh2 və Cavabdeh1 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və s.tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-489/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-489/2026
04.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver