Məhkəmə qərarları › İş №e-2(3-1)-118/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2(3-1)-118/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-118/2026 15.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi (Açar sözlər: kredit müqaviləsi, əsas və faiz borcu, müqavilənin birtərəfli ləğvi, faizlərin hesablanma dövrü) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti “11” aprel 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14257.62 (on dörd min iki yüz əlli yeddi manat, altmış iki qəpik) manat əsas və 1315.32 (bir min üç yüz on beş manat, otuz iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15572.94 (on beş min beş yüz yetmiş iki manat, doxsan dörd qəpik) manat borcun və ödənilmiş 136.72 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-03).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ### 2023-cü il tarixli, IK ******* nömrəli kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 18500 manat məbləğində kredit verilmişdir. 2023-cü ilin noyabr ayında isə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kredit portfeli müqavilə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. Bu səbəbdən də bu iş üzrə iddiaçı qismində İddiaçı Açıq Səhmdar Cəmiyyəti iştirak edir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdeh ## ##### 2025-ci il tarixə banka yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən 14257,62 manat əsas, 1315,32 manat faiz borcu olmaqla, cəmi 15572,94 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülnar Səfərəliyeva) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh ## ### 2023-cü il tarixli, IK ******* nömrəli kredit müqaviləsinə əsasən 14257.62 (on dörd min iki yüz əlli yeddi manat, altmış iki qəpik) manat əsas, 1315.32 (bir min üç yüz on beş manat, otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 15572.94 (on beş min beş yüz yetmiş iki manat, doxsan dörd qəpik) manat borc məbləğində pul tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ## ##### 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 136.72 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir (iş vərəqə 141-146).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

Işə baxan birinci instansiya məhkəməsi hesab etmişdi ki, iş üzrə təyin edilən ekspert rəyi ilə aparılan hesablamanı məhkəmə sübut növü kimi qəbul etmir. Çünki ekspert hesablaması iddia tələbi ilə müəyyən edilən məbləğdən artıq olaraq hesablanmışdır. Bu isə iddia tələbindən kənara çıxma olaraq qiymətləndirmə kimi nəzərə alınmalıdır. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual

4. Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

5. Cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdi (iş vərəqə 151-157).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə tamamilə zidd olmaqla əsassız və qanunsuz olduğundan apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qarşı qanunsuz olaraq şişirdilmiş faiz borcu hesablanmış, cavabdehin keçmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan kredit borcuna dair hər ay 525 manat olmaqla 6 ay ərzində etdiyi ödənişlər və bununla bağlı məhkəməyə təqdim etdiyi rəsmi qəbzlər nəzərə alınmamışdır. Bank 2023-cü ildə bağlanmış müqavilə müddətinin bitməsini, eləcə də qanunvericiliyin və bank təcrübəsinin tələblərinə görə 180 gündən sonra (yanvar ayından etibarən) faizlərin hesablanmasının dayandırılmalı olduğu xüsusatını iddiada gizlətməklə məhkəməni yanıltmaq niyyəti güdmüş və cavabdehin möhlət verilməsi, əlavə faizlərin hesablanmaması barədə müraciətlərinə əhəmiyyət verməmişdir.

7. Digər tərəfdən, iş üzrə məhkəmənin ## #### 2025-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyinin qanunsuz və əsassız olması səbəbindən cavabdehin vəsatəti əsasında məhkəmənin ## ######## 2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ilk ekspertiza rəyinin öz xeyrinə olmasından istifadə edən və təkrar ekspertiza zamanı faizlərin süni şəkildə artırılmasının üzə çıxacağından yayınmaq istəyən İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə və ekspert tərəfindən rəsmi qaydada tələb olunan zəruri sənədləri bilərəkdən təqdim etməmiş, nəticədə Ekspertiza Mərkəzinin ## ###### 2026-cı il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi isə bu aşkar prosessual yayınmaya göz yummuş, bankın sənədləri təqdim etməmək bəhanəsini araşdırmamış, iddia tələbinin əsassızlığını ortaya çıxaracaq həmin sənədləri icra qaydasında bankdan məcburi tələb etmək və ya bu qanunsuzluğa dair xüsusi qərardad qəbul etmək barədə prosessual vəzifələrini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam və hərtərəfli araşdırmadan faktiki vəziyyətə düzgün hüquqi qiymət verməmiş və qanunsuz qətnamə çıxarmışdır.

8. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1, 743.2-ci və 746.1-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1, 76.2, 78.1, 78.2, 78.4, 97.1, 97.5, 217.1-ci və 218.1-ci maddələrinə istinad etmişdi. c) Işin apellyasiya icraatına qəbulu.

9. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “16” iyun 2026-cı ildə daxil olmuş və kollegiyanın “17” iyun 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

III. Apellyasiya şikayətinə qarşı etiraz və etiraza bildirilmiş münasibət.

10. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətinə qarşı verdiyi ## #### 2026-cı il tarixli etirazında bildirmişdir ki, cavabdehin şikayətdə göstərdiyi dəlillər özünü müdafiə məqsədi daşıyır və qətnamənin ləğvi üçün əsas deyildir. Iş üzrə elektron məhkəmə sisteminə əlavə edilmiş hesabdan çıxarışdan aydın olur ki, cavabdeh tərəfindən ## ###### 2023-cü il tarixdən etibarən hər ay müəyyən qədər ödənişlər edilmiş və bu ödənişlər əsas borcdan çıxılmışdır. Lakin həmin ödənişlər ödəniş cədvəlinə uyğun aparılmamışdır. Cavabdeh tərəfindən ## #### 2024-cü il tarixdə 250 manat, ## #### 2024-cü il tarixdə 266 manat, ## #### 2024-cü il tarixdə 250 manat, ## #### 2024-cü il tarixdə isə 2871.91 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunan tarixdən sonra isə kredit üzrə heç bir ödəniş edilməmişdir. Iddiaçı tərəfindən tələb edilən faizlər məhz həmin ödəniş edilməyən aylar üzrə hesablanmışdır. Məhkəməyə müraciət edildikdən sonra ## ### 2026-cı il tarixində faiz borcundan 100 manat məbləğində ödəniş həyata keçirilmişdir. Həmin ödəniş nəzərə alınmaqla cavabdehin ## #### 2026-cı il tarixə 14257.62 manat əsas, 1215.32 manat isə faiz borcu qalmışdır. Iddiaçı faizlərin müqaviləyə əsasən düzgün hesablandığını vurğulayaraq, apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh Cavabdeh iddiaçının etirazına qarşı təqdim etdiyi mülahizəsində (ərizəsində) bildirmişdir ki, ## #### 2025-ci il tarixli, *** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışda “xxxx” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə edilmiş ödənişlərin tam əks olunmadığı göstərilmişdir. Təkrar ekspertiza zamanı borcun obyektiv müəyyən edilməsi üçün bankdan “xxxx” Açıq Səhmdar Cəmiyyəti üzrə ## ### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzrə müqavilə bağlandığı tarixdən etibarən aidiyyəti hesabdan çıxarışlar tələb edilsə də, iddiaçı həmin sənədləri təqdim etməkdən yayınmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb olunan 1315.32 manat faiz borcunun hansı tarixdən hansı tarixədək və neçə gün üzrə hesablandığı sənədlərdə dəqiq göstərilməmişdir. Etirazda istinad edilən və ## ### 2026-cı il tarixində hesabdan silinmiş 100 manat məbləğində vəsait isə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmədən, heç bir hüquqi əsas olmadan tutulmuşdur. Sübutetmə yükünün iddiaçının üzərində olmasına baxmayaraq zəruri maliyyə sənədlərinin bank tərəfindən məhkəməyə təqdim edilmədiyini bildirən cavabdeh, iddiaçının etirazının təmin edilməməsini xahiş etmişdir. O cümlədən, tələb olunan maliyyə sənədlərinin məhkəmə icraçısı vasitəsilə alınmasını, zərurət yarandığı halda təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etmişdir.

IV. Izahatlar və prosesin gedişatı

12. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, kredit müqaviləsinin bağlanmasını və əsas borcun mövcudluğunu inkar etmir, lakin iddiaçı tərəfindən hesablanmış borc, xüsusilə faiz məbləğinin düzgün müəyyən edilməyib. Iddiaçı yalnız özünün tərtib etdiyi maliyyə arayışına əsaslanmış, hesablamaların düzgünlüyünü təsdiq edən zəruri maliyyə sənədlərini məhkəməyə təqdim etməmişdir. Özünün vəsatəti əsasında ## #### 2025-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspert rəyində təqdim olunmuş hesabdan çıxarışlarda "xxxx" ASC vasitəsilə həyata keçirilmiş ödənişlər tam əks olunmadığından kredit borcunun düzgün müəyyən edilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Həmin ödəniş qəbzləri özü tərəfindən məhkəməyə təqdim edildikdən sonra ## ######## 2025-ci il tarixdə təkrar ekspertiza təyin olunmuşdur. Təkrar ekspertiza zamanı ekspert tərəfindən ## ####### 2025-ci il tarixdə vəsatət qaldırılaraq iddiaçıdan müvafiq hesablar planına uyğun olaraq İddiaçı və "xxxx" ASC-lərdə olan hesablar üzrə çıxarışların təqdim edilməsi tələb edilsə də, iddiaçı dörd aya yaxın müddət ərzində həmin sənədləri təqdim etməkdən yayınmışdır. Nəticədə, Məhkəmə Ekspertizası Mərkəzi ## ###### 2026-cı il tarixli məktubu ilə tələb olunan sənədlərin verilməməsi səbəbindən ekspertizanın aparılmasının mümkün olmadığını bildirərək işi icrasız geri qaytarmışdır. Həmin sənədlərin bankdan məhkəmə icraçısı vasitəsilə tələb olunmasına dair vəsatət qaldırmış, məhkəmə vəsatəti təmin edərək banka sorğu göndərsə də, bank tərəfindən heç bir cavab verilməmiş və sənədlər təqdim edilməmişdir. Məhkəmə sənədlərin icra qaydasında tələb edilməsi üçün zəruri prosessual hərəkətləri həyata keçirməmişdir. Təkrar ekspertizanın baş tutmaması bilavasitə iddiaçının zəruri sənədləri təqdim etməməsindən irəli gəlmişdir. Birinci instansiya məhkəməsi qətnamədə təkrar ekspertizanın sənədlərin təqdim edilməməsi səbəbindən aparılmadığını qəbul etsə də, bu hala lazımi hüquqi qiymət verməmiş və yalnız iddiaçının daxili maliyyə arayışına əsaslanaraq iddianı təmin etmişdir. Qətnamədə ekspert hesablamasının iddia tələbindən artıq olduğu əsası ilə rəyin sübut kimi qəbul edilmədiyi qeyd edilsə də, iş materiallarında olan ilk ekspertiza rəyində belə bir hala rast gəlinməmişdir və bu xüsusatın apellyasiya instansiyası tərəfindən yenidən yoxlanılması zəruridir. Iddiaçı tərəfindən 1315,32 manat faiz borcu tələb edilsə də, həmin faizin hansı dövrü əhatə etdiyi, neçə gün üzrə və hansı üsulla hesablandığı iddia ərizəsində və iş materiallarında öz əksini tapmamış, məhkəmə tərəfindən bu xüsusat araşdırılmadan iddia təmin edilmişdir. Kredit müqaviləsinin mövcudluğu müvafiq maliyyə sənədləri təqdim edilmədən əlavə faizlərin hesablanmasını qanuni etmir. Iddiaçının cavabdehin ödəniş cədvəlinə əməl etməməsi barədə etirazı həqiqəti əks etdirmir. Aylıq ödənişin son tarixi hər ayın 19-u müəyyən edilsə də, ödənişlər əksər hallarda həmin tarixdən əvvəl və ya hissə-hissə icra edilmiş, vaxtından əvvəl edilən ödənişlər hesabına faiz məbləği azaldığından aylıq ödəniş 524,30 manatdan aşağı düşmüşdür. Iddiaçı həmin ödəniş tarixlərini kontekstdən çıxararaq ödənişlərin eyni ay üzrə hissə-hissə edildiyini məhkəməyə düzgün izah etməmişdir. Apellyasiya şikayətinin işi uzatmaq məqsədi daşıması barədə iddiaçının dəlilləri əsassızdır. Işin uzanmasının əsas səbəbi iddiaçının ekspertiza üçün tələb olunan sənədləri vaxtında təqdim etməməsidir. Iddiaçının etirazında ## ### 2026-cı il tarixdə cavabdehin hesabından 100 manat məbləğində vəsaitin tutulması qeyd edilsə də, həmin vəsait birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmədən və heç bir hüquqi əsas olmadan silinmişdir. Mülki prosesdə sübutetmə yükünün iddiaçının üzərində olmasına baxmayaraq, o, tələbini lazımi qaydada sübuta yetirə bilməmiş, borcun məbləği ekspertiza yolu ilə dəqiq müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə sübutların tam və obyektiv araşdırılmadığını, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, iddiaçıya kredit müqaviləsi üzrə borcunun olduğunu qəbul edir. Kredit ödənişlərinə dair qəbzlərin birinci instansiya məhkəməsinə təqdim edilməməsi, ekspert tərəfindən tələb olunan sənədlərin bilavasitə iddiaçı tərəfindən təqdim ediləcəyinə dair yaranmış ehtimalla əlaqədar olmuşdur. Özü əvvəllər "xxxx" ASC-də xəzinədar vəzifəsində çalışmış və hesab edir ki, İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə təxminən 300-400 manat məbləğində əlavə faiz borcu hesablanmışdır. Bundan əlavə, kart hesabına başqa şəxs tərəfindən köçürülmüş 100 manat pul vəsaiti iddiaçı qurum tərəfindən borcun ödənişi kimi silinərək tutulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcudluğunu bildiyini və həmin borcu ödəyəcəyini bəyan etmişdir.

14. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi.

15. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ## #### 2026-cı il tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə kollegiyaya müraciət edərək mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul etməsini kollegiyadan xahiş etmişdi.

16. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

V. Işin halları:

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

18. - ## ### 2023-cü il tarixli, ******* nömrəli müraciətin surətindən Cavabdeh tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialına şəxsi ehtiyacların ödənilməsi məqsədilə, 18500 (on səkkiz min beş yüz) manat məbləğində 4 il müddətinə kredit verilməsinin xahiş edilməsi (iş vərəqə 08);

19. - ## ### 2023-cü il tarixli, IK******* nömrəli kredit müqaviləsinin surətindən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit münasibətlərinin yaranması barədə yazılı razılığın əldə olunması, müqavilə şərtlərinə əsasən bankın borcalana illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 18500 (on səkkiz min beş yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürməsi (iş vərəqə 04-07);

20. - ## ### 2023-cü-ci il tarixli, IK******* nömrəli kredit müqaviləsinə əlavədən - kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən Cavabdeh müqavilə üzrə əldə edəcəyi kredit məbləğini ## #### 2023-cü il tarixdən başlayaraq ## ##### 2027-ci il tarixədək hər ay 524,30 (beş yüz iyirmi dörd manat, otuz qəpik) manat və sonuncu ay isə, yəni ## ### 2027ci il tarixdə isə 523.95 (beş yüz iyirmi üç manat, doxsan beş qəpik) manat ödəməli olması, qeyd olunan ödəniş cədvəlinin də cavabdeh tərəfindən imzalanması (iş vərəqə 09);

21. -## ### 2023-cü il tarixli, **** nömrəli məxaric orderinin surətindən “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18500 (on səkkiz min beş yüz) manat məbləğində kredit vəsaitinin cavabdeh Cavabdeh verilməsi (iş vərəqə 10);

22. - ## ###### 2023-cü il tarixli müqavilədən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kredit portfelinin müqavilə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, həmin müqavilənin şərtlərinə görə, cavabdeh Cavabdeh ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında ## ### 2023-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərə dair tələb hüququnun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçməsi (iş vərəqə 17-19);

23. - ## ###### 2025-ci il tarixli məktubdan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh rəsmi bildiriş göndərilməsi, tərəflər arasında bağlanmış ## ### 2023-cü il tarixli müqaviləyə əsasən ona 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə verilmiş 18500 manat məbləğində kredit üzrə ## ###### 2025-ci il tarixinə 14257.62 manat əsas və 1315.32 manat faiz borcu olmaqla, ümumilikdə 15572.94 manat məbləğində borcun yarandığının bildirilməsi, həmin məktubda cavabdehin qrafikə uyğun ödəniş aparmadığı üçün 176 gün olmaqla 3273.89 manat məbləğində gecikməsinin yarandığının qeyd edilməsi, kredit borcları üzrə tam borc məbləğinin ödənilməsinin tələb olunması və əks təqdirdə müqavilə şərtlərinə, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində müvafiq hüquqi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilməsi (iş vərəqə 15);

24. -İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli maliyyə arayışından, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ### 2023-cü il tarixli, IK ******* nömrəli kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 18500 manat məbləğində kreditin verilməsi, Cavabdeh ## ##### 2025-ci il tarixə banka 14257,62 manat əsas, 1315,32 manat faiz, cəmi 15572,94 manat borcunun yaranması (iş vərəqə 12);

25. - Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il, *(***)-***/**** nömrəli məktubundan, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair ## #### 2025-ci il tarixli qərardada əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli müşayiət məktubu ilə məhkəməyə ## #### 2025-ci il tarixli, *** nömrəli vəsatəti təqdim etməsi, həmin vəsatətlə ekspertizanın aparılması üçün Cavabdeh ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## ### 2023-cü il tarixli, IK ******* nömrəli kredit müqaviləsi üzrə ödəniş qəbzlərinin, eləcə də cari, ssuda və faiz hesablarından keyfiyyətli çıxarışların (əsli və ya surəti) tələb olunması, məhkəmənin ekspert tədqiqatının aparıla bilməsi üçün qeyd olunan zəruri sənədlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən qısa müddətdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini tələb etməsi (iş vərəqə 65);

26. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş Idarəsi tərəfindən müştəri Cavabdeh adına açılmış AZ**AIIB******G************* nömrəli cari hesab üzrə ## ### 2023 - ## #### 2025-ci il tarixlərini əhatə edən rəsmi bank çıxarışdan, kredit müqaviləsi üzrə ## ###### 2023-cü il tarixindən ## #### 2024-cü il tarixinədək olan dövrdə "BirBank" sistemi (ZEUS) vasitəsilə hesaba mütəmadi olaraq kredit ödənişlərinin daxil olması və bu vəsaitlərin dərhal müvafiq ssuda və faiz hesablarına yönəldilərək silinməsi, müştəri tərəfindən ilk 5 ay ərzində hər ay sabit olaraq 524.30 manat, növbəti ay 524 manat, sonrakı dövrlərdə isə fərqli məbləğlərdə (250.00 manat, 266.00 manat, 271.91 manat) ödənişlərin icra edilməsi, hesabat dövrü ərzində hesaba ümumilikdə 4,183.41 manat vəsaitin mədaxil olması (iş vərəqə 68-69);

27. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *** nömrəli ekspert rəyində, təqdim olunmuş maliyyə arayışının düzgünlüyü nəzərə alınmaqla, ## ### 2023-cü il tarixli, IK ******* nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit üzrə ## ##### 2025-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 14257,62 (on dörd min iki yüz əlli yeddi manat, altmış iki qəpik) manat, faiz borcu 1315.32 (bir min üç yüz on beş manat, otuz iki qəpik) manat olmaqla, ümumilikdə borcunun 15572,94 (on beş min beş yüz yetmiş iki manat doxsan dörd qəpik) manat təşkil etməsinin qeyd edilməsi (iş vərəqə 76-77);

28. – cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi qəbzlərdən, borclu Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 12 iyun, 10 iyul, 10 avqust, 08 sentyabr, 12 oktyabr və ## ###### 2023-cü il tarixlərdə hər dəfə 525 (beş yüz iyirmi beş) manat miqdarında aparılan ödənişdən sonra qalıq borcunun 17210.93 manat təşkil etməsi (iş vərəqə 86-92);

29. – həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş Idarəsi tərəfindən müştəri Cavabdeh adına açılmış AZ**AIIB******G************* nömrəli cari hesab üzrə ## ### 2023 – ## #### 2025-ci il tarixlərini əhatə edən rəsmi bank çıxarışdan və cavabdehin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına təqdim etdiyi qəbzlərdən Cavabdeh kredit müqaviləsi üzrə ## ###### 2023-cü ildə, 18 yanvar, 18 fevral, 19 mart, ## ##### 2024-cü il tarixlərdə 524.30 (beş yüz iyirmi dörd manat, otuz qəpik) manat, ## ### 2024-cü ildə 524 (beş yüz iyirmi dörd) manat, ## #### 2024-cü ildə 250 (iki yüz əlli) manat, ## #### 2024-cü ildə 266 (iki yüz altmış altı) manat, ## #### 2024-cü ildə 250 (iki yüz əlli) manat, ## #### 2024-cü ildə 271,91 (iki yüz yetmiş bir manat, doxsan bir qəpik) manat ödəməsi (iş vərəqə 68-69 və 201-210);

30. -Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməmühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə ## ###### 2026-cı il tarixli məktubda, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən *(***)-***/**** nömrəli mülki iş üzrə ## ######## 2025-ci il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə ## ####### 2025-ci il tarixli, */**** saylı vəsatət göndərilməsi, vəsatətdə sənədlərin təqdim edilməsinin xahiş edilməsi, lakin vəsatətdə göstərilən sənədlərin təqdim edilməsinin təmin edilməməsi, göstərilən səbəblərdən iş materiallarındakı sənədlərlə rəy verməyin mümkün olmamasının bildirilməsi aydın olur (iş vərəqə 98-100 və 115).

VI. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini yalnız cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.

34. Cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, məhkəmə aktının ləğv olunmasını və iddianın rədd edilməsini tələb edir.

35. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının ləğv edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam yoxlanılmalıdır.

VII. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

36. - 14.2 və 14.2.1-ci maddələrinin mahiyyətindən aydın olur ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir;

37. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

38. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

39. - 442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

40. - 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur;

41. -739-cu maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya);

42. - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

43. - 2-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

44. - 76.1-ci və 76.3-cü maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

45. -77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

46. - 80-ci maddəsinin tələbinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

47. - 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

48. - 103.1-ci maddəsinin tələbinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir;

49. - 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

50. - 222.2-ci maddəsində göstərilir ki, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir;

51. - 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

ç) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları:

52. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir;

53. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər və iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Həmçinin, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

54. Kollegiya tərəflər arasında yaranmış mübahisənin xarakterini və hüquq münasibətlərini qiymətləndirərək qeyd edir ki, hazırkı mübahisə bilavasitə müqavilə münasibətlərindən irəli gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqeyə əsasən, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Iş materiallarının tədqiqindən aydın olur ki, "xxxx" ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ### 2023-cü il tarixli kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, tərəflərin iradəsini birmənalı şəkildə ifadə etmiş və etibarlı əqd sayılır. Beləliklə, müqavilə üzrə iddia olunan subyektiv hüquqların yaranması faktı öz təsdiqini tapır.

55. Tərəflər arasındakı mübahisə isə etibarlı hesab edilən bu müqavilə üzrə öhdəliklərin icrası prosesi, daha dəqiq desək, iddiaçı tərəfindən tələb edilən borc məbləğinin əsaslı olubolmaması və faizlərin hesablanma qaydası ilə bağlıdır. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehin öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini əsas gətirərək, ondan 14257.62 (on dörd min iki yüz əlli yeddi manat, altmış iki qəpik) manat əsas və 1315.32 (bir min üç yüz on beş manat, otuz iki qəpik) manat faiz borcunun tutulmasını tələb edir. Cavabdeh isə apellyasiya şikayətində və məhkəməyə təqdim etdiyi mülahizələrdə əsas borcu mahiyyəti üzrə mübahisələndirməsə də, mütəmadi etdiyi ödənişlərin tam nəzərə alınmadığını, faiz borcunun süni şəkildə şişirdildiyini və borcun obyektiv hesablanması üçün zəruri sənədlərin bank tərəfindən qəsdən təqdim olunmadığını arqument kimi irəli sürərək iddianın rədd edilməsini xahiş edir.

56. Kollegiya iddia tələbinin əsaslılığını yoxlayaraq qeyd edir ki, cavabdeh tərəfindən öhdəliklərin vaxtında və tam icra edilməməsi faktı sübuta yetirildiyindən, iddiaçının kredit borcunun qaytarılmasını tələb etmək hüququ yaranmışdır və tələb bu baxımdan əsaslıdır. Lakin birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən və iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1, 743.2 və 746.1-ci maddələrinə istinad etmişdir. Halbuki nəzərə alınmamışdır ki, tərəflər arasında kredit müqaviləsinin bağlandığı ## ### 2023-cü il tarixdə həmin normalar (yeni redaksiyada) qüvvəyə minməmişdi və mübahisəli hüquq münasibətlərinə şamil edilə bilməzdi. Həmin dövrdə yaranmış hüquq münasibətlərinə Mülki Məcəllənin müqavilə bağlanan zaman qüvvədə olan maddələri tətbiq edilməli idi. Buna baxmayaraq, məhkəmənin maddi hüquq normasını səhv tətbiq etməsi iddianın əsaslılığına dair yekun nəticəni dəyişdirmir. Iddia tələbi əsaslı hesab edildikdən sonra kollegiya tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi məsələsi ilə bağlı bildirir ki, bu məsələnin qanunauyğun həlli, ilk növbədə, müqavilədən imtina və ya onun ləğv edilməsi anının dəqiq müəyyən edilməsindən asılıdır. Bu xüsusda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya ci 57. Məhkəməsi Plenumunun ## #### 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür.

58. Həmin Qərarda həmçinin qeyd edilmişdi ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

59. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir.

60. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdi ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı.

61. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.

62. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdi ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

63. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında qarşılıqlı (sinallagmatic) öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin 447.2-ci maddəsinə əsasən əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti bəzi hallarda, o cümlədən xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda tələb olunmur.

64. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər və bu iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

65. Kollegiya iş materiallarında olan hesabdan çıxarışları və ödəniş qəbzlərini, habelə kredit üzrə ödəniş cədvəlini qarşılıqlı tədqiq edərək müəyyən edir ki, cavabdeh tərəfindən sonuncu ödəniş ## #### 2024-cü il tarixdə həyata keçirilmişdir. Cavabdeh həmin tarixədək müqavilə üzrə ümumilikdə 7333.41 manat ödəniş etmişdir. Ödəniş cədvəlinə əsasən, həmin tarixədək edilən ödənişlərin 4242.38 manatı əsas borcun ödənilməsinə yönəldilməli idi. Beləliklə, cavabdehə verilmiş ilkin 18500 manat kredit məbləğindən qrafik üzrə əsas borca aid olan 4242.38 manat çıxıldıqda, iddiaçının tələb etdiyi 14257.62 manat (18500 - 4242.38 = 14257.62) əsas borc məbləği alınır. Bu isə o deməkdir ki, iddiaçının əsas borca dair tələbi düzgün müəyyən edilmişdir və ödəniş cədvəli ilə tam eynilik təşkil edir.

66. Lakin faiz borcuna gəldikdə, yuxarıda qeyd olunduğu kimi, cavabdeh ## #### 2024cü il tarixinədək ümumilikdə 7333.41 manat ödəniş etmişdir. Bu ödənişin 4242.38 manatı əsas borca yönəldildikdən sonra, yerdə qalan 3091.03 manat məbləğ (7333.41 - 4242.38 = 3091.03) faiz borcunun ödənilməsinə yönəldilmişdir. Beləliklə, cavabdehin həmin tarixədək, yəni ## #### 2024-cü ilədək olan faiz borcu etdiyi ödənişlər hesabına tam bağlanmışdır.

67. Iddiaçının təqdim etdiyi sənədlərdən onun cavabdehdən əsas borcun gecikməsinə görə əlavə faiz və ya cərimə tələb etmədiyi, yalnız müqavilə üzrə hesablanmış adi faizlərin tutulmasını istədiyi müəyyən olunur. Iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi mahiyyəti daşıyan rəsmi pretenziya (bildiriş) məktubu ## ###### 2025-ci il tarixdə göndərilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarına əsasən, həmin tarixdən etibarən müqaviləyə xitam verilmiş sayılır və gələcəyə yönəlik adi faizlərin hesablanması dayandırılmalıdır. Buna görə də faizlər sonuncu ödəniş tarixindən (## #### 2024-cü il) pretenziya məktubunun verildiyi tarixədək (## ###### 2025-ci il) olan dövr üçün hesablanmalıdır.

68. Göstərilən müddət 6 tam ay və bir natamam aydan (sonuncu ay üzrə 7 gün əskik) ibarətdir. Ödəniş cədvəlinə əsasən, həmin 6 tam ay üçün nəzərdə tutulmuş faiz məbləğləri müvafiq olaraq ## ###### 2024-cü ildə 190.10 manat, ## ######## 2024-cü ildə 185.65 manat, ## ####### 2024-cü ildə 181.13 manat, ## ###### 2024-cü ildə 176.55 manat, ## ###### 2024-cü ildə 171.92 manat və ## ###### 2025-ci ildə 167.22 manat təşkil edir. Bu hesabla 6 tam ay üçün faiz borcunun cəmi 1072.57 manat (190.10 + 185.65 + 181.13 + 176.55 + 171.92 + 167.22 = 1072.57) təşkil edir. Natamam ay (fevral ayı) üzrə cədvəldə nəzərdə tutulmuş faiz məbləği isə 162.46 manatdır. Həmin məbləğ 30 günə (ayın günlərinin sayına) bölünməklə 1 günlük faiz tapılır (162.46 : 30 = 5.41 manat) və pretenziyanın verilməsindən sonrakı 7 günlük məbləğ (7 x 5.41 = 37.87 manat) aylıq faizdən çıxılır. Nəticədə qalan günlər üçün faiz 124.59 manat (162.46 - 37.87 = 124.59) təşkil edir. Beləliklə, cavabdehin ödənilməmiş ümumi faiz borcu 1197.16 manat (1072.57 + 124.59 = 1197.16) olaraq müəyyən edilir. Bu məbləği iddiaçının tələb etdiyi 1315.32 manat faiz borcu ilə müqayisə etdikdə aydın olur ki, iddiaçı tərəfindən müqaviləyə xitam verildikdən (pretenziya məktubu göndərildikdən) sonrakı dövr üçün də qanunsuz olaraq faiz hesablanması davam etdirilmiş və nəticədə cavabdehə qarşı əsassız olaraq 118.16 manat (1315.32 - 1197.16 = 118.16) əlavə faiz borcu irəli sürülmüş və məhkəmə isə onu tam təmin etməklə yanlış nəticəyə gəlmişdi.

69. Kollegiya qeyd etməyi zəruri bilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra, yəni ## ### 2026-cı il tarixdə cavabdeh tərəfindən edilmiş 100 manatlıq ödəniş əslində özlüyündə məhkəmə aktının dəyişdirilməsi üçün prosessual əsas təşkil etmir. Sadəcə olaraq, birinci instansiya məhkəməsi faiz borcunun miqdarına münasibətdə yanlış nəticəyə gəldiyindən və qətnamə bu məbləğə münasibətdə hər bir halda dəyişdiriləcəyindən, kollegiya tərəflər arasındakı mübahisənin birdəfəlik, tam və hərtərəfli həll olunması məqsədilə həmin məbləğin də hesablamada nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Iddiaçının apellyasiya şikayətinə verdiyi etirazda həmin 100 manat məbləğin bank tərəfindən faiz borcundan silindiyi təsdiq edilmişdir. Nəticədə, cavabdehin iddiaçıya ödəməli olduğu yekun faiz borcu 1097.16 manat (1197.16 - 100 = 1097.16) olaraq müəyyən edilir.

70. Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçı tərəfindən gecikmiş əsas borca görə əlavə faiz və ya cərimə (dəbbə pulu) tələb edilmədiyindən, yuxarıda göstərilən hesablanma sırf sadə riyazi hesab məsələsidir. Həmin borc məbləğinin müəyyən edilməsi üçün hər hansı xüsusi biliyə, o cümlədən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza və bankın sənədləri təqdim etməməsi ilə bağlı yaranmış prosessual qüsurlar mübahisənin mahiyyəti üzrə sadə riyazi hesablamalarla həllinə maneə törətmir.

71. Cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə, xüsusən də iddiaçı tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasına zəruri sənədlərin (hesabdan çıxarışların) qəsdən təqdim edilməməsi və birinci instansiya məhkəməsinin buna hüquqi qiymət verməməsi ilə bağlı etirazlara gəldikdə, kollegiya bu dəlilləri qismən əsaslı hesab edir. Həqiqətən də, birinci instansiya məhkəməsi tərəfindən sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi qaydaları pozulmuş, iddiaçının ekspertizaya sənədləri təqdim etməkdən yayınmasına və ekspertizanın keçirilməsinin mümkünsüzlüyünə hüquqi müstəvidə düzgün yanaşılmamışdır. Kollegiyanın fikrincə işdə olan mövcud sənədlər mübahisənin riyazi hesablama yolu ilə obyektiv həlli üçün kifayət etdiyindən, bu prosessual pozuntu işin apellyasiya instansiyasında mahiyyəti üzrə düzgün həllinə və hüquqların bərpasına mane olmur.

72. Kollegiya həmçinin iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilməsi əsaslarına toxunaraq qeyd etməyi zəruri bilir ki, iddiaçı İddiaçı ASC məhkəməyə müraciət edərkən cavabdehdən yalnız əsas borc və müqavilə üzrə adi faiz borcunun tutulmasını tələb etmişdir. Iddiaçı tərəfindən gecikmiş əsas borca görə əlavə faiz və ya cərimə (dəbbə pulu) tələb edilməmişdir. Belə olan halda, təkrar ekspertiza zamanı ekspert tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdə vaxtı keçmiş ssuda, faiz, vaxtı keçmiş faiz və cərimə hesablarından çıxarışların tələb edilməsi hazırkı mülki işin hallarına və iddia tələbinin hüdudlarına aidiyyəti olmayan bir yanaşmadır. Mülki-Prosessual Məcəllənin 80-ci maddəsinin tələbinə əsasən, işə yalnız tərəflərin tələblərini müəyyən edən faktlara və hallarla əlaqədar olan sübutlar cəlb edilməlidir. Iddia predmeti yalnız əsas və adi faiz borcu ilə məhdudlaşdığı halda, cərimə və vaxtı keçmiş faiz hesablarına dair sənədlərin olmaması ekspertizanın aparılmasını mümkünsüz edən hal kimi qiymətləndirilə bilməz. Məhz bu səbəbdən, ekspertin qeyd olunan sənədlərin təqdim edilməməsini bəhanə gətirərək rəy verməkdən imtina etməsi məhkəmə tərəfindən prosessual cəhətdən əsaslı hesab edilmir və bu xüsusat işdə olan digər mövcud sübutlar (bank çıxarışları, ödəniş qəbzləri) əsasında mübahisənin məhkəmə tərəfindən riyazi hesablama yolu ilə mahiyyəti üzrə həllinə heç bir maneə yaratmır.

73. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi (və ya dəyişdirilməsi) üçün əsasdır.

74. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir. Məcəllənin 390-cı maddəsinə görə isə məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnaməsində göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

75. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən yuxarıda sadalanan tələbləri pozmuşdur. Məhkəmənin iddiaçının təqdim etdiyi ümumi maliyyə arayışına əsaslanaraq faiz borcunu tam həcmdə (1315.32 manat) sübuta yetirilmiş hesab etməsi Mülki-Prosessual Məcəllənin 389 və 390-cı maddələrinin dispozisiyasına uyğun gəlir.

76. Kollegiya birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi zamanı gəldiyi daha bir yanlış nəticəyə diqqət çəkməyi zəruri bilir. Belə ki, məhkəmə öz qətnaməsində ilkin məhkəmə-mühasibatlıq ekspertizasının rəyini sübut növü kimi qəbul etməməsini onunla əsaslandırmışdır ki, guya ekspert hesablaması iddia tələbi ilə müəyyən edilən məbləğdən artıq olmuş və bu, iddia tələbindən kənara çıxma kimi qiymətləndirilmişdir. Lakin iş materiallarının və birinci instansiya məhkəməsinin qətnaməsinin tədqiqi göstərir ki, məhkəmənin bu qənaəti faktiki hallara tamamilə ziddir. Iddiaçı məhkəmədən 14257.62 manat əsas və 1315.32 manat faiz borcu olmaqla, cəmi 15572.94 manat məbləğin tutulmasını xahiş etmişdir. Iş üzrə verilmiş *** nömrəli ekspert rəyində də cavabdehin əsas borcu 14257.62 manat, faiz borcu isə 1315.32 manat olmaqla, ümumilikdə 15572.94 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi, ekspert tərəfindən hesablanmış məbləğ iddia tələbi ilə qəpiyinədək eynidir və heç bir halda iddia məbləğindən artıq deyil. Birinci instansiya məhkəməsinin aşkar faktoloji səhvə yol verərək, riyazi rəqəmləri düzgün müqayisə etmədən rəyi bu əsasla sübut kimi rədd etməsi, məhkəmənin sübutların obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirilməsi vəzifəsini (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsi) pozduğunu bir daha sübut edir.

77. Yuxarıda göstərilən əsaslara görə, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi faiz borcunun və ona mütənasib olaraq tutulan dövlət rüsumunun məbləğinə dair hissədə qismən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini tam həcmdə təmin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, iddiaçının tələbi 14257.62 (on dörd min iki yüz əlli yeddi manat, altmış iki qəpik) manat əsas borc və qanunauyğun şəkildə hesablanmış 1097.16 (bir min doxsan yeddi manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15354.78 (on beş min üç yüz əlli dörd manat, yetmiş səkkiz qəpik) manat hissəsində qismən təmin edilməli, faiz borcunun qalan 218.16 manatlıq (1315.32 - 1097.16) hissəsində isə iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edib yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhz bu prosessual zərurətdən çıxış edərək, birinci instansiya məhkəməsinin iddianı tam təmin edən qətnaməsi yanlış nəticəyə gəlinmiş hissədə qismən ləğv edilməli, həmin hissə üzrə yeni qərar qəbul edilərək iddianın qalan hissəsi rədd olunmalı, cavabdeh Cavabdeh apellyasiya şikayəti isə qismən təmin edilməlidir.

78. Məhkəmə xərclərinin bölüşdürülməsinə gəldikdə isə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

79. Iş materiallarına əsasən, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə iddia verilərkən 136.72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Iddia tələbi 15572.94 manat məbləğində irəli sürülsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən bunun 15354.78 manat hissəsi (98.60 faizi) təmin edilmiş, 218.16 manat hissəsi isə rədd edilmişdir. Bu mütənasibliyə uyğun olaraq, iddiaçının ödədiyi 136.72 manat dövlət rüsumundan təmin edilmiş tələbə mütənasib hissəsi – 134.80 manatı (136.72 x 98.60%) cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

80. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən 70 manat dövlət rüsumu ödənilmişdir. Lakin qanunvericiliyin tələblərinə əsasən, bu iş üzrə apellyasiya şikayətinə görə ödənilməli olan dövlət rüsumunun dəqiq məbləği 68.36 manat təşkil edir. Odur ki, məhkəmə xərclərinin bölüşdürülməsi məhz 68.36 manat əsas götürülməklə aparılmalıdır. Cavabdehin apellyasiya şikayəti qismən (iddianın rədd edilmiş 218.16 manat hissəsində) təmin edildiyindən, 68.36 manat məbləğində dövlət rüsumunun təmin edilmiş şikayətə mütənasib hissəsi – 0.96 manatı (iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq cavabdeh Cavabdeh ödənilməlidir.

81. Kollegiya məhkəmə xərclərinin ödənilməsində operativliyin təmin edilməsi və gələcəkdə əlavə icra hərəkətlərinə, habelə lüzumsuz sənədləşməyə yol verilməməsi məqsədilə, tərəflərin bir-birinə ödəməli olduğu dövlət rüsumu məbləğlərinin qarşılıqlı əvəzləşdirilməsini zəruri hesab edir. Belə ki, cavabdehin iddiaçıya ödəməli olduğu 134.80 manat dövlət rüsumu ilə iddiaçının cavabdehə ödəməli olduğu 0.96 manat dövlət rüsumu əvəzləşdirilməli və yekun nəticədə cavabdeh Cavabdeh 133.84 manat (134.80 - 0.96) dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

82. Kollegiya həmçinin iş materiallarında mövcud olan, lakin birinci instansiya məhkəməsi tərəfindən həll edilməmiş 60 manat məbləğində ilkin məhkəmə-mühasibatlıq ekspertizası xərci ilə bağlı qeyd etməyi zəruri bilir ki, həmin xərcin tərəflərdən tutulmasına hüquqi və prosessual əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 116.2-ci maddəsinin imperativ tələbinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizası rəyi Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmişdir. Həmin dövlət qurumunun əməkdaşı olan ekspertin məhkəmə qərardadı əsasında tədqiqat apararaq rəy verməsi onun birbaşa xidməti vəzifəsinə aid olduğundan, bu işə görə xidmət haqqının (ekspert xərcinin) tutulması qanunvericiliyin qeyd olunan norması ilə istisna olunur.

83. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

84. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

85. - cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli;

86. - Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi faiz borcunun və ona mütənasib ümumi məbləğin, dövlət rüsumunun tutulmasına dair hissədə qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul olunmalı;

87. - iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası qismən təmin edilməli;

88. - cavabdeh Cavabdeh ## ### 2023-cü il tarixli, IK ******* nömrəli kredit müqaviləsinə əsasən 14257.62 (on dörd min iki yüz əlli yeddi manat, altmış iki qəpik) manat əsas borc, 1097.16 (bir min doxsan yeddi manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15354.78 (on beş min üç yüz əlli dörd manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli;

89. - iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qalan faiz borcuna dair tələbi əsaslı sayılmadığından təmin edilməməli;

90. - cavabdeh Cavabdeh 133.84 (bir yüz otuz üç manat, səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

91. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

92. Kollegiya qəbul edilmiş məhkəmə aktından kassasiya şikayətinin verilməsi hüququna da aydınlıq gətirərək bildirir ki, qeyd edilən prosessual normaya əsasən, mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə məhkəmə aktlarından kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə qəbul edilmiş qərarla iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin cəmi 218.16 manat hissəsi rədd edildiyindən, həmin məbləğ qanunla müəyyən edilmiş 5000 manatlıq həddən az olduğu üçün iddiaçının bu qərardan kassasiya şikayəti vermək hüququ istisna olunur. Qərarın cavabdeh Cavabdeh əleyhinə olan (borcun tutulması qət edilən) hissəsi üzrə isə məbləğ 15354.78 manat təşkil edir. Bu məbləğ 5000 manatlıq həddi aşdığına görə, mübahisələndirilən hissə üzrə yalnız cavabdeh tərəf qərardan kassasiya şikayəti vermək hüququna malikdir. IX. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətləri üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi faiz borcunun və ona mütənasib ümumi məbləğin, dövlət rüsumunun tutulmasına dair hissədə qismən ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul olunsun. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh ## ### 2023-cü il tarixli, IK ******* nömrəli kredit müqaviləsinə əsasən 14257.62 (on dörd min iki yüz əlli yeddi manat, altmış iki qəpik) manat əsas borc, 1097.16 (bir min doxsan yeddi manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15354.78 (on beş min üç yüz əlli dörd manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qalan faiz borcuna dair tələbi əsaslı sayılmadığından təmin edilməsin. Cavabdeh Cavabdeh 133.84 (bir yüz otuz üç manat, səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 2 (iki) ay müddətində yalnız cavabdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar