Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-385/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, rədd, qüvvə) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh borc verdiyi 3050 manatın və dövlət büdcəsinə ödədiyi 51 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2850 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Qayabaşı kəndində fermer təsərrüfatı ilə məşğuldur. Işlədiyi müddətdə həmişə dostlarına, tanışlarına, o cümlədən fəaliyyət göstərdiyi həmin kəndin sakinlərinə imkanı daxilində köməklik göstərməyə çalışmışdır. Belə şəxslərdən biri də tanışlarının təklifi ilə köməklik əlini uzatdığı Cavabdeh və onun atası X3 olmuşlar. Belə ki, o, X3 yanacaq daşıyan “ZIL” markalı avtomobil alaraq onun istifadəsinə vermişdir. X3 xeyli müddət öz oğlu Cavabdehla birlikdə həmin avtomobildən istifadə etmişlər. Bir müddət sonra Əbülfət və Tural həmin avtomobilin qazancının az olduğunu bildirərək ona “KAMAZ” markalı yük avtomobili almağını təklif etmişlər. Həmin vaxt Turalın sürücülük vəsiqəsi olmamışdır. Buna görə də o, Turalı Mingəçevir şəhərinə aparıb orada onu sürücülük məktəbinə yazdırmış və ödənilməli olan rüsumlar daxil bu işə 100 manat pul xərcləmişdir. Tural sürücülük kursunu başa vurduqdan sonra digər sənədlərini hazırlayıb sürücülük vəsiqəsi alması üçün ondan 1000 manat borc almışdır. Bundan sonra o, KAMAZ markalı avtomobil alaraq Turala vermiş və əlavə olaraq işə başlaması məqsədilə maya kimi 550 manat Turala pul vermişdir. Tural həmin maşınla kubik gətirib sataraq pul əldə etməli idi. Tural bir müddət işlədikdən sonra onun yanına gəlmişdir ki, bəs kimlərəsə borcu var, əgər vaxtında ödəyə bilməsə evinə gələcəklər. O da, köməklik məqsədi ilə Turala əlavə olaraq 1400 manat borc vermişdir. Beləliklə Turalın ona 3050 manat borcu yaranmışdır. Əslində, öz aralarındakı danışığa görə Turalın həmin Kamazı sürərək əldə etdiyi qazancı aralarında bölməli idilər. Bir müddət işlədikdən sonra Tural ona Kürdəmirdə işləmək istədiyini bildirmişdir. O da, Turalla razılaşmış və Tural Kürdəmirdə işləməyə başlamışdır. Lakin, Tural işlədiyi müddətdə qazancdan ona çatmalı olan pulu müxtəlif bəhanələrlə verməkdən yayınmışdır. Buna görə də Turala daha reysə çıxmasına imkan verməmişdir. Çünki, Tural həmin kamaz maşınla əldə etdiyi qazancdan ən azı ona 5000 manat pul verməli idi. Halbuki, o, Turaldan nə həmin pulu, nə də ki, borc verdiyi 3050 manatı ala bilmişdir. Hətta, son danışıqlar zamanı Tural ona ödənilməli olan 3050 manatın 1500 manatını 2025-ci ilin yanvar ayında, 1550 manatı isə 2025-ci ilin fevral ayında qaytaracağını öz öhdəsinə götürmüş və bununla bağlı ona söz vermişdir. Lakin, cavabdeh Cavabdeh bu günədək onun borcunu qaytarmamışdır. Beləliklə hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh Cavabdeh göstərilən pulu könüllü olaraq ona qaytarmamışdır.
3. Şəki Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - ##.##.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X1 izahatında bildirmişdir ki, Ələddin onun dostudur. Tural ilə eyni kənddə yaşayırlar. Ələddin ondan 800 manat alıb, Turala vermişdir. Sonra 200 manatını geri qaytarmışlar, lakin qalan 600 manatı Tural qaytarmadığı üçün Ələddin ona qaytarmışdır. Ələddin Turala pulu onun yanında verməmişdir. - Məhkəmə iclasında şahid qismində dindirlən şəxs X4 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Cavabdeh ilə eyni kənddə yaşayırlar. Qardaşı 600 manat pulu ondan götürüb Turala vermişdir. Qardaşı Turala demişdir ki, pulu ona qaytarsın. Lakin Tural pulu qaytarmamışdır. O, bir gün kəntdə Turalı görüb pulu istəmişdir. Tural isə cavabında ona bir həftəyə pulu qaytaracağını bildirmiş, lakin pulu yenə də qaytarmamışdır.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o Şəki rayonu Qayabaşı kəndində fermer təsərrüfatı ilə məşğuldur. Işlədiyi müddətdə həmişə dostlarına, tanışlarına, o cümlədən fəaliyyət göstərdiyi həmin kəndin sakinlərinə imkanı daxilində köməklik göstərməyə çalışmışdır. Belə şəxslərdən biri də tanışlarının təklifi ilə köməklik əlini uzatdığı Cavabdeh və onun atası X3 olmuşlar. Belə ki, o X3 yanacaq daşıyan“ZIL” markalı avtomobil alaraq onun istifadəsinə vermişdir. X3 xeyli müddət öz oğlu Cavabdehla birlikdə həmin avtomobildən istifadə etmişlər. Bir müddət sonra Əbülfət və Tural həmin avtomobilin qazancının az olduğunu bildirərək ona “KAMAZ” markalı yük avtomobili almağını təklif etmişlər. Həmin vaxt Turalın sürücülük vəsiqəsi yox idi. Buna görə də o Turalı Mingəçevir şəhərinə aparıb orada onu sürücülük məktəbinə yazdırdı və ödənilməli olan rüsumlar daxil bu işə 100 manat pul xərclədi. Tural sürücülük kursunu başa vurduqdan sonra digər sənədlərini hazırlayıb sürücülük vəsiqəsi alması üçün ondan 1000 manat borc almışdır. Bundan sonra o KAMAZ markalı avtomobil alaraq Turala verdi və əlavə olaraq işə başlaması məqsədilə maya kimi 550 manat Turala pul verdi. Tural həmin maşınla kubik gətirib sataraq pul əldə etməli idi. Tural bir müddət işlədikdən sonra onun yanıma gəldi ki, bəs kimlərəsə borcu var, əgər vaxtında ödəyə bilməsə evinə gələcəklər. O da köməklik məqsədi ilə Turala əlavə olaraq 1400 manat borc verdi. Beləliklə Turalın ona 3050 manat borcu yaranmışdır. Əslində, öz aralarındakı danışığa görə Turalın həmin Kamazı sürərək əldə etdiyi qazancı aralarında bölməli idilər. Bir müddət işlədikdən sonra Tural ona dedi ki, bəs Kürdəmirdə işləmək istəyir, buna əsas kimi qaynatasının Kürdəmirdə olduğunu, həmçinin, Kürdəmirin karyerə daha yaxın olduğunu bildirdi. O da Turalla razılaşdı və Tural Kürdəmirdə işləməyə başladı. Lakin, Tural işlədiyi müddətdə qazancdan ona çatası pulu müxtəlif bəhanələrlə verməkdən yayındı. Buna görə də Turala daha reysə çıxmasına imkan vermədi. Çünki, Tural həmin kamaz maşınla əldə etdiyi qazancdan ən azı ona 5000 manat pul verməli idi. Halbuki, o Turaldan nə həmin pulu, nə də ki, borc verdiyi 3050 manatı ala bilmədi. Hətta, son danışıqlar zamanı Tural ona ödənilməli olan 3050 manatın 1500 manatını 2025-ci ilin yanvar ayında, 1550 manatı isə 2025-ci ilin fevral ayında qaytaracağını öz öhdəsinə götürmüşdü və bununla bağlı ona söz vermişdir. Lakin, cavabdeh CavabdehƏbülfət oğlu bu günədək onun borcunu qaytarmamışdır. Beləliklə hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh Cavabdeh göstərilən pulu könüllü olaraq ona qaytarmır. Məhkəmə iddianın rədd edilməsi barədə qətnamə çıxararkən belə nəticəyə gələrək qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddiairəlisürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həlledilməsinitələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərininməhkəmə vasitəsiilə məcburi şəkildə həyata keçirilməsininmümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpaedilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər : öz hərəkətlərinə hüquqiixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ;müdafiə hüququ”. Iddiaçı, həmin səs yazısının məhz cavabdehə aid olmasını sübut edə bilməmiş, məhkəmə iclasında ifadə verən şahidlər isə iddiaçı ilə cavabdeh arasında borc münasibətinin olmasını eşitdiklərini bildirmişlər. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Halbuki, məhkəmə iclasında ifadə verən şahidlərin ifadələri daha dəqiq göstərilməmişdir.
8. Ona görə də, Şəki Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Iddiaçı İddiaçı Şəki Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, sübutların aidiyyəti dedikdə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Başqa sözlə, sübutun aidliyi onun baxılan iş üzrə sübutetmə predmeti ilə bağlılığının olması deməkdir. Sübutların aid edilməsi isə məhkəmənin həyata keçirdiyi fəaliyyət olub, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasına xidmət edən sübutların qəbul edilməsinə, işə aid olmayan (sübutetmə predmeti ilə heç bir bağlılığı olmayan) sübutların kənar edilməsinə (qəbul edilməməsinə) yönəlmişdir. Iddiaçı, iddia tələbinin əsaslığına dair şahidlərin ifadələrini və səs yazısını təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ” Iddiaçı, həmin səs yazısının məhz cavabdehə aid olmasını sübut edə bilməmiş, məhkəmə iclasında ifadə verən şahidlər isə iddiaçı ilə cavabdeh arasında borc münasibətinin olmasını eşitdiklərini bildirmişlər. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir.
22. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
23. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən şəxs X1 izahatında bildirmişdir ki, Ələddin onun dostudur. Tural ilə eyni kənddə yaşayırlar. Ələddin ondan 800 manat alıb, Turala vermişdir. Sonra 200 manatını geri qaytarmışlar, lakin qalan 600 manatı Tural qaytarmadığı üçün Ələddin ona qaytarmışdır. Ələddin Turala pulu onun yanında verməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirlən şəxs X4 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Cavabdeh ilə eyni kənddə yaşayırlar. Qardaşı 600 manat pulu ondan götürüb Turala vermişdir. Qardaşı Turala demişdir ki, pulu ona qaytarsın. Lakin Tural pulu qaytarmamışdır. O, bir gün kəntdə Turalı görüb pulu istəmişdir. Tural isə cavabında ona bir həftəyə pulu qaytaracağını bildirmiş, lakin pulu yenə də qaytarmamışdır. Göründüyü kimi pul məbləği şahidlərdən heç birinin yanında verilməmiş, şahidlər pulun Cavabdeh verildiyinin şahidi olmamışlar. Bundan başqa iddiaçı apellyasiya şikayətində məhkəmə iclasında ifadə verən şahidlərin ifadələrinin daha dəqiq göstərilmədiyini qeyd etsə də iş materialından görünür ki, iddiaçı protokola hər hansı qeyd verməmişdir.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
26. Göründüyü kimi iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.