Məhkəmə qərarları › İş №e-2-2(4-13)-203/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-203/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(4-13)-203/2026 13.03.2026 SUMQAYIT KOMMERSIYA MƏHKƏMƏSI Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı İddiaçı tərəfindən cavabdehlər Kazımov İlham Bafadar oğluna və cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı sadələşdirilmiş icraat qaydasında cavabdehlər Kazımov İlham Bafadar oğluna və cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ## ###### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1091,56 (min doxsan bir manat əlli altı qəpik) manat məbləğində əsas bоrc, 107,93 (yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində faiz bоrcu və 36,89 (otuz altı manat səksən doqquz qəpik) manat məbləğində cərimə, ## ####### 2024 -cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 7027,09 (yeddi min iyirmi yeddi manat doqquz qəpik) manat məbləğində əsas bоrc, 897,86 (səkkiz yüz doxsan yeddi manat səksən altı qəpik) manat məbləğində faiz bоrcu və 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 9401,66 (doqquz min dörd yüz bir manat altmış altı qəpik) manat məbləğində borcun və 114,02 (yüz on dörd manat iki qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Kazımov İlham Bafadar oğlu və zamin cavabdeh2 arasında bağlanmış ## #### 2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Kazımov İlham Bafadar oğluna 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Kazımov İlham Bafadar oğlu İddiaçı ilə bağladığı ## ###### 2024-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Kazımov İlham Bafadar oğlu götürdüyü krеdit bоrcundan 908,44 manat ödəmiş, onun 1091,56 manat məbləğində əsas borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Kazımov İlham Bafadar oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ## ###### 2025-ci il tarixə 169 gün üçün hesablanmış faiz borcu 107,93 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. ## ###### 2025-ci il tarixə 169 gün üçün hеsablanmış cərimə 36,89 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Kazımov İlham Bafadar oğlu İddiaçı ilə bağladığı ## ####### 2024-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) mana məbləğində məbləğində kredit götürmüşdür. O, ## ### 2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Kazımov İlham Bafadar oğlu götürdüyü krеdit bоrcundan 972,91 manat ödəmiş, onun 7027,09 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən Kazımov İlham Bafadar oğlunun ## ###### 2025-ci il tarixə 203 gün üçün hesablanmış faiz borcu 897,86 manat, cərimə borcu 240,33 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı İddiaçı cavabdehlər Kazımov İlham Bafadar oğluna və cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı – “bank” və Kazımov İlham Bafadar oğlu – “kredit alan” və cavabdeh2 – “zamin” olmaqla bağlanmış ## #### 2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə görə kredit alana 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı – “bank” və Kazımov İlham Bafadar oğlu – “kredit alan” olmaqla bağlanmış ## ###### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 2000 (iki min) manat olan biznes kreditini faiz dərəcəsi 2,0833% olmaqla 18 ay müddətidə kredit alana verir. ## ###### 2024-cü il tarixli ödəniş planında borcalan Kazımov İlham Bafadar oğlunun banka olan borcunun son ödəniş tarixi ## ###### 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Kazımov İlham Bafadar oğlunun imzası ilə təsdiq edilmişdir. İddiaçı – “bank” və Kazımov İlham Bafadar oğlu – “kredit alan” olmaqla bağlanmış ## ####### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 8000 (səkkiz min) manat olan biznes kreditini faiz dərəcəsi 2,0833% olmaqla 36 ay müddətidə kredit alana verir. ## ####### 2024-cü il tarixli ödəniş planında borcalan Kazımov İlham Bafadar oğlunun banka olan borcunun son ödəniş tarixi ## ####### 2027-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Kazımov İlham Bafadar oğlunun imzası ilə təsdiq edilmişdir. ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Kazımov İlham Bafadar oğlunun ## ###### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə ## ###### 2025-ci il tarixinə İddiaçı 1091,56 (min doxsan bir manat əlli altı qəpik) manat məbləğində əsas bоrc, 107,93 (yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində faiz bоrcu və 36,89 (otuz altı manat səksən doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1236,38 (min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində borcu vardır. ## ###### 2025-ci maliyyə arayışından görünür ki, borcalan Kazımov İlham Bafadar oğlunun ## ####### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə ## ###### 2025-ci il tarixinə İddiaçı 7027,09 (yeddi min iyirmi yeddi manat doqquz qəpik) manat məbləğində krеdit bоrcu, 897,86 (səkkiz yüz doxsan yeddi manat səksən altı qəpik) manat məbləğində faiz bоrcu və 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8165,28 (səkkiz min yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən cavabdehlər Kazımov İlham Bafadar oğluna və cavabdeh2 ## ###### 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilərək ## ###### 2024-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 1091,56 (min doxsan bir manat əlli altı qəpik) manat məbləğində əsas bоrc, 107,93 (yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində faiz bоrcu və 36,89 (otuz altı manat səksən doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1236,38 (min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində, ## ####### 2024-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 7027,09 (yeddi min iyirmi yeddi manat doqquz qəpik) manat məbləğində krеdit bоrcu, 897,86 (səkkiz yüz doxsan yeddi manat səksən altı qəpik) manat məbləğində faiz bоrcu və 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8165,28 (səkkiz min yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni ## ###### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmada və ## ####### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmada nəzərdə tutulan pul vəsaitini borcalan Kazımov İlham Bafadar oğluna vermişdir. Lakin Kazımov İlham Bafadar oğlu ## #### 2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsini, ## ###### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmanı və ## ####### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh Kazımov İlham Bafadar oğlu arasında bağlanmış ## ###### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1091,56 (min doxsan bir manat əlli altı qəpik) manat məbləğində əsas bоrc, 107,93 (yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində faiz bоrcu, 36,89 (otuz altı manat səksən doqquz qəpik) manat məbləğində cərimə və ## ####### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 7027,09 (yeddi min iyirmi yeddi manat doqquz qəpik) manat məbləğində əsas bоrc, 897,86 (səkkiz yüz doxsan yeddi manat səksən altı qəpik) manat məbləğində faiz bоrcu, 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ## #### 2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “114,02 (yüz on dörd manat iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli ************ nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 114,02 (yüz on dörd manat iki qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 114,02 (yüz on dörd manat iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Kazımov İlham Bafadar oğlundan və cavabdeh2 müştərək qaydada ## ###### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1091,56 (min doxsan bir manat əlli altı qəpik) manat məbləğində əsas bоrc, 107,93 (yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində faiz bоrcu, 36,89 (otuz altı manat səksən doqquz qəpik) manat məbləğində cərimə, ## ####### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 7027,09 (yeddi min iyirmi yeddi manat doqquz qəpik) manat məbləğində əsas bоrc, 897,86 (səkkiz yüz doxsan yeddi manat səksən altı qəpik) manat məbləğində faiz bоrcu, 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə və 114,02 (yüz on dörd manat iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9515,68 (doqquz min beş yüz on beş manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Kazımov İlham Bafadar oğlundan və cavabdeh2 müştərək qaydada ## ###### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1091,56 (min doxsan bir manat əlli altı qəpik) manat məbləğində əsas bоrc, 107,93 (yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində faiz bоrcu, 36,89 (otuz altı manat səksən doqquz qəpik) manat məbləğində cərimə, ## ####### 2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 7027,09 (yeddi min iyirmi yeddi manat doqquz qəpik) manat məbləğində əsas bоrc, 897,86 (səkkiz yüz doxsan yeddi manat səksən altı qəpik) manat məbləğində faiz bоrcu, 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə və 114,02 (yüz on dörd manat iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9515,68 (doqquz min beş yüz on beş manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar