Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-448/2026 06.03.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “müqavilənin ləğv edilməsi, icarə obyektinin boşaldılması və pul tələbi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, icarə obyektinin boşaldılması və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “müqavilənin ləğv edilməsi, icarə obyektinin boşaldılması və pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, icarəyəverən “X1" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh arasında bağlanılmış 01 oktyabr 2021-ci il tarixli 2/Azb nömrəli icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən, 2,63362 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 11820,1 kvadrat metr olan sahənin 540 kvadrat metr anbar səhəsini icarəyə verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə 3 (üç) il ərzində qüvvədə olacaq. Bu müqaviləyə onun müddəalarına əsasən xitam verilmədikdə və ya müddəti uzadılmadıqda, müqavilə qüvvəyə minmə tarixinin 3-cü (üçüncü) ildönümündə qüvvədən düşəcək. Həmin müqaviləyə 01 dekabr 2022-ci il tarixli 1 saylı əlavəyə əsasən icarəyə verilən əmlak kimi ünvan 1 ünvanında yerləşən, 2,63362 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 11820,1 kvadrat metr olan sahənin 195 kvadrat metr anbar səhəsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki tələb tərəflər arasında yaranmış müqavilə münasibətlərindən irəli gəldiyindən ümumi qaydadan fərqli ərazi aidiyyətini müəyyən edən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində müəyyənləşdirilmiş mübahisələrə aid edilmədiyi üçün iddia ərizəsi Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən Cavabdeh ünvanının olduğu yerə görə verilməlidir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, Cavabdeh ünvanı ünvan 2mqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə hazırkı ərizə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Qeyd olunur ki, Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarına əsasən Bakı şəhəri, Xətai rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 yanvar 2026-cı il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 166 (yüz altmış altı) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 29 yanvar 2026-cı il, saat 23:43:44; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 40, 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “müqavilənin ləğv edilməsi, icarə obyektinin boşaldılması və pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 yanvar 2026-cı il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 166 (yüz altmış altı) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 29 yanvar 2026-cı il, saat 23:43:44; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-448/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-448/2026
06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver