Məhkəmə qərarları › İş №e-2-2(4-15)-233/2026

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-15)-233/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(4-15)-233/2026 17.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən etiraf etdikləri 4600 manat pulun və 66 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Elekton Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, hər iki cavabdehin elektron kabineti, eyni zamanda Cavabdeh1 VÖEN hesabı mövcud olmasa da, digər Cavabdeh2 VÖEN hesabı mövcuddur. Lakin iş materiallarından göründüyü kimi hazırkı iş üzrə hər iki cavabdehə münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin nəzərdə tutulan qaydada cavabdehə çatdırılması ilə bağlı tələblərə əməl edilmədiyindən, belə ki, çatdırılmanı təsdiqləyən sənədlər iş materiallarına əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, iş üzrə Cavabdeh2 VÖEN hesabı mövcud olduğundan ona iddia ərizəsi və əlavə edilmiş sənədlər yuxarıda qeyd edilən qaydada çatdırılmalı, digər Cavabdeh1 isə poçt vasitəsilə ünvanı üzrə göndərilərək çatdırılmalı və həmin sənədlərin hər iki cavabdehə çatdırıldığını təsdiqləyən sənədlər iş materiallarına əlavə edilməlidir. Göründüyü kimi hazırkı iş üzrə qeyd edilən cavabdehlərə münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər MPM-in 150.2-ci maddəsinə uyğun olaraq tərəfə çatdırılmamışdır. Yuxarıda göstərilən səbəblərdən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 66 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar