Məhkəmə qərarları › İş №e-2-2(4-15)-90/2026

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-15)-90/2026

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(4-15)-90/2026 28.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə 4679.68 manat əsas borc, 529.92 manat faiz borcu, 5.6 manat cərimə borcu, ümumilikdə cəmi 5215.2 manat borcun və 72.15 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə 4679.68 manat əsas borc, 529.92 manat faiz borcu, 5.6 manat cərimə borcu, ümumilikdə cəmi 5215.2 manat borcun və 72.15 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, texniki səhv səbəbilə məhkəmə aidiyyatı ilə bağlı səhvə yol verilmişdir. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in: 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddiaçı Şirvan Kommersiya Məhkəməsinin hesabına dövlət rüsumu ödədiyindən həmin rüsumu qaytarmaqla bağlı qərarı həmin məhkəmə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə 4679.68 manat əsas borc, 529.92 manat faiz borcu, 5.6 manat cərimə borcu, ümumilikdə cəmi 5215.2 manat borcun və 72.15 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar