Məhkəmə qərarları › İş №e-2-2(4-24)-105/2026

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-24)-105/2026

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(4-24)-105/2026 18.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 11 fevral 2026-cı il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 0701/01/SİF saylı, 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 09 dekabr 2025-ci il tarixə üzrə 701.45 (yeddi yüz bir manat qırx beş qəpik) manat əsas, 8.38 (səkkiz manat otuzsəkkiz qəpik) manat faiz borcu və 16.76 (on altımanat yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 726.59 (yeddi yüz iyirmi altı manat əlli doqquz qəpik) manat kredit borcu və iddia ərizəsini verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdirlər. İddiaçı ərizəsində borcun mübahisəsiz olduğunu təsdiq edən borclu Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 0701/01/SİF saylı, 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 5% olmaqla 20 000 (iyirmi min) manat kredit verildiyini, İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü, Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etmədiyini, Cavabdeh 0701/01/SİF saylı, 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 09 dekabr 2025-ci il tarixə İddiaçı ASC-yə borcunun 701.45 (yeddi yüz bir manat qırx beş qəpik) manat əsas, 8.38 (səkkiz manat otuz səkkiz qəpik) manat faiz borcu və 16.76 (on altı manat yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 726.59 (yeddi yüz iyirmi altı manat əlli doqquz qəpik) manat təşkil etdiyini, cavabdehin borcun qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunduğunu, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülmədiyini, iddiaçının tələbinin əsaslandırdığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ödəniş qrafiki və kredit borcuna dair maliyyə arayışının olduğunu, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını, borcalanın müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməməsinin onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə dəlalət etdiyini, bunun da kreditora Mülki Məcəllənin 743-cü maddəsinə əsasən borcun dərhal qaytarılmasını tələb etməsi hüququnu verdiyini qeyd etməklə ərizəsini əsaslanmışdır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 12-ci və 23-1-ci fəsillərinə istinad etmişdir. Məhkəmə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə xx.xx.2026-cı il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə bağlanmış kredit portfelinin ötürülməsi (tələbin güzəşti) barədə müqavilədən görünür ki, bir tərəfdən bundan sonra - "Hüquq əldə edən" adlandırılacaq, İdarə Heyətinin sədri, Baş icraçı direktor X6 şəxsində təmsil olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və digər tərəfdən bundan sonra - "Hüquq sahibi" adlandırılacaq, İdarə Heyətinin sədrinin 1-ci müavini, sədr vəzifəsini müvəqqəti icra edən X8 şəxsində təmsil olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bu Müqavilənin mətni boyunca ismin müvafiq halında "Hüquq əldə edən" və "Hüquq sahibi" ayrı-ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırıla bilərlər) aşağıdakı məzmunda hazırkı müqaviləni bağladılar: Bu Müqavilənin: 2.1-ci bəndindən görünür ki, bu Müqaviləyə əsasən Hüquq sahibi Müştərilərlə bağladığı kreditlə bağlı müqavilələr üzrə bütün hüquqları, tələbləri, təminatları və üstünlükləri Hüquq əldə edənə ötürməklə güzəşt etməyi, Hüquq əldə edən isə bunun müqabilində güzəşt edilmiş hüquqlar müqabilində razılaşdırılmış ödənişi Hüquq sahibinə ödəməyi öhdələrinə götürürlər. 2.2-ci bəndindən görünür ki, Kredit Portfeli Hüquq əldə edənə ötürüldükdən sonra Müştərilər bütün öhdəliklərini Hüquq əldə eden qarşısında daşıyacaqdır. xx.xx.2023-cü il tarixli kredit portfelinin ötürülməsi (tələbin güzəşti) barədə Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, bir tərəfdən "Hüquq əldə edən" adlandırılan İdarə Heyətinin sədri, Baş icraçı direktor X6 şəxsində təmsil olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və digər tərəfdən "Hüquq sahibi" adlandırılan İdarə Heyətinin sədrinin 1-ci müavini, sədr vəzifəsini müvəqqəti icra edən X5 şəxsində təmsil olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“Hüquq əldə edən” və "Hüquq sahibi" ayrı-ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırıla bilərlər) xx.xx.2023-cü il tarixli Kredit portfelinin ötürülməsi (tələbin güzəşti) barədə Müqaviləyə aşağıdakı məzmunda hazırkı Əlavəni bağladılar: Bu Əlavənin: 1-ci bəndindən görünür ki, bu Əlavə üzrə ötürülən xx.xx.2023-cü il tarixli kredit portfelinin növü, kreditlərin sayı və kreditlər üzrə ümumi qalıq borc (əsas və faiz borcu): 62 356 820.66 AZN. 11 553 sayda istehlak kreditidir. 2-ci bəndindən görünür ki, bu Əlavə üzrə ötürülən kredit portfelinin dəyərinin ödənilməsi qaydası belədir: kreditlər üzrə məlumatlar Hüquq əldə edənin əməliyyat sisteminə ötürüldükdən (inteqrasiya edildikdən) sonra 3(üç) iş günü ərzində bu Əlavənin 1-ci bəndində qeyd edilən qalıq portfel məbləğinin 49 885 456 AZN hissəsini, sözügedən məbləğin yerdə qalan hissəsi isə bu Əlavə üzrə ötürülən kredit portfeli ilə bağlı təhvil-təslim prosesi tam yekunlaşdıqdan sonra müvafiq təsdiq edici sənədlər (Təhvil-təslim aktı və s.) əsasında Hüquq sahibinin Müqavilədə qeyd edilmiş hesabına. 07 yanvar 2022-ci il tarixli, 0701/01/SİF saylı Kredit müqaviləsindən görünür ki, bu müqaviləni bir tərəfdən irəlidə Kreditor adlandırılacaq, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının müdiri X3 şəxsində, (bundan sonra Fond adlanacaq) Naxçıvan MR X1 İdarə Heyətinin sədri X2 və digər tərəfdən irəlidə Borcalan adlandırılacaq X4 (ş/v AA № 0511943. «08» «avqust» 2019-eu il tarixdə Naxçıvan ŞPİ tərəfindən verilib) Naxçıvan şəhərində "Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafina dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası X11 2018-ci il 07 avqust tarixli 133- V FR nömrəli Fərmanına uyğun olaraq müəyyən edilmiş şərtlərlə bağlayırlar. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 20 000 (iyirmi min) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, Borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu Müqavilədə göstərilən müddətdə və qaydada Kreditora qaytarmağı öhdəsinə götürür. 1.3-cü bəndindən görünür ki, Kredit Borcalana heyvandarlıq təsərrüfatının (20 baş ətlik iribuynuzlunun və yem ehtiyatının alınması) yaradılması yönümlü verilir. 1.4-cü bəndindən görünür ki, Kredit 36 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. 2.1-ci bəndindən görünür ki, Kreditdən istifadəyə görə Borcalan illik 5% ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. 2.1.2-ci bəndindən görünür ki, Borc alan kredit vəsaitini müqaviləyə əlavə olunan razılaşdırılmış qrafikə əsasən təyin edilmiş məbləğlərlə 18 (on səkkiz) ay müddətinə hissə-hissə ödəməlidir. 2.2-ci bəndindən görünür ki, ödəniş qratiki üzrə ödənişlər gecikdirildikdə kredit üzrə ödənilməyən əsas borca faizlər ikiqat hesablanır. 2.3-cü bəndindən görünür ki, Kredit üzrə faizlər ildə 360. ayda 30 təqvim günü götürülməklə kreditin Borcalana verildiyi gündən faktiki qaytarıldığı günədək. kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. 3.1.3-cü bəndindən görünür ki, Bank aşağıdakı hallarda kreditin hesablanmış cərimə faizi ilə birlikdə qaytarılmasını Borcalandan vaxtından əvvəl tələb edə bilər: 3.1.3.1. Вorcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda: 3.1.3.2. Вorcalan tərəfindən bu müqavilədə nəzərdə tutulmuş ödənişlərin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda: 3.3.3-cü bəndindən görünür ki, Borcalan bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. 4.1-ci bəndindən görünür ki, bu müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. 6.2-ci bəndindən görünür ki, bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək. o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər. dəbbə pulu. maliyyə sanksiyası. tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. 05 yanvar 2026-cı il tarixli, 2026/199/95 nömrəli maliyyə arayışından görünür ki, “borclu Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 0701/01/SİF saylı, 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 5% olmaqla 20 000 (iyirmi min) manat kredit verilmiş, İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalanmış, həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklər İddiaçı ASC-yə ötürülmüş, Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir, Cavabdeh 0701/01/SİF saylı, 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 09 dekabr 2025-ci il tarixə İddiaçı ASC-yə borcu 701.45 (yeddi yüz bir manat qırx beş qəpik) manat əsas, 8.38 (səkkiz manat otuz səkkiz qəpik) manat faiz borcu və 16.76 (on altı manat yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 726.59 (yeddi yüz iyirmi altı manat əlli doqquz qəpik) manat təşkil edir. 14 yanvar 2022-ci il tarixli, 715 nömrəli xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh AZ19NAXB**********1788004AZN nömrəli hesabına heyvandarlıq üçün 14 715.00 (on dörd min yeddi yüz on beş) manat məbləğində kredit köçürülmüşdür. 04 fevral 2022-ci il tarixli, 703 nömrəli xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh AZ19NAXB**********1788004AZN nömrəli hesabına heyvandarlıq üçün 4 905.00 (dörd min doqquz yüz beş) manat məbləğində kredit köçürülmüşdür. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: Hazırkı iş üzrə tərəflər arasında Kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitlərinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Lakin Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia ərizəsi təmin edilməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaydada xəbərdarlıq məktubu ünvanlanaraq borcun mübahisəsiz olduğunu təsdiq edən borclu Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 0701/01/SİF saylı, 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 5% olmaqla 20 000 (iyirmi min) manat kredit verildiyi, İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığı, həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyü, Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etmədiyi, Cavabdeh 0701/01/SİF saylı, 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 09 dekabr 2025-ci il tarixə İddiaçı ASC-yə borcunun 701.45 (yeddi yüz bir manat qırx beş qəpik) manat əsas, 8.38 (səkkiz manat otuz səkkiz qəpik) manat faiz borcu və 16.76 (on altı manat yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 726.59 (yeddi yüz iyirmi altı manat əlli doqquz qəpik) manat təşkil etdiyi, odur ki, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin qısa müddət ərzində təmin edilməsinin Cavabdeh xahiş edildiyi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2026-cı il tarixli, e-2-2(4-24)-105/2026 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2026-cı il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 30,00 AZN məbləğində dövlət rüsumunun cavabdеh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi təmin edilərək, 07 yanvar 2022-ci il tarixli, 0701/01/SİF saylı Kredit müqaviləsinə əsasən 09 dekabr 2025-ci il tarixə İddiaçı ASC-yə borclu olduğu 701,45 (yeddi yüz bir manat, qırx beş qəpik) manat məbləğində əsas borc, 8,38 (səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində faiz borcu və 16,76 (on altı manat, yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə isə 726,59 (yeddi yüz iyirmi altı manat, əlli doqquz qəpik) manat məbləğində pulun və 30,00 AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tam təmin edilsin. 07 yanvar 2022-ci il tarixli, 0701/01/SİF saylı Kredit müqaviləsinə əsasən 701,45 (yeddi yüz bir manat, qırx beş qəpik) manat məbləğində əsas borc, 8,38 (səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində faiz borcu və 16,76 (on altı manat, yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 726,59 (yeddi yüz iyirmi altı manat, əlli doqquz qəpik) manat məbləğində bоrc cavabdеh Cavabdeh (FİN: xxxxxxx, AA*******, VÖEN: **********; Qeydiyyatda olduğu ünvan: Naxçıvan şəhəri, Qaraçuq Ərazi Dairəsi, Qaraçuq kəndi) tutularaq İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеh Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar