Məhkəmə qərarları › İş №e-2(3-1)-141/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-2(3-1)-141/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2(3-1)-141/2026 06.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiya l Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixdə bağlanaraq, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-937 nömrə ilə qeyd edilmiş “Borc müqaviləsi” üzrə cavabdeh Cavabdeh 45.000 (qırx beş min) manat məbləğində borcun tutularaq ona ödənilməsi, onunla cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixdə bağlanaraq, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-943 nömrə ilə qeyd edilmiş “Borc müqaviləsi” üzrə cavabdeh Cavabdeh 25.000 (iyirmi beş min) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi, əks təqdirdə şikayətin baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Şikayətin əsası kimi qeyd edilmişdir ki, işə baxan məhkəmə hesab etmişdir ki, «iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir». Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və bildirir ki, iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surəti, dövlət rüsumunun ödənilməsi barədə qəbz, ##.##.2025-ci il tarixli borc müqaviləsinin surəti, ##.##.2025-ci il tarixli borc müqaviləsinin surəti, pretenziyaların surətləri, poçt qəbzlərinin surətləri, poçt zərflərinin surətləri əlavə olunmuşdur. Göründüyü kimi o cavabdehin ona borclu olmasını təsdiq edən bütün sübutları iddia ərizəsinə əlavə etmişdir. Ona görə hesab edir ki, məhkəmə bu xüsusatı nəzərə alaraq iddia ərizəsini icraata qəbul etməli və işə mahiyyəti üzrə baxmalıdır. Lakin məhkəmə əsassız və qanunsuz olaraq iddia ərizəsini geri qaytarmışdır.

5. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, baxılması üçün işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. II. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

8. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269..., 397.2-ci ... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

9. Maddə 149.2.3. Ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

10. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

11. Maddə 152.1.1. Iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

12. Maddə 152.4. Iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

13. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.

14. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

15. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

16. Maddə 402.2.Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə. III. Məhkəmə Kollegiyasının mövqeyi

17. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qanunvericiliklə bir birindən fərqləndirildiyindən ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini əsaslandıran sübutlar olduğu iddia ərizəsinin məzmununda ayrıca göstərilməlidir. Iddia ərizəsi kağız daşıyıcıda verildikdə cavabdehlərin sayına görə həmin sübutların surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Bu normanın mülki prosessual qanunvericiliyə sonradan əlavə olunması məhkəməyə təqdim olunan sübutların sistemli, aydın və ardıcıl təqdimini təmin etmək, bununla da prosessual qənaət prinsipinə əməl etmək məqsədi daşıyır və iddia ərizəsinin prosessual baxımdan tamlığının imperativ şərti kimi çıxış edir. Lakin hazırkı halda iddiaçı iddia ərizəsinə müvafiq sübutların əlavə olunduğunu qeyd etsə də, onların siyahısını iddia ərizəsində göstərməmişdir. Iddia ərizəsinə sadəcə olaraq sənədlərin əlavə edilməsi, lakin siyahısının iddia ərizəsində göstərilməməsi məhkəməyə və tərəflərə sübutların hüquqi qiymətləndirməsini aparmaqda çətinlik yaradır. Sübutların siyahısı iddianın hüquqi əsaslarının düzgün formalaşması üçün əhəmiyyətlidir. Bu səbəbdəndir ki, mülki prosessual qanunvericilik iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısı ilə sübutların siyahısı anlayışını bir-birindən fərqləndirmişdir. Həmçinin prosessual qanunvericilik iddia ərizəsinə əlavə olunan mövcud sənədlərin sonda sadəcə siyahısının qeyd olunmasını deyil, eyni zamanda iddia tərəfinin iddia ərizəsində istinad etdiyi fakt və halları təsdiq edəcək sübutları da qeyd etməyi tələb edir. Kollegiya iddiaçının diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki- 18. Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Çünki Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsini tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu Məcəllənin 152.1-152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

19. Bütün sadalananlarla bərabər o da qeyd olunmalıdır ki, MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur və bu hüquq birinci instansiya məhkəməsinin qərardadında iddiaçıya izah olunmuşdur.

20. Kollegiya əlavə olaraq qeyd edir ki, qanunun aliliyi prinsipi hüququn üstünlüyünü təmin edir və məhkəmələrin normativ aktlara əsaslanaraq qərar çıxarmasını tələb edir. Iddiaçı qanunun tələb etdiyi formanı yerinə yetirmədiyinə görə bu, məcburi normanın pozulmasıdır və qanunun aliliyi naminə birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmalıdır.

21. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən iddiaçı İddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət oluna bilər. Buna görə də verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar