Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-7/2026 13.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 04 may 2020-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 30 iyun 2020-ci il tarixli 773677 nömrəli elektron qaimə-faktura əsasında göndərdiyi və dəyəri tam ödənilmiş keyfiyyətsiz və istifadəyə yararsız vəziyyətdə olan malın dəyəri olan 4527,1 (dörd min beş yüz iyirmi yeddi manat, on qəpik) manat məbləğində maddi zərərin, 2500 (iki min beş yüz) manat məbləğində əldən çıxmış faydanın və 10000 (on min) manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 28 yanvar 2026-cı il tarixdə məhkəməyə iddiaya etirazla müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, eyni tarixdə məhkəməyə vəsaətətlə müraciət edərək iş üzrə mübahisəli plastik məmulatların keyfiyyətinin, qüsurun yaranma səbəbinin və vaxtının müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin edilməsini xahiş etmiş və ekspert qarşısında vəsatətdə qeyd edilən müvafiq sualların qoyulmasını təklif etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdehin nümayəndəsi cari tarixdə məhkəməyə ərizə ilə müraciət edərək səhhətində baş verən problemlə əlaqədar cərrahi əməliyyat keçirdiyindən məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi 28 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirakı ilə əlaqədar hazırkı iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Həmin tarixdə keçirilən iclas iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq cari tarixə təxirə salınmışdır. Cari tarixdə keçirilmiş iclasda iddiaçının nümayəndəsi yenidən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud, iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Yuxarıda təsvir olunanlardan göründüyü kimi, məhkəmə iddiaçının nümayəndəsinin iştirakına şərait yaradılması məqsədilə 29 yanvar 2026-cı il tarixdə keçirilmiş iclası təxirə salsa da, iddiaçının nümayəndəsi cari tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbi və ya səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə şərh edilənləri, o cümlədən işə baxılması ilə mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddətləri və Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsində müəyyən edilmiş qaydanı rəhbər tutaraq qərara alır ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-7/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-7/2026
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver