Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-328/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ## ##### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 8675 (səkkiz min altı yüz yetmiş beş) manat sığorta ödənişi məbləği və 106,75 (yüz altı manat 75 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 8781,75 (səkkiz min yeddi yüz səksən bir manat 75 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixdə “Toyota Corolla” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçı İddiaçı ASC-də sığortalanmış "Volkswagen Polo" markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün sığortaçı İddiaçı ASC tərəfindən 8675 (səkkiz min altı yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı BPI DYPI-nin ##.##.2022-ci il tarixli Inzibati xəta haqqında Qərarının surəti İddiaçı ASC-yə təqdim olunmuşdur. Həmin Qərara əsasən Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Bakı BPI DYPI-nin İddiaçı ASC-yə təqdim etdiyi Arayışa əsasən “Toyota Corolla” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1108.1, 459.1, 1097, 1114, 385.1, 430.1, 448.1 və 21-ci maddələrinin məzmunu qeyd olunmuşdur). Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 8675 (səkkiz min altı yüz yetmiş beş) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Ona görə də, iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh ünvanına ##.##.2025-ci il tarixli, AS-**/*** saylı “geriyə tələb (subroqasiya)” məktubu göndərilsə də, həmin sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: -“Iddia təmin edilsin. Cavabdeh Cavabdeh 8675 (səkkiz min altı yüz yetmiş beş) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 106,75 (bir yüz altı manat yetmiş beş qəpik) manat dövlət rüsumu iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh Cavabdeh ekspertiza xərci olan 200 (iki yüz) manat alınaraq “xxxx” MMCnin (VÖEN 1604059991) AZ90AIIB40060019440817272114 hesabına ödənilsin.” Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, ##.##.2022-ci il tarixində saat 19:20 radələrində Bakı şəhərində toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X4, sürücüsü Cavabdeh, avtonəqliyyat vasitəsinin markası “Toyota Corolla minik”, dövlət qeydiyyat nişanı 90-UC354-dür. Zərərçəkən avtonəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxx” MMC, sürücüsü X1, avtonəqliyyat vasitəsinin markası “Volksvagen Polo sedan minik”, dövlət qeydiyyat nişanı isə **-PP-***-dür. Bakı şəhər DYPI tərəfindən ##.##.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli IXP ******* saylı protokol ilə Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. ##.##.2025-ci il tarixli igZQr1 №li ödəniş qəbzindən görünür ki, iddiaçı İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 106,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ##.##.2025-ci il tarixli 25/009 №li subroqasiya məktubundan görünür ki, İddiaçı ASC cavabdeh Cavabdeh 8675 manat sığorta ödənişini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. ##.##.2022-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, həmin müəssisəsəyə məxsus “Volksvagen Polo sedan minik” markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi X1 həvalə edilmişdir. ##.##.2023-cü il tarixli **-*****/**/CM-***/** saylı sığorta aktından görünür ki, 8675 manat məbləğində dəymiş zərər sığortaçı İddiaçı ASC tərəfindən “xxxx” MMC-nin hesabına ödənilmişdir. ##.##.2025-ci il tarixli **-***/** saylı “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, “Volksvagen Polo” sedan markalı, 10- PP364 dövlət qeydiyyat nişanlı avtomobilin bərpa xərci 29935 manat, aparılacaq təmir üçün əmək haqqı isə 2560 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat məbləğində müəyyən edilmişdir. Işin müəyyən olunmuş halı: “Volkswagen Polo sedan minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də sığortalanmışdır. Sığortalı ilə sığorta müqaviləsi bağlanılmışdır. “xxxx” MMC tərəfindən etibarnamə əsasında həmin müəssisəsəyə məxsus “Volksvagen Polo sedan minik” markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi X1 həvalə edilmişdir. Mülkiyyətçi X4 “Toyota Corolla minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibarnaməsi ilə Cavabdeh etibar etmişdir. ##.##.2022-ci il tarixdə cavabdeh Cavabdeh qeyd olunan “Toyota Corolla minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Volksvagen Polo” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. İddiaçı ASC tərəfindən iş üzrə ##.##.2023-cü il tarixli **-*****/**/CM- ***/** saylı sığorta aktı tərtib edilməklə İddiaçı ASC-də sığortalanmış zərərçəkənə dəymiş zərərə görə 8675,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Iddiaçı ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Cavabdeh Cavabdeh nümayəndəsi iddia tələbinə etiraz etmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: “Volkswagen Polo” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə sığorta müqaviləsi bağlanılmışdır. “xxxx” MMC tərəfindən etibarnamə əsasında həmin müəssisəsəyə məxsus “Volksvagen Polo sedan minik” markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi X1 həvalə edilmişdir. Mülkiyyətçi X4 “Toyota Corolla minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibarnaməsi ilə Cavabdeh etibar etmişdir. ##.##.2022-ci il tarixdə cavabdeh Cavabdeh qeyd olunan “Toyota Corolla minik” markalı 90UC-354 dövlət qeydiyyat nişanlı avtomobili ilə “Volksvagen Polo” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. İddiaçı ASC tərəfindən iş üzrə ##.##.2023-cü il tarixli **- *****/**/CM-***/** saylı sığorta aktı tərtib edilməklə İddiaçı ASC-də sığortalanmış zərərçəkənə dəymiş zərərə görə 8675,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da iddiaçı İddiaçı ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında sığorta ödənişinin geri tələb edilməsi hüququ yaranmışdır. Cavabdeh vurulan ziyan məbləğini mübahisələndirmişdir. Məhkəmə vurulan ziyanın qiymətləndirməsi ilə bağlı yenidən ekspertiza təyin etmişdir. Ekspert dəymiş zərərin məbləğini 29935 manat, aparılacaq təmir üçün əmək haqqını 2560 manat məbləğində qiymətləndirmişdir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından, iddia təmin edilməli, cavabdeh Cavabdeh 8675 manat məbləğində sığorta ödənişinin əvəzi və 106,75 manat dövlət rüsumu iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Iddianın təmin edilməsinə mütənasib olaraq cavabdeh Cavabdeh ekspertiza xərci olan 200 manat alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1, 936.1 936.2, 936.5, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə, «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1 və 37.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3 və 218.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1. Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Mingəçevir Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 8675 manat məbləğində sığorta ödənişinin və 106,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 8675 manat məbləğində sığorta ödənişinin əvəzinin və ödənilmiş 106,75 manat dövlət rüsumunun iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Hesab edir ki, qəbul edilmiş qətnamə əsassız olduğundan ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı məhkəmədə irəli sürdüyü iddia tələbi - baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi kimi zərərçəkmiş şəxsə ödəmiş olduğu 8675 manat sığorta ödənişi ilə əlaqədardır. Işə baxan məhkəmə keçirilmiş ekspertiza rəyinə əsaslanaraq iddia tələbini haqlı hesab edib, təmin etmişdir. Lakin keçirilmiş ekspertiza nəticəsində məhkəməyə təqdim edilmiş rəy özü-özlüyündə mötəbərliyi şübhə doğurur . Belə ki, ekspert rəyinə diqqət edən zaman müəyyən olunur ki, keçirilmiş ekspertiza iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktı əsasında aparılmış və həmin qüsur aktına uyğun olaraq (çox cuzi fərqlə) qiymətlər, yəni dəymiş zərərin miqdarı müəyyən edilmişdir. Əslində ekspertiza rəyi bir növ iddiaçının iddia tələbində zərərlə bağlı irəli sürdüyü arqumentləri təsdiq etmişdir. Hesab edir ki, keçirilmiş ekspertiza nəticəsində qəbul edilmiş rəyin özü qüsurludur və mötəbər hesab edilə bilməz. Ekspert rəyinə nəzər saldıqda, sanki zərər dəymiş avtomobilin qismən məhv olması təssüratı formalaşır. Ekspert tərəfindən rəy verilərkən nəzərə alınmamışdır ki, zərər dəymiş avtomobilin detallarının heç biri təzə olmamışdır. Yəni həmin detalların özü artıq bir müddətdir ki, istifadə edilmiş detallar olmuşdur. Yəni, bir sözlə ekspertin rəy hazırlayan zaman müəyyən etdiyi qiymətlər çox absurd və reallıqdan uzaq məbləğlərdir. Bir növ iddiaçı nə istəmişsə, ekspert də ona uyğun qiymtlər müəyyən edərək rəy tərtib etmişdir. Işə baxan məhkəmə tərəfindən qeyd edilən xüsusatların heç biri araşdırılmamışdır. Halbuki iş üzrə təkrar ekspertiza keçirilməli və qeyd etdiyi məsələlər həll edilməli idi.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
4. Iş üzrə apellyasiya icraatı:
4.1. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Mingəçevir Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddiası təmin edilərək, cavabdeh Cavabdeh 8675 manat məbləğində sığorta ödənişinin əvəzinin və ödənilmiş 106,75 manat dövlət rüsumunun iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin Qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin apellyasiya şikayətinin “Ekspert tərəfindən rəy verilərkən nəzərə alınmamışdır ki, zərər dəymiş avtomobilin detallarının heç biri təzə olmamışdır. Yəni həmin detalların özü artıq bir müddətdir ki, istifadə edilmiş detallar olmuşdur” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, cavabdehin təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində sığortaçının (iddiaçı tərəfin) sığorta ödənişini ödədiyi "Volkswagen Polo" markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin istehsal tarixi - 2021-ci il, həmin avtomobilin mülkiyyətçisi “xxxx” MMC-nin adına qeydiyyata alınma tarixi – ##.##.2021-ci il, məlum yol-nəqliyyat hadisəsinin törədilmə vaxtı isə - ##.##.2022-ci il tarixi olmuşdur və bu hallar cavabdehin apellyasiya şikayətinin həmin dəlilinin əsassızlığını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır və birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-2(051)-930/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.