Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-858/2026 17.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 2189.45 manat əsas borc, 272.88 manat faiz borcu və 56.84 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2519.17 AZN borcun və 45.19 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh4 İddiaçı ASC dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən əsasən Cavabdeh4 İddiaçı ASC-dən illik 25% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin dekabr 16-dək Cavabdeh4 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2189.45 manat əsas borc, 272.88 manat faiz borcu və 113.67 manat cərimə borcu, ümumilikdə cəmi 2576 AZN borcu vardır. Cavabdeh4 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 113.67 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 56.84 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. - Məhkəmə təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
5. İş materiallarına əlavə edilmiş:
6. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borcalana 100.000 manat məbləğində aylıq 2,50 % olmaqla kredit limiti ayrılmış və kreditin müddəti 120 ay nəzərdə tutulmuşdur.
7. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 29-MCR-1- 1206-21/3 saylı bank xidmətlərinin göstərilməsi üzrə standart əlavə şərtlərə 5 nömrəli Əlavəyə əsasən Cavabdeh4 10.000 manat məbləğində aylıq 1.92 % olmaqla 24 ay müddətinə kredit verilmişdir.
8. xx.xx.2023-cü il tarixli, 29-MCR-1-1206-21/3 saylı müqaviləyə əlavə edilən 01 nömrəli, xx.xx.2025-ci il tarixli Sazişdən görünür ki, Cavabdeh4 veriləcək kreditin məbləği restruktruzasiya edilərək 2.941,71 manat məbləğində müəyyən edilmiş və illik 25 % olmaqla 13 ay (xx.xx.2026-cı il tarixədək) müddətinə verilmişdir.
9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/13778/21 nömrəli, Cavabdeh3 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, Z/15678/22 nömrəli, Cavabdeh2 ilə bağlanmış xx.xx.2023-cü il tarixli, Z/10074/23 nömrəli zaminlik müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə ilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
10. Yuxarıda göstərilən zaminlik müqavilələrinə xx.xx.2025-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılmasının son müddəti xx.xx.2026-cı il tarixi, kreditin illik faiz dərəcəsi 25 % müəyyən edilmişdir.
11. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh4 2189.45 manat məbləğində əsas bоrcu, 272.88 manat məbləğində faiz bоrcu və 113.67 manat məbləğində cərimə borcu, cəmi 2576 manat borcu vardır.
12. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə tərtib edilmiş ödəniş planından görünür ki, Cavabdeh4 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 10.000 manat əsas məbləğ, 2.569,61 manat faiz məbləği olmaqla, cəmi 12.569,61 manat İddiaçı ASC-yə pul vəsaiti ödəməlidir.
13. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli yeni ödəniş planından görünür ki, Cavabdeh4 xx.xx.2025ci il tarixdən xx.xx.2026-cı il tarixədək 2.941,71 manat əsas məbləğ, 443,61 manat faiz məbləği olmaqla, cəmi 3.385,32 manat İddiaçı ASC-yə pul vəsaiti ödəməlidir. Yeni ödəniş planından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi restruktruzasiya olunmuş və yeni məbləğdə təsdiq edilmişdir. Kredit illik 25% ilə 13 ay müddətinə verilmişdir.
14. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
15. 26.01.2026-cı il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 45,19 manat məbləğində dövlət rüsumu ödəmişdir.
16. Beləliklə, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə aylıq 2,50 faiz olmaqla 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli, 29-MCR-1-1206- 21/3 nömrəli bank xidmətlərinin göstərilməsi üzrə standart əlavə şərtlərə 5 nömrəli Əlavə bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh4 aylıq 1,92 faiz olmaqla 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Sonradan isə xx.xx.2023-cü il tarixli, 29-MCR-1-1206-21/3 saylı müqaviləyə əlavə edilən 01 nömrəli, xx.xx.2025-ci il tarixli Sazişlə kreditin məbləği restruktruzasiya edilərək 2.941,71 manat məbləğində müəyyən edilmiş və illik 25 % olmaqla 13 ay müddətinə verilmişdir. Dəyişikliklə kreditin müddəti xx.xx.2026-cı il tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik 25 faiz razılaşdırılmış, yeni ödəniş cədvəli təyin edilmişdir. Həmin kredit öhdəliklərinin təminatı məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, Z/13778/21 nömrəli, Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli, Z/15678/22 nömrəli və Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli, Z/10074/23 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər borcalanın kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri tam və ya qismən icra etmədiyi halda həmin öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüş, müqavilənin 4.1-ci bəndinə əsasən isə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bankın təqdim etdiyi maliyyə arayışına görə borcalanın xx.xx.2025-ci il tarixə əsas borc üzrə 2189,45 manat, faiz borcu üzrə 272,88 manat və cərimə borcu üzrə borcu 113,67 manat yaranmışdır. xx.xx.2025-ci il tarixdə mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı Bank tərəfindən borcalana pretenziya göndərilmiş və 5 gün ərzində kredit müqaviləsi üzrə bütün borcun ödənilməsi tələb edilmişdir. Lakin mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır.
17. İşin müəyyən edilmiş halları baxımından aşağıda göstərilən normalara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Göründüyü kimi iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixində 2.941,71 manat məbləğində xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək qaytarmaq şərtilə illik 25 faizlə kredit vermişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərində zaminlik müqavilələri bağlanmışdır. Kreditor, yəni İddiaçı ASC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmış və iddiaçının tələbi haqlıdır.
20. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq hesab edirəm ki, tərəflər arasındakı müqaviləyə əsasən 2189.45 manat məbləğində əsas borc, 272.88 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir.
21. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında imzalanmış müqaviləyə əsasən hesablanmış 56.84 manat məbləğində cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
22. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən 56.84 manat cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır.
23. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 56.84 manat məbləğində cərimə məbləği tutulmalıdır.
24. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 45,19 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2189.45 (iki min yüz səksən doqquz manat qırx beş qəpik) manat, faiz borcuna görə 272.88 (iki yüz yetmiş iki manat səksən səkkiz qəpik) manat, cərimə borcuna görə 56.84 (əlli altı manat səksən dörd qəpik) manat olmaqla, cəmi 2.519.17 (iki min beş yüz on doqquz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti və 45,19 (qırx beş manat on doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev