Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(4-13)-276/2026 17.03.2026 SUMQAYIT KOMMERSIYA MƏHKƏMƏSI Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 505,45 (beş yüz beş manat qırx beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## ###### 2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 275,45 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci bəndinə əsasən borclu borc məbləğini ## ###### 2025-ci il tarixinə qədər 275,45 manatı hissə-hissə ## ###### 2025-ci il tarixindən başlayaraq 2 ay müddətində hər ay 137,73 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən borclu Cavabdeh borcun ödənişinin hər gecikdirilən günü üçün qalıq borcun 0,2%-i həcmində dəbbə pulu ödəməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan ## ###### 2024-cü ildən bu günə kimi hər hansı bir ödəniş olunmadığı üçün 200 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh Cavabdeh cəmiyyətə 275,45 manat əsas borc, ## ###### 2024-cü ildən ## ###### 2026-cı ilə qədər 200 manat dəbbə pulu olmaqla, cəmi 475,45 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli AC-KİH/05-12-2024/ƏR nömrəli “mövcud borcun etirafı haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində borcunun olduğunu etiraf edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu Cavabdeh ## ###### 2025-ci il tarixindən başlayaraq ## ###### 2025-ci il tarixinə qədər 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat borc məbləğini hissə-hissə 2 ay müddətinə hər ay 137,73 (yüz otuz yeddi manat yetmiş üç qəpik) manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcun 0,2 %-i həcmində dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən borclu borcunu 2 ay ardıcıl ödəmədikdə tələbkar ümumi məbləğin tələbi ilə bağlı məhkəməyə müraciə edə bilər. İş materiallarında olan cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı ünvanlanan ərizədə qeyd olunmuşdur ki, müəyyən müddət problemlərinin olması səbəbindən Cavabdeh cəmiyyətə olan borcunu tam şəkildə ödəyə bilməmişdir. Cavabdeh cəmiyyətə hal-hazırda 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat borcu yaranmışdır. Nəğd şəkildə pulu olmadığından borcu ödəyə bilmir, bu səbəbdən də borc məbləğini ödəmək üçün ## ###### 2025-ci il tarixindən başlayaraq ## ###### 2025-ci il tarixinə qədər 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləği ödəmək üçün ona vaxt verilməsini xahiş edir. İş materiallarında olan İddiaçı əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış ## ###### 2024-cü il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında aktda göstərilir ki, ## ###### 2024-cü il tarixində Cavabdeh 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat borcu mövcuddur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş ## ###### 2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ## ###### 2024-cü il tarixli AC-KİH/05-12-2024/ƏR nömrəli "mövcud borcun etirafı haqqında” müqavilə üzrə ## ###### 2026-cı il tarixə İddiaçı 475,45 (dörd yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 882.1-ci madəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2-ci madəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## ###### 2024-cü il tarixli AC-KİH/05-12-2024/ƏR nömrəli mövcud borcun etirafı haqqında müqavilə imzalanmış, iddiaçı cavabdehə 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində borcunun yarandığını etiraf etmiş və borc məbləğini ## ###### 2025-ci il tarixindən başlayaraq ## ###### 2025-ci il tarixinə qədər hissə-hissə başlayaraq 2 ay müddətinə hər ay 137,73 (yüz otuz yeddi manat yetmiş üç qəpik) manat məbləğində olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh həmin borcunu ödəmədiyindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ilə bağlanmış mövcud borcun etirafı haqqında müqavilə üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 15 (on beş) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində əsas bоrc, 15 (on beş) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 320,45 (üç yüz iyirmi manat qırx beş) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 275,45 (iki yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində əsas bоrc, 15 (on beş) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 320,45 (üç yüz iyirmi manat qırx beş) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-276/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-276/2026
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver