Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(4-13)-256/2026 17.03.2026 SUMQAYIT KOMMERSIYA MƏHKƏMƏSI Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh1 İsrafil oğluna qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər cavabdeh2 və cavabdeh1 İsrafil oğluna qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 7171,94 (yeddi min yüz yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 512,66 (beş yüz on iki manat altmış altı qəpik) manat məbləğində faiz borcu və 8,56 (səkkiz manat əlli altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7693,16 (yeddi min altı yüz doxsan üç manat on altı qəpik) manat məbləğində borcun və 96,93 (doxsan altı manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ######## 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. 12 sentyabr 2023cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq ## ######## 2023 -cü il tarixdə cavabdeh1 İsrafil oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. ## ###### 2024cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 21% olmaqla 36 ay müddətinə 13000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin ######ın #-dək cavabdeh2 banka 7171,94 manat əsas borc, 512,66 manat faiz borcu və 8,56 manat cərimə borcu olmaqla, ümumilikdə 7693,16 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 İsrafil oğluna qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri cavabdeh2 arasında bağlanmış ## ######## 2023-cü il tarixli **-MCR-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən cavabdeh2 120 ay müddətinə aylıq dərəcəsi 2,50 % olmaqla 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## ###### 2024-cü il tarixli, **-MCR-*-***- **/SMS_LOAN_********** nömrəli kredit müqaviləsinə əsasən borcalan cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 % olmaqla 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin cavabdeh1 İsrafil oğlu arasında bağlanmış ## ######## 2023-cü il tarixli Z/*****/** nömrəli zaminlik müqaviləsinə əsasən zamin ## ######## 2023-cü il tarixli **-MCR-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ## ###### 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan cavabdeh2 ## ###### 2024-cü il tarixli **-MCR-*-***-**/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7171,94 (yeddi min yüz yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində əsas bоrc, 512,66 (beş yüz on iki manat altmış altı qəpik) manat məbləğində faiz borcu və 8,56 (səkkiz manat əlli altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7693,16 (yeddi min altı yüz doxsan üç manat on altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan ## #### 2026-cı il tarixli maliyyə arayışından görünür ki, borcalan cavabdeh2 ## ###### 2024-cü il tarixli **-MCR-*-***-**/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə ## #### 2026-cı il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6536,03 (altı min beş yüz otuz altı manat üç qəpik) manat məbləğində əsas borc, 753,08 (yeddi yüz əlli üç manat səkkiz qəpik) manat məbləğində faiz borcu və 25,51 (iyirmi beş manat əlli bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7314,62 (yeddi min üç yüz on dörd manat altmış iki qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh cavabdeh2 tərəfindən ## ###### 2025-ci il tarixdə 100 manat ödəniş həyata keçirilmiş, ondan 23,72 manat əsas borca, 69,34 manat faiz borcuna, 5,94 manat cərimə borcuna silinmişdir. ## ###### 2025-ci il tarixdə 100 manat ödəniş həyata keçirilmiş, ondan 23,45 manat əsas borca, 75,01 manat faiz borcuna, 0,54 manat cərimə borcuna silinmişdir. ## ###### 2025 -ci il tarixdə 100 manat ödəniş həyata keçirilmiş, ondan 97,33 manat əsas borca, 1,67 manat cərimə borcuna silinmişdir. ## ###### 2026-cı il tarixdə 250 manat ödəniş həyata keçirilmiş, ondan 243,91 manat əsas borca, 3,59 manat cərimə borcuna silinmişdir. ## ###### 2026-cı il tarixdə 250 manat ödəniş həyata keçirilmiş, ondan 247,50 manat əsas borca silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, ## ######## 2023-cü il tarixli 23-MCR-1-880-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma və ## ###### 2024-cü il tarixli **-MCR-*-***-**/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kreditin verilməsinə dair razılaşma üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borc iddiaçının xeyrinə tutulmalıdır. ## ###### 2024-cü il tarixli, **-MCR-*-***-**/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən ## #### 2026-cı il tarixdə təqdim edilmiş maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, ## #### 2026-cı il tarixdə təqdim olunmuş maliyyə arayışında cavabdeh2 ## ###### 2024cü il tarixli **-MCR-*-***-**/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6536,03 (altı min beş yüz otuz altı manat üç qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, ## ###### 2024-cü il tarixli **-MCR-*-***-**/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 6536,03 (altı min beş yüz otuz altı manat üç qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırarkən ## ###### 2024-cü il tarixli **- MCR-*-***-**/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə hesablanmış 512,66 (beş yüz on iki manat altmış altı qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə ## ###### 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Buna baxmayaraq həmin tarixdən sonra da bank tərəfindən faiz borcu kredit razılaşmasındakı illik faiz dərəcəsi ilə hesablanmış və ## ###### 2024-cü il tarixli **-MCR-*-***-**/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixdə ödənilmiş 100 manatın 69,34 manat hissəsini və ## ###### 2025-ci il tarixdə ödənilmiş 100 manatın 75,01 manat hissəsini faiz borcundan silmişdir. Buna görə iddia tələbi “512,66 (beş yüz on iki manat altmış altı qəpik) manat faiz borcunun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, həmin müqavilə üzrə 368,31 manat (xəbərdarlıq məktubunun göndərildiyi ## ###### 2025-ci il tarixinə hesablanmış 512,66 manat - 69,34 manat – 75,01 maant = 368,31 manat) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin “## ###### 2024-cü il tarixli, **-MCR-*-***- **/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 8,56 (səkkiz manat əlli altı qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ## ######## 2023-cü il tarixli Z/*****/** nömrəli zaminlik müqaviləsinə əsasən zamin cavabdeh1 İsrafil oğlu ## ######## 2023-cü il tarixli **-MCR-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada 96,93 (doxsan altı manat doxsan üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 89,13 (səksən doqquz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər cavabdeh1 İsrafil oğlundan və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər cavabdeh2 və cavabdeh1 İsrafil oğlundan müştərək qaydada 6536,03 (altı min beş yüz otuz altı manat üç qəpik) manat məbləğində əsas bоrc, 368,31 (üç yüz altmış səkkiz manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 8,56 (səkkiz manat əlli altı qəpik) manat məbləğində cərimə və 89,13 (səksən doqquz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7002,03 (yeddi min iki manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 İsrafil oğlundan müştərək qaydada 6536,03 (altı min beş yüz otuz altı manat üç qəpik) manat məbləğində əsas bоrc, 368,31 (üç yüz altmış səkkiz manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 8,56 (səkkiz manat əlli altı qəpik) manat məbləğində cərimə və 89,13 (səksən doqquz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7002,03 (yeddi min iki manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-256/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-256/2026
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver