Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(4-13)-267/2026 17.03.2026 SUMQAYIT KOMMERSIYA MƏHKƏMƏSI Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1251,16 (min iki yüz əlli bir manat, on altı qəpik) manat məbləğində əsas borc, 31,52 (otuz bir manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1282,68 (min iki yüz səksən iki manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında ## ###### 2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmış və bu müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh iddiaçıya 1260 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən, cavabdeh ## ###### 2026-cı il tarixinə qədər borc məbləğini hissə-hissə ödəmək şərti ilə ## ###### 2024-cü il tarixindən başlayaraq hər ay 95,14 manat məbləğində olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir.
3. İddiaçı ## ###### 2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 1251,16 (min iki yüz əlli bir manat, on altı qəpik) manat məbləğində borc və 32,52 (otuz iki manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1283,68 (min iki yüz səksən üç manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir.
5. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
İş materialları:
6. İş materillarında olan iddiaçı '‘xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli AC-AÜƏ/**-**-****/ZE nömrəli mövcud borcun etirafı haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, borclu (cavabdeh) tələbkara (iddiaçıya) 1260 manat məbləğində borcunun olduğunu etiraf edir.
7. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, borclu 1260 manat borc məbləğini ## ###### 2026-cı il tarixinə qədər hissə-hissə ## ###### 2024-cü il tarixindən başlayaraq 14 ay müddətində hər ay 35,92 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür.
8. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, borclu borcunu 2 ay ardıcıl ödəmədikdə tələbkar ümumi məbləğin tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər.
9. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsində həll ediləcəkdir.
10. İş materiallarında olan ## ###### 2024-cü il tarixli ərizənin məzmununda cavabdeh Cavabdeh iddiaçıya 1260 manat məbləğində borcunun olduğunu etiraf etmiş, həmin borcu ödəmək üçün ona şərait yaradılmasını xahiş etmiş və həmin ərizəni öz imzası ilə təsdiq etmişdir.
11. İş materiallarında olan ## ###### 2024-cü il tarixli iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış borc məbləğinin müəyyən edilməsi haqqında aktdan görünür ki, Cavabdeh ## ###### 2024-cü il tarixinə '‘xxxx” ASC-yə olan borcunun məbləği 1260 manat təşkil edir.
12. İş materiallarında olan ## ###### 2026-cı il və ## #### 2026-cı il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh Cavabdeh iddiaçı '‘xxxx” ASC-yə 1251,16 manat məbləğində borcu vardır.
Tətbiq edilən hüquq:
13. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
16. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
17. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
21. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
22. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
25. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmənin mövqeyi:
26. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında ## ###### 2024-cü il tarixli AC-AÜƏ/**-**-****/ZE nömrəli mövcud borcun etirafı haqqında müqavilə bağlanılmış, həmin müqavilədə cavabdeh iddiaçıya 1260 manat məbləğində borcunun mövcudluğunu etiraf edərək həmin borcu müəyyən dövriliklə hissə-hissə ödəyəcəyini öhdəsinə götürsə də, müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, nəticədə 1251,16 manat məbləğində borcu yaranmışdır.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin ## ###### 2024cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə 1251,16 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi təmin edilməli, cavabdehdən 1251,16 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
28. Bundan əlavə, iddia tələbinin (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilmişdir) 32,52 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə isə, iş materiallarında olan ## ###### 2026-cı il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 32,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32,52 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ## ###### 2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə 1251,16 manat məbləğində borc və 32,52 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1283,68 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh Cavabdeh ## ###### 2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə 1251,16 (min iki yüz əlli bir manat, on altı qəpik) manat məbləğində borc və 32,52 (otuz iki manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1283,68 (min iki yüz səksən üç manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Fərman Həmidli