Məhkəmə qərarları › İş №e-2(3-10)-403/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-403/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-403/2026 15.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən şəxs X4 cavabdeh Cavabdeh qarşı “pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddəti) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Cavabdeh 55100 (əlli beş min yüz) manat qalıq borc məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 255.30 (iki yüz əlli beş manat otuz qəpik) manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının alınaraq iddiaçı İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən verilmiş və iş materialına da əlavə edilmiş ##.##.2016-cı il tarixli ərizədən də göründüyü kimi o, İddiaçı 33000 (otuz üç min) dolar, (56100 manat) borcu olduğunu etiraf etmiş və həmin borcdan 10000 (on min) dolarını oktyabr ayının axırında, 10000 (on min) dollarını fevral ayında, qalan 13000 (on üç min) dollarını isə iyun ayında ödəməyi öhdəsinə götürmüşdür. Həmin borcdan 1000 (min) manat 2025-ci aprel ayında Cavabdeh tərəfindən cavahdehə qaytarılmış, qalan 55100 (əlli beş min yüz) manat məbləğ isə bu vaxta qədər qaytarmamışdır. Qalan borcun qaytarılması ilə bağlı X2 ilə dəfələrlə telefon əlaqəsi saxlanılsa da o, hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Göründüyü kimi cavahdeh Cavabdeh qərəzli şəkildə borcunu ödəməkdən yayınır. Qeyd etmək zəruridir ki, cavabdeh Cavabdeh 2016-cı il tarixdə dələduzluq cinayətinə görə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ##.##.2024-cü il tarixdə azadlığa buraxılmışdır. Bu səbəbdən həmin müddət ərzində ona qarşı iddia qaldırmaq mümkün olmamışdır. ##.##.2025-ci il tarixdə tərəflərindən borcun ödənilməsi ilə bağlı Cavabdeh pretenziya məktubu göndərilmişdir.

3. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Cavabdeh 2014-cü il “Mercedes Benz S350 klass” markalı, 90 LR795 dövlət nişanlı avtomobil üçün ödənilməmiş 55100 (əlli beş min yüz) manat məbləğin və 510.60 (beş yüz on manat altmış qəpik) manat dövlət rüsumunun iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə qardaşı Mehmanla birlikdə “Mercedes Benz” markalı avtomobil almışdırlar. Bir müddət sonra həmin maşını satmaq qərarına gəldikdən sonra 2015-ci ilin əvvəllərində qardaşı Mehman onunla əlaqə saxlayıb, Şəki şəhər sakini Ibrahim adı şəxsin həmin avtomobili 37000 ABŞ dollarına almaq istədiyini, ilkin olaraq müəyyən məbləğdə ödəniş edib qalan pulu 6 ay ərzində verəcəyini bildirmişdir. O, Ibrahimlə bu barədə danışdıqda Ibrahimin yüksək maaş aldığını, həmçinin valideynlərinin də ona maddi köməklik edəcəyini, avtomobilin pulunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Onlar həmin avtomobili Ibrahimə təkcə idarə etmək hüququ verən etibarnamə ilə vermək qərarına gəlmişlər. Lakin Ibrahim gələcəkdə əlavə rəsmiyyətin olmamasını, ona görə də avtomobili ona baş etibarnamə ilə verməklərini deyib özünü nüfuzlu şəxs kimi təqdim edərək, Şəki şəhərində onun nüfuzunun olduğunu, onları aldatmadığını, hansısa bankda yüksək vəzifədə işlədiyini, özündə olan pulların çoxunu başqa işlərinə xərclədiyi üçün əlində az pul qaldığını, lakin 5-6 ay ərzində pulun hamısını ödəyəcəyini bildirərək onları inandırmışdır. ## ###### 2016-cı ildə Cavabdeh hissə-hissə ödənişin edilməsi ilə bağlı qəbzi onun adına yox qardaşı Mehmanın adına yazmışdır. Cavabdeh onlara ilkin olaraq 4000 ABŞ dollar ödəniş edib həmin avtomobili almışdır. Mehman ona baş etibarnamə vermişdir. O, yenidən Ibrahimə maddi imkanlarının zəif olduğunu, onları aldatmamalarını, qalan 33000 ABŞ dolları pulu 6 aydan da qabaq verməsini dedikdə o, narahat olmamalarını, ola bilsin ki, həmin pulu 6 aydan da qabaq verəcəyini bildirmişdir. Lakin o, avtomobilin qeydiyyatını yoxladarkən Ibrahimin həmin avtomobili iki gün sonra Bakı şəhərində hazırda adını xatırlamadığı şəxsə 25000 ABŞ dollarına satıb qazanc əldə etdiyi məlum olmuşdur. Avtomobili alan şəxslə əlaqə saxlayan zaman o özü avtomobili Ibrahimdən 25000 ABŞ dollarına aldığını demişdir. Belə olduqda Ibrahimlə əlaqə saxlayıb ondan nə üçün avtomobili onlardan aldığı qiymətdən ucuz qiymətə satdığını soruşduqda o, təcili pul lazım olduğu üçün maşını satdığını, lakin 6 ay ərzində 33000 ABŞ dollar borcunu verəcəyini demişdir. Ibrahimə inanıb 6 ay gözləmişdirlər, lakin Ibrahim pulu verməmişdir. Bir neçə dəfə ondan pulu istədikdə o, müxtəlif bəbahənələrlə maddi ziyana düşdüyünü, qısa müddətdə ödəyəcəyini deyərək onları bir daha aldatmışdır. Daha sonra isə Ibrahim zənglərə cavab verməmiş və onunla görüşə bilməmişdirlər. Onun yaşadığı ünvana da bir neçə dəfə getsələr də, Ibrahimi görə bilməmişdirlər. Valideynlərinin də bu barədə məlumatı olmuşdur. Bir müddət sonra isə Ibrahim törətdiyi cinayət əməllərinə görə həbs olunmuş, o isə işləmək üçün Rusiya Federasiyasına getdiyinə görə həmin vaxtlarda onun barəsində şikayət edə bilməmişdir. Şəki rayonuna gəldikdə isə Ibrahim artıq tutulmuşdur. Ibrahimin azadlığa buraxıldığını öyrəndikdə onun istifadə etdiyi nömrəyə zəng edib onunla görüşüb pulu verməsini xahiş etmişdirlər. ##.##.2024-cü il tarixinə Yasamal RPI-nin IŞ-nin müstəntiqi, R X3 onun müraciəti əsasında toplanmış HK-*** saylı materialı nəzərdən keçirib cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. ##.##.2025-ci il Yasamal RPI-nin IŞ-nin müstəntiqi, R X3 icraatında onun müraciəti əsasında toplanmış HK- *** saylı materialı nəzərdən keçirərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir.

5. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı İddiaçı ona qarşı iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, ondan 55100 manat məbləğində borcun, 255.30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 300 manat vəkilə ödənilmiş xidmət haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş onun tərəfindən yazıldığı qeyd edilən ərizədən görünür ki, borc məbləği ## ###### 2016-cı ildə alınmışdır və həmin borc üzrə sonuncu ödənişin qaytarılması 2017-ci ilin iyul ayına nəzərdə tutulmuşdur. Iddiaçı isə hazırkı tələblə ## #### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair ## #### 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаnаn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tətbiq edilməlidir. Göründüyü kimi hazırkı mülki işdə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün sonuncu müddət 2020-ci ilin iyul ayı olsa da, iddiaçı, həmin vaxtdan beş ilə yaxın müddət keçdikdən sonra, yəni məhz ## #### 2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan başqa iddiaçı iddia tələbində onun tərəfindən ona 2025-ci ilin aprel ayında 1000 manat pulun ödənildiyini qeyd etmişdir. Bu tam yalandır. O, iddiaçını doqquz ilə yaxındır ki, görmür. Həmçinin yalan olsa belə hesab edilsə ki, 1000 manat vəsait iddiaçıya qaytarılmışdır, bu yenə də iddia müddətinin kəsilməsi anlamına gəlmir. Çünki həmin hərəkətlər iddia müddəti ərzində (2017-ci ilin iyul ayı - 2020-ci ilin iyul ayı) deyil, müddət başa çatdıqdan sonra (2025-ci ilin aprel ayı) baş vermişdir. Nəzərə almaq lazımdır ki, borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər, artıq bitmiş müddəti bərpa edə bilməz. Eyni zamanda iddiaçı, iddia tələbində həbs olunduğu üçün ona qarşı iddia qaldıra bilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, iddia müddəti axımının dayandırılması Mülki Məcəllənin 379-cü maddəsi ilə tənzimlənir ki, məhz azadlıqdan məhrum etmə ilə bağlı borcluya qarşı iddia qaldırılmaması həmin maddədə nəzərdə tutulmamışdır. Ona görə də, işə onun iştirakı olmadan baxılmasını, İddiaçı ona qarşı iddiası üzrə iddia müddəti tətbiq edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

9. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Kamran Musayev) ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair, müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia tələblərinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının özlərinə aid edilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Iddiaçı bildirir ki, onun tərəfindən cavabdehə pulunu sonradan ödəmək şərti ilə 33000 ABŞ dolları dəyərində avtomobil satılmışdır. Iddiaçı borc məbləğindən 2025-ci ilin aprel ayında 1000 manat qaytarıldığını bildirmişdir.

11. Müstəqil tələb irəli sürən üçüncü şəxs də eyni mövqedən çıxış edərək, 55100 manat pulun ona ödənilməsini xahiş etmişdir.

12. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və ərizəsində 1000 manat ödənişi etmədiyini bildirmişdir.

13. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur.

14. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

15. Ilkin iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından tərəflər arasında baş tutmuş alqı-satqı müqaviləsinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı borcunun olması öz təsdiqini tapır.

16. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

17. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia ərizəsi alqı-satqı müqaviləsi üzrə müddət bitdikdən sonra üç il ərzində verilməli olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

18. Iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.

19. Məhkəmə, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbinə münasibədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

20. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

21. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 ilə cavabdeh Cavabdeh arasında hər hansı alqı-satqı münasibəti olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbi təmin edilməməlidir.

22. Məhkəmə həmçinin hesab etmişdir ki, ilkin iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1, 385.1, 442, 447.1, 567, 600.1, 600.4cü maddələrinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. 25.Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən verilən qətnamədə iddiaçı və cavabdeh arasında olan münasibətlər alqı-satqı münasibəti kimi qiymətləndirilmiş və ona 3 illik idda müddəti tətbiq edilmişdir. Lakin tərəfimizdən verilən iddia ərizəsində avtomobilin satılması nəticəsində cavabdehin əldə etdiyi əmlakdan əldə edilmiş vəsaitin qaytarılması ilə bağlı iddia tələbi qoyulmuşdur.

26. Belə ki cavabdehlə iddiaçı arasında öncədən tanışlıq olmuşdur və cavabdeh iddiaçının ona olan etimadından istifadə edərək sonradan avtomobildən əldə edilmiş vəsaitin qaytarılmasından boyun qaçırmışdır. Onlar arasında olan müqaviləyə əsasən cavabdeh ilkin olaraq 4000 dollar məbləğdə ödəniş edib qalan pulu 6 ay ərzində verəcəyini bildirmişdir və baş etibarnamə alaraq avtomobili almışdır. 2 gün sonra isə avtomobili 25000 dollara başqa şəxsə satmışdır və iddiaçıya təcili pul lazım olduğu üçün maşını satdığını, lakin 6 ay ərzində 33000 ABŞ dollar borcunu verəcəyini demişdir. Iddiaçı və onun qardaşı Ibrahimə inanıb 6 ay gözləmişdirlər, lakin Ibrahim pulu verməmişdir. Bir neçə dəfə ondan pulu istədikdə o, müxtəlif bahənələrlə maddi ziyana düşdüyünü, qısa müddətdə ödəyəcəyini deyərək onları bir daha aldatmışdır. Artıq cavabdehin avtomobildən əldə edilmiş vəsaitin heç bir halda ödəmədiyini gördükdə onunla əlaqə saxlamğa çalışmışdılar, lakin cavabdeh onların telefon zənglərini açmamışdır. Daha sonra iddiaçı həmin şəxsin evinə qədər getmişdilər, lakin cavabdehi həmin ünvanda tapa bilməmişdilər.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır.

3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Göründüyü kimi yuxarıda göstərilən şərtlərin hər biri mövcuddur. Cavabdeh hüquqi əsas olmadan iddiaçını hesabına əmlak ələ keçirmişdir. Cavabdehin bu hərəkəti səbəbilə iddiaçı həm avtomobildən (əmlakdan), həm də onun satılmasından əldə edilmiş puldan məhrum olmuşdur. Avtomobilin satılması barədə tərəflər arasında qanuni və ya müqavilə əsası olmamamışdır.

28. Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Hazırkı vəziyyət üzrə də cavbdehin avtomobili başqa şəxsə satması nəticəsində əldə etdiyi pul onun əsassız varlanmasına səbəb olmuş və avtomobili alan şəxs onu vicdanlı əldə edən olduğundan həmin avtomobili qaytarmaq mümkün deyil. Bununla da onlar iddia tələbində satılan avtomobilin pulunu tələb edir.

29. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə olan vəziyyət iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşür. Bu maddədən göründüyü kimi qeyd olunan avtomobilin faktiki sahibi iddiaçı olmuşdur. Belə olduğu halda o, özünə məxsus əmlakı istənilən vaxtı başqaların istifadəsindən geri tələb edə bilər və bu hala iddia müddəti tətbiq edilmir.

30. Bundan başqa 24-cü ildə iddiaçının müvafiq prokurorluğa ilk dəfə müraciət etdiyi zaman iş üzrə cavabdehin ona 1000 manat ödədiyini inkar edir. Qeyd etmək lazımdır ki, cavabdehin iddiaçıya 1000 manatın ödəməsi faktını iş üzrə 3 şəxs X4 iştirakı ilə olmuşdur.

31. Zəkəryəyev Rəhman 2014-cü ildə qardaşı Mehmanla “Mercedes Benz” markalı avtomobili birlikdə almışdırlar. Yəni həmin avtomobil onların birgə mülkiyyətində olmuşdur. Eyni zamanda həmin avtomobilin satılmasına da onlar birlikdə razılıq vermişdirlər. Yəni baxmayaraq ki, alqı-satqı Zəkəryəyev Rəhman adına deyil onun qardaşı arasında baş tutmuşdur amma həmin nəqliyyat vasitəsi birgə mülkiyyətdə olduğundan avtomobilin satılması Zəkəryəyev Rəhmanın da razılığı ilə həyata keçirilmişdir. Bu baxımdan avtomobilin pulunun qaytarılmaması Zəkəryəyev Rəhmanın damaraqlarına toxunur və onun müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iddia irəli sürməyə tam hüququ çatır.

32. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir.

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsın pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı:

41. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

Apellyasiya baxışının hədləri

42. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

45. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 48.Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).

49. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.

50. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. 52.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

53. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə borcun qaytarılmaması, yəni öhdəliyin yerinə yetirilməməsi ilə bağlıdır. 54.Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ##.##.2016-cı il tarixdə iddiaçı İddiaçı təqdim etdiyi əlyazma ərizədə sonuncuya 33000 (otuz üç min) ABŞ dolları borcu olduğunu, həmin borcun 10000 (on min) ABŞ dollarını oktyabr ayının axırı, 10000 (on min) ABŞ dollarını fevral ayında, qalan 13000 (on üç min) ABŞ dollarını isə iyun ayında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Cavabdeh oğlu tərəfindən həmin borc məbləği qaytarılmamış, cavabdeh tərəfindən iddia müddəti ərzində borcun etirafına yönəlmiş hərəkətlərin edilməsi müəyyən edilməmiş, ## #### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş iddia ərizəsinə münasibətdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçı və cavabdeh arasında olan münasibətlərə alqı-satqı münasibəti kimi qiymətləndirilməsi və ona 3 illik idda müddəti tətbiq edilməsinin əsassız olması, verilən iddia ərizəsində avtomobilin satılması nəticəsində cavabdehin əldə etdiyi əmlakdan əldə edilmiş vəsaitin qaytarılması ilə bağlı iddia tələbi qoyulmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

56. Iş materiallarında olan cavabdeh Cavabdeh tərəfindən ##.##.2016-cı il tarixdə iddiaçı İddiaçı təqdim edilmiş əlyazma ərizədən görünür ki, cavabdeh iddiaçıya 33000 (otuz üç min) ABŞ dolları borcu olduğunu, həmin borcun 10000 (on min) ABŞ dollarını oktyabr ayının axırı, 10000 (on min) ABŞ dollarını fevral ayında, qalan 13000 (on üç min) ABŞ dollarını isə iyun ayında ödəməyi öhdəsinə götürmüşdür.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin hüquqi əsas olmadan iddiaçını hesabına əmlak ələ keçirməsi, cavabdehin bu hərəkəti səbəbilə iddiaçı həm avtomobildən (əmlakdan), həm də onun satılmasından əldə edilmiş puldan məhrum olması, avtomobilin satılması barədə tərəflər arasında qanuni və ya müqavilə əsası olmaması, Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödəməli olması, hazırkı vəziyyət üzrə də cavbdehin avtomobili başqa şəxsə satması nəticəsində əldə etdiyi pul onun əsassız varlanmasına səbəb olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Rerspublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

58. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

59. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

60. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

61. Həmin məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında göstərilmişdir ki, əqdlərin etibarlılıq şərti kimi yazılı forma tələbinin əsas məqsədi tərəflərin iradəsinin dəqiq müəyyən olunmasına, tərəflərin üzərinə götürdükləri öhdəliklərin düşünülmüş şəkildə qəbul edilməsinə xidmət edir. Mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Mülki Məcəllənin 739.2-ci maddəsi ilə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanılmalı olduğu təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bərabər hüquqlu subyektlər arasında yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır.Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər.

63. Daha sonra həmin Qərarda göstərilmişdir ki, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

64. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin onun avtomobilini başqa şəxsə satması nəticəsində əldə etdiyi pul hesabına əsassız varlanmasını əsas gətirsədə, iş materiallarında cavabdehin iddiaçıya olan pul borcunun olmasını təsdiq edən mötəbər sübut Cavabdeh tərəfindən ##.##.2016-cı il tarixdə iddiaçı İddiaçı təqdim edilmiş əlyazma ərizədir. Həmin ərizədən isə görünür ki, tərəflər arasında avtomobilin alqı-satqısı ilə bağlı hər hansı qeyd aparılmamış, cavabdeh iddiaçıya 33000 (otuz üç min) ABŞ dolları borcu olduğunu, həmin borcun 10000 (on min) ABŞ dollarını oktyabr ayının axırı, 10000 (on min) ABŞ dollarını fevral ayında, qalan 13000 (on üç min) ABŞ dollarını isə iyun ayında ödəməyi öhdəsinə götürmüşdür.

65. Belə olan təqdirdə kollegiya iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınaraq birinci instansiya məhkəməsi üç illik iddia müddətini tətbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur.

66. Belə ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı olan 33000 (otuz üç min) ABŞ dollarını tam olaraq 2017-ci ilin iyun ayında qaytaracağına dair öhdəlik götürmüş, iddiaçı İddiaçı öhdəliyin müddətinin başa çatdığı 2017-ci ilin iyun ayından öz hüquqlarının pozulduğunu bilmiş, lakin bundan sonrakı 3 illik iddia müddəti ərzində, yəni 2020-ci ilin iyun ayınadək cavabdeh Cavabdeh qarşı hazırkı iddia tələbi üzrə iddia ərizəsini birinci instansiya məhkəməsinə təqdim etməmiş, iş materiallarından da ötən müddət ərzində cavabdeh tərəfindən iddianı etiraf edən hərəkətlər etməsi, iddia müddətinin axımının kəsilməsi və dayandırılması üçün əsasların olması halı müəyyən edilməmişdir.

66. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. 67.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Iddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair ## #### 2013-cü il tarixli qərarında qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

68. Kollegiya həmçinin qeyd edir ki, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).

69. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarları).

70. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

71. Iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

72. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

73. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur.

74. Iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı). 75.L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. Iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Iddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). Iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

76. Kollegiya həmçinin iddiaçının apellyasiya şikayətinin iddianın maddi hüquqi əsasının əsassız varlanma olmasına dair dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

77. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə olan vəziyyət iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşməsi, qeyd olunan avtomobilin faktiki sahibinin iddiaçı olması, belə olduğu halda o, özünə məxsus əmlakı istənilən vaxtı başqaların istifadəsindən geri tələb edə bilməsi və bu hala iddia müddətinin tətbiq edilməməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur və iddiaçının hazırkı tələbi iddia müddətinin şamil edilmədiyi tələblərə aid deyildir.

78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Zəkəryəyev Rəhmannın 2014-cü ildə qardaşı Mehmanla “Mercedes Benz” markalı avtomobili birlikdə alması, yəni həmin avtomobil onların birgə mülkiyyətində olması, eyni zamanda həmin avtomobilin satılmasına da onlar birlikdə razılıq verməsi, bu baxımdan avtomobilin pulunun qaytarılmaması Zəkəryəyev Rəhmanın da maraqlarına toxunması və onun müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iddia irəli sürməyə tam hüququnun çatmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, X4 cavabdeh Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürmüş, onun iddia tələbi məhkəmənin icraatına qəbul edilərək baxılmış və birinci instansiya məhkəməsi tərəfindən sonuncunun tələbinə hüquqi qiymət verilərək iddiası rədd edilmişdir. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi müstəqil tələb irəli sürən şəxs X4 tərəfindən mübahisələndirilmədiyindən kollegiya həmin hissədə hüquqi dəyərləndirmə aparmır.

79. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.

80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

81. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, işin faktiki halları tam və hərtərəfli araşdırılmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar