Məhkəmə qərarları › İş №e-2-2(4-24)-39/2026

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-24)-39/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(4-24)-39/2026 26.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər X3 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının səlahiyyətli nümayəndəsi Nümayəndə1 19 yanvar 2026-cı il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cəfərov İlhamAğa oğlundan 22 iyun 2023-cü il tarixli 5369 saylı Kredit müqaviləsi üzrə əsas borc 14400,44 (on dörd min dörd yüz manat qırx dörd qəpik) manat, faiz borcu 0,0( sıfır ) manat olmaqla, cəmi 14400,44 (on dörd min dörd yüz manat qırx dörd qəpik) manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin kreditin təminatı kimi ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan, Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndində yerləşən, ümumi sahəsi 102,55 kv.metr, yaşayış sahəsi 35,42 kv.metr, yardımçı sahəsi 67,13 kv.metr olan 2 otaqlı fərdi yaşayış evinə 0,0667 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına X2 İddiaçı QSC-yə olan cəmi 14400,44 manat borcunun və ödənilmiş 133,2 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli, e-2-2(4-24)-39/2026 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə xx.xx.2026-cı il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə1, o cümlədən cavabdehlər X4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinin və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə1, o cümlədən cavabdehlər X2 və Cavabdeh2 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə1 20 fevral 2026-cı il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər X3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə iddia ərizəsində göstərilmiş cəmi 14400,44 manat kredit borcunun, dövlət rüsumu kimi ödənilmiş 133,2 manatın İlham Cəfərov tərəfindən “Aqrarkredit" QSC-nin hesabına tam ödənildiyini, qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələblərini rəhbər tutaraq iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər X3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair e-2-2(4-24)39/2026 saylı iş üzrə iddia tələbindən imtina etdiklərini qeyd edərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçı tərəf ərizədə öhdəliyin icra olunduğunu və səlahiyyətli şəxs kimi icraata xitam verilməsini xahiş etdiyindən, habelə iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4- cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə, Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə, **********93 nömrəli qəbz ilə ödənilmiş, 133,20 (bir yüz otuz üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Həmçinin cavabdeh X2 nəzər və diqqətinə çatdrılır ki, iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödədiyi 133,20 (bir yüz otuz üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı tərəfindən geri qaytarılmasını tələb etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər X3 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair iş üzrə iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı yazılı qaydada ərizəsilə iddiadan imtina etdiyindən iş üzrə icraata xitam verilməli, iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2026-cı il tarixdə, Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə, **********93 nömrəli qəbz ilə ödənilmiş, 133,20 (bir yüz otuz üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər X3 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2026-cı il tarixdə, Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə, **********93 nömrəli qəbz ilə ödənilmiş, 133,20 (bir yüz otuz üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar