Məhkəmə qərarları › İş №e-2(3-1)-69/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2(3-1)-69/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-69/2026 26.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh1 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi (Açar sözlər: kredit borcu, ipoteka predmetinin yoxluğu, aldatma, əhəmiyyətsiz əqd, torpaqdan xxxx, dövlət mülkiyyəti) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh1 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti “01” sentyabr 2023-cü ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh cavabdeh1 onun xeyrinə ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsi üzrə 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat, on qəpik) manat əsas, 40599.24 (qırx min beş yüz doxsan doqquz manat, iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat, otuz dörd qəpik) manat borc məbləğinin tutulması, ipoteka müqaviləsinə əsasən tutmanın cavabdeh cavabdeh1 məxsus ünvan 3-da yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlaka yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, cavabdeh cavabdeh1 məxsus ipoteka qoyulmuş daşınmaz əmlakdan cavabdehlər cavabdeh1 və cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onların məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh cavabdeh1 tutularaq tələblərə ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 (otuz) manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 443.33 (dörd yüz qırx üç manat, otuz üç qəpik) manat dövlət rüsumu və 1.06 (bir manat altı qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş, İ cild, iş vərəqə 01-06).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə cavabdeh1 arasında bağlanmış ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə, 8 faiz dərəcəsi ilə 113000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsinin təminatı kimi cavabdeh1 ilə bank arasında bağlanan ## #### 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. cavabdeh2 tərəfindən verilən ərizəyə əsasən tutmanın mənzilə yönəldilməsi və bu halda bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur.

3. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş ## ###### 2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün ümumilikdə 30 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir.

4. ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsi üzrə ## ###### 2023-cü il tarixinə cavabdehin 112275.1 manat əsas, 40599.24 manat faiz olmaqla, cəmi 152874.34 manat borcu mövcuddur.

5. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdeh1 və cavabdeh2 ##.##.2023-cü il tarixində *-*- **/*-*****/**** saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

c) Iddia tələbinin həcminin artırılması.

6. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ## ###### 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə göndərərək cavabdeh cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsi üzrə 112275.1 manat əsas, 45138.24 manat faiz borcu olmaqla, cəmi 157413.34 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 449.02 manat dövlət rüsumu və 1.46 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən cavabdeh cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlaka yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, cavabdeh cavabdeh1 məxsus ipoteka qoyulmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlakdan cavabdehlər cavabdeh1 və cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onların məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh cavabdeh1 tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 181-182).

7. Işə baxan birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 192- 195).

ç) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

8. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülsüm Əliyeva) ## ###### 2025ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsi üzrə yaranmış 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat əsas borc, 40599.24 (qırx min beş yüz doxsan doqquz manat, iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat məbləğində pulun cavabdeh cavabdeh1 alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbi 45138.24 (qırx beş min yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat faiz borcunun 4579 (dörd min beş yüz yetmiş doqquz) manat hissəsinin cavabdeh cavabdeh1 alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair hissədə və tutmanın ipoteka müqaviləsinə əsasən cavabdeh cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlaka (Seriya RX, № *******, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: ##.##.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: 004011000772- 10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, cavabdeh cavabdeh1 məxsus ipoteka qoyulmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlakdan cavabdehlər cavabdeh1 və cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onların məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh cavabdeh1 tutularaq tələblərə ödənilməsinə dair hissədə rədd edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 449.02 (dörd yüz qırx doqquz manat iki qəpik) manat dövlət rüsumunun 436.07 (dörd yüz otuz altı manat yeddi qəpik) manat hissəsinin, 1.46 (bir manat qırx altı qəpik) manat xidmət haqqının və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 (otuz) manat məbləğində rüsumunun əvəzinin cavabdeh cavabdeh1 alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (mülki iş III cild, iş vərəqə 109-123).

d) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

9. Işə baxan birinci instansiya məhkəməsi hesab etmişdi ki, tərəflər arasında bağlanmış ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı öhdəliklərini yerinə yetirərək krediti təqdim etmiş, lakin cavabdeh cavabdeh1 ödəniş cədvəli üzrə borcun qaytarılması öhdəliyini lazımi qaydada icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 743 və 442-ci maddələrinə istinad edərək, əsas borcun tam məbləğdə tutulmasını əsaslı hesab etmişdir. Məhkəmənin hüquqi mövqeyinə görə, iddiaçı ## ###### 2023-cü il tarixdə cavabdehə bildiriş göndərərək müqaviləni birtərəfli qaydada ləğv etdiyini bəyan etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına əsasən müqavilə ləğv edildiyi andan gələcək üçün xitam verilmiş sayılır. Bu səbəbdən faiz borcu yalnız müqavilənin ləğv edildiyi tarixə (##.##.2023) qədər hesablanmış məbləğdə (40599.24 manat) təmin edilməli, həmin tarixdən sonrakı dövr üçün hesablanmış artırılmış faiz tələbi isə rədd edilməlidir.

10. Həmçinin məhkəmə müəyyən etmişdir ki, ipoteka müqaviləsi üzrə təminat predmeti olan ünvan 3 ünvanındakı əmlaka baxış keçirilərkən orada hər hansı tikilinin olmadığı, ərazinin boş zibilxanadan ibarət olduğu aşkar edilmişdir. Tutmanın yönəldilə biləcəyi faktiki bir əmlak mövcud olmadığından, məhkəmə bu hissədə iddianı qeyri-mümkün hesab edərək rədd etmişdir. Ipoteka predmetinə tutmanın yönəldilməsi və əmlakın satışı tələbləri rədd edildiyi üçün, həmin əmlakdan xxxxna xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması barədə törəmə tələblər də hüquqi əsasını itirmiş və rədd edilməli olan tələblər kimi qiymətləndirilmişdir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayətləri.

11. Cavabdeh cavabdeh1 ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin 112275.1 manat əsas, 40599.24 manat faiz borcu olmaqla, cəmi 152874.34 manat məbləğində pulun ondan alınaraq iddiaçıya ödənilməsinə dair hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdi (mülki iş III cild, iş vərəqə 151-155).

12. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti isə ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində - tutmanın ipoteka müqaviləsinə əsasən cavabdeh cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlaka yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, cavabdeh cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi,ev 60 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlakdan cavabdehlər cavabdeh1 və cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onların məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh cavabdeh1 tutularaq tələblərə ödənilməsinə dair hissəsinin tam təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və apellyasiya şikayəti üçün ödənilmiş 223.71 (iki yüz iyirmi üç manat, yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdi (mülki iş III cild, iş vərəqə 162-168).

b) Apellyasiya şikayətlərinin əsaslandırılması.

13. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza nəticəsində verilmiş rəydə ziddiyyət mövcuddur. Belə ki, iddiaçının tələb etdiyi faiz borcu ilə kreditin götürülmə faizi arasında kəskin ziddiyyət yaranır. Bununla bağlı ekspertiza keçirilməsi tələb edilsə də, ekspert rəyində faiz borcu cüzi azaldılaraq, yenə də şişirdilmiş faizlər hesablanmışdır. Bu səbəbdən iş üzrə təkrar ekspertizanın keçirilməsi, borcun əsas və faiz hissələrinin nə qədər olmasının araşdırılması vacibdir.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu həmin Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

15. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin VII və 127-ci maddəsinin VII hissələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 9, 220.4, 372.6, 384.0.2, 385.1 və 390-cı maddələrinə istinad etmişdi.

16. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Cəmiyyətin ## ###### 2024-cü il tarixli aktına əsasən ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh əmlaka baxış üçün şərait yaratmamışdır. Bu səbəbdən tərəflərindən yenidən əmtəəşünaslıq ekspertizası və tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilmiş, vəsatət qismən təmin olunaraq iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir.

17. ## #### 2024-cü il tarixli məlumata əsasən qərardadda qoyulan sualın (daşınmaz əmlakın hal-hazırda həmin ünvanda faktiki olaraq mövcud olub-olmaması) cavablandırılması tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.

18. Daha sonra Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2025-ci il tarixli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. ## ###### 2025-ci il tarixli ekspert rəyinə əsasən yerində baxış cavabdeh cavabdeh1 iştirakı ilə keçirilmiş, lakin həmin ərazidə hər hansı tikili mövcud olmadığından əmlakın qiymətləndirilməsi mümkün olmamış və ekspertizanın aparılmasından imtina edilmişdir.

19. Iş materiallarından da göründüyü kimi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış, ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetrdən ibarət daşınmaz əmlak kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, 2018-ci ildə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak qiymətləndirilmiş, əmlakın bazar dəyəri 142000 manat, likvid dəyəri 127800 manat təşkil etmişdir. Həmin cəmiyyət tərəfindən təqdim edilmiş rəydə qiymətləndirilən əmlak yaxşı təmirli fərdi yaşayış evi kimi qiymətləndirilmiş, onun texniki göstəriciləri, şəkilləri və dəyəri ətraflı şəkildə rəydə öz əksini tapmışdır.

20. Lakin ## ###### 2025-ci il tarixli ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, həmin əmlak faktiki olaraq mövcud deyil və yerində sadəcə söküntünün qalıqları mövcuddur. Yerində baxış zamanı cavabdeh tərəfindən göstərilən əmlakın ipoteka predmeti kimi təqdim edilən ünvanla heç bir uyğunluğu olmamış, baxış keçirilən ərazidə yalnız dağılmış, tikintisi olmayan bir sahə olduğu müşahidə edilmişdir. Nəticədə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli ekspert rəyinə əsasən isə eyni ərazidə yerləşən obyektin yalnız dağıntı və ya söküntü olduğu bildirilmişdir.

21. Bundan əlavə ## #### 2018-ci il tarixli ,***IK/**** nömrəli ipoteka müqaviləsi və ********** qeydiyyat nömrəli yüklülük çıxarışından da göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlakın sahəsi 0.03689 hektar (təqribi 3-4 sot) olmuşdur. 2018-ci ildə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş rəydə təqdim olunan əmlakın fotoşəkilləri ilə çıxarışda qeyd olunan əmlakın sahəsi uyğunluq təşkil etmişdir. Məhkəmə tərəfindən də dəfələrlə əmtəəşünaslıq ekspertizası təyin olunmasına baxmayaraq ekspertiza tərəfindən imtina edilmişdir. Buna səbəb isə cavabdehin ekspertizanın keçirilməsinə şərait yaratmaması və qiymətləndirmənin keçirilməsindən imtina etməsidir. Bu isə öz növbəsində cavabdehin bilərəkdən işi süni şəkildə uzatma məqsədi daşıdığını göstərir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmlaka baxış keçirilən zaman cavabdeh cavabdeh1 əmlakın ünvanını özü təqdim etmiş və əmlakın məhz həmin ərazidə olduğunu bildirmişdir. Həmin ərazi isə sadəcə söküntüdən ibarət olmuşdur. Lakin, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən ## ###### 2025-ci il tarixli ekspert rəyindəki fotoşəkillərdən də göründüyü kimi cavabdehin yerində baxış üçün təqdim etdiyi ərazinin sahəsi ipoteka qoyulmuş əmlak ilə eynilik təşkil etmir. 2018-ci ildə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş rəydəki fotoşəkillərə ümumi nəzər saldıqda görmək olar ki, ipoteka ilə yüklü edilmiş əmlakın sahəsi təqribi 3-4 sot olmaqla, torpaq sahəsinin ölçüləri 10 metr enində və 23 metr uzunluğundadır (10m x 23m olmaqla, ümumi 223.3 kvadratmetr). Lakin cavabdehin təqdim etdiyi əmlak sahə olaraq çox kiçik ərazidir və aydın görünür ki, ipoteka üçün təqdim edilmiş əmlakla eynilik təşkil etmir.

22. Cavabdeh cavabdeh1 2018-ci ildə əmlak qiymətləndirilən zaman qiymətləndirmə şirkəti (“xxxx” MMC) ilə əlbir olmuş və bankı aldadaraq başqa əmlakı öz əmlakı kimi təqdim etmişdir. Göründüyü kimi, təqdim edilmiş ekspert rəyləri arasında ciddi ziddiyyət mövcuddur. Yuxarıda qeyd olunlara əsasən hesab edirlər ki, cavabdeh şəxs ipoteka predmeti kimi təqdim etdiyi əmlak barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə bankı aldadaraq qanunsuz kredit almışdır. Sonradan aparılmış ekspertiza nəticəsində isə müəyyən olunmuşdur ki, ipoteka müqaviləsində göstərilən əmlak cavabdeh tərəfindən yerində baxış üçün təqdim olunan əmlakla eynilik təşkil etmir və söküntüdən ibarət olan əmlak ipoteka predmeti kimi təqdim edilmişdir. Ekspert rəyləri arasında ziddiyyətin mövcud olması, cavabdeh tərəfindən ipoteka predmeti kimi təqdim olunmuş, lakin faktiki mövcud olmayan və ya yerləşdiyi yeri gizlədilən əmlak ilə əlaqədar cinayət əlamətlərinin olduğunu göstərir və bu səbəbdən də cavabdeh cavabdeh1 və digərlərinin əməllərində qanunazidd hərəkətlər mövcuddur. Bu səbəbdən təqdim edilən ərizəyə əsasən cavabdeh cavabdeh1 əməlində cinayətin əlamətləri aşkar edildiyindən cavabdeh1 barəsində toplanmış materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir.

23. Beləliklə, ipoteka predmetinin gizlədilmə və bankın aldadılma hallarını dəyərləndirmədən məhkəmə qərarı qəbul edərək iddianı ipoteka predmetinə yönəldilmə hissəsində rədd etmişdir. Məhkəmə ipoteka predmeti olan əmlakın mövcudluğu, yerləşdiyi yerin müəyyən edilməsi barədə araşdırmanın davam etməsi səbəbi ilə iddia tələbinin ipoteka predmetinə yönəldilmə hissəsinin baxılmamış saxlanılması və dayandırılması zəruri idi. Lakin məhkəmə müvafiq araşdırma yekunlaşmadan iddia tələbinin ipoteka predmetinə yönəldilmə hissəsini rədd etmişdir.

24. Məhkəmə özü cavabdehin banka qarşı mümkün aldadıcı hərəkətlərini istisna etməyərək işi prokurorluğa göndərmişdirsə, bu hal ipoteka predmetinin mövcudluğu və hüquqi taleyi məsələsinin mübahisəli olduğunu, cavabdehin bankı aldatması ehtimalını gücləndirərək əlavə araşdırma tələb etdiyini və iddia tələbinin o hissədə rədd olunmasının əsassız olduğunu təsdiq edir. Məhkəmə tərəfindən ipoteka tələbi üzrə qəti rədd qərarının qəbul edilməsi Mülki-Prosessual Məcəllənin 9, 10 və 14-cü maddələrinə ziddir. Məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq işin prokurorluğa göndərilməsi onu göstərir ki, cavabdehin hərəkətlərində cinayət tərkibi mövcuddur. Prokurorluq araşdırılmasının nəticələri ipoteka predtmetinin müəyyən edilməsinə və işin nəticəsinə birbaşa təsir göstərə bilər. Bu səbəbdən məhkəmə ipoteka tələbi üzrə icraatı dayandırmalı və ya həmin tələbi baxılmamış saxlamalı idi. Iddia tələbinin rədd edilməsi prokurorluq araşdırmasının nəticələrindən asılı olaraq gələcəkdə həmin tələb üzrə düzgün hüquqi qiymət verilməsi imkanını faktiki olaraq aradan qaldırır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka tələbi ilə bağlı hissəsi qanuna uyğun deyil və ləğv edilməlidir.

25. Iddiaçı tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1 və 319-cu maddələrinə, “Ipoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 3, 6, 10- 4, 11.1, 11.2, 12.1, 25.3, 34 və 39-cu maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 88 və 106.1-ci maddələrinə istinad etmişdi.

c) Işin apellyasiya icraatına qəbulu.

26. Apellyasiya şikayətləri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “02” aprel 2026-cı ildə daxil olmuş və kollegiyanın “10” aprel 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

III. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri.

27. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

IV. Işin gedişatı və izahatlar.

28. Apellyasiya şikayətlərinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdi.

29. Iddiaçının nümayəndəsi ## ### 2026-cı ildə "Elektron məhkəmə" informasiya sistemində yaradılmış kabineti vasitəsi ilə kollegiyaya müraciət edərək apellyasiya şikayətlərinə baxış iclasının onların iştirakı olmadan keçirilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassız olduğundan təmin edilməməsi və tərəflərindən verilmiş apellyasiya şikayətinin isə tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi.

30. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə kollegiyaya məlumat verməmişlər.

31. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətlərinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

V. Işin halları:

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

33. - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## #### 2018-ci il tarixli, ****/** nömrəli “Əmlakın qiymətləndirilməsi barədə” ekspert rəyindən, aparılan təhlil və hesablamalar nəticəsində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ## #### 2018-ci il tarixə olan bazar dəyərinin 142.000 (bir yüz qırx iki min) manat, likvid dəyərinin isə 127.800 (bir yüz iyirmi yeddi min səkkiz yüz) manat təşkil etməsinin qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 161- 177);

34. – “Elektron notariat” X11 çıxarılmış ## #### 2018-ci il tarixli məlumatdan, ünvan 4 60, parametrlərinə uyğun axtarış zamanı qeyd edilən ünvanda qeydiyyatda heç bir şəxsin aşkar edilməməsi (mülki iş İ cild, iş vərəqə 34);

35. - cavabdeh2 ## #### 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən onun ünvan 3 ünvanında yerləşən, fərdi yaşayış evinin əri cavabdeh1 tərəfindən alınmasına və ipotekaya qoyulmasına razılıq verməsi, alqı-satqı və ipoteka müqaviləsinin şərtləri ilə tanış olması və banka olan əsas faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə (məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə) razı olması və bu halda bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürməsi (mülki iş İ cild, iş vərəqə 35);

36. -## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsindən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında kredit münasibətlərinin yaranması barədə yazılı razılığın əldə olunması, müqavilə şərtlərinə əsasən bankın borcalana ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi Idarəsi tərəfindən ## ####### 2006-cı il, ## ##### 2018-ci il, ## ####### 2017-ci il tarixlərində verilmiş, qeydiyyat nömrəsi 110641136, 1118030610, ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün illik 8 (səkkiz) faiz dərəcəsi ilə, 300 (üç yüz) ay müddətinə 113000 (bir yüz on üç min) manat məbləğində məqsədli ipoteka krediti ayırmağı öhdəsinə götürməsi (mülki iş İ cild, iş vərəqə 19-24);

37. - ## #### 2018-ci il tarixli, ***IK/**** saylı kredit müqaviləsinə əlavədən - kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən cavabdeh1 kredit müqaviləsi üzrə əldə etdiyi kredit məbləğini ##.##.2018-ci il tarixdə 595.93 (beş yüz doxsan beş manat, doxsan üç qəpik) manat, ##.##.2018-ci il tarixdən başlayaraq ##.##.2043-cü il tarixədək hər ay 872.15 (səkkiz yüz yetmiş iki manat on beş qəpik) manat və sonuncu ay isə, yəni ##.##.2043-cü il tarixdə 874.27 (səkkiz yüz yetmiş dörd manat, iyirmi yeddi qəpik) manat ödəməli olması, qeyd olunan ödəniş cədvəlinin də cavabdeh tərəfindən imzalanması (mülki iş İ cild, iş vərəqə 25-30);

38. – ## #### 2018-ci il tarixli ödəniş tapşırığından emitent (ödəyici) bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Səbail filialında açılmış AZ**IBAZ******************** nömrəli hesab vasitəsilə ödəyici müştəri cavabdeh1 tərəfindən benefisiar (alan) bank qismində çıxış edən həmin filialın AZ**IBAZ******************** nömrəli hesabına malik alan müştəri X4 ## #### 2018-ci il tarixli, X/*** nömrəli məktuba (alqı-satqı müqaviləsinə) istinadən daşınmaz əmlakın alqı-satqısı təyinatı üzrə ümumilikdə 142 000 (bir yüz qırx iki min) manat məbləğində vəsaitin nağdsız qaydada köçürülməsi (mülki iş İ cild, iş vərəqə 31);

39. - ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli Alqı-satqı və ipoteka müqaviləsindən satıcılar X3, X2 və X5 ilə alıcı (ipoteka qoyan) cavabdeh1 və kreditor (ipoteka saxlayan) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı arasında ünvan 3 ünvanında yerləşən, mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən ## ####### 2006-cı il, ## ##### 2018-ci il və ## ####### 2017-ci il tarixlərində verilmiş 110641136, 1118030610, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlara əsasən müəyyən edilən, ümumi sahəsi 223.3 kvadratmetr, yaşayış sahəsi 90 kvadratmetr olan 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin 142.000 (bir yüz qırx iki min) manat satış qiymətinə, mənzilin dəyərinin 29 000 (iyirmi doqquz min) manat hissəsi alıcının öz vəsaiti , 113.000 (bir yüz on üç min) manat hissəsi isə bank tərəfindən ## #### 2018-ci il tarixli kredit müqaviləsi əsasında verilən vəsait hesabına ödənilməklə alıcının mülkiyyətinə verilməsi, habelə "xxxx" MMC-nin ## #### 2018-ci il tarixli hesabatına əsasən ipoteka predmetinin 142 000 manat dəyərində qiymətləndirilməsi (o cümlədən torpaq sahəsinin iqtisadi dəyərinin 0,00 manat təşkil etməsi) şərti ilə kredit öhdəliyinin təminatı qismində bankın xeyrinə 300 ay müddətinə ipoteka ilə yüklü edilməsi barədə tərəflərin razılığa gəlməsi (mülki iş İ cild, iş vərəqə 53-58);

40. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, ## #### 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən ünvan 3 ünvanında yerləşən, mülkiyyət növü xüsusi olan, ümumi sahəsi 223.3 kvadratmetr təşkil edən fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə cavabdeh1 adına tam payla qeydiyyata alınması, habelə sözügedən əmlakın yerləşdiyi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0.02112 hektar sahəli torpaq sahəsinin mülkiyyət növünün dövlət, onun üzərindəki hüququn növünün isə xxxx olmaqla təsbit edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində müvafiq qeydiyyatın aparılması (mülki iş İ cild, iş vərəqə 33);

41. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ## ###### 2018-ci il qeydiyyat tarixli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 223.3 kvadratmetr olan fərdi yaşayış evinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 300 ay müddətinə ipoteka ilə yüklü edilməsi, bu barədə dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyat aparılması (mülki iş İ cild, iş vərəqə 32);

42. - “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərlə iş departamenti tərəfindən ünvanlanmış ## #### 2019-cu il tarixli, **/A**** nömrəli bildiriş (ipoteka predmetinə tutma yönəldilməsi haqqında) mətni və poçt qəbzlərindən ##.##.2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsi üzrə borcalanın aylıq annuitet ödənişlərini icra etməməsi səbəbindən, ## #### 2019-cu il tarixinə cavabdeh cavabdeh1 bank qarşısında əsas borc üzrə 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat, on qəpik) manat, faiz borcu üzrə isə 3660 (üç min altı yüz altmış) manat olmaqla, ümumilikdə 115935.1 (bir yüz on beş min doqquz yüz otuz beş manat, on qəpik) manat məbləğində borcunun yarandığı, qeyd olunan öhdəliklərin 3 (üç) gün müddətində tam yerinə yetirilmədiyi təqdirdə "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, təminat qismində çıxış edən ünvan 3 ünvanında yerləşən, RX ******* seriyalı reyestr çıxarışına malik daşınmaz əmlaka (fərdi yaşayış evinə) tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya və ipoteka qoyana rəsmi xəbərdarlıq edilməsi (mülki iş İ cild, iş vərəqə 37 və 48);

43. - “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə ünvanlanmış ## #### 2019-cu il tarixli, **/**** nömrəli məktubdan tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli, ***IK/**** saylı kredit müqaviləsi üzrə borcalanın pul öhdəliklərini icra etməməsi səbəbindən, bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yarandığı qeyd edilməklə, həmin öhdəliyin təminatı qismində ##.##.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə bankın xeyrinə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinə dair borcluya göndərilmiş ##.##.2019-cu il tarixli, **/A**** saylı Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində rəsmən qeydiyyata alınmasının (qeydə alınmasının) xahiş edilməsi (mülki iş İ cild, iş vərəqə 38);

44. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış ## ###### 2019-cu il tarixli, ************ nömrəli məktubdan bankın ##.##.2019-cu il tarixli, **/**** saylı müraciətinə əsasən, cavabdeh cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ** saylı fərdi yaşayış evinə dair ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin rəsmi qeydiyyata alındığı barədə banka məlumat verilməsi (mülki iş İ cild, iş vərəqə 39);

45. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərlə iş departamenti tərəfindən ünvanlanmış ## ###### 2023-cü il tarixli, *-*-**/*-*****/**** nömrəli bildirişdən (mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması barədə) tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsi üzrə verilmiş vəsaitin və ona hesablanmış faizlərin borcalan tərəfindən vaxtında və lazımi qaydada ödənilməməsi, habelə öhdəliyin icra edilməməsi səbəbindən hələ ##.##.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması faktları qeyd edilməklə, ##.##.2023-cü il tarixinə cavabdeh cavabdeh1 banka əsas borc üzrə 112275.1 (yüz on iki min iki yüz yetmiş beş manat, on qəpik) manat, faiz borcu üzrə isə 40599.24 (qırx min beş yüz doxsan doqquz manat, iyirmi dörd qəpik) manat olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat məbləğində borcunun mövcud olması, sözügedən əsas borc, faiz borcu və bildirişin dövlət qeydiyyatı üçün ödənilmiş 30 (otuz) manat rüsumun 3 (üç) gün müddətində banka tam şəkildə ödənilməsinin cavabdehlər cavabdeh1 və cavabdeh2 xahiş edilməsi, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada borcun tutulması və tutmanın təminat predmeti olan ünvan 3 ünvanındakı daşınmaz əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə sonuncu dəfə rəsmi xəbərdarlıq edilməsi (mülki iş İ cild, iş vərəqə 17-18 və 49);

46. - “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 'Səbail' filialı tərəfindən borcalan cavabdeh1 barəsində ***IPFO********* nömrəli ipoteka krediti hesabı üzrə verilmiş ## ###### 2023-cü il tarixli maliyyə arayışından və ona əlavə olunmuş hesabdan çıxarış məlumatlarından ##.##.2018-ci il tarixdə 300 ay müddətinə, illik 8% dərəcəsi ilə verilmiş 113 000 manat məbləğində kredit vəsaiti üzrə cavabdeh tərəfindən ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixinədək olan dövrdə cəmi 724,90 (yeddi yüz iyirmi dörd manat, doxsan qəpik) manat əsas borc, 5050.59 (beş min əlli manat, əlli doqquz qəpik) manat faiz borcu və 4.85 manat cərimə faizinin ödənildiyi, sonuncu dəfə ##.##.2019-cu il və ##.##.2019-cu il tarixlərində yalnız faiz və qismən cərimə ödənişi aparıldıqdan sonra öhdəliklərin icrasının cavabdeh tərəfindən tamamilə dayandırıldığı, bunun nəticəsində ##.##.2019-cu il tarixindən maliyyə arayışının tərtib edildiyi ##.##.2023-cü il tarixinədək ötən 1586 gün ərzində borcun geri qaytarılmaması səbəbindən maliyyə hesabatı üzrə 112 275,10 (bir yüz on iki min iki yüz yetmiş beş manat, on qəpik) manat ödənilməmiş əsas borc qalığının və həmin dövrə qədər yığılmış 40 599,24 (qırx min beş yüz doxsan doqquz manat, iyirmi dörd qəpik) manat ödənilməmiş faiz borcunun formalaşdığı, habelə bank tərəfindən ödənilmiş 443.33 manat dövlət rüsumu və 0.66 manat komissiya haqqı da daxil olmaqla borc və rüsumlar üzrə iddiaçının bank hesabatları ilə təsdiq edilən cəmi tələb məbləğinin 153 318,33 (bir yüz əlli üç min üç yüz on səkkiz manat, otuz üç qəpik) manat təşkil etməsi (mülki iş İ cild, iş vərəqə 13- 14);

47. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, **** nömrəli rəydə cavabdeh1 tərəfindən öhdəliklərin tam icra edilməməsi, onunla “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## #### 2018-ci il tarixli, ***IK/**** saylı kredit müqaviləsinin şərtlərinin, hesabdan çıxarış və maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda ## ###### 2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit müqaviləsi üzrə 112275,10 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat əsas borcun, 40599,24 (qırx min beş yüz doxsan doqquz manat, iyirmi dörd qəpik) manat faiz borcunun düzgün hesablanmasının qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 132-134);

48. – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2023-cü il tarixli, ** nömrəli məktubunda ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi barədə qərardadın icra edilməsi üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi, həmin dövrdə mülki iş üzrə cavabdehin ipoteka predmeti olan fərdi yaşayış evinin ünvanını göstərə bilməməsi, iddiaçı tərəfin təqdim etdiyi ünvanda digər şəxslər tərəfindən mübahisə yarandığından, ünvan 1 ünvanının dəqiqləşdirilməsi məqsədi ilə tərəflərindən Iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edilməsi, həmin müraciətin baxılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi, Xidmətin * saylı Ərazi Idarəsindən ## ######## 2020-ci il tarixli, ************ saylı məktubla dəqiq ünvan rekvizitləri olmadığından Səbail rayonu, Mürsəl Yüzbəyov küçəsi, ev 60 ünvanı haqqında məlumatların verilməsinin mümkün olmaması, bu səbəbdən də məhkəmənin qərardadının icrasının mümkün olmamasının qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 136);

49. – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2024-cü il tarixli, ** nömrəli məktubundan və ona əlavə edilmiş aktdan ünvan 1 ünvanında yerləşən ipoteka predmeti olan fərdi yaşayış evinin mütəxəssisə təqdim edilməsinin iddiaçı və cavabdehlərə təklif olunması, ## ###### 2024-cü il tarixdə mütəxəssislərin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin göstərdiyi ünvanda olması, həmin ünvanda yaşayan Qəhrəmanov Qəhrəman Qiyas oğlunun kommunal xidmətlərə dair bildirişlər təqdim etməsi, sözügedən ünvanın Mürsəl Yüzbəyov küçəsi, dalan 1, ev 5 "b" olması, evin sənədsiz olması, ipotekaya qoymaması, cavabdeh1 və cavabdeh2 tanımamasını bildirməsi, fərdi yaşayış evinə baxışın keçirilməsinə icazə verməməsi, bu səbəbdən də məhkəmənin ## ####### 2023-cü il tarixli qərardadının icrasının mümkün olmaması (mülki iş İ cild, iş vərəqə 143-144);

50. -Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ## ####### 2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli “Torpaq sahəsi haqqında məlumatın verilməsi ilə bağlı” məktubunda müraciətlə əlaqədar olaraq, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tərəflərindən tədqiqat obyektinə texniki baxış keçirilməsinin və inventarlaşdırma işlərinin aparılmasının mümkün olmamasının qeyd edilməsi (mülki iş II cild, iş vərəqə 66);

51. - Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı ## ###### 2025-ci il tarixli telefonoqramından və məktubundan iddiaçının "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə ## ###### 2025-ci il tarixdə məhkəməyə göndərdiyi ərizəsinə cavab olaraq, məhkəmə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı ilə əlaqə saxlanıldığı, mütəxəssis tərəfindən yerində baxış keçirilərkən ipoteka predmeti olan ünvan 3 ünvanındakı ümumi sahəsi 223.3 kvadratmetr olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) faktiki olaraq yerində mövcud olmadığının müəyyən edildiyi, bu səbəbdən əmlakın qiymətləndirilməsinə dair ekspertizanın keçirilməsindən imtina olunması barədə rəsmi məlumatın agentlik tərəfindən məhkəməyə göndəriləcəyinin bankın nəzərinə çatdırılması (mülki iş III cild, iş vərəqə 41-43);

52. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2025-ci il tarixli, QXM/M-*** nömrəli məktubunda cavabdeh cavabdeh1 iştirakı ilə ünvan 3 ünvanında yerində baxış keçirilməsi, aparılmış baxış zamanı qeyd olunan ünvanda hazırda zibilxana tullantılarından ibarət boş ərazinin mövcud olması, cavabdeh tərəfindən verilmiş məlumatda qiymətləndirməyə təqdim edilən əmlakın məhz həmin ərazi olduğunun bildirilməsi, lakin təqdim olunan məlumat və faktiki vəziyyət nəzərə alınmaqla baxışa təqdim edilən ərazidə hər hansı tikili mövcud olmadığından əmlakın qiymətləndirilməsinin mümkün olmamasının məlum olmasının qeyd edilməsi aydın olur (mülki iş III cild, iş vərəqə 44).

VI. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

53. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Kollegiya verilmiş apellyasiya şikayətlərini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsini hər iki tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya baxışının obyektini həmin məhkəmə aktının hər iki tərəf üçün mübahisə doğuran və fərqli hüquqi nəticələrə əsaslanan hissələri təşkil edir.

56. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirir. Belə ki, bank kredit borcunun (əsas borc və faizlər) tutulması barədə tələbin təmin edilməsi ilə razılaşsa da, qətnamənin tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdeh və ailə üzvünün fərdi yaşayış evindən çıxarılması və istifadə hüquqlarına xitam verilməsi hissəsindən narazı qalaraq, məhkəmə aktının bu hissədə ləğv olunmasını və iddianın həmin hissədə də təmin edilməsini tələb edir.

57. Cavabdeh cavabdeh1 verdiyi apellyasiya şikayətindən isə görünür ki, o da birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirir. Cavabdeh, məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsini rədd etməsi mövqeyi ilə (əmlakın faktiki yoxluğu əsası ilə) razı çıxsa da, ondan pul vəsaitinin (əsas borc və faizlər) tutulması barədə qətnamənin nəticə hissəsini əsassız və şişirdilmiş hesab edərək, həmin hissənin ləğv edilməsini xahiş edir.

58. Tərəflərin verdiyi apellyasiya şikayətləri mübahisələndirilən məhkəmə aktının qarşılıqlı olaraq qismən ləğv edilməsinə, bank tərəfindən iddia tələblərinin tam təmin olunmasına, cavabdeh tərəfindən isə pul tutulması hissəsində iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə hər iki apellyasiya şikayətinin dəlillərinə və etirazlarına münasibətdə, mülki prosessual qanunvericiliyin hədləri çərçivəsində yalnız mübahisə edilən hissələrdə yoxlanılmalıdır.

VII. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

59. - 270.1 və 271.1-ci maddələrinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir;

60. - 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir (tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiya);

61. - 307.2-ci maddəsində qeyd edilir ki, ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verilməklə müəyyənləşdirilir (tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiya);

62. - 317.1-ci maddəsinin tələbinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;

63. -324.1 və 324.2-ci maddələrinin tələbinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər;

64. - 329.1-ci maddəsi ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır;

65. -337.1 və 337.3-cü maddələrinə görə Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir;

66. - 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin;

67. - 352-ci maddəsində göstərilir ki, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi;

68. - 390.2 və 390.5-ci madələrinin tələbinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir;

69. - 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

70. - 443.1-ci maddəsində qeyd edilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur;

71. - 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).

b) "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun:

72. -1.0.7-ci maddəsinə görə ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir;

73. - 6.2-ci maddəsinin tələbindən aydın olur ki, mülki dövriyyədən çıxarılmış, habelə qanuna görə üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyanın ipotekasına yol verilmir;

74. -7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir;

75. - 10.1-ci maddəsində qeyd edilir ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Ipoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Ipoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur;

76. - 10.5-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiya).

c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

77. - 2-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

78. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

79. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

80. -77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

81. - 80-ci maddəsinin tələbinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

82. - 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

83. - 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

84. - 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

ç) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı:

85. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətlərini qiymətləndirməsi və onların həllinə dair mövqeyi.

86. Kollegiya mülki işin hallarını və işdə olan yazılı sübutları maddi hüquq normaları ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, hazırkı mübahisə, tərəflər arasında formalaşmış və yazılı müqavilə şərtlərinə əsaslanan kredit və ipoteka hüquq münasibətlərindən irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinin imperativ tələbinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara uyğun gəlməlidir. Eyni zamanda, bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrası tərəflərin azad iradə ifadəsinə və vicdanlılıq prinsiplərinə əsaslanmalı, öhdəliyin birtərəfli qaydada icra edilməməsinə və ya lazımınca icra edilməməsinə yol verilməməlidir.

87. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli müvafiq şərhini rəhbər tutaraq kollegiya bildirir ki, hazırkı iş üzrə apellyasiya baxışının dairəsi tərəflərin birinci instansiya məhkəməsinin aktından narazı qaldıqları rəsmi mübahisələndirmə hədləri ilə məhdudlaşır. Mülki mülahizələrin genişliyi və çəkişmə prinsipi məhkəmədən tələb edir ki, hər bir şikayətçinin dəlilləri fərdi qaydada araşdırılaraq, qətnamənin yalnız barəsində şikayət verilmiş hissələrinin əsaslılığına və qanuniliyinə hüquqi qiymət verilsin.

88. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hədlərə nəzər saldıqda görünür ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəmə aktını qismən mübahisələndirir. Belə ki, iddiaçı bank qətnamənin pul vəsaitinin tutulması (əsas borc və faizlər) hissəsi ilə tam razılaşsa da, tutmanın ipoteka predmetinə yönəldilməsi və buna bağlı olaraq cavabdehlərin mənzildən çıxarılması tələblərinin rədd olunması hissəsini tam həcmdə mübahisələndirərək apellyasiya şikayəti vermişdir.

89. Öz növbəsində, cavabdeh cavabdeh1 da Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsini qismən mübahisələndirir. Lakin xüsusilə vurğulanmalıdır ki, cavabdeh məhkəmənin iddianı ipoteka predmetinə tutmanın yönəldilməsi, xxxxna xitam və mənzildən çıxarılma hissəsində rədd etməsi mövqeyini mübahisə etmir. Onun narazılığı və şikayətinin obyekti sırf qətnamənin iddiaçının xeyrinə 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat, otuz dörd qəpik) manat məbləğində əsas borc və faiz vəsaitinin tutulması barədə təmin edilmiş hissəsi ilə bağlıdır. Beləliklə, qətnamənin ipoteka tələblərinin rədd edilməsi hissəsi cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün, kollegiya ilkin olaraq məhz təmin edilmiş pul öhdəliyi hissəsindən verilmiş cavabdehin apellyasiya şikayətinin hüquqi həllinə keçməyi zəruri hesab edir.

90. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinin hüquqi təhlilinə keçərək, kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh tərəfin apellyasiya şikayətində irəli sürdüyü tələblər və onların əsaslandırılması forması öz daxilində ciddi hüquqi ziddiyyət təşkil edir. Belə ki, cavabdeh bir tərəfdən iddiaçının tələb etdiyi pul məbləğlərinin və faizlərin həddən artıq şişirdildiyini bəyan edərək borcun yenidən hesablanmasını və iş üzrə təkrar ekspertizanın keçirilməsini tələb edir, digər tərəfdən isə birinci instansiya məhkəməsinin qətnaməsinin pul tutulması hissəsinin tamamilə ləğv edilərək bankın iddiasının bu hissədə tamamilə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Mülki prosessual hüququn prinsiplərinə görə, öhdəliyin mövcudluğunu tamamilə inkar etməklə, həmin öhdəlik üzrə hesablanmış faizlərin iqtisadi-riyazi dürüstlüyünü mübahisələndirmək eyni hüquqi məntiq çərçivəsində qiymətləndirilə bilməz və bu hal cavabdeh tərəfin müdafiə mövqeyinin ardıcıl olmadığını göstərir.

91. Iddianın təmin edilmiş pul vəsaitinin tutulması hissəsinə gəldikdə isə kollegiya bildirir ki, tərəflər arasında ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli kredit müqaviləsinin imzalanması və bank tərəfindən borcalana 113000 manat məbləğində vəsaitin ayrılması işin mübahisəsiz halları kimi rəsmi sənədlərlə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə (tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiya) əsasən, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya - borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

92. Iş materiallarında olan ## ###### 2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarış məlumatlarından isə rəsmi şəkildə aydın olur ki, cavabdeh cavabdeh1 ## #### 2019-cu il tarixindən etibarən aylıq annuitet ödənişlərini tamamilə dayandırmış, müqavilə öhdəliklərini kobud və davamlı şəkildə pozaraq banka qarşı öhdəliklərin icra edilməməsi vəziyyəti yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin vaxtında icra edilməməsi onun pozulması deməkdir və bu halda həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditor qarşısında birbaşa maddi məsuliyyət daşıyır.

93. Cavabdehin faizlərin şişirdilməsi və iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdehin müraciəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, **** nömrəli rəsmi ekspert rəyi ilə müqavilə şərtlərinə və bank hesablarına əsasən borcalanın 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat, on qəpik) manat əsas borcunun və 40599.24 (qırx min beş yüz doxsan doqquz manat, iyirmi dörd qəpik) manat faiz borcunun tam düzgün və dəqiq hesablandığı qəti olaraq təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə görə, məhkəmə yalnız ekspert rəyinin əsassızlığına görə onunla razılaşmadıqda və ya rəylər arasında ziddiyyət olduqda təkrar ekspertiza təyin edə bilər. Hazırkı işdə isə ixtisaslaşmış dövlət ekspertiza orqanının verdiyi rəyin əsassızlığını sübut edən heç bir mötəbər və rəsmi dəlil məhkəməyə təqdim olunmamışdır. Mülki- Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinə uyğun olaraq, birinci instansiya məhkəməsi həmin ekspert rəyinə digər yazılı sübutlarla bərabər obyektiv və qərəzsiz qiymət verərək borc məbləğini düzgün müəyyən etmişdir.

94. Göstərilənlərə əsasən, qətnamənin pul vəsaitinin tutulmasına dair hissəsi həm maddi, həm də prosessual hüquq normaları baxımından tam əsaslı olduğundan, cavabdeh cavabdeh1 apellyasiya şikayəti bu istiqamətdə tamamilə rədd edilməlidir.

95. Cavabdeh tərəfin birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması barədə iddialarına, xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin VII hissəsinə, habelə Mülki-Prosessual Məcəlləsinin 9, 220.4, 385.1 və 390-cı maddələrinə olan istinadlarına münasibətdə kollegiya bildirir ki, bu dəlillər iş materialları ilə tam təkzib olunur.

96. Belə ki, işin gedişatından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflərin çəkişmə və bərabərlik prinsiplərini tam təmin etmiş, cavabdehin müraciəti əsasında borcun yoxlanılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və qətnamədə bütün yazılı sübutların hüquqi qiymətləndirilməsini tam, anlaşıqlı və ətraflı formada şərh etmişdir. Məhkəmə prosesi zamanı ədalət mühakiməsinin müstəqilliyi və qanunçuluğu prinsiplərinin pozulmasını bəyan edən hər hansı hal aşkarlanmamışdır.

97. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinin dəlillərinin araşdırılmasına gəldikdə kollegiya müəyyən edir ki, bank birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq, iddia tələbinin ipoteka predmetinə - ünvan 3 ünvanında yerləşən 223.3 kvadratmetr ümumi sahəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cavabdehlərin mənzildən çıxarılması hissəsində rədd edilməsini əsassız hesab edir. Bank öz apellyasiya şikayətində göstərir ki, ## #### 2018-ci il tarixli, ***IK/**** nömrəli ipoteka müqaviləsi bağlanarkən predmet “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaxşı təmirli, 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi kimi vizual şəkilləri ilə birlikdə rəsmən qiymətləndirilmiş və onun üzərində bankın xeyrinə qanuni yüklülük qeydiyyata alınmışdır. Iddiaçı tərəf hesab edir ki, cavabdeh cavabdeh1 sonradan ekspertizanın keçirilməsinə şərait yaratmayaraq işi süni şəkildə uzatmış və məhkəmə yerində baxış zamanı əmlakın mövcud olmadığını əsas gətirərək bankın təminat hüququnu qanunsuz olaraq rədd etmişdir.

98. Bankın bu iddialarının düzgün hüquqi həlli üçün, kollegiya ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli imperativ qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərara əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn (hazırkı işdə ipoteka və tutma yönəltmə hüququnun) yaranmadığını göstərir. Ona görə də, bankın ipoteka predmetinə tutma yönəltmək tələbinin qanuniliyi yoxlanılarkən, ilk növbədə ## #### 2018-ci il tarixli ipoteka müqaviləsinin predmetlə bağlı hissəsinin maddi hüquq normalarına uyğunluğu qiymətləndirilməlidir.

99. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1 və 307.2-ci maddələrinin, habelə “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinin tələbinə görə, ipoteka müqaviləsində ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri mütləq şəkildə göstərilməlidir. Hazırkı işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## #### 2018-ci il tarixli hesabatındakı fotoşəkillərə və müqavilə mətni üzrə əmlakın təsvirinə nəzər saldıqda görünür ki, tərəflərin iradə ifadəsi ünvan 3 ünvanındakı konkret olaraq 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəlmişdir. Lakin birinci instansiya məhkəməsinin araşdırması, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2024-cü il tarixli məktubu və nəhayət “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2025-ci il tarixli rəsmi yerində baxışı ilə qəti olaraq sübut edilmişdir ki, çıxarışda göstərilən dövlət mülkiyyətində olan 0.02112 hektar istifadə hüquqlu torpaq sahəsində müqavilədə təsvir olunan parametrlərə uyğun hər hansı bir tikili (fərdi yaşayış evi) ümumiyyətlə mövcud deyil, həmin ərazi sadəcə boş zibilxana tullantılarından ibarətdir. Həmçinin, mütəxəssislərin araşdırması zamanı qiymətləndirmə hesabatına əlavə edilmiş fotoşəkillərdəki mənzillə rəsmi çıxarışda qeyd olunan ünvanın və faktiki yerin fərqli olduğu, sənədlərdəki evin reallıqda başqa bir şəxsə məxsus ola biləcəyi aşkar edilmişdir. 100.Göstərilən bu faktiki hallar mülki hüququn əqd və iradə ifadəsi prinsipləri baxımından onu sübut edir ki, müqavilə bağlanarkən cavabdeh cavabdeh1 həqiqətə uyğun olmayan məlumatlar verməklə və ya başqa bir əmlakı özününkü kimi təqdim etməklə bankı Mülki Məcəllənin 339.2-ci maddəsinin mənasına uyğun olaraq ağır şəkildə aldatmışdır. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd hüquqi nəticə yaradan iradə ifadəsidir. Müqavilədə təsvir olunan mənzil reallıqda mövcud olmadığından və ya başqasına aid olduğundan, tərəflərin olmayan bir əşya üzərində ipoteka hüququ yaratmaq barədə iradə ifadəsi mülki qanunvericiliyin imperativ şərtlərini kobud surətdə pozur. Mülki Məcəllənin 352-ci maddəsinə əsasən, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Bu baxımdan, alqı-satqı və ipoteka müqaviləsinin ipoteka predmetə dair hissəsi özlüyündə etibarsız sayılmalıdır. Faktiki və hüquqi cəhətdən mövcud olmayan (vəsait ayrılan məqsədli predmetlə eynilik təşkil etməyən) bir əmlakın məcburi qaydada açıq hərracdan satılması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi hüquqi cəhətdən qeyri-mümkündür. Bu səbəbdən, birinci instansiya məhkəməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi və ona bağlı çıxarılma tələblərini rədd etməsi tamamilə düzgündür. 101.Bununla yanaşı, kollegiya mübahisənin tam və ədalətli həlli üçün xüsusilə o məqamı aydınlaşdırmağı zəruri hesab edir ki, ipoteka predmetinin tərkib hissəsi olan fərdi yaşayış evinin faktiki yoxluğuna baxmayaraq, həmin evin altında yerləşən dövlət mülkiyyətində olan 0.02112 hektar istifadə hüquqlu torpaq sahəsinə müstəqil şəkildə tutmanın yönəldilməsi də hüquqi cəhətdən qeyri-mümkündür. Belə ki, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin imperativ tələbinə görə, binalar, tikililər və ya qurğular yalnız onların yerləşdiyi və fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulur.

102. Hazırkı iş materiallarında olan ## #### 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin 1.9-cu bəndində və tərəflərin qəbul etdiyi qiymətləndirmə hesabatında torpaq sahəsinin müstəqil iqtisadi dəyəri 0.00 (sıfır) manat olaraq göstərilmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında müqavilə bağlanarkən torpaq sahəsinin təkbaşına, yəni fərdi yaşayış evi olmadan müstəqil bir ipoteka predmeti kimi çıxış etməsinə dair hər hansı iradə ifadəsi və qarşılıqlı razılaşma mövcud olmamışdır.

103. Mülki Məcəllənin 307.1-ci maddəsinin və "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinin mənasına görə, ipoteka müqaviləsində predmetin eyniləşdirilməsi və ilkin satış qiymətinin müəyyən edilməsi mütləq xarakter daşıyır. Əsas predmet olan 7 otaqlı fərdi yaşayış evinin yerində olmaması və müqavilənin bu hissəsinin Mülki Məcəllənin 352-ci maddəsinə əsasən etibarsızlığı, onun tərkib hissəsi kimi yüklü edilmiş torpaq sahəsinin (xxxxnun) də təkbaşına hərraca çıxarılması imkanını tamamilə aradan qaldırır. Olmayan binanın yerləşdiyi torpağın təkbaşına satışı borcun bağlanmasına xidmət edə bilməz və bu hal mülki dövriyyənin sabitliyi prinsipinə ziddir.

104. Xüsusi olaraq o da vurğulanmalıdır ki, iş materiallarında olan ## #### 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli rəsmi reyestr çıxarışına əsasən, sözügedən torpaq sahəsinin mülkiyyət növü dövlət olaraq qeyd edilmiş, cavabdeh cavabdeh1 adına isə həmin torpaq üzərində mülkiyyət deyil, yalnız xxxx qeydiyyata alınmışdır. "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin imperativ tələbinə görə, qanuna əsasən üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyaların ipotekasına yol verilmir. Torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və cavabdehə yalnız törəmə xarakterli xxxx məxsus olduğundan, həmin torpağın təkbaşına müstəqil mülkiyyət obyekti kimi hərraca çıxarılması və satılması qanunla birbaşa qadağan edilir.

105. Mülki Məcəllənin 271.1-ci maddəsinə görə, əşyanı ipoteka qoyan şəxs yalnız onun mülkiyyətçisi ola bilər. Cavabdeh fərdi yaşayış evinin mülkiyyətçisi olsa da, torpağın mülkiyyətçisi qismində dövlət çıxış edir. "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin məntiqi ondan ibarətdir ki, torpaq üzərindəki xxxx yalnız yerində real bina olduqda və həmin bina satıldıqda binanın yeni sahibinə keçə bilər. Lakin hazırkı işdə əsas predmet olan fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı (yerində yalnız boş zibilxana sahəsinin olduğu) müəyyən edildiyi üçün, dövlət torpağı üzərindəki müstəqil "xxxx"nun təkbaşına satışı və üzərinə tələb yönəldilməsi Mülki Məcəllənin 271.1 və 307.1-ci maddələrinin tələblərinə görə qeyri-mümkündür. Bu səbəbdən də iddiaçı bankın ipoteka predmeti ilə bağlı apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. 106.Iddiaçının "məhkəmə cavabdehin mümkün aldadıcı hərəkətlərinə görə materialları prokurorluğa göndərdiyi halda, ipoteka tələbi üzrə mülki işin icraatını dayandırmalı və ya baxılmamış saxlamalı idi" barədə dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254 və 255-ci maddələrində mülki iş üzrə icraatın dayandırılması əsaslarının dairəsi imperativ şəkildə məhdudlaşdırılmışdır. Həmin Məcəllənin 254.1 və 254.1.4-cü maddələrinin tələbinə görə, məhkəmə icraatı yalnız o halda dayandırmağa borcludur ki, həmin işə konstitusiya, mülki, cinayət və ya inzibati məhkəmə icraatı qaydasında baxılan başqa bir iş (məsələ) həll edilənədək baxmaq obyektiv olaraq qeyri-mümkün olsun. Hazırkı iş üzrə isə ipoteka predmetinin faktiki olaraq mövcud olmaması və müqavilə şərtləri ilə reallıq arasında köklü uyğunsuzluğun yaranması məhkəmə tərəfindən təyin edilmiş rəsmi ekspert rəyləri və yerində baxış aktları ilə tam, qəti və obyektiv şəkildə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki-Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılaraq materialların prokurora göndərilməsi faktı mülki iddiaya dair faktiki halların müəyyən edilməsinə mane olmur. Prokurorluq orqanlarının aparacağı araşdırma cavabdehin əməlində cinayət tərkibinin (məsələn, dələduzluq və ya saxtakarlıq) olub-olmamasını müəyyən etsə də, bu araşdırma mülki dövriyyədə mövcud olmayan və ya başqasına məxsus olan bir maddi əşyanın fiziki varlığını yerində bərpa edə bilməz. Mülki-Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanılması əsasları da hazırkı halla uyğunluq təşkil etmir. Maddi əsası (predmeti) olmayan mülki tələb üzrə icraatın dayandırılması mülki prosessual qanunvericiliyin prinsiplərinə zidd olmaqla işin əsassız uzanmasına səbəb olar. Bu səbəbdən, birinci instansiya məhkəməsinin cinayət məsuliyyəti məsələsini mülki işdən ayıraraq xüsusi qərardadla prokurorluğa göndərməsi, mülki tələbi isə predmeti olmadığı üçün mahiyyəti üzrə rədd etməsi tamamilə qanunauyğundur və bankın bu hissədəki dəlili rədd edilməlidir. 107.Məhkəmə xərclərinin bölüşdürülməsinə gəldikdə isə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

108. Hazırkı işin hallarına nəzər saldıqda görünür ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayət rəsmi icraata qəbul edilərkən qanunvericiliklə müəyyən olunmuş 223.71 (iki yüz iyirmi üç manat, yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı ödəmişdir. Eyni zamanda, cavabdeh cavabdeh1 da öz apellyasiya şikayəti ilə müraciət edərək 225 (iki yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Kollegiyanın yuxarıda şərh edilən hüquqi əsaslandırmalarına görə, hər iki tərəfin apellyasiya şikayətində irəli sürdüyü dəlillər tamamilə əsassız hesab edilərək rədd olunduğundan, apellyasiya instansiyasında çəkilmiş məhkəmə xərcləri də mütənasiblik prinsipinə uyğun olaraq şikayətləri rədd edilən tərəflərin öz üzərilərində saxlanılmalıdır.

109. Beləliklə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmədiyindən, onun şikayət üzrə ödədiyi 223.71 (iki yüz iyirmi üç manat, yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı əvəzinin cavabdeh tərəfdən tutulmasına dair tələbi rədd edilməli və həmin məhkəmə xərci birbaşa iddiaçının öz üzərində saxlanılmalıdır. 110.Eyni qaydada, cavabdeh cavabdeh1 da apellyasiya şikayəti rədd edildiyi üçün, birinci instansiya məhkəməsi tərəfindən iddia öhdəliyinin təmin olunmuş hissəsinə mütənasib olaraq onun üzərinə qoyulmuş rüsumların bölüşdürülməsi qaydası dəyişdirilmədən qüvvədə saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə bağlı onun tərəfindən ödənilmiş 225 (iki yüz iyirmi beş) manat miqdarında rüsum onun özünə aid edilməlidir. 111.Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə yekun nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi işin faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarına, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq rəsmi şərhlərinə tam uyğun olaraq çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən hallar hərtərəfli, tam və obyektiv araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 392.2-ci maddəsinin tələbinə uyğun olaraq hər iki şikayət əsassızlığına görə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

112. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. 113.Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

114. - iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin və cavabdeh cavabdeh1 Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətləri təmin edilməməli; 115.- Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (cavabdeh cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat, on qəpik) manat əsas borc və 40599.24 (qırx min beş yüz doxsan doqquz manat, iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat, otuz dörd qəpik) manat pul vəsaitinin tutulması (cavabdehin şikayətinə görə), habelə tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, sözügedən daşınmaz əmlakdan cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində mənzildən çıxarılması, onlar mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh cavabdeh1 tutularaq tələblərə ödənilməsi tələblərinin rədd edilməsi (iddiaçının şikayətinə görə) hissələrində) dəyişdirilmədən saxlanılmalı;

116. - apellyasiya şikayətinin verilməsi ilə əlaqədar iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 223.71 (iki yüz iyirmi üç manat, yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçının öz üzərində saxlanılmalı; 117.- apellyasiya şikayətinin verilməsi ilə əlaqədar cavabdeh cavabdeh1 tərəfindən ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumu cavabdehin öz üzərində saxlanılmalıdır. 118.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

IX. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətləri üzrə gəldiyi nəticə

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin və cavabdeh cavabdeh1 Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (cavabdeh cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat, on qəpik) manat əsas borc və 40599.24 (qırx min beş yüz doxsan doqquz manat, iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat, otuz dörd qəpik) manat pul vəsaitinin tutulması (cavabdehin şikayətinə görə), habelə tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, sözügedən daşınmaz əmlakdan cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində mənzildən çıxarılması, onlar mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh cavabdeh1 tutularaq tələblərə ödənilməsi tələblərinin rədd edilməsi (iddiaçının şikayətinə görə) hissələrində) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 223.71 (iki yüz iyirmi üç manat, yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçının öz üzərində saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar cavabdeh cavabdeh1 tərəfindən ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumu cavabdehin öz üzərində saxlanılsın. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar