Məhkəmə qərarları › İş №e-2-2(4-15)-10/2026

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-15)-10/2026

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(4-15)-10/2026 04.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 41.210 manat pul vəsaitinin və illik 5% olmaqla iki il üçün hesablanmış 4121 manat məbləğin, məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 262 manatın ümumilikdə 45.593 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh vəsatətlə müraciət edərək bildirmişdir ki, eyni tələblə bağlı İddiaçı qarşı Şirvan Kommersiya Məhkəməsində iddia qaldırıb və iş məhkəmənin icraatındadır. Məhkəmə iclası xx.xx.2026-cı il tarixə təxirə salınmışdır. Şəki kommersiya Məhkəməsinə sübutlarını təqdim edəcək. Odur ki, qeyd etdiklərini və vəkili ilə məhkəmə iclasında iştirak etməyini nəzərə alaraq məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı vəsatətlə müraciət edərək bildirmişdir ki, icraatda olan kommersiya işindəki tərəflər arasında eyni müqavilə üzrə yaranmış öhdəlik hüquq münasibəti ilə bağlı Şirvan kommersiya Məhkəməsinin icraatında hazırda e-2-2(121)-4017/2025 nömrəli iş vardır. Prosessual qənaət prinsipinə uyğun olaraq hər iki iş üzrə eyni tərəflər və eyni müqavilə öhdəliyi olduğundan və iş ilk olaraq Şirvan Kommersiya Məhkəməsinin icraatında baxılmağa qəbul edildiyindən icraatdakı işin Şirvan Kommersiya Məhkəməsindəki icraatla birləşdirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş materialları bir icraata birləşdirilməsi və mahiyyəti üzrə baxılması məqsədi ilə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh olan Cavabdeh hazırki iş üzrə iddiaçı Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Tərəflərin ərizələrində də qeyd olunduğu kimi hər iki məhkəmənin icraatında olan iş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn pul tələbidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə üzrə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı olduğundan Şəki Kommersiya Məhkəməsinin icraatında olan “İddiaçı Cavabdeh qarşı pul” tələbi barədə e-2-2(4-15)-10/2026 nömrəli iş aidiyyəti işlə birləşdirilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəki Kommersiya Məhkəməsinin icraatında olan “İddiaçı Cavabdeh qarşı pul” tələbinə dair” e-2-2(4-15)-10/2026 nömrəli iş, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan “iddiaçı Cavabdeh İddiaçı qarşı pul” tələbinə dair e-2-2(121)-4017/2025 nömrəli işə birləşdirilməsi və mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar