Məhkəmə qərarları › İş №e-2-2(4-14)-153/2026

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-14)-153/2026

13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(4-14)-153/2026 13.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4200 manat və ödənilmiş 62 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olsa da, hazırda İmişli şəhəri, P.Həsənov küçəsi ev-65-də yaşayır. Cəlilabad rayonunun Maşlıq kəndində yaşayan Cavabdeh ilə telefonda tanış olmuşdur. Mübariz ona demişdir ki, onun Rusiya Federasiyasında İlqar adlı tanışı var. İlqar onlara lazım gəlsə, toxumluq kartof təşkil edə bilər. Mübarizin vasitəsi ilə İlqarla telefonda tanış olmuşdur. İlqara dediyi yerə pul göndərmişdir və o, 22 ton 500 kiloqram çəkidə toxumluq kartof göndərmişdir. Həmin kartofu iddiaçı özü satmışdır. Ancaq tanışlıqdan sonra Mübariz iddiaçıya demişdir ki, özü də kartof alıb satmaqla məşğul olur, tanışları vardır. İddiaçıya təklif etmişdir ki, satmaq üçün kartofun varsa, ona versin, bir həftə ərzində satıb pulunu göndərəcəkdir. Həmin vaxt iddiaçının yaşadığı evin zirzəmisində kartof olmuşdur. Mübarizin təklifi ilə iddiaçı razılaşmış və o, evinin zirzəmisində olan kartofu satmaqdan ötrü onun yaşadığı ünvana Bərdə rayonundan olan X1 idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı, KAMAZ markalı avtomobili göndərmişdir. İddiaçı həmin avtomobillə Mübarizə 13 ton 500 kiloqram kartof göndərmişdir və göndərdiyi həmin kartofun dəyəri 8 100 manat təşkil etmişdir. Mübariz iddiaçının göndərdiyi kartofu Bakı şəhərinə aparıb orada satışını həyata keçirmişdir. Mübariz iddiaçıya demişdir ki, göndərdiyi kartofun pulunu 1 həftə içərisində tam ödəyəcəkdir. Lakin, Mübariz ona pul göndərməmişdir. Bundan sonra Mübarizin apardığı kartofa görə iddiaçıya 4200 manat borcu qalmışdır. Dəfələrlə tələb etsə də, Mübariz iddiaçıya olan 4200 manat borcunu qaytarmamışdır. Bu səbəbdən iddiaçı Cəlilabad polis şöbəsinə Mübarizin aldadaraq ondan aldığı kartofa görə qalan 4 200 manat borcunu qaytarmamasına görə şikayət etmişdir. Araşdırma zamanı Mübarizlə Cəlilabadda polis şöbəsində görüşmüşdür. Mübariz iddiaçıya söz vermişdir ki, pulunu qaytaracaqdır. Bu barədə Mübariz 04 aprel 2025-ci il tarixdə iltizam da yazıb iddiaçıya 4000 (halbuki, onun ona borcu 4200 manatdır) manat borcunu 2025-ci ilin iyul ayında ödəyəcəyinə söz vermişdir. Lakin, iltizam yazıb versə də, Mübariz bu günə kimi iddiaçıya olan borcu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2009-cu il tarixdə vergi ödəyicilərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2005-ci il tarixdə vergi ödəyicilərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X2 tərəfindən 15 avqust 2025-ci il tarixdə qəbul edilmiş “Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi üzrə cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Araşdrıma zamanı barəsində şikayət olunan Cavabdeh izahatında, İddiaçı ərizə və izahatında göstərdiklərinin doğru olduğunu, ona 4000 manat borclu olduğunu, İddiaçı 4000 manat dəyərində kartof məhsulu aldığını, həmin puldan imkanı olmadığına görə ödəyə bilmədiyini, yaxın müddətdə borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı 4000 manat məbləğində kartof aldığını və 2025-ci ilədək borcunu ödəcəyinə söz vermişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə və təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər öz aralarında razılığa gələrək, iddiaçının sifariş əsasında cavabdehə kartof məhsulu satması, cavabdehin isə alınan məhsulun dəyərini nağd qaydada hissə-hissə olmaqla iddiaçıya ödəməsi barədə şifahi müqavilə bağlamışlar. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə mal verdiyini, cavabdehin isə aldığı malların dəyərini tam ödəmədiyini, nəticədə cavabdehin 4200 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddianın tam və ya qismən əsassızlığı ilə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Məhkəmə hesab edir ki, işdə olan qərardan və iltizamdan göründüyü kimi Cavabdeh İddiaçı aldığı kartof məhsuluna görə 4000 manat məbləğində borcunun olduğunu etiraf etdiyinə görə, baxılan iş üzrə cavabdehin iddiaçıya 4000 manat məbləğində borcunun olması mübahisəsiz haldır və bu hissədə iddianın təmin olunmaması üçün heç bir əsas yoxdur. Lakin, iddiaçı cavabdeh tərəfindən ödənilməmiş əlavə 200 manat məbləğində borcun mövcudluğuna dair hər hansı br mötəbər sübut təqdim etmədiyindən iddia qismən təmin olunmalıdır. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı verdiyi malın dəyərinin cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, müqavilə üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 4000 manat pul vəsaiti və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla, cəmi 4062 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar