Məhkəmə qərarları › İş №e-2-2(4-14)-600/2026

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-14)-600/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(4-14)-600/2026 18.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı ASC-nin cavabdehlər X2 və X1 qarşı kredit borcunun tutulması və s. tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər X2 və X1 qarşı kredit borcunun tutulması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi əsası ilə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 4611/2025 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı kredit borcunun tutulması və s. tələbinə iddia ərizəsinin və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 122 manat məbləğində dövlət rüsumunun (qəbz №: **********) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması qərara alınmışdır. xx.xx.2026-cı il tarixdə İddiaçı ASC cavabdehlər X2 və X1 qarşı eyni tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia ərizəsinə geri qaytarılması qərara alınmış ********** nömrəli qəbzi əlavə etmişdir. Məhkəmə müəyyən edir ki, İddiaçı ASC hazırki iddia ərizəsinə geri qaytarılması qərara alınmış **********nömrəli qəbzi əlavə edərək yenidən prosessual pozuntuya yol vermişdir. Bununla da, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu iddia ərizəsinin verildiyi məhkəmənin hesabına ödənilməmiş hesab edildiyinə görə iddia ərizəsi icraata götürülə bilməz və hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC cavabdehlər X2 və X1 qarşı kredit borcunun tutulması və s. tələbinə qarşı kredit borcunun tutulması və s. tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, iddianın qiymətinə uyğun rüsum ödənilməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar