Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(4-13)-85/2026 27.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə 4413,16 (dörd min dörd yüz on üç manat on altı qəpik) manat məbləğində əsas borc, 414,31 (dörd yüz on dörd manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 92,17 (doxsan iki manat on yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4919,64 (dörd min doqquz yüz on doqquz manat altmış dörd qəpik) manat məbləğində borcun və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh4 arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli SHMMK-2309 saylı kredit müqaviləsinə əsasən illik 23 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 18 sentyabr 2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh4 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 18-dan gec olmayaraq hər ay 387,1 (üç yüz səksən yeddi manat on qəpik) manat məbləğində ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh4 borcunun məbləği əsas borcuna görə 4413,16 manat, faiz borcuna görə 414,31 manat, dəbbə borcuna görə 92,17 manat olmaqla, cəmi 4919,64 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borc alan Cavabdeh4 və zaminlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərin artırılması məqsədilə 10000 (on min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit 36 (otuz altı ) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 10000 (on min) manatdan çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissəhissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 23% (iyirmi üç) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 24% təşkil edir. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli ödəniş qrafikində borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 18 sentyabr 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borc alan Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 08 yanvar 2026-cı il tarixdə bildiriş göndərilərək 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə 05 dekabr 2025-ci il tarixinə 4413,16 manat məbləğində əsas borc, 414,31 manat məbləğində faiz borcu, 92,17 manat məbləğində cərimə olmaqla, cəmi 4919,64 manat məbləğində borcu olduğu bildirilmiş, 3 iş günü müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunmüvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan 05 dekabr 2025-ci il tarixli RB-02/PK-5480 nömrəli maliyyə arayışında göstərilir ki, 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 05 dekabr 2025ci il tarixinə 4413,16 manat məbləğində əsas borc, 414,31 manat məbləğində faiz borcu, 92,17 manat məbləğində cərimə olmaqla, cəmi 4919,64 manat məbləğində borcu vardır. İş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borc alan Cavabdeh4 ilə zaminlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bağlanılmış 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh4 arasında bağlanılan 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh4 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan 27 fevral 2026-cı il tarixli kreditin tarixindən görünür ki, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 27 fevral 2026-cı il tarixinə 4213,16 manat məbləğində əsas borc, 645,42 manat məbləğində faiz borcu, 236,26 manat məbləğində cərimə olmaqla, cəmi 5094,84 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh4 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 27 fevral 2026-cı il tarixdə təqdim edilmiş sənəd nəzərə alınmalıdır. Belə ki, 27 fevral 2026-cı il tarixdə təqdim olunmuş kreditin tarixində Cavabdeh4 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4213,16 (dörd min iki yüz on üç manat on altı qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə 4213,16 (dörd min iki yüz on üç manat on altı qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə 414,31 (dörd yüz on dörd manat otuz bir qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi “iddiaçının xeyrinə 92,17 (doxsan iki manat on yeddi qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin edilməli və 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 92,17 (doxsan iki manat on yeddi qəpik) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 18 sentyabr 2023-cü il tarixli, SHMMK-2309 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 18 sentyabr 2023-cü il tarixli, SHMMK- 2309 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat hissəsi cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4213,16 (dörd min iki yüz on üç manat on altı qəpik) manat məbləğində əsas borc, 414,31 (dörd yüz on dörd manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 92,17 (doxsan iki manat on yeddi qəpik) məbləğində cərimə və 67,2 (altmış yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4786,84 (dörd min yeddi yüz səksən altı manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4213,16 (dörd min iki yüz on üç manat on altı qəpik) manat məbləğində əsas borc, 414,31 (dörd yüz on dörd manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 92,17 (doxsan iki manat on yeddi qəpik) məbləğində cərimə və 67,2 (altmış yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4786,84 (dörd min yeddi yüz səksən altı manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-85/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-85/2026
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver