Məhkəmə qərarları › İş №e-2-2(4-24)-18/2026

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-24)-18/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(4-24)-18/2026 17.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı QSC BOKT-un cavabdehlər Talıbov Şamxal Oruc oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı borc məbləğinin cavabdehlərdən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə 12 yanvar 2026-cı il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər Talıbov Şamxal Oruc oğlundan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc 3846,4 manat, faiz borcu 0,0 manat olmaqla, cəmi 3846,4 (üç min səkkiz yüz qırx altı manat qırx qəpik) manat borc məbləğinin və ödənilmiş 58,46 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Naxçıvan filialı ilə Talıbov Şamxal Oruc oğlu arasında 27 aprel 2023-cü il tarixli 5241 saylı Kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən”Aqrarkredit” QSC tərəfindən Talıbov Şamxal Oruc oğluna ərzaq mallarının alqı-satqısı üçün illik 12 faiz hesablanmaqla 36 ay müddətinə 8.000(səkkiz min) manat kredit verildiyini, Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İddiaçı QSC-nin Naxçıvan filialı ilə Cavabdeh3 arasında 27 aprel 2023- cü il tarixli 31/23-KKK-11 saylı və Cavabdeh2 arasında 27 aprel 2023-cü il tarixli 31/23-KKK-10 saylı zaminlik müqavilələri bağlandığını, cavabdeh Talıbov Şamxal Oruc oğlu əsas və faiz borcunun qrafikə uyğun olaraq ödəməli olduğu halda onun, müqavilənin şərtlərinə əməl etmədiyini, bununla da cavabdeh Talıbov Şamxal Oruc oğlunun kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etdiyini, Bağlanmış 27 aprel 2023-cü il tarixli 5241 saylı Kredit müqaviləsinə əsasən cavabdeh Talıbov Şamxal Oruc oğlunun İddiaçı QSC-yə olan əsas borcu 3846,4 manat, faiz borcu 0,0 manat olmaqla, cəmi borcu 3846,4 (üç min səkkiz yüz qırx altı manat qırx qəpik) manat təşkil etdiyini, Borcun ödənilməsi barədə cavabdeh Talıbov Şamxal Oruc oğluna və onun zaminləri Cavabdeh3 və Cavabdeh2 dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmadığını, cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarının nəticəsiz qaldığını, cavabdeh Talıbov Şamxal Oruc oğlu onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 3846,4 manat məbləğində borcun cavabdehlər tərəfindən ödənilməli olduğunu hesab etdiklərini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilməli dövlət rüsumunun məbləğinin 58.46 manat olduğunu, bu səbəbdən bu iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı tərəflərindən ödənilmiş 58,46 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməli olduğunu qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 448.1-ci, 448.2-ci, 449.4-cü, 470-ci, 472-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 284-1 - 284-6-cı maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı QSC BOKT-un cavabdehlər Talıbov Şamxal Oruc oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı borc məbləğinin cavabdehlərdən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə xx.xx.2026-cı il tarixli, e-2-2(4-24)-18/2026 saylı qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər Talıbov Şamxal Oruc oğlu, Cavabdeh3 və Cavabdeh2 bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2023-cü il tarixli, 5241 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı Səhmdar Kredit Təşkilatı (Bundan sonra “Borcverən” adlanacaq), onun Naxçıvan filialının müdiri X1 və digər tərəfdən Talıbov Şamxal Oruc oğlu (bundan sonra “Borcalan” adlanacaq) şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, bu müqavilənin şərtləri ilə Borcverən Borcalana pul vəsaitinin borc (bundan sonra «kredit» adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. 2.1-ci bəndindən görünür ki, Borcverən Borcalana, bu müqavilənin şərtlərinə uyğun olaraq 36 ay müddətinə xidmət məqsədi ilə, avtomobil ehtiyyat hissələrinin alışı təyinatı ilə, illik faiz məzənnəsi 12 % olmaqla, ödəniş qaydası nağd və köçürmə yolu ilə olmaqla 8000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 3.5-ci bəndindən görünür ki, Borcalan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməzsə və ödəmə şərtlərinə əməl etməzsə qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödənişini tələb etmək Borcverənin hüququdur. 6.5-ci bəndindən görünür ki, Krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkb hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin etmək Borcalanın öhdəliyidir. 5241 nömrəli ödəniş cədvəlindən görünür ki, X2 Oruc oğluna 36 ay müddətinə illik 12% dərəcəsi ilə verilmiş 8000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. 27 aprel 2023-cü il tarixli 31/23-KKK-10 nömrəli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən öz nizamnanəsi əsasında fəaliyyət göstərən İddiaçı Səhmdar Kredit Təşkilatının (bundan sonra «Kredit Təşkilatı» adlanacaq) Naxçıvan filialının müdiri X1 və digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh3 şəxsində (bundan sonra “Zamin” adlanacaq) arasında müəyyən olunmuş şərtlərlə bağlanmışdır. Zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən Kredit Təşkilatı ilə Talıbov Şamxal Oruc oğlu (bundan sonra «Borcalan») arasında 27 aprel 2023-ci il il tarixdə bağlanmış 5241 saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 8000 (Səkkiz min) manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən Zamin Kredit Təşkilatı qarşısında Borcalanın 27 aprel 2023-ci il il tarixli 5241 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. 6.1-ci bəndinə əsasən bu Müqavilənin qüvvədə olma müddəti Borcalanın 27 aprel 2023-ci il il tarixli 5241 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin Kredit Təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. 27 aprel 2023-cü il tarixli 31/23-KKK-11 nömrəli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən öz nizamnanəsi əsasında fəaliyyət göstərən İddiaçı Səhmdar Kredit Təşkilatının (bundan sonra «Kredit Təşkilatı» adlanacaq) Naxçıvan filialının müdiri X1 və digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 şəxsində (bundan sonra “Zamin” adlanacaq) arasında müəyyən olunmuş şərtlərlə bağlanmışdır. Zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən Kredit Təşkilatı ilə Talıbov Şamxal Oruc oğlu (bundan sonra «Borcalan») arasında 27 aprel 2023-ci il il tarixdə bağlanmış 5241 saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 8000 (Səkkiz min) manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən Zamin Kredit Təşkilatı qarşısında Borcalanın 27 aprel 2023-ci il il tarixli 5241 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. 6.1-ci bəndinə əsasən bu Müqavilənin qüvvədə olma müddəti Borcalanın 27 aprel 2023-ci il il tarixli saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin Kredit Təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. 27 aprel 2023-cü il tarixli məxaric orderindən görünür ki, İddiaçı SKT tərəfindən Talıbov Şamxal Oruc oğlu oğluna 8000 manat məbləğində kredit verilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan Talıbov Şamxal Oruc oğlunun kredit borcunun xx.xx.2025ci il tarixə ödənilmə vəziyyəti barədə məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, 5241 saylı Kredit müqaviləsinə əsasən Talıbov Şamxal Oruc oğlunun xx.xx.2025-ci il tarixə İddiaçı QSC BOKTa borcu 3846,40 manat kredit borcu qalmışdır. **********86 nömrəli, xx.xx.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən “ASAN ödəniş” sistemi vasitəsilə 58.46 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: Hazırkı iş üzrə tərəflər arasında Kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitlərinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Lakin cavabdeh Talıbov Şamxal Oruc oğlu tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia ərizəsi təmin edilməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Bundan əlavə müqavilədən irəli gələn öhdəliklərinin icrasının təmin ediməsi məqsədilə cavabdеh Cavabdeh3 ilə 27 aprel 2023-cü il tarixli 31/23-KKK-10 nömrəli Zaminlik müqaviləsi və cavabdеh Cavabdeh2 ilə 27 aprel 2023-cü il tarixli 31/23-KKK-11 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 həmin müqavilələrə əsasən Kredit Təşkilatı ilə Talıbov Şamxal Oruc oğlu (bundan sonra «Borcalan») arasında 27 aprel 2023-ci il il tarixdə bağlanmış 5241 saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 8000 (Səkkiz min) manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdehlər Cavabdehlər Talıbov Şamxal Oruc oğluna, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Naxçıvan filialı ilə Talıbov Şamxal Oruc oğlu arasında 27 aprel 2023-cü il tarixli 5241 saylı Kredit müqaviləsinin bağlandığı, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Talıbov Şamxal Oruc oğluna ərzaq mallarının alqı-satqısı üçün illik 12 faiz hesablanmaqla 36 ay müddətinə 8.000 (səkkiz min) manat kreditin verildiyi, Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İddiaçı QSC-nin Naxçıvan filialı ilə Cavabdeh3 arasında 27 aprel 2023-cü il tarixli 31/23-KKK-11 saylı və Cavabdeh2 arasında 27 aprel 2023-cü il tarixli 31/23-KKK- 10 saylı zaminlik müqavilələri bağlandığı, Talıbov Şamxal Oruc oğlu əsas və faiz borcunun qrafikə uyğun olaraq ödəməli olduğu halda onun, müqavilənin şərtlərinə əməl etmədiyi, 27 aprel 2023- cü il tarixli 5241 saylı Kredit müqaviləsi üzrə Talıbov Şamxal Oruc oğlunun İddiaçı QSC-yə olan əsas borcu 3846,4 manat, faiz borcu 0,0 manat olmaqla, cəmi borcunun 3846,4 (üç min səkkiz yüz qırx altı manat qırx qəpik) manat təşkil etdiyi, odur ki, onlardan yuxarıda qeyd olunan 3846,4 manat borcun 5 (beş) gün müddətində İddiaçı QSC-nin hesabına ödənilməsi tələb olunduğu, əks təqdirdə, pretenziyada göstərilən kredit borclarının onlardan müştərək qaydada tutulması üçün tərəflərindən müvafiq məhkəmədə iddia qaldırılacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2026-cı il tarixli, e-2-2(4-24)-18/2026 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2026-cı il tarixdə, “ASAN ödəniş” sistemi vasitəsilə, **********86 saylı mədaxil qəbzi ilə ödənilmiş 58.46 AZN məbləğində dövlət rüsumunun cavabdehlər Talıbov Şamxal Oruc oğlundan, Cavabdeh3 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı QSC BOKT-un cavabdehlər Talıbov Şamxal Oruc oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı borc məbləğinin cavabdehlərdən tutulması tələbi barədə ərizəsi təmin edilərək, xx.xx.2023-cü il tarixli, 5241 saylı Kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-a borclu olduğu 3.846,40 (üç min səkkiz yüz qırx altı manat, qırx qəpik) manat məbləğində kredit borcunun və 58,46 (əlli səkkiz manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Talıbov Şamxal Oruc oğlundan, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı QSC BOKT-nun хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tam təmin edilsin. xx.xx.2023-cü il tarixli, 5241 saylı Kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-a borclu olduğu 3.846,40 (üç min səkkiz yüz qırx altı manat, qırx qəpik) manat məbləğində kredit borcu cavabdehlər Talıbov Şamxal Oruc oğlundan (FİN: 35ADMVG, AA4267345, VÖEN: **********; qeydiyyatda olduğu ünvan: Naxçıvan şəhəri, Şəhriyar küçəsi, ev 21), Cavabdeh3 (FİN: xxxxxxx, AZE********; qeydiyyatda olduğu ünvan: Naxçıvan şəhəri, Şəhriyar küçəsi, ev 21) və Cavabdeh2 (FİN: xxxxxxx, AA6251563; qeydiyyatda olduğu ünvan: Naxçıvan şəhəri, Qaraçuq Ə/D, Qaraçuq kəndi) tutularaq İddiaçı QSC BOKT-a (VÖEN: **********) ödənilsin. İddiaçı QSC BOKT tərəfindən ödənilmiş 58,46 (əlli səkkiz manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Talıbov Şamxal Oruc oğlundan, Cavabdeh3 və Cavabdeh2 alınıb İddiaçı QSC BOKT-a ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar