Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(4-13)-337/2026 19.03.2026 SUMQAYIT KOMMERSIYA MƏHKƏMƏSI Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, cavabdeh cavabdeh2 iştirakı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ## ######## 2024-cü il tarixli kredit verilməsinə dair müqavilə üzrə 21045,98 (iyirmi bir min qırx beş manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 2222,79 (iki min iki yüz iyirmi iki manat yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu və 52,87 (əlli iki manat səksən yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 23321,64 (iyirmi üç min üç yüz iyirmi bir manat altmış dörd qəpik) manat məbləğində borcun və 159,96 (yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ######## 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. ## ######## 2021ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq ## ### 2024-cü il tarixdə cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. ## ######## 2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 18% olmaqla 18 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin ######ın #-dək cavabdeh2 banka ## ######## 2024-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 21045,98 manat əsas borc, 2222,79 manat faiz borcu və 211,49 manat cərimə borcu olmaqla, cəmi 23480,26 manat borcu vardır. cavabdeh2 ## ######## 2024-cü il tarixli kredit verilməsinə dair müqavilə üzrə banka ümumi cərimə borcu 211,49 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 52,87 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ## #### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında əsas borc məbləği ilə razı olduğunu, faiz borcunun çox hesablandığını, lakin bununla bağlı hər hansı sübutu olmadığını bildirmişdir. Cavabdeh cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri cavabdeh2 arasında bağlanmış ## ######## 2021-ci il tarixli *-MCR-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən cavabdeh2 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 % olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ## ### 2024cü il tarixli Z/*****/** nömrəli zaminlik müqaviləsinə əsasən zamin ## ######## 2021-ci il tarixli *-MCR-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. ## ### 2024-cü il tarixli Əlavə sazişdən görünür ki, ## ######## 2021-ci il tarixli *- MCR-*-****-** saylı kredit limitinin ayrılmasına dair razılaşmaya aşağıdakı redaksiyada 10-cu bənd əlavə edilmişdir: “cavabdeh1 tərəfindən verilən zaminlik (##.##.2024 tarixli Z/*****/** nömrəli müqavilə)”. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ## ######## 2024-cü il tarixli *-MCR-*-****-**/* nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən cavabdeh2 biznes məqsədi ilə 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,50%, faktiki illik faiz dərəcəcəsi 18,72% olmaqla 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. ## ######## 2024-cü il tarixli *-MCR-*-****-**/* nömrəli kredit verilməsinə dair müqaviləyə * saylı Əlavədə borcalan cavabdeh2 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi ## #### 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan cavabdeh2 imzası ilə təsdiq edilmişdir. ## ######## 2024-cü il tarixli *-MCR-*-****-**/* nömrəli kredit verilməsinə dair müqaviləyə ## #### 2025-cı il tarixli Əlavə sazişdən görünür ki, saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 24202,38 (iyirmi dörd min iki yüz iki otuz səkkkiz qəpik) manat təşkil edir. Müqavilə üzrə kreditin müddəti ##.##.2026 tarixədək uzadılır. ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh2 ## ######## 2024-cü il tarixli *-MCR-*-****-** nömrəli kredit verilməsinə dair müqavilə üzrə ## ###### 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21045,98 manat məbləğində əsas borcu, 2222,79 manat məbləğində faiz borcu və 211,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23480,26 manat borcu vardır. ## ###### 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan cavabdeh2 ## ######## 2021-ci il tarixli *-MCR-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmanı və ## ######## 2024 -cü il tarixli *-MCR-*-****-**/* nömrəli kredit verilməsinə dair müqaviləni bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## ######## 2024-cü il tarixli *-MCR-*-****-**/* nömrəli kredit verilməsinə dair müqavilə 21045,98 (iyirmi bir min qırx beş manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 2222,79 (iki min iki yüz iyirmi iki manat yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu və 52,87 (əlli iki manat səksən yeddi qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ## ### 2024-cü il tarixli Z/*****/** nömrəli zaminlik müqaviləsinə əsasən zamin cavabdeh1 ## ######## 2021-ci il tarixli *-MCR-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “159,96 (yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iddia həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 159,96 (yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər cavabdeh2 və cavabdeh1dan müştərək qaydada 21045,98 (iyirmi bir min qırx beş manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 2222,79 (iki min iki yüz iyirmi iki manat yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu, 52,87 (əlli iki manat səksən yeddi qəpik) manat məbləğində cərimə və 159,96 (yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23481,6 (iyirmi üç min dörd yüz səksən bir manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1dan müştərək qaydada 21045,98 (iyirmi bir min qırx beş manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 2222,79 (iki min iki yüz iyirmi iki manat yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu, 52,87 (əlli iki manat səksən yeddi qəpik) manat məbləğində cərimə və 159,96 (yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23481,6 (iyirmi üç min dörd yüz səksən bir manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-337/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-337/2026
19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver