Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-2/2026 27.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 3514,8 (üç min beş yüz on dörd manat, səksən qəpik) manat məbləğində əsas borc, 5,48 (beş manat, qırx səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3520,28 (üç min beş yüz iyirmi manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 55,30 (əlli beş manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Giləzi qəsəbəsi, Araz Rüstəmov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147.8 kv.m.-dən ibarət fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 09 yanvar 2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 08 sentyabr 2020-ci il tarixli 071K nömrəli restrukturizasiya müqaviləsi üzrə 1488,96 (min dörd yüz səksən səkkiz manat, doxsan altı qəpik) manat məbləğində əsas borc, 0,96 (doxsan altı qəpik) manat məbləğində faiz borcu üzrə olmaqla, cəmi 1489,92 (min dörd yüz səksən doqquz manat, doxsan iki qəpik) manat məbləğində borcun, 08 sentyabr 2020-ci il tarixli 073S nömrəli restrukturizasiya müqaviləsinə əsasən 1497,1 (min dörd yüz doxsan yeddi manat, on qəpik) manat məbləğində əsas borc, 0,95 (doxsan beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1498,05 (min dörd yüz doxsan səkkiz manat, beş qəpik) manat, ümumilikdə 2986,06 (iki min doqquz yüz səksən altı manat, altı qəpik) manat məbləğində əsas borc, 1,91 (bir manat, doxsan bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2987,97 (iki min doqquz yüz səksən yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 55,3 (əlli beş manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Giləzi qəsəbəsi, Araz Rüstəmov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147,8 kv.m.-dən ibarət fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 27 yanvar 2026-cı il tarixdə məhkəməyə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 08 sentyabr 2020-ci il tarixli 071K nömrəli restrukturizasiya müqaviləsi üzrə 1488,96 (min dörd yüz səksən səkkiz manat, doxsan altı qəpik) manat məbləğində əsas borc, 2,56 (iki manat, əlli altı qəpik) manat məbləğində faiz borcu üzrə olmaqla, cəmi 1491,52 (min dörd yüz doxsan bir manat, əlli iki qəpik) manat məbləğində borcun, 08 sentyabr 2020-ci il tarixli 073S nömrəli restrukturizasiya müqaviləsinə əsasən 1349,35 (min üç yüz qırx doqquz manat, otuz beş qəpik) manat məbləğində əsas borc üzrə, 0,3 (otuz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1349,65 (min üç yüz qırx doqquz manat, altmış beş qəpik) manat, ümumilikdə 2838,31 (iki min səkkiz yüz otuz səkkiz manat, otuz bir qəpik) manat məbləğində əsas borc, 2,86 (iki manat, səksən altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2841,17 (iki min səkkiz yüz qırx bir manat, on yeddi qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 55,3 (əlli beş manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Giləzi qəsəbəsi, Araz Rüstəmov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147,8 kv.m.-dən ibarət fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi cari tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə icra etdiklərini qeyd edərək iddia ərizəsinin və və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək izahatında bildirdi ki, cavabdehlər tərəfindən iddia tələbini təşkil edən borc məbləği tamamilə ödənilmişdir. Bununla bağlı maliyyə arayışı və hesabdan çıxarış sənədləri məhkəməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsi məhkəmədən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirik. Cavabdehlər məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55,3 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsinin ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən **********91 nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 55,3 (əlli beş manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi: 19 dekabr 2025-ci il; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-2/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-2/2026
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver