Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(4-24)-62/2026 29.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(110)-977/2025 nömrəli işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair qərardadını və işdə olan sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar xidmətinə olan debitor borcu (sayğac vasiəsilə istifadə) olan 1812 (min səkkiz yüz on iki) manat və ödənilmiş 38,12 (otuz səkkiz manat, on iki qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1850,12 (min səkkiz yüz əlli manat, on iki qəpik) manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin "xxxx" ASC-nin Naxçıvan filialının Qaz İstismar Xidməti üzrə (Kod: 200015, VÖEN: **********, M/H: AZ37NABZ********************, SWİFT:AİİBAZ2XXXX, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətin, VÖEN: **********, AZ11AİİB380400K**********500) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(110)-977/2025 nömrəli qərardadı ilə müvafiq mülki iş məhkəmənin icraatına götürülmüşdür. İddiaçı Cavabdeh qarşı borc tələbi barədə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(110)-977/2025 nömrəli işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün xx.xx.2026-cı il tarixli müşayət məktubu ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilmiş, mülki iş xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə elekton qaydada məhkəməyə ünvanlanmış iddia ərizəsində qeyd olunan proses iştirakçıları ilə iddia ərizəsinin məzmunu və təqdim olunan sənədlər arasında ziddiyət olduğu qənaətindədir. Elektron sistem vasitəsilə göndərilmiş iddia ərizəsində qeyd edilən proses iştirakçıları ilə iddia ərizəsinin mətnində göstərilən proses iştirakçıları eynilik təşkil etmir. Elektron sistem vasitəsilə göndərilmiş iddia ərizəsində “iddiaçı” kimi İddiaçı qeyd olunsa da iddia ərizəsinin mətnində iddiaçı qismində Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iş üzrə məhkəmə o qənaətə gəlir ki, iddia ərizəsi elektron qaydada təqdim edilərkən sistemdə göstərilmiş proses iştirakçıları ilə ərizənin mətnində adı şəkilən proses iştirakçıları arasında uyğunsuzluq var. Belə ki, iddia ərizəsində İddiaçı ünvanı Naxçıvan şəhəri N.Tusi kimi qeyd edilmişdir. Vergi ödəyicilərinin məlumatlarına dair eloktron sistemdən alınan məlumatdan görünür ki, İddiaçı ünvanı ünvan 2ir eloktron sistemdən alınan məlumatdan görünür ki, ünvan 3 ünvanıdır. Həmçinin iddia ərizəsində eloktron sistem üzrə iddiaçı təşkilatın İddiaçı VÖEN ********** qeyd olunsada, ərizədə iddiaçı olaraq Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti olaraq VÖEN ********** qeyd olunmuşdur. Bundan başqa iddia ərizəsini imzalayanlar kimi İddiaçı (**********), həmçinin Nümayəndə (AA*******) icra etməsi məlum olur. Həmçinin məhkəmə bildirir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə daxil olmuş iddia ərizəsi İddiaçı və iddiaçının nümayəndəsi kimi Nümayəndə tərəfindən imzalanmışdır. Lakin Nümayəndə İddiaçı səlahiyyətli nümayəndəsi olmağı ilə bağlı zəruri sənədlər iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. İş materiallarında olan 19 avqust 2025-ci il tarixli 675/04 nömrəli etibarnaməyə əsasən Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəis vəzifələrini müvəqqəti icra edən, rəis müavini X1 tərəfindən Xidmətin hüquqşünası Kərimov X2 Muxtar Respublikasının bütün şəhər və rayon məhkəmələrində, İnzibati-Kommersiya Məhkəmələrində, Apellyasiya Məhkəmələrində, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində və mediator qarşısında Xidmətin hüquqlarının müdafiəsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün prosessual və digər hərəkətləri həyata keçirmək üçün vəkil edilmişdir. Həmçinin iş materiallarında olan 39 nömrəli Əmək müqaviləsindən görünür ki, Nümayəndə “Naxçıvanqaz” İstehsalat Birliyində baş məsləhətçi-hüquqşünas vəzifə səlahiyyətlərini icra edir. Bundan əlavə, məhkəmə bildirir ki, abonent Cavabdeh ünvanlanmış 25 iyun 2025-ci il tarixli 452/06 nömrəli pretenziya məktubundan görünür ki, bu məktub Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən tərtib edilmiş və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifələrini müvəqqəti icra edən, rəis müavini X1 tərəfindən imzalanmışdır. Həmçinin dövlət rüsumu Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən ödənilmişdir. Qeyd olunan hal iş üzrə tərəflərin dəqiq müəyyən edilməsinə və işin gələcəkdə mahiyyəti üzrə həll edilməsinə imkan vermir. Beləliklə, məhkəmə hesab edir ki, elektron qaydada məhkəməyə təqdim olunmuş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim olunan ərizə “İddia ərizəsi” formasında olsa da, ərizənin mətnində “kiçik iddialara dair sadələşmiş icraat üzrə iddia ərizəsi” olduğu qeyd olunmuşdur və ərizənin məzmunundan da aydın olur ki, ərizə sadələşmiş icraat üzrə baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər elektron kabinet vasitəsilə elektron formada məhkəməyə təqdim edilmə ilə yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsilə müəyyən olunmuş “İddia ərizəsinin forması və məzmunu” və 150-ci maddəsi ilə müəyyən olunmuş “İddia ərizəsinə əlavə edilən sənədlər”-ə dair müddəalara riayət edilərək, həmin Məcəllənin 151-ci, 152-ci və 153-cü maddələrinin tələbləri nəzərdə saxlanılmaqla verildikdə, iddia ərizəsinin məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə qeyd edir ki, Kərimov X2 Muxtar Respublikası Qaz İstismar Xidmətinin səlahiyyətli nümayəndəsidir. Hazırkı iş üzrə isə, Kərimov X3 məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanmış iddia ərizəsini İddiaçı nümayəndəsi kimi imzalamışdır. İş materiallarına əsasən Nümayəndə səlahiyyətli nümayəndə olmağı təsdiq olunmadığından məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qənaətindədir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən hakim iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin: 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalıdır, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 38,12 (otuz səkkiz manat, on iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir (2.1.2 və 4.1-ci maddələr). Əlavə olaraq, iş materiallarında olan, 39-42-ci səhifələri əhatə edən Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 89510/2019- 93-1 nömrəli İcraata xitam verilməsi haqqında Məlumat məktubunun, həmçinin xx.xx.2025-ci il tarixli İcraata xitam verilməsi haqqında qərarının, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2025-ci il tarixdə daxil olan icraata xitam verilməsinə dair ərizənin və Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(110)-238/2029 nömrəli İcra vərəqəsinin iş materialları ilə əlaqəsi məsələsinə məhkəmə toxunmamaqdadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 38,12 (otuz səkkiz manat, on iki qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(4-24)-62/2026
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-24)-62/2026
29.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver