Məhkəmə qərarları › İş №e-2-2(4-14)-280/2026

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-14)-280/2026

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(4-14)-280/2026 30.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 486,6 manat əsas borc, 315 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 831,6 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bildirmək istəyir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara cəmi 536,6 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər 536,6 manatı hissə hissə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 44,72 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Həmin vaxtdan bəri cavabdeh tərəfindən hər hansı bir ödəniş olunmamışdır. Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında,lakin ildə azı beş faiz miqdarında hesablanır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan xx.xx.2024-cü ildən bu günə kimi hər hansı bir ödəniş olunmadığı üçün 315 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə Cavabdeh Cəmiyyətə 486,6 manat əsas borc, 30 noyabr 2024-cü ildən 13 oktyabr 2025-ci ilə qədər 315 manat dəbbə pulu olmaqla cəmi 801,6 manat borcu yaranmışdır. Mülki Məcəllənin 882.1.-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa,etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəlləni 882.2.-ci maddəsinə əsasənBu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Göründüyü kimi şirkətimiz tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixlimüqavilə bu məcəllədə nəzərdə tutulmuş formada tərtib olunmuş və hər iki tərəf özimzası ilə təsdiqləmişdir. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. AR MPM-nin 40.2-ci maddəsinə əsasən Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. xx.xx.2023-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilənin 2.2-cü maddəsinə əsasən, borclu hər ay vaxtı vaxtında ödəniş etməzsə, Tələbkar qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çatdığı gündən ən gec 5 (beş) gün ərzində ödəniş etməzsə,tələbkar qarşı tərəfə xəbər vermədən xitam verə bilər. Həmin müqavilənin 2.3-ci maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsində həll edilməsi ilə bağlı müddəanın qeyd olunmasına baxmayaraq, MPM-nin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır, MPM-nin 40.1-ci maddəsinə əsasən, müqavilə aidiyyəti ərazi aidiyyətinin pozulmasına yol verməməlidir. Buna görə də Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul və vergi ödəyicisi olduğu Sumqayıt Kommersiya Məhkəməsinə yüklənmişdir. Lakin xx.xx.2025-ci il tarixli Sumqayıt Kommersiya Məhkəməsinin həmin işlə bağlı qərardadına əsasən Şirvan Kommersiya Məhkəməsinə yüklənməlidir. Bu əsasla Şirvan Kommersiya Məhkəməsinə müraciət olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, AC-AAA/30-12-23/MH saylı mövcud borcun etirafi haqqında müqavilə bağlanmışdır. Həmin mövcud borcun etirafi haqqında müqavilə üzrə 1.1-ci bəndinə əsasən, Borclu Tələbkara cəmi 536,6 (beş yüz otuz altı manat, altmış qəpik) manat borcunun olduğunu etiraf edir. 1.2-ci bəndinə əsasən, Borclu borc məbləğini “30” noyabr 2024-cü il tarixinə qədər 536,6 manatı hissə-hissə “30” dekabr 2023-cü il tarixindən başlayaraq hər ay 44,72 (qırx dörd manat yetmiş iki qəpik) manat məbləğində olmaqla Tələbkara dəməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, Borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq “30” noyabr 2024-cü il tarixinə 536,6 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. 1.4-cü bəndinə əsasən, Bu müqavilə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882-ci maddəsinin tələbləri tərəflərə izah olundu. 2.1-ci bəndinə əsasən, Bu müqavilə imzalandığı gündən qüvvəyə minir. Hazırkı müqaviləyə edilən istənilən dəyişiklik və əlavə yazılı şəkildə verilməli və hər iki tərəfdən imzalanmalıdır. 2.2. Borclu hər ay vaxllı-vaxtında ödəniş etməzsə. tələbkar qarşı tərəfə yazılı (elektron və ya prelenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çaldığı gündən ən gec 5 (beş) gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən müqaviləyə xilam verə bilər. 2.3-cü bəndinə əsasən, Hazırkı müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsində həll edilməsi qeyd olunmuşdur. İşdə olan “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. Məhkəmə, ilk öncə sözügedən cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsinin nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan Cavabdeh ərizəsində İddiaçı ASC–nin əməkdaşı olduğunu, müəyyən müddət problemlərinin olması səbəbindən borcunu tam şəkildə ödəyə bilməmişdir. Hal-hazırda onun İddiaçı ASC-yə 536,6 manat borcu yaranmışdır. Nağd şəkildə pulu olmadığından borcu ödəyə bilmir, bu səbəbdən də Cəmiyyətdən xahiş edir ki, onun borcunun “30” dekabr 2023-cü il tarixindən etibarən hissə-hissə ödənilməsi ilə bağlı möhlət verilsin. Qeyd olunan məbləğdə borcu olduğunu qəbul edir. Borc məbləğini ödəmək üçün imkanı olmadığından 2024-cü ilin noyabr ayının 30-a qədər 530,6 manat məbləği ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, sözügedən müqavilənin tərəfləri hüquqi şəxs və fərdi sahibkar olmasına baxmayaraq hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, AC-AAA/30-12-23/MH saylı mövcud borcun etirafı haqqında müqavilədə borc alan qismində çıxış edən Cavabdeh məxsus VÖEN-ə istinad olunmamışdır. Göründüyü kimi, sözügedən mövcud borcun etirafi haqqında müqavilə üzrə 1.1. Borclu Tələbkara cəmi 536,6 (beş yüz otuz altı manat, altmış qəpik) manat borcunun olduğunu etiraf edir. 1.2. Borclu borc məbləğini “30” noyabr 2024-cü il tarixinə qədər 536,6 (beş yüz otuz altı manat altmış qəpik) manatı hissə-hissə “30” dekabr 2023-cü il tarixindən başlayaraq hər ay 44,72 (qırx dörd manat yetmiş iki qəpik) manat məbləğində olmaqla Tələbkara dəməyi öhdəsinə götürür. 1.3. Borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq “30” noyabr 2024-cü il tarixinə 536,6 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. 1.4. Bu müqavilə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. 1.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882-ci maddəsinin tələbləri tərəflərə izah olundu. 2. Yekun m üddəalar 2.1. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir. Hazırkı müqaviləyə edilən istənilən dəyişiklik və əlavə yazılı şəkildə verilməli və hər iki tərəfdən imzalanmalıdır. 2.2. Borclu hər ay vaxllı-vaxtmda ödəniş etməzsə. Tələbkar qarşı tərəfə yazılı (elektron və ya prelenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çaldığı gündən ən gec 5 (beş) gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən müqaviləyə xilam verə bilər. 2.3. Hazırkı müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsində həll edilməsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, sözügedən müqavilənin tərəfləri hüquqi şəxs və fərdi sahibkar olmasına baxmayaraq hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə hesab edir ki, işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar olan hüquq münasibətlərinin xarakteri hazırki işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər vergi ödəyicisi olsalar da, borc məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verildiyi işdə olan sənədlərlə müəyyən olunmadığından hüquq münasibətlərinin xarakteri baxımından hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxıla bilməz. Belə olduğu təqdirdə, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu və 284-3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı ASC tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı A+CO” ASC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar