Məhkəmə qərarları › İş №e-2(3-10)-344/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-344/2026

18.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-344/2026 18.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc” tələbi, qismən ləğv, qismən təmin) Hakimlər X11 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi X9, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(075)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulun, ödənilmiş 110,2 (bir yüz on manat iyirmi qəpik) manat məbləğindəki dövlət rüsumunun, həmçinin onunla-Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 320 (üç yüz iyirmi) manat pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## #### 1993-cü ildə Şəki şəhərində anadan olmuşdur. Ümumi xəstəlik səbəbli üçüncü qrup əlil olduğundan ağır işlərdə işləmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, onun valideyinləri tərəfindən yaşadıqları Şəki rayonu, Baş Göynük kəndində özlərinə məxsus olan həyətdə qeyri-yaşayış sahəsi hazırlanmışdır. Sonuncu həmin otaqda qoyulmuş printer vasitəsi ilə sənəd surəti və şəkillər çıxarmaqla dolanışığını təmin etmişdir. Iddiaçının bildirdiyinə görə Cavabdeh onun həmkəndlisidir. Həmkəndlisi olsa da Seyidlə 2019-cu ildən yaxın münasibəti olmuşdur, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin payız aylarında o Seyiddən ayrı-ayrı vaxtlarda ümumilikdə 400 manat borc pul almışdır. Həmin puldan o, Seyidə təxminən 50-60 manat olaraq hissə-hissə qaytarmışdır. 2023-cü ilin noyabr ayının əvvəlində Seyid onun işlədiyi otağa gəlimiş və demişdir ki, aldığı pulu nə üçün qaytarmır, aldığı pulu faizi artaraq 3000 manat olmuşdur. O da Seyidə, ondan cəmi 400 manat pul aldığını və həmin pulu da hissə-hissə qaytardığını bildirmişdir. Seyid isə ona demişdir ki, ona 400 manat pulu faizə verib və həmin 400 manat pul faizlə gəlib 3000 manat olub və o, həmin pulu verməlidir. O isə Seyidə yenə də, ondan həmin məbləğdə pul almadığını və aldığı pulu da, qaytardığını bildirmişdir. Cavabdeh isə ona həmin pulu həmkəndliləri olan X3 adlı şəxsdən faizə alıb ona verdiyini, hal-hazırda Ramiz də pulunu istədiyini bildirirək ona hədə-qorxu gəlməyə başlamışdır. Həmçinin Cavabdeh onun üstünə qışqırıb səsini qaldırmış və hədə-qorxu gələrək ona demişdir ki, gedib özünün adına kredit götürüb borucunu ödəməlidir. Cavanşir Verdiyev də məcbur qalaraq razılaşmışdır. 2023-cu ilin noyabr ayında Cavabdeh tələb və təkidi ilə xxxxnin Şəki filialına getmiş, həmin vaxt bankdan Cavabdeh zaminliyi ilə öz adına 3000 manat kredit götürmüşdür. Cavanşir Verdiyev pulu bankın kassasından özü götürmüş, həmin pulu Cavabdeh ondan alaraq demişdir ki, hər ay gələcək aylıq ödənişi ona verərəcək, o da krediti ödəyəcək. Bundan sonra o, hər ay 115 manat pulu Cavabdeh vermişdir ki, krediti ödəsin. 2024-cü ilin dekabrında Cavabdeh yenidən İddiaçı yanına gələrək ona demişdir ki, onun adına kredit götürsün, həmin kreditin yarısını özü götürəcək, yarısını ona verəcək, krediti isə özü ödəyəcək. Cavanşir Verdiyev isə Cavabdeh etiraz etmiş, lakin sonuncu yenidən İddiaçı təhdid etdiyindən məcburiyyət qarşısında gedib kreditin müddətini və məbləğini artıraran əlavə 2000 manat kredit götürmüşdür. Həmin 2000 manat pulu da Cavanşir Verdiyev Cavabdeh vermişdir. Cavabdeh həmin puldan Cavanşir Verdiyevə pul verməmiş və nəticədə onu aldatmışdır. Həmçinin həmin vaxt Cavabdeh xxxx bankdan İddiaçı adına əlavə 1000 manatlıq da kredit kartı götürmüşdür. Cavabdeh həmin kartı da İddiaçı götürüb demişdir ki, həmin pulun aylığını onun özü ödəyəcək. Bundan sonra o, Seyidə hər ay 198 manat vermişdir ki, krediti ödəsin. 2025-ci ilin mart ayına kimi banka onun qeyd etdiyi kimi hər ay 198 manat Seyidə vermişdir. 2025-ci ilin mart ayının əvvəlində Seyid yenidən onun iş yerinə gəlib ona demişdir ki, nə üçün kredit borcunu ödəmir. Bankın ödənişlərini vaxtında ödəmədiyi üçün, eləcə də o, Cavanşirə zamin durduğu üçün borc yaranıb və bankdan onu narahat edirlər. 3000 manat pul ödəniş olunmalıdır. Ona hər gün zəng edib narahat edirlər. O da Seyidə demişdir ki, köməklik göstərsin, krediti ödəyib qurtarsın. Seyid isə səsinin tonunu qardırıb demişdir ki, özünün kreditini nə üçün o ödəməlidir? Həmçinin həmin vaxt Seyid ona demişdir ki, banka gedib kreditin müddətini uzatmaq lazımdır. Belə olan halda o, Seyidlə birlikdə 2025-ci ilin mart ayının 10- da xxxxın Şəki filialına gedib, yenidən kreditin müddəti uzadıb əlavə olaraq 2600-2700 manat pul götürmüşlər. Həmin pulu da Cavabdeh özünə götürmüş və Cavanşir Verdiyevə pul verməmişdir. Beləliklə də 2023- ci ilin oktyabr ayından 2025-ci ilin mart ayının 10- na kimi olan müddət ərzində Seyid onu 3 dəfə xxxxa aparmış onun adma kredit götürməyə məcbur etmişdir və bununla da Cavabdeh ümumilikdə Cavanşir Verdiyevdin tam kartda olan 1000 manat pul da daxil olmaqla cəmi 8700 manat pulunu ələ keçirmişdir. Göstərilən söhbətlər zamanı Cavabdeh İddiaçı mütəmadi olaraq hədələmiş və qorxu altında saxlamışdır. Hətta iddiaçının bildirdiyinə görə Cavabdeh onun atasını “əgər oğlun pulu verməsə onu öldürəcəyəm” deyib hədələmişdir. Həmin xüsusatlarla bağlı hazırki iş üzrə iddiaçı İddiaçı Səlim oğlunun atası X7 tərəfindən müvafiq olaraq Şəki ŞRPŞ-yə müraciət edilmiş və göstərilən xüsusatlarla bağlı araşdırma aparılaraq tərəflərin izahatları alınmışdır. Həmin araşdırma zamanı Cavabdeh göstərilən xüsusatların böyük bir hissəsini etiraf etmişdir. Cavabdehin borc almasını iş materiallarında olan onun video görüntüləri, şahid ifadələri və digər sübutlarla tam təsdiq olunur. Iddiaçının bildirdiyinə görə cavabdeh verdiyi pulu qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olur. Qeyd olunanlardan göründüyü kimi, aramızda şifahi razılaşma olmuşdur və cavabdeh şəxs məndən aldığı pulları geri qaytarmalıdır.

3. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, -*(***)-****/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Pərvanə Məmmədova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1000 (min) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin, həmçinin vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat, cəmi 1350 (min üç yüz əlli) manat pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 1091.1, 1091.2, 1092.1, 1093.1-cü maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, BPM************ nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən borcluya 36 ay müddətinə, illik 19,9 faiz dərəcəsi ilə hesablanmaqla 3100 manat məbləğində kredit verilmişdir. - “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, BPM************ nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 23,9 faiz dərəcəsi ilə hesablanmaqla 6100 manat məbləğində kredit verilmişdir. - “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli, EE********* nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə Bank tərəfindən borcluya 59 ay müddətinə, illik 30,9 faiz dərəcəsi ilə hesablanmaqla 7200 manat məbləğində kredit verilmişdir. - “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, BPM************ nömrəli tam kart müqaviləsindən görünür ki, həmin tam kart müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti açılmışdır. - Iş materiallarında olan İddiaçı “xxxx” ASC-nə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, ona ##.##.2023-cü il tarixində ******************** saylı hesaba 400 manat məbləğində kredit limiti rəsmiləşdirilmişdir. Qeyd olunan kredit məbləğinin 1000 manat məbləğinin artırılmasına köməklik göstərilməsini xahiş etmişdir. - Şəki ŞRPŞ-nin IB-nin baş müstəntiqi, polis Rı X4 tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli və ## ####### 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda Cavabdeh hədə-qorxu ilə İddiaçı pul tələb etməsi sübut olunmadığından və əməlində cinayət tərkibinin əlamətləri olmadığından HK-*/**** nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın surəti X7 göndərilməklə, müraciəti mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. - ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Şəki rayonu, Baş Göynük kəndində ərzaq mağazası işlədir. Onların borcu ancaq alver borcu olub. Təxminən 600 manat borcları qalıb. Bir dəfə Seyid 1000 manat pul gətirmiş, ona pulu verməsini və əvəzində borcunu silməsini bildirsə də, o, pul verməmişdir. Cavanşir ondan borc pul almamışdır. - ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iddiaçının atasıdır. Təxminən keçən ilin iyun ayında Seyid onların evinə gəlmiş və oğlunun 3000 manat borcunun olduğunu bildirmişdir. Oğlu həmişə evdə böyük dərdinin olduğunu bildirirdi. Sonradan məsələnin borcla bağlı olduğunu bildirmişdir. Cavanşirin Seyidə borcu olduğunu təsdiqləyən hər hansı sübutu yoxdur. Oğlunu hədələyib bankdan pul götürərək özünə götürmüşdür. - ##.##.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və qıbzdən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 + 20 manat müəyyən olunmuşdur. - ##.##.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 110,20 manat dövlət rüsumu ödənilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə araşdırma nəticəsində müəyyən etmişdir ki, iddiaçı və cavabdeh Şəki rayonu Baş Göynük kəndində yaşayır, həmkəndlidirlər. Iddiaçı Cavanşir Verdiyev iddiasında 2023-cü ilin noyabr ayında 2024-cü ilin mart və 2025-ci ilin mart ayında cavabdeh Cavabdeh tələbi, təkidi və təhdidi ilə öz adına kreditlər götürdüyünü, cəmi 8700 manat həmin kredit vəsaitlərini cavabdehə verdiyini bildirmişdir. Bundan 1000 manat hissəsi tam kartda olan puldur. Həmçinin, cavabdeh isə etirazında bildirir ki, əksinə o, Ramiz adlı həmkəndlisindən ayrı ayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 3000 manat pulu borca alıb iddiaçıya vermişdir. Özü də təsdiq edir ki, iddiaçı bankdan kredit borcu götürdükdə yanında kömək məqsədilə olmuşdur. Müqavilədə banka borcalanın əlaqə nömrələri olan siyahıda cavabdehin əlaqə nömrəsi də olmuşdur. Iddiaçıya məxsus 1000 manat məbləği olan kartı onda olmuşdur. Onda olmasının səbəbi isə iddiaçının banka olan borcunu ödəməsi olmuşdur. Cavabdeh iddiaçının banka olan borcunu aylıq ödəmə şəklində iddiaçı ona vermiş, o da ödəmişdir. Aylıq ödənişini edə bilmədikdə 1000 manat olan kartdan pulu cavabdeh çıxarmaqla ödədiyini bildirmişdir. Sonradan kartı iddiaçıya qaytarmışdır. Məhkəmə cavabdehin əvəzinə sözügedən kartdan çıxararaq, iddiaçının banka olan borcunu ödəməsinə dair qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddia üzrə belə nəticəyə gəlmişdir ki, kredit müqavilələrdə cavabdeh Cavabdeh zamin və ya borcalan qismində göstərilməmiş, onun üzərinə hər hansı öhdəlik qoyulduğunu təsdiq edən yazılı sübut təqdim edilməmişdir. Iddiaçı məhkəmədə kreditə götürdüyü 7700 manat pul vəsaitinin cavabdeh tərəfindən alındığını təsdiq edə bilmədi. Iddiaçı tərəfindən bankdan götürdüyü 3100 manat. 6100 manat. 7200 manat kredit müqaviləsi üzrə iddia etdiyi cəmi 8700 manat pulu cavabdehə təqdim etməsi barədə qəbz, bank köçürməsi və ya digər mötəbər sübutlar təqdim olunmamışdır. Yalnız 1000 manat pul vəsaiti olan kartdakı vəsaiti cavabdeh götürdüyünü etiraf etmişdir. Bu hal cavabdehin izahatı ilə təsdiqləndiyindən və təkzib edilmədiyindən, məhkəmə tərəfindən iddianın bu hissəsi sübuta yetirilmiş hesab olunur. Iddiaçının qalan 7700 manat kredit vəsaitlərini cavabdehə verməsi, cavabdehin həmin vəsaitlər üzrə öhdəlik götürməsi və ya kreditlərin onun maraqlrı naminə rəsmiləşdirilməsi faktlarını təsdiq edən obyektiv və yazılı sübutlar təqdim edilməmişdir. Onlar həmin hissədə məhkəmənin gəldiyi nəticə ilə qətiyyən razılaşmırlar. Belə ki, bir daha iddia ərizəsinə əlavə edilmiş və məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara əsaslanaraq diqqətlərinə çatdırmaq istəyir ki, iddiaçının bildirdiyinə görə Cavabdeh onun həmkəndlisidir. Həmkəndlisi olsa da Seyidlə 2019-cu ildən yaxın münasibəti olmuşdur, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin payız aylarında o, Seyiddən ayrı-ayrı vaxtlarda ümumilikdə 400 manat borc pul almışdır. Həmin puldan o, Seyidə təxminən 50-60 manat olaraq hissə-hissə qaytarmışdır. 2023-cü ilin noyabr ayının əvvəlində Seyid onun işlədiyi otağa gəlmiş və demişdir ki, aldığı pulu nə üçün qaytarmır, aldığı pulu faizi artaraq 3000 manat olmuşdur. O da Seyidə, ondan cəmi 400 manat pul aldığını və həmin pulu da hissə-hissə qaytardığını bildirmişdir. Seyid isə ona demişdir ki, ona 400 manat pulu faizə verib və həmin 400 manat pul faizlə gəlib 3000 manat olub və o, həmin pulu verməlidir. O isə Seyidə yenə də ondan həmin məbləğdə pul almadığını və aldığı pulu da qaytardığını bildirmişdir. Cavabdeh isə ona həmin pulu həmkəndliləri olan X3 adlı şəxsdən faizə alıb ona verdiyini, hal-hazırda Ramiz də pulunu istədiyini bildirirək ona hədə-qorxu gəlməyə başlamışdır. Həmçinin Cavabdeh onun üstünə qışqırıb səsini qaldırmış və hədə-qorxu gələrək ona demişdir ki. gedib özünün adına kredit götürüb borucunu ödəməlidir. Cavanşir Verdiyev də məcbur qalaraq razılaşmışdır. 2023-cü ilin noyabr ayında Cavabdeh tələb və təkidi ilə xxxx-nin Şəki filialına getmiş, həmin vaxt bankdan Cavabdeh zaminliyi ilə öz adına 3000 manat kredit götürmüşdür. Cavanşir Verdiyev pulu bankın kassasından özü götürmüş, həmin pulu Cavabdeh ondan alaraq demişdir ki, hər ay gələcək aylıq ödənişi ona verərəcək, o da krediti ödəyəcək. 2024-cü ilin dekabrında Cavabdeh yenidən İddiaçı yanınaa gələrək ona demişdir ki, onun adına kredit götürsün, həmin kreditin yarısını özü götürəcək, yarısını ona verəcək, krediti isə özü ödəyəcək. Cavanşir Verdiyev isə Cavabdeh etiraz etmiş, lakin sonuncu yenidən Cavanşir Veıdizadəni təhdid etdiyindən məcburiyyət qarşısında gedib kreditin müddətini və məbləğini artıraraq əlavə 2000 manat kredit götürmüşdür. Həmin 2000 manat pulu da Cavanşir Verdiyev Cavabdeh vermişdir. Cavabdeh həmin puldan Cavanşir Verdiyevə pul verməmiş və nəticədə onu aldatmışdır. Həmçinin həmin vaxt Cavabdeh xxxx bankdan İddiaçı adına əlavə 1000 manatlıq da kredit kartı götürmüşdür. Cavabdeh həmin kartı da İddiaçı götürüb demişdir ki, həmin pulun aylığını onun özü ödəyəcək. 2025-ci ilin mart ayının əvvəllərində Seyid yenidən onun iş yerinə gəlib ona demişdir ki, nə üçün kredit borcunu ödəmir. Bankın ödənişlərini vaxtında ödəmədiyi üçün, eləcə də o, Cavanşirə zamin durduğu üçün borc yaranıb və bankdan onu narahat edirlər. 3000 manat pul ödəniş olunmalıdır. Ona hər gün zəng edib narahat edirlər. O da Seyidə demişdir ki, köməklik göstərsin, krediti ödəyib qurtarsın. Seyid isə səsinin tonunu qaldırıb demişdir ki, özünün kreditini nə üçün o ödəməlidir? Həmçinin həmin vaxt Seyid ona demişdir ki, banka gedib kreditin müddətini uzatmaq lazımdır. Belə olan halda o, Seyidlə birlikdə 2025-ci ilin mart ayının 10-da xxxxın Şəki filialına gedib, yenidən kreditin müddəti uzadıb əlavə olaraq 2600-2700 manat pul götürmüşlər. Həmin pulu da Cavabdeh özünə götürmüş və Cavanşir Verdiyevə pul verməmişdir. Beləliklə də 2023-ci ilin oktyabr ayından 2025-ci ilin mart ayının 10-na kimi olan müddət ərzində Seyid onu 3 dəfə xxxxa aparmış onun adına kredit götürməyə məcbur etmişdir və bununla da Cavabdeh ümumilikdə Cavanşir Verdiyevdin tam kartda olan 1000 manat pul da daxil olmaqla cəmi 8700 manat pulunu ələ keçirmişdir. O, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən və məhkəmə araşdırılması zamanı iddia tələbinin əsasını təsdiq edən sübutlar kimi müvafiq səs və video yazılarını məhkəməyə təqdim etmişdir. Hansı ki, həmin videogörüntülər iddiaçının göstədiklərini tam şəkildə sübuta yetirməkdədir. Məhkəmə iclasları zamanı cavabdeh özü yalnız 1000 manat pul vəsaiti olan kartdakı vəsaiti götürdüyünü etiraf etmişdir ki, bu hal da öz-özlüyündə iddiaçının göstərdiklərini tam şəkildə təsdiq etməkdədir. Hansı ki, məhkəmə iclasları zamanı tərəfimizdən verilmiş suallara cavab olaraq Cavabdeh götürülmüş kreditlərə görə aylıq ödənişləri banka özünün ödədiyini etiraf etmişdir. Hesab edirlər ki, bu hala məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Hansı ki, məhkəmənin sorğusu əsasından “xxxx" ASC-dən götürülmüş kredit müqavilələrinin tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin müqavilələrdə borcalanın nömrəsi kimi hazırki iş üzrə cavabdeh olan Cavabdeh nömrəsi qeyd edilmişdir. Işə baxan məhkəmə həmin xüsusatı müəyyən etsə də yekunda həmin hala heç bir diqqət yetirməmişdir. Bununla bağlı müvafiq sübutu məhkəməyə təqdim etsələr də, məhkəmə həmin sübutu gözardı etmiş, ümumiyyətlə qiymət verməmişdir. Yuxarıda göstərdiklərindən də görünür ki, təəssüflər olsun ki, işə birinci instansiya məhkəməsi qismində baxan Şəki Rayon Məhkəməsinin hakimi heç bir əlavə araşdırma aparmadan, yalnız cavabdehin heç bir sübutla təsdiq edilməyən şifahi ifadələrinə əsaslanaraq iddiaçının iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir.

8. Odur ki, Şəki Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsinin təmin edilməyən 7700 manat aid hissədə də tam şəkildə təmin edilməsini, cavabdeh Cavabdeh cəmi 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulun, ödənilmiş 110,2 (bir yüz on manat iyirmi qəpik) manat məbləğindəki dövlət rüsumunun, həmçinin onunla - Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 320 (üç yüz iyirmi) manat pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi X9, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075 F****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsinin təmin edilməyən 7700 manat aid hissədə də tam şəkildə təmin edilməsini, cavabdeh Cavabdeh cəmi 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulun, ödənilmiş 110,2 (bir yüz on manat iyirmi qəpik) manat məbləğindəki dövlət rüsumunun, həmçinin onunla- Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 320 (üç yüz iyirmi) manat pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Apellyasiya şikayəti verən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(075)- ****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

21. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş kredit müqavilələri araşdırılarkən müəyyən edilmişdir ki, kredit müqavilələrdə cavabdeh Cavabdeh zamin və ya borcalan qismində göstərilməmiş, onun üzərinə hər hansı öhdəlik qoyulduğunu təsdiq edən yazılı sübut təqdim edilməmişdir. Iddiaçı məhkəmədə kreditə götürdüyü 7700 manat pul vəsaitinin cavabdeh tərəfindən alındığını təsdiq edə bilmədi.

23. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik yalnız yazılı formada bağlandıqda hüquqi nəticə doğurur. Iş materiallarında cavabdehin zaminliyini təsdiq edən hər hansı yazılı müqavilə və ya bank sənədi mövcud olmadığından, iddiaçının bu hissədəki iddiaları əsassız hesab edilir. Bundan əlavə, Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc münasibətinin mövcudluğu tərəflər arasında bağlanmış müqavilə və ya borcun verilməsini təsdiq edən sübutlarla müəyyən edilir. Iddiaçı tərəfindən bankdan götürdüyü 3100 manat, 6100 manat, 7200 manat kredit müqaviləsi üzrə iddia etdiyi cəmi 8700 manat pulu cavabdehə təqdim etməsi barədə qəbz, bank köçürməsi və ya digər mötəbər sübutlar təqdim olunmamışdır. Yalnız 1000 manat pul vəsaiti olan kartdakı vəsaiti cavabdeh götürdüyünü etiraf etmişdir. Bu hal cavabdehin izahatı ilə təsdiqləndiyindən və təkzib edilmədiyindən, məhkəmə tərəfindən iddianın bu hissəsi sübuta yetirilmiş hesab olunur. Iddiaçının qalan 7700 manat kredit vəsaitlərini cavabdehə verməsi, cavabdehin həmin vəsaitlər üzrə öhdəlik götürməsi və ya kreditlərin onun maraqları naminə rəsmiləşdirilməsi faktlarını təsdiq edən obyektiv və yazılı sübutlar təqdim edilməmişdir.

24. Bundan əlavə, məhkəmə müəyyən etmişdir ki, iddiaçının istinad etdiyi hallar bank münasibətlərindən irəli gələn öhdəliklərin üçüncü şəxsə şifahi razılaşma ilə ötürülməsi kimi qiymətləndirilə bilməz. Öhdəliyin başqa şəxsə verilməsi və ya öhdəliyin icrasının üçüncü şəxs tərəfindən üzərinə götürülməsi yalnız müvafiq qaydada rəsmiləşdirildikdə hüquqi nəticə doğurur. Iş materiallarında bu qəbildən olan hər hansı razılaşma mövcud olmadığından, iddiaçının bu hissədəki iddiaları hüquqi baxımdan da əsassızdır.

25. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddia ərizəsində göstərilən pul vəsaitlərinin yalnız 1000 manat hissəsi istisna olmaqla, cavabdeh tərəfindən alınması və öhdəlik götürməsi tam sübut olunmamışdır.

26. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

27. Belə ki, məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 bildirdi ki, qaytarılması tələb edilən məbləğin 1900 manatı ##.##.2025-ci il tarixində saat 02:43-də, 148 manat isə həmin gün saat 02:44-də xxxxın Şəki filialına məxsus bankomatdan cavabdeh Cavabdeh tərəfindən nəğdləşdirilmişdir. Odur ki, həmin tarixlərdə bankomat videogörüntülərinin əldə edilməsini xahiş etmişdir.

28. Şəki Apellyasiya Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ##.##.2025-ci il tarixinə saat 02:43-ə və həmin gün saat 02:44-ə olan videogörüntülərin “xxxx” ASC-dən Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi və Qərardadın icrasının “xxxx” ASC-yə həvalə edilməsi qərara alınmışdır.

29. Iş materiallarında olan və “xxxx” ASC tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh Cavabdeh qeyd edilən tarix və saatlarda bankomatda əməliyyat aparmışdır.

30. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə “xxxx” ASC Şəki filialına məxsus bankomatdan ##.##.2025-ci il tarixinə saat 14:43-ə və həmin gün saat 14:44-ə olan fotoşəkillərin üzərində olan 549026XXXXXX5188 nömrəsi nəyi əks etdirməsi barədə, əgər kart nömrəsidirsə həmin kartın kimə məxsus olması barədə məlumatların Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi, Qərardadın icrasının “xxxx” ASC-yə həvalə edilməsi qərara alınmışdır.

31. Işdə olan və “xxxx” ASC tərəfindən təqdim edilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı məxsus ****-****-****-**** saylı plastik kart MC X2 kart məhsuludur. (Combo kart – həm debet həm də kredit xətti xüsusiyyətlərini əks etdirən iki müxtəlif təyinatlı kartları bir plastik kartda birləşdirən bank məhsuludur) və bu tip plastik kartların hər iki tərəfində kartın 16 rəqəmli nömrələri mövcud olur (debet və kredit kartlarına münasibətdə müxtəlif rəqəmlərdən ibarət kombinasiyada). Belə ki, İddiaçı ##.##.2025-ci il tarixdə 1900 (bir min doqquz yüz) manat və 148 (bir yüz qırx səkkiz) manat məbləğində nağdlaşdırma əməliyyatlarını Combo kartın 5167- 5141-0998-6867 üzü ilə aparsa da lakin bankomat görüntülərində plastik kartın əsas tərəfi hesab olunan ****-****-****-**** saylı nömrələri əks olunmuşdur. (Combo kartlarla aparılan əməliyyatlarda hər bir halda kartların əsas hesab olunan üzündə qeyd olunan nömrələr əks olunur).

32. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus bankomat kartından iki dəfəyə (1900 manat + 148 manat) cəmi 2048 manat məbləğində pul vəsaiti nəğdləşdirilərək özgəninkiləşdirilmiş və bununla bağlı cavabdeh məhkəmə qarşısında hər hansı bir əsaslandırma gətirə bilməmişdir.

33. . Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

34. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

35. Işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmamışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət verməmişdir.

36. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar tam və ətraflı araşdırılmamış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır.

37. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbinin 2048 (iki min qırx səkkiz) manata münasibətdə rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin rədd edilmiş cavabdeh Cavabdeh 2048 (iki min qırx səkkiz) manat pulun və ödənilmiş 20 (iyirmi) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh 2048 (iki min qırx səkkiz) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumu, cəmi 2068 (iki min altmış səkkiz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı ödənilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar