Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(4-14)-641/2026 23.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunu aşağıdakı rekvizitə ("xxxx" ASC-nin 1 savh İmişli filialı üzrə Bank rekvizitləri, AZ39CAPN********************, Kodu: 504711, VÖEN: **********, Müxbir hesab (AZİPS): AZ 12N ABZ********************, Müxbir hesab (XÖNKS): AZ56NABZ********************, SWİFTB1C: CAPNAZ22) geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmçinin hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 31,60 manat dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMC tərəfindən ödənilmiş 31,60 manat dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçıya ("xxxx" ASC-nin 1 savh İmişli filialı üzrə Bank rekvizitləri, AZ39CAPN********************, Kodu: 504711, VÖEN: **********, Müxbir hesab (AZİPS): AZ 12N ABZ********************, Müxbir hesab (XÖNKS): AZ56NABZ********************, SWİFTB1C: CAPNAZ22) geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(4-14)-641/2026
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-14)-641/2026
23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver