Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(4-12)-163/2026 28.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli RBYF-7507 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşmaya əsasən əsas borca görə 5997,7 manat, faiz borcuna görə 450,25 manat manat olmaqla, cəmi 6447,95 manat borcun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91,10 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91,10 kv.m olan qeyri yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2024-cü il tarixli RBYF-7507 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşma üzrə olan cəmi 6447,95 manat məbləğində borcunun həmçinin ödənilmiş cəmi 220 manat rüsumların İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli RBYF-7507 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşma üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatdan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qeydə alındığı yer müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 19 və Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 39, mənzil 7-dir. Bu səbəbdən də hazırki iddia ərizəsinə cavabdehlərin rəsmi qeydə alındığı yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarının 20.5-ci bəndinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qeydə alındığı yer müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 19 və Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 39, mənzil 7 olduğundan və həmin ərazi Gəncə Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid olmadığından hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267, 284-3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə ödənilmiş 85 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(4-12)-163/2026
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-12)-163/2026
28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver