Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(4-15)-95/2026 17.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 13 773,65 manat əsas borc və 132 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “cavabdehdən 13 773,65 manat əsas borc və 132 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (satıcı) ilə cavabdeh X3 (alıcı) arasında 2024-cü ilin sentyabr ayında olan şifahi razılaşmaya əsasən, satıcı tərəfindən alıcıya buğda dəni satılmışdır. Həmin razılaşmaya görə satıcı alıcıya buğda dəni satmağı, alıcı isə müvafiq malı almağı və tərəflər arasında razılaşdırılmış ümumi məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı aldığı mala görə nəzərdə tutulmuş 13 773,65 manat məbləğini tam həcmdə ödəməmişdir. İddiaçının razılaşma üzrə öhdəliklərini tam şəkildə icra edərək buğda dənini faktiki olaraq təhvil verməsinə baxmayaraq, alıcı tərəfindən şirkətlərinə ödənilməli olan 13 773,65 manat pul öhdəliyinin icrası bu günədək icra edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli üzləşmə aktından da göründüyü kimi iddiaçı öhdəliklərinə tam şəkildə əməl edərək cavabdehi sifariş verdiyi xammal ilə təmin etmiş, cavabdeh isə üzləşmə aktını imzalayaraq borcunu etiraf etsə də, razılaşma üzrə öhdəliklərinə əməl etməmişdir. Borcunu ödəməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu da göndərilmiş, lakin cavabdeh nə pretenziyaya cavab vermiş, nə də indiyədək borcunu ödəmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 329.2-ci, 329.3-cü, 385.1-ci, 386.1-ci, 405.2-ci, 406.1-ci, 407.1-ci, 425.1-ci, 425.2-ci, 442-ci, 445-ci, 448-ci, 598.1-ci, 598.2-ci maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə uzun müddətdir ki, alqı-satqı edirlər. Aralarında 500 000 manatdan çox mal mübadiləsi olmuşdur. Lakin alıcı aldığı mala görə nəzərdə tutulmuş 13 773,65 manat məbləği tam həcmdə ödəməmişdir. Cavabdehlə bu məsələ ilə bağlı aralarında danışıqlar olmuş və o, maliyyə çətinliyi çəkdiyini bildirmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər.
5. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, üzləşmə aktındakı imzanın ona aid olmasını və borcu qəbul edir, əgər qarşı tərəf iş versə, borcunu hissəhissə ödəyə bilər.
İİİ. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
9. xx.xx.2025-ci il tarixdə bağlanmış üzləşmə aktı ilə iddiaçı tərəfindən cavabdehə 13 776,85 manat dəyərində buğda dəni satıldığı və cavabdehin borcunu ödəmədiyi iddiaçı hüquqi şəxsin möhürü və hər iki tərəfin imzaları ilə təsdiqlənmişdir.
10. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ümumilikdə 599 658,25 manat məbləğində mallar verildiyi, həmin məbləğin 585 884,6 manat hissəsinin ödənildiyi və cavabdehin 13 773,65 manat borcunun qaldığı qeyd edilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
14. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında şifahi alqı-satqı münasibətlərindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir.
15. İşin müəyyən olunmuş halları və iş materialları, habelə tərəflərin izahatları ilə təsdiqini tapmış halları iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı münasibətlərinin yaranması və bunun əsasında müəyyən dövlərdə iddiaçı tərəfindən cavabdehə məhsulların verilməsindən, cavabdehin həmin məhsulların dəyərindən müəyyən qədər ödənişlər etməsindən ibarətdir. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək 2024-cü ilin sentyabr ayında olan şifahi razılaşmaya əsasən, satıcı tərəfindən alıcıya buğda dəni verildiyini, lakin həmin mala görə nəzərdə tutulmuş 13 773,65 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilmədiyini və həmin borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh isə üzləşmə aktındakı imzanın ona aid olduğunu və borcunu qəbul etdiyini qəbul etmişdir. Bu səbəbdən tərəflər arasında işin mübahisələndirilən halları müəyyən edilməmişdir.
16. Göründüyü kimi, cavabdeh aldığı malların dəyərini lazımi qaydada ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 13 773,65 manat borcu qalmışdır ki, bu hal iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapır.
17. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
18. Hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə iddiaçı tərəfindən tələb edilən borcu mübahisələndirməmiş və qəbul etmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
19. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 13 773,65 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
20. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (131.32 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi təmin edildiyindən 131.32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş hissədə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 13 773,65 manat əsas borc və 131.32 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov