Məhkəmə qərarları › İş №e-2(3-10)-355/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-355/2026

21.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-355/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- "kredit borcunun ödənilməsi" tələbi, iddia müddəti) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 iştirakları ilə, Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı ləğv prosesində olan İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4419,66 (dörd min dörd yüz on doqquz ABŞ dolları altmış altı sent) ABŞ dolları əsas, 2106,42 (iki min bir yüz altı ABŞ dolları qırx iki sent) ABŞ dolları faiz, 4176,69 (dörd min bir yüz yetmiş altı ABŞ dolları altmış doqquz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 631,35 (altı yüz otuz bir ABŞ dolları otuz beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 11334,12 (bir on bir min üç yüz otuz dörd ABŞ dolları on iki sent) ABŞ dolları borcun və ödənilmiş 147,81 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh3 arasında bağlanmış ## ###### 2014-cü il tarixli, 1319-14 USD saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin təminatı olara digər cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər Kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Daha sonra həmin kredit müqaviləsinə əlavə ## ##### 2015-ci il tarixli, **** nömrəli sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 11224,90 (on bir min iki yüz iyirmi dörd ABŞ dolları doxsan sent) ABŞ dolları təşkil etmiş, həmçinin kreditin müddəti 30 ay təyin edilmişdir. Əlavə Sazişə əsasən cavabdeh1 və cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Bundan başqa həmin kredit müqaviləsinə əlavə ## #### 2017-ci il tarixli, ** nömrəli saziş bağlanılmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 11547,97 (on bir min beş yüz qırx yeddi ABŞ dolları 97 sent) ABŞ dolları təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7969,83 (yeddi min doqquz yüz altmış doqquz ABŞ dolları səksən üç sent) ABŞ dolları əsas borc, 2687,44 (iki min altı yüz səksən yeddi ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz borcu və 890,70 (səkkiz yüz doxsan ABŞ dolları yetmiş sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ## #### 2022-ci il tarixədək, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən isə illik 8% ödənilməsi müəyyən edilmişdir. Həmçinin əlavə sazişə əsasən cavabdeh1 və cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **-*/*-M**-****/**** saylı ## ##### 2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin banka, 4419,66 (dörd min dörd yüz on doqquz ABŞ dolları altmış altı sent) ABŞ dolları əsas, 2106,42 (iki min bir yüz altı ABŞ dolları qırx iki sent) ABŞ dolları faiz, 4176,69 (dörd min bir yüz yetmiş altı ABŞ dolları altmış doqquz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 631,35 (altı yüz otuz bir ABŞ dolları otuz beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 11334,12 (bir on bir min üç yüz otuz dörd ABŞ dolları on iki sent) ABŞ dolları borcları yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 147,81 (bir yüz qırx yeddi manat səksən bir qəpik) manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

4. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh3 arasında bağlanmış ## ###### 2014-cü il tarixli, 1319-14 USD saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin təminatı olara digər cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra həmin kredit müqaviləsinə əlavə ## ##### 2015-ci il tarixli, **** nömrəli sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 11224,90 (on bir min iki yüz iyirmi dörd ABŞ dolları doxsan sent) ABŞ dolları təşkil etmiş, həmçinin kreditin müddəti 30 ay təyin edilmişdir. Əlavə Sazişə əsasən cavabdeh1 və cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Bundan başqa həmin kredit müqaviləsinə əlavə ## #### 2017-ci il tarixli, ** nömrəli saziş bağlanılmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 11547,97 (on bir min beş yüz qırx yeddi ABŞ dolları 97 sent) ABŞ dolları təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7969,83 (yeddi min doqquz yüz altmış doqquz ABŞ dolları səksən üç sent) ABŞ dolları əsas borc, 2687,44 (iki min altı yüz səksən yeddi ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz borcu və 890,70 (səkkiz yüz doxsan ABŞ dolları yetmiş sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ## #### 2022-ci il tarixədək, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən isə illik 8% ödənilməsi müəyyən edilmişdir. Həmçinin əlavə sazişə əsasən cavabdeh1 və cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

5. Işin faktiki hallarından və kredit müqaviləsinin və kredit müqaviləsinə əlavə sazişlərin müddəalarından görünür ki, zaminlik müqaviləsi ## ###### 2014-cü il tarixdə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti öhdəliklərin tam şəkildə ödənildiyi vaxta qədər müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqaviləsində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliklərin müddəti keçmişdir. Məhkəmə cavabdeh cavabdeh3 münasibətdə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 377.2ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bu Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh cavabdeh3 arasında mülki müqavilə münasibətləri ## ###### 2014-cü il tarixdə yaranmış, kredit müqaviləsinin icra müddəti 24 ay olmaqla, sonuncu gün kimi ## ###### 2016-cı il tarix müəyyənləşdirilmiş, lakin kredit müqaviləsinə ## ##### 2015-ci il tarixli **** nömrəli sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 11224,90 (on bir min iki yüz iyirmi dörd ABŞ dolları doxsan sent) ABŞ dolları təşkil etmiş, həmçinin kreditin müddəti 30 ay təyin edilmişdir. Bundan başqa həmin kredit müqaviləsinə əlavə ## #### 2017-ci il tarixli, ** nömrəli saziş bağlanılmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 11547,97 (on bir min beş yüz qırx yeddi ABŞ dolları 97 sent) ABŞ dolları təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7969,83 (yeddi min doqquz yüz altmış doqquz ABŞ dolları səksən üç sent) ABŞ dolları əsas borc, 2687,44 (iki min altı yüz səksən yeddi ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz borcu və 890,70 (səkkiz yüz doxsan ABŞ dolları yetmiş sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ## #### 2022-ci il tarixədək müəyyən edilmişdir. Bu müddət başa çatdıqdan sonra cavabdehin kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi səbəbindən ləğv prosesində olan İddiaçı ASCnin qanunla qorunan maraq və mənafeləri pozulmuş və həmin gündən müqavilə tələbi üzrə üç illik iddia müddətinin axımı başlanmışdır. Lakin, sonradan cavabdeh cavabdeh3 borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi, yəni ləğv prosesində olan İddiaçı ASC-yə olan qalıq borcun ödənilməsi istiqamətində tədbirlər görməsi nəticəsində iddia müddətini axımı kəsilmiş, axımda fasilə yaranmışdır. Belə ki, sonuncu dəfə ## #### 2022-ci il tarixdə cavabdeh tərəfindən həyata keçirilən kredit ödənişləri təkrarən dayandırılmış və sonuncu kredit ödənişindən sonra iddia müddətinin axımı əvvəlki qaydada, yenidən başlandığı halda, iddiaçı həmin tarixdən uzun müddət keçdikdən sonra, yəni ## ###### 2025-ci il tarixdə cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 385.1, 442, 445.2.1, 448.1, 462.1, 465.2, 470.1 və 470.0.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Ucar Rayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələr siyahısındadır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər MəmmədovDilşad Mirtağı oğluna, cavabdeh1 və cavabdeh2 qarşı“borc tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Iş materiallarında saxlanılan elektron ərizədən çıxarışa nəzər yetirsək görərik ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixi ##.##.2025-ci il kimi qeyd edilmişdir. (“Elektron məhkəmə” informasiya sisteminə yüklənilmiş iddia ərizəsini təsdiq edən sənədin surəti apellyasiya şikayətinə əlavə edilir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, İddiaçı ASC ilə cavabdehcavabdeh3arasında bağlanmış 1319-14 USD saylı ##.##.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 26 % dərəcəsi ilə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin müqaviləyə ##.##.2015-ci il tarixdə **** saylı Əlavə saziş və ##.##.2017-ci il tarixdə * saylı Əlavə Saziş bağlanaraq dəyişiklik edilmiş, kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, sonuncu dəfə bağlanmış ##.##.2017-ci il tarixli Əlavə saziş üzrə Kredit müqaviləsinin bitmə tarixi ##.##.2022-ci il tarixdir. Beləliklə, iddia müddətinin son günü29.06.2025-ci il tarixdir. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ##.##.2025-ci il tarixdə, yəni iddia müddətini ötürmədən vaxtında müraciət etmişdir. Yuxarıdan göründüyü kimi, bank iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, lakin buna baxmayaraq məhkəmə qeyd edilən xüsusatları nəzərə almayaraq iddia tələbini əsassız olaraq rədd etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh cavabdeh3 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.

8. Odur ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinin ## ####### 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətindən görünür ki, apellyator Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Iddiaçı ləğv prosesində olan İddiaçı ASC Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

26. Işdə olan ## ###### 2014-cü il tarixli, 1319-14 USD nömrəli kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC cavabdeh3 24 ay müddətinə, illik 26% ödəmək şərti ilə 12750 ABŞ dolları məbləğində kredit vermişdir. Işdə olan ## ###### 2014-cü il tarixli, ZM-1319-14 USD nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zaminlər cavabdeh1 və cavabdeh2 borcalan cavabdeh3 ## ###### 2014-cü il tarixli, 1319-14 USD nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Işdə olan ## ##### 2015-ci il tarixli, **** nömrəli ## ###### 2014-cü il tarixli kredit müqaviləsinə əlavə sazişin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASCnin cavabdeh3 verdiyi kreditin qalıq məbləği 11224,90 (on bir min iki yüz iyirmi dörd ABŞ dolları doxsan sent) ABŞ dolları təşkil etmiş, həmçinin kreditin müddəti illik 26% olmaqla, 30 ay təyin edilmişdir. Işdə olan ## ##### 2015-ci il tarixli, **** nömrəli ## ###### 2014-cü il tarixli zaminlik müqaviləsinə əlavə sazişin surətindən görünür ki, zaminlər cavabdeh1 və cavabdeh2 borcalan cavabdeh3 ## ##### 2015-ci il tarixli, **** nömrəli əlavə saziş üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Işdə olan ## #### 2017-ci il tarixli, ** nömrəli ## ###### 2014-cü il tarixli kredit müqaviləsi üzrə əlavə sazişin surətindən görünür ki, cavabdehin iddiaçı qarşısında kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 11547,97 manat təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7969,83 (yeddi min doqquz yüz altmış doqquz ABŞ dolları səksən üç sent) ABŞ dolları əsas borc, 2687,44 (iki min altı yüz səksən yeddi ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz borcu və 890,70 (səkkiz yüz doxsan ABŞ dolları yetmiş sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ## #### 2022-ci il tarixədək müəyyən edilmişdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

28. Göründüyü kimi hazırki tələb üzrə icra müddəti ## #### 2022-ci il tarixədək müəyyən edilmiş və həmin vaxtdan da iddia müddətinin axımı başlamışdır.

29. Qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə iddia müddəti ## #### 2025-ci il tarixdə bitmişdir.

30. Bundan başqa iddiaçı apellyasiya şikayətində iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinə göndərildiyini qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır.

31. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ## ###### 2025-ci il tarixində məhkəməyə daxil olmuşdur.

32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar