Məhkəmə qərarları › İş №e-2-2(4-13)-312/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-312/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azәrbaycan Respublikası adından Qətnamə Sumqayıt şәhәri İş № e-2-2(4-13)-312/2026 17.03.2026 SUMQAYIT KOMMERSIYA MƏHKƏMƏSI Sumqayıt Kommersiya Mәhkәmәsinin hakimi Hәmidli Fәrman Fәzail oğlu, İddiaçı İddiaçı tәrәfindәn kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında cavabdehlәr cavabdeh1 vә cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tәlәbi barәdә iddia әrizәsinә kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi:

1. İddiaçı İddiaçı cavabdehlәr cavabdeh1 vә cavabdeh2 qarşı “borcun tutulması” tәlәbi barәdә kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk cavabdehlәrdәn müştәrәk qaydada iddiaçının xeyrinә ## ####### 2024-cü il tarixli ***R********** nömrәli krеdit sazişi - biznes krediti vә girov barәdә qarışıq razılaşma üzrә 1943,6 (min doqquz yüz qırx üç manat, altmış qәpik) manat mәblәğindә әsas bоrc, 194,64 (yüz doxsan dörd manat, altmış dörd qәpik) manat mәblәğindә faiz bоrcu, 30,41 (otuz manat, qırx bir qәpik) manat mәblәğindә cәrimә olmaqla, cәmi 2168,65 (iki min yüz altmış sәkkiz manat, altmış beş qәpik) manat mәblәğindә bоrcun, mәhkәmәdә iddia qaldırmaq üçün ödәnilmiş 41,69 (qırx bir manat, altmış doqquz qәpik) manat mәblәğindә dövlәt rüsumunun әvәzinin tutulması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

2. İddiaçı iddia tәlәbini onunla әsaslandırmışdır ki, aralarında bağlanmış ## ### 2024-cü il tarixli ***L************ nömrәli uzunmüddәtli kredit vә tәminat müqavilәsi vә ## ####### 2024-cü il tarixli ***R********** nömrәli kredit sazişi-biznes krediti vә girov barәdә qarışıq razılaşma üzrә cavabdeh cavabdeh1 müqavilә öhdәliyini lazımınca yerinә yetirmәmişdir. Bununla әlaqәdar hәmin cavabdeh vә onun öhdәliyinә görә iddiaçı qarşısında birgә mәsuliyyәt daşıyan zamin - hazırkı iddia tәlәbi üzrә digәr cavabdeh cavabdeh2la mübahisәnin pretenziya qaydasında nizama salınmasına cәhdlәr edilmәsi hәr hansı nәticә vermәdiyindәn mәhkәmәyә müraciәt etmәk zәrurәti yaranmışdır.

3. Mәhkәmә iddiaçının cavabdehlәrә qarşı iddia әrizәsinә dair kommersiya işinә kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla әlaqәdar Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin tәlәblәrinә uyğun olaraq “bildirişi rәsmi qaydada aldığı gündәn 10 (on) iş günü müddәtindә iddiaya qarşı әsaslandırılmış etirazını vә ona әlavә olunmuş sәnәdlәri mәhkәmәyә göndәrmәk” hüququnun izah olunması barәdә bildirişlәr müvafiq qaydada cavabdehlәrә göndәrilmişdir.

4. Mәhkәmә kiçik iddialara dair işlәr üzrә әrizәni vә işin faktiki hallarını araşdırıb, işdә olan sәnәdlәri tәdqiq etmәklә sübutları qiymәtlәndirәrәk hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn iddia qismәn tәmin edilmәlidir.

İş materialları:

5. İş materiallarında olan iddiaçı İddiaçı QSC ilә kredit alan qismindә cavabdeh cavabdeh1 vә zamin qismindә cavabdeh2 arasında bağlanmış ## ### 2024-cü il tarixli ***L************ nömrәli uzunmüddәtli kredit vә tәminat müqavilәsinin 2.2-ci bәndi ilә müәyyәn edilir ki, bank bu müqavilә ilә müәyyәn olunmuş şәrtlәr әsasında sahibkarlıq fәaliyyәtinin maliyyәlәşdirilmәsi mәqsәdi ilә 120 ay müddәtinә 300000 manat mәblәğindә uzunmüddәtli kredit xәtti açmışdır. Hәmin bәnddә “İFD-nin yuxarı hәddi” 28 faiz, “FİFDnin yuxarı hәddi” 30 faiz müәyyәn edilmişdir.

6. Hәmin müqavilәnin 2.3-cü bәndinә әsasәn, verilәn hәr bir kreditin mәblәği, faiz dәrәcәsi, müddәti, mәqsәdi vә digәr şәrtlәri hәr dәfә tәrәflәr arasında bağlanan vә bu müqavilәnin ayrılmaz tәrkib hissәsi olan kredit sazişi ilә müәyyәn edilir.

7. Hәmin müqavilәnin 2.7-ci bәndinә әsasәn, kredit alan hәr bir kredit üzrә әsas kredit mәblәğini, faizi, xәrclәri vә başqa mәsrәflәri bu müqavilәnin tәlәblәri nәzәrә alınmaqla müvafiq kredit sazişindә müәyyәn olunmuş qaydada habelә olduğu halda ödәniş planına vә ödәniş haqları cәdvәlinә uyğun olaraq banka qaytarmağı öz öhdәsinә götürür.

8. Hәmin müqavilәnin 2.15-ci bәndinә әsasәn, tәrәflәr bu müqavilәni bağlamaqla tәsdiq vә bәyan edirlәr ki, üçüncü şәxs(lәr) bank ilә qoşulma barәdә saziş imzalamaqla zamin vә girov qoyan qismindә bu müqavilәyә qoşula bilәr(lәr). Üçüncü şәxs(lәr) qoşulma barәdә sazişi imzaladığı andan müqavilәnin tәrәfi hesab olunur vә tәrәflәrin bu müqavilәdә razılaşdırdığı şәrtlәri tam şәkildә qәbul vә tәsdiq etmiş hesab olunur.

9. Hәmin müqavilәnin 2.16-cı bәndinә әsasәn, qoşulma barәdә sazişin imzalanması vә yeni zamin vә (vә ya) girov qoyanın müqavilәyә qoşulması ilә әlaqәdar tәrәf(lәr)in razılığının vә ya tәsdiqinin alınması tәlәb olunmur. Bank öz mülahizәsinә uyğun olaraq qoşulma barәdә sazişi imzalamaq hüququna malikdir.

10. Hәmin müqavilәnin 11.1-ci bәndinә әsasәn, zamin kredit alanın bu müqavilәdәn irәli gәlәn öhdәliklәrini tamamilә icra etmәsi üçün bank qarşısında tam mәsuliyyәti öz üzәrinә götürür vә bank qarşısında kredit alan ilә birlikdә birgә mәsuliyyәt daşıyır.

11. İş materiallarında olan iddiaçı İddiaçı QSC ilә kredit alan qismindә cavabdeh cavabdeh1 vә zamin qismindә cavabdeh2 arasında bağlanmış ## ### 2024-cü il tarixli ***L************ nömrәli uzunmüddәtli kredit vә tәminat müqavilәsinә dәyişiklik vә әlavәlәr edilmәsi haqqında ## ####### 2024-cü il tarixli ***L************S nömrәli sazişin 1-ci bәndinә әsasәn, uzunmüddәtli kredit vә tәminat müqavilәsinin 2.2-ci bәndi dәyişdirilәrәk “İFD-nin yuxarı hәddi” 45 faiz vә “FİFD-nin yuxarı hәddi” 50 faiz müәyyәn edilmişdir.

12. İş materiallarında olan iddiaçı İddiaçı QSC ilә cavabdeh cavabdeh1 arasında bağlanmış ## ####### 2024-cü il tarixli ***R********** nömrәli kredit sazişi - biznes krediti vә girov barәdә qarışıq razılaşmaya әsasәn, bank mәblәği 3000 manat olan krediti illik 26 faiz dәrәcәsi ilә 24 ay müddәtinә kredit alana verir. Hәmin kredit sazişindә bu sazişin tәrәflәr ## ### 2024-cü il tarixli 011L000003034623 nömrәli uzunmüddәtli kredit vә tәminat müqavilәsi üzrә bağlandığı qeyd edilmişdir.

13. İş materiallarında olan ödәniş cәdvәlinә әsasәn, cavabdeh cavabdeh1 banka olan borcu üçün son ödәniş tarixi ## ####### 2026-cı il olmaqla müvafiq aylar üzrә müәyyәn olunmuş vaxtlarda vә mәblәğlәrdә ödәnilmәsi tәrәflәr arasında razılaşdırılmışdır.

14. İş materiallarında olan ## ####### 2024-cü il tarixli kreditin verilmәsi barәdә sәnәddәn görünür ki, cavabdeh cavabdeh1 hesabına 3000 manat mәblәğindә pul vәsaiti köçürülmüşdür.

15. İş materiallarında olan ## ###### 2026-cı il tarixli OUT-****/**/**-** nömrәli maliyyә arayışından görünür ki, cavabdeh cavabdeh1 ## ####### 2024-cü il tarixli ***R********** nömrәli kredit razılaşması üzrә ## ###### 2026-cı il tarixinә iddiaçıya 1943,6 manat mәblәğindә әsas bоrc, 194,64 manat mәblәğindә faiz borcu vә 30,41 manat mәblәğindә cәrimә оlmaqla, cәmi 2168,65 manat mәblәğindә borcu vardır.

Tətbiq edilən hüquq:

16. Mülki Prosessual Mәcәllәnin 14.2-ci maddәsinә әsasәn, mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.

17. Hәmin Mәcәllәnin 88-ci maddәsinә әsasәn, mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur.

18. Hәmin Mәcәllәnin 226.2-ci maddәsinә әsasәn, mәhkәmә bir neçә cavabdehin әleyhinә qәtnamә çıxardıqda, cavabdehlәrdәn hәr birinin qәtnamәni hansı hissәdә yerinә yetirmәli olmasını vә ya onların mәsuliyyәtlәrinin müştәrәk olmasını göstәrir.

19. Hәmin Mәcәllәnin 284-1-ci maddәsinә әsasәn, mülki işlәr üzrә iddianın qiymәti beş min manatdan, kommersiya mübahisәlәrinә dair işlәr üzrә iddianın qiymәti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrә işlәrә bu fәslә uyğun olaraq sadәlәşdirilmiş qaydada baxılmasına yol verilir.

20. Hәmin Mәcәllәnin 284-5.3-cü maddәsinә әsasәn, әrizә mәhkәmәyә daxil olduğu gündәn 30 (otuz) iş günü әrzindә işә tәrәflәrin tәqdim etdiyi sәnәdlәr әsasında, mәhkәmә baxışı keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılmalı vә hәmin işin hәllinә dair qәtnamә çıxarılmalıdır.

21. Hәmin Mәcәllәnin 284-6.1-ci maddәsinә әsasәn, işә mahiyyәti üzrә baxan hakim tәrәfindәn iddianın tam vә ya qismәn tәmin vә ya rәdd edilmәsi haqqında qәtnamә qәbul edilir.

22. Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 385.1-ci maddәsinә әsasәn, öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәti etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır.

23. Hәmin Mәcәllәnin 425.1-ci maddәsinә әsasәn, öz hüquqlarını hәyata keçirәrkәn vә vәzifәlәrini icra edәrkәn tәrәflәrdәn hәr biri vicdanlılığın tәlәb etdiyi tәrzdә, yәni şәrtlәşdirilmiş vaxtda vә yerdә lazımi şәkildә, öhdәliyin şәrtlәrinә vә Mülki Mәcәllәnin tәlәblәrinә müvafiq surәtdә, belә şәrtlәr vә tәlәblәr olmadıqda isә işgüzar adәtlәrә vә ya adәtәn irәli sürülәn digәr tәlәblәrә müvafiq surәtdә hәrәkәt etmәlidir.

24. Hәmin Mәcәllәnin 427.3-cü maddәsinә әsasәn, әgәr öhdәlik onun icrası gününü vә ya icra edilmәli olduğu vaxt dövrünü nәzәrdә tutursa vә ya müәyyәnlәşdirilmәyә imkan verirsә, öhdәlik hәmin gün vә ya bu cür dövr әrzindә istәnilәn an icra edilmәlidir.

25. Hәmin Mәcәllәnin 442-ci maddәsinә әsasәn, öhdәliyin icra edilmәmәsi dedikdә, onun pozulması vә ya lazımınca icra edilmәmәsi (vaxtında icra edilmәmәsi, mallarda, işlәrdә vә xidmәtlәrdә qüsurlarla vә ya öhdәliyin mәzmunu ilә müәyyәnlәşdirilmiş digәr şәrtlәri pozmaqla icra edilmәsi) başa düşülür.

26. Hәmin Mәcәllәnin 443.1-ci maddәsinә әsasәn, öhdәliyini icra etmәyәn borclu kreditora dәymiş zәrәrin әvәzini ödәmәyә borcludur.

27. Hәmin Mәcәllәnin 462.1-ci maddәsinә әsasәn, dәbbә pulu (cәrimә, penya) müqavilә ilә müәyyәnlәşdirilәn, öhdәliyin icra edilmәdiyi vә ya lazımınca icra edilmәdiyi, o cümlәdәn icranın gecikdirildiyi halda borclunun kreditora ödәmәli olduğu pul mәblәğidir. Əgәr öhdәliyin mәzmununu hәrәkәtdәn çәkinmәk tәşkil edirsә, dәbbә pulu hәrәkәtin edildiyi andan tutulmalıdır. Dәbbә pulunun ödәnilmәsi tәlәbi üzrә kreditor ona zәrәr vurulduğunu sübuta yetirmәyә borclu deyildir.

28. Hәmin Mәcәllәnin 465.2-ci maddәsinә әsasәn, borclu öhdәliyin lazımınca icra edilmәmәsi, o cümlәdәn müәyyәnlәşdirilmiş müddәtdә icra edilmәmәsi üçün cәrimә ödәyәcәyini vәd etmişdirsә, kreditor cәrimәnin ödәnilmәsini vә öhdәliyin icrasını tәlәb edә bilәr.

29. Hәmin Mәcәllәnin 470.1-ci maddәsinә әsasәn, zaminlik müqavilәsi üzrә zamin başqa şәxsin kreditoru qarşısında hәmin şәxsin öz öhdәliyini tamamilә vә ya hissә-hissә icra etmәsi üçün mәsuliyyәti öz üzәrinә götürür.

30. Hәmin Mәcәllәnin 472.1-ci maddәsinә әsasәn, borclu zaminliklә tәmin edilmiş öhdәliyi icra etmәdikdә vә ya lazımınca icra etmәdikdә, әgәr bu Mәcәllәdә vә ya zaminlik müqavilәsindә zaminin subsidiar mәsuliyyәti nәzәrdә tutulmayıbsa, zamin vә borclu kreditor qarşısında birgә mәsuliyyәt daşıyırlar.

31. Hәmin Mәcәllәnin 472.2-ci maddәsinә әsasәn, әgәr zaminlik müqavilәsindә ayrı qayda nәzәrdә tutulmayıbsa, faizlәrin, borc tutulması üzrә mәhkәmә xәrclәrinin vә borclunun öhdәliyi icra etmәmәsi vә ya lazımınca icra etmәmәsi nәticәsindә kreditora dәyәn digәr zәrәrin әvәzinin ödәnilmәsi dә daxil olmaqla, zamin kreditor qarşısında borclu ilә eyni hәcmdә mәsuliyyәt daşıyır.

32. Hәmin Mәcәllәnin 743.1-ci maddәsinә әsasәn, kredit müqavilәsinә görә borcverәn pul vәsaitinә mülkiyyәt hüququnu müqavilәdә göstәrilәn mәblәğdә vә şәrtlәrlә borcalana vermәyi, borcalan isә aldığı pul vәsaitini müqavilәdә müәyyәn edilmiş müddәtә faizlәrin vә (vә ya) müqavilәdә göstәrilәn digәr ödәnişlәrin ödәnilmәsi şәrtilә borcverәnә qaytarmağı öhdәsinә götürür.

Məhkəmənin mövqeyi:

33. Yuxarıda tәsvir olunanlarla müәyyәn edilir ki, tәrәflәr arasında bağlanmış ## ### 2024-cü il tarixli ***L************ nömrәli uzunmüddәtli kredit vә tәminat müqavilәsi vә ## ####### 2024-cü il tarixli ***R********** nömrәli kredit sazişi-biznes krediti vә girov barәdә qarışıq razılaşma üzrә cavabdeh cavabdeh1 üzәrinә götürdüyü öhdәliklәri lazımınca icra etmәyәrәk iddiaçıya ödәnilmәli olan kredit mәblәğini tam ödәmәmiş, bununla da müqavilә öhdәliklәrini lazımınca yerinә yetirmәmişdir. Hәmin müqavilә üzrә o, öhdәliklәrini müvafiq qaydada yerinә yetirmәdiyindәn, uzunmüddәtli kredit vә tәminat müqavilәsinin şәrtlәrinә әsasәn, onunla birlikdә, hәmçinin zamin cavabdeh2 da kreditor qarşısında borclu ilә eyni hәcmdә birgә mәsuliyyәtlәri yaranmışdır.

34. Göstәrilәnlәrә әsasәn mәhkәmә hesab edir ki, cavabdehlәrdәn müştәrәk qaydada 1943,6 manat mәblәğindә әsas borc vә 194,64 manat mәblәğindә faiz borcunun iddiaçının xeyrinә tutulması barәdә iddia tәlәbi әsaslıdır vә tәmin edilmәlidir.

35. İddia tәlәbinin cavabdehlәrdәn 30,41 manat mәblәğindә dәbbә pulunun tutulmasına aid hissәsi ilә bağlı mәhkәmә qeyd edir ki, tәrәflәr arasında bağlanmış ## ### 2024-cü il tarixli ***L************ nömrәli uzunmüddәtli kredit vә tәminat müqavilәsindә, elәcә dә ## ####### 2024-cü il tarixli ***R********** nömrәli kredit sazişibiznes krediti vә girov barәdә qarışıq razılaşmada öhdәliyin icra edilmәmәsinә vә ya lazımınca icra edilmәmәsinә, o cümlәdәn onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dәbbә pulu ödәmәli olması barәdә müddәalar nәzәrdә tutulmamışdır. Mülki Mәcәllәnin 462.1-ci maddәsinә әsasәn dәbbә pulu (cәrimә, penya) qanun vә ya müqavilә ilә müәyyәnlәşdirilәn pul mәblәğidir vә hәmin Mәcәllәnin 463.1-ci maddәsinә әsasәn, dәbbә pulu haqqında razılaşma әsas öhdәliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tәrәflәr arasında bağlanmış müqavilәlәrin mәzmununda, o cümlәdәn hәmin müqavilәni tәnzimlәyәn qanunvericiliyin normalarında öhdәliyin pozulmasına görә dәbbә pulunun (cәrimәnin, penyanın) ödәnilmәsi nәzәrdә tutulmadığından iddia tәlәbi bu hissәdә tәmin edilmәmәlidir

36. Bundan başqa, iddia tәlәbinin 41,69 manat mәblәğindә dövlәt rüsumunun әvәzinin cavabdehlәrdәn müştәrәk qaydada iddiaçının xeyrinә tutulmasına aid hissәsinә gәldikdә, iş materiallarında olan ## ###### 2026-cı tarixli ************ nömrәli ödәniş qәbzindәn görünür ki, iddiaçı tәrәfindәn mәhkәmәyә müraciәt edilәn zaman 41,69 manat mәblәğindә dövlәt rüsumu ödәnilmişdir.

37. “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikasının Qanununun 8.1.2-ci maddәsinә әsasәn, iddia qiymәti 1.000 manatdan 10.000 manatadәk olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymәtinin 1 faizi tәşkil edir.

38. Hәmin Mәcәllәnin 119.1-ci maddәsinә әsasәn, mәhkәmә xәrclәri ödәnilmiş tәlәblәrin mәblәğinә mütәnasib olaraq işdә iştirak edәn şәxslәrә aid edilir.

39. Hazırkı iddia tәlәbi üzrә iddia tәlәbinin tәmin edilmiş hissәsinә mütәnasib olaraq dövlәt rüsumunun mәblәği 41,38 manat tәşkil etdiyindәn hәmin mәblәğdә pul vәsaiti cavabdehlәrdәn müştәrәk qaydada iddiaçının xeyrinә tutulmalıdır.

40. Belәliklә, mәhkәmә yuxarıda göstәrilәnlәri ümumilәşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tәtbiq edәrәk hesab edir ki, iddia qismәn tәmin edilmәli, cavabdehlәrdәn müştәrәk qaydada 1943,6 manat mәblәğindә әsas borc, 194,64 manat mәblәğindә faiz borcu vә 41,38 manat mәblәğindә dövlәt rüsumunun әvәzi olmaqla, cәmi 2179,62 manat mәblәğindә pul vәsaiti iddiaçının xeyrinә tutulmalı, iddia qalan hissәdә tәmin edilmәmәlidir.

41. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 vә 362-ci maddәlәrini rәhbәr tutaraq,

Q Ə T E T D İ:

İddia qismәn tәmin edilsin. Cavabdehlәr cavabdeh1 vә cavabdeh2 müştәrәk qaydada ## ####### 2024-cü il tarixli ***R********** nömrәli kredit sazişi-biznes krediti vә girov barәdә qarışıq razılaşma üzrә 1943,6 (min doqquz yüz qırx üç manat, altmış qәpik) manat mәblәğindә әsas borc, 194,64 (yüz doxsan dörd manat, altmış dörd qәpik) manat mәblәğindә faiz borcu vә 41,38 (qırx bir manat, otuz sәkkiz qәpik) manat mәblәğindә dövlәt rüsumunun әvәzi olmaqla, cәmi 2179,62 (iki min yüz yetmiş doqquz manat, altmış iki qәpik) manat mәblәğindә pul vәsaiti iddiaçı İddiaçı xeyrinә tutulsun. İddia qalan hissәdә tәmin edilmәsin. Qәtnamәdәn rәsmi qaydada verildiyi gündәn bir ay müddәtindә Sumqayıt Kommersiya Mәhkәmәsi vasitәsilә Sumqayıt Apellyasiya Mәhkәmәsinә apellyasiya şikayәti verilә bilәr.

Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar