Məhkəmə qərarları › İş №e-2(3-10)-413/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-413/2026

17.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-413/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh X2 qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Podrat müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində pul tələbi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbi barədə iddia qaldıraraq göstərmişdir ki, 2023-cü ilin aprel ayında o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, məhəllə 31/66-də yerləşən 4 otaqlı mənzil üçün ümumilikdə 23000,0 manat dəyərində mebel dəsti hazırlamağı Cavabdeh sifariş etmiş və ona hissə-hissə cəmi 7300 manat manat ödəmişdir. Cavabdeh cəmi 500,0 manat dəyərində mal-material alıb mənzilə gətirmiş, lakin heç bir iş görməmiş və 1000,0 manat qaytararaq 5800,0 manat borclu qalmışdır. Ona görə də, Cavabdeh 5800 manat, 1450 manat faiz və 93 manat dövlət rüsumu tutulub ona verilməlidir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mebel ustası kimi tanıdığı cavabdeh Cavabdeh ilə təxminən 2023-cü ilin aprel ayında görüşərək ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 31/66-cı məhəllə ünvanında yerləşən 4 otaqlı mənzilin mebel ilə yığılması üçün cəmi 23.000,00 manat məbləğində ona ödəniş edilməsi barədə razılığa gəlmişlər. Qeyd olunan işlərin görülməsi ilə bağlı ilkin beh olaraq 2.300,00 manat pulu ona vermişdir. Daha sonra cavabdeh əlaqə saxlayaraq müvafiq işlərin görülməsi adı ilə ondan 5.000,00 manat pul almışdır. Ümumilikdə cavabdeh ondan 7.300,00 manat pul almasına baxmayaraq verdiyi vədi yerinə yetirməmiş, bunun qarşılığında isə heç bir iş görməmişdir. Cavabdehlə dəfələrlə əlaqə saxlasa da o, zənglərə cavab verməmiş və məsuliyyətdən yayınmağa çalışmışdır. Məhz buna görə artıq səbri tükənərək cavabdeh Cavabdeh bu qanunsuz əməli barədə Bakı şəhəri Yasamal rayon Polis Idarəsinin 27-ci Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində müvafiq araşdırma aparıldı və “Izahat”lar alındı. Cavabdeh qeyd olunan məbləğdən ona yalnız 1.000,00 manat pulu geri qaytarmışdır və əgər alıb mənzilə gətirdiyi materialın xərcini də 500,00 manat olduğunu nəzərə alsaq hazırda onun 5.800,00 manat məbləğində vəsaitinin cavabdehdə qaldığı müəyyən olunur. Cavabdeh vermiş olduğu “Izahatın”da ondan 7.300,00 manat pul almasını və hazırkı vaxtadək 5.000,00 manat məbləği (hansı ki, cavabdeh bu məbləği “Iltizam”da qəsdən aşağı göstərmişdir və onun geri qaytarmalı olduğu məbləğ 5.000,00 manat deyil, məhz 5.800,00 manat təşkil edir) ona qaytarmamasını polis şöbəsində verdiyi ##.##.2024-cü il tarixli “Iltizamla” bir daha təsdiq etmişdir. Həmin “Iltizama” əsasən cavabdeh 5.000,00 manat pulu mənə ##.##.2024-cü il tarixədək ərinə qaytaracağını söz versə də yenə bu vədinə də əməl etməmişdir. Mübahisə mülki xarakterli olduğundan ona iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, 2023-cü il üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot faizinin 9% olmasını nəzərə alsaq cavabdehdən 5.800,00 (beş min səkkiz yüz) x 9% = 522,00 manatın, 2024-cü il üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot faizinin 8% olmasını nəzərə alsaq cavabdehdən 5.800,00 (beş min səkkiz yüz) x 8% = 464,00 manatın və 2025-ci il üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot faizinin 8% olmasını nəzərə alsaq cavabdehdən 5.800,00 (beş min səkkiz yüz) x 8% = 464,00 manatın – ümumilikdə 1.450,00 manat da iddiaçının xeyrinə tutulmalıdır. Iddiasınını təmin edilməsini, cavabdeh Cavabdeh 5.800,00 (beş min səkkiz yüz) manat pulun, qətnamənin çıxarılacağı gün 2023- 2025-ci illər üzrə minimal bank faizi dərəcəsi ilə hesablanmış 1.450,00 (min dörd yüz əlli) manat məbləğində faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93,00 (doxsan üç) manatın – cəmi 7.343,00 (yeddi min üç yüz qırx üç) manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Cavabdeh Cavabdeh izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayır və fərdi qaydada sahibkarlıqla məşğul olaraq müxtəlif növ mebel məmulatların sifariş əsasında hazırlanmasını həyata keçirir. 2023-cü ilin aprel ayında İddiaçı ilə aralarında əldə edilmiş şifahi razılaşmaya əsasən İddiaçı özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, məhəllə 31/66-də yerləşən 4 otaqlı mənzil üçün ümumilikdə 22500 manat dəyərində mebel (dəhliz, mətbəx, qonaq, yataq və zal üçün) hazırlamağı sifariş etmiş və ona hissə-hissə cəmi 7300 manat manat ödəmişdir. Bundan sonra ümumilikdə 12.000,0 manat dəyərində materiallar alınıb mebellərin hazırlanmasına başlanaraq eyvanda 1800,0 manat dəyərində 14,0 kv/m dolab, dəhlizdə 1330,0 manat dəyərində dolab və mətbəx mebelinin korpusu (1600,0 manat dəyərində) quraşdırılaraq təhvil verilmişdir. Bundan başqa həmin mənzilin otaq qapılarının aşağıdan mənzilə daşınması (60,0 manat dəyərində) və cəmi 1350,0 manat dəyərində karopka və haşiyələrinin hazırlanaraq yerinə quraşdırılması işlərini görmüş, o cümlədən mənzildən zibillərinin daşınması işlərini (160,0 manat dəyərində) yerinə yetirmişdir. İddiaçı qalan məbləğin ödənilməsini gecikdirdiyi üçün işi vaxtında tamamlamaq mümkün olmamışdır. Ona görə də, iddia tələbini əsassız hesab edir.

4. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov), iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 4954,9 (dörd min doqquz yüz əlli dörd manat doxsan qəpik) manat əsas borc, 743,2 (yeddi yüz qırx üç manat iyirmi qəpik) manat faiz borcu və 77,0 manat dövlət rüsumunun tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi, cavabdeh Cavabdeh 250 (iki yüz əlli) manat xidmət haqqının tutulub “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

5. Məhkəmədə tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, 2023-cü ilin aprel ayında İddiaçı özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 31/66-cı məhəllə ünvanında yerləşən 4 otaqlı mənzildə mebel dəstinin yığılmasını Cavabdeh sifariş etmiş və ona qabaqcadan 7300 manat ödəmişdir. Cavabdeh işi qismən icra etmiş (1345,10 manat dəyərində) və aldığı məbləğdən cəmi 1000,0 manat qaytarmışdır.

6. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh 4954,9 (7300-1000-1345,10) manat əsas borc, 743,2 manat faiz borcu və 77 manat dövlət rüsumu tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.6, 21.1, 21.2, 443.1, 442, 445.7, 752.1, 752.2, 765-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən işin faktiki halları düzgün müəyyən edilməmişdir.

10. Belə ki, 2023-cü ilin aprel ayında İddiaçı ilə aralarında əldə edilmiş şifahi razılaşmaya əsasən İddiaçı özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, məhəllə 31/66-də yerləşən 4 otaqlımənzil üçün ümumilikdə 22500 manat dəyərində mebel (dəhliz, mətbəx, qonaq, yataq və zal üçün) hazırlamağı sifariş etmiş və ona hissə-hissə cəmi 7300 manat manat ödəmişdir. Bundan sonra ümumilikdə 12.000,0 manat dəyərində materiallar alınıb mebellərin hazırlanmasına başlanaraq eyvanda 1800,0 manat dəyərində 14,0 kv/m dolab, dəhlizdə 1330,0 manat dəyərində dolab və mətbəx mebelinin korpusu (1600,0 manat dəyərində) quraşdırılaraq təhvil vermişdir. Bundan başqa həmin mənzilin otaq qapılarının aşağıdan mənzilə daşınması (60,0 manat dəyərində) və cəmi 1350,0 manat dəyərində karopka və haşiyələrinin hazırlanaraq yerinə quraşdırılması işlərini görmüş, o cümlədən mənzildən zibillərinin daşınması işlərini (160,0 manat dəyərində) yerinə yetirmişdir. İddiaçı qalan məbləğin ödənilməsini gecikdirdiyi üçün işi vaxtında tamamlamaq mümkün olmamışdır

11. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(025)-1788/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Işə baxılmanın vaxtı və yeri barədə lazımi qayda xəbərdar olunmasına baxmayaraq, iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” ## #### 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər

Apellyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Cavabdeh Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən iddianın təmin edilmiş hissəsində tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməlidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

24. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 2023-cü ilin aprel ayında İddiaçı özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 31/66-cı məhəllə ünvanında yerləşən 4 otaqlı mənzildə mebel dəstinin yığılmasını Cavabdeh sifariş etmiş və ona qabaqcadan 7300 manat pul vəsaiti ödəmişdir. Cavabdeh işi qismən, yəni 1345,10 manat dəyərində mebel dəsti hazırlamış və aldığı məbləğdən cəmi 1000,0 manat pul qaytarmışdır. Iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etmiş, cavabdeh tərəfindən isə iddia qəbul edilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, həm tərəflərin izahatı həm mülki iş materiallarından aydın olur ki, tərəflər arasında iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 31/66-cı məhəllə ünvanında yerləşən 4 otaqlı mənzildə mebel dəstinin yığılmasını ilə bağlı şifahi qaydada podrat müqavilə münasibətlərinin yaranması şübhəsizdir. 26.Həmçinin iddiaçı tərəfindən cavabdehə 7300 manat məbləğində pul vəsaitin ödənilməsi işin mübahisəsiz halıdır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən işin faktiki hallarının düzgün müəyyən edilməməsi, ümumilikdə 12.000,0 manat dəyərində materiallar alınıb mebellərin hazırlanmasına başlanaraq eyvanda 1800,0 manat dəyərində 14,0 kv/m dolab, dəhlizdə 1330,0 manat dəyərində dolab və mətbəx mebelinin korpusu (1600,0 manat dəyərində) quraşdırılaraq təhvil verilməsi, bundan başqa həmin mənzilin otaq qapılarının aşağıdan mənzilə daşınması (60,0 manat dəyərində) və cəmi 1350,0 manat dəyərində karopka və haşiyələrinin hazırlanaraq yerinə quraşdırılması işlərini görməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, işdə olan “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, CVN/F **-***/** saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 31/66-cı məhəllə ünvanında yerləşən 4 otaqlı mənzildə yığılan mebel dəstinin hazırlanmasına sərf edilən mal material və görülən işlərin real bazar dəyəri (görülməli işlər və istifadə edilməli materiallar nəzərə alınmaqla) ##.##.2026-cı il tarixinə 1.665,3 manat, 2023-cü il tarixinə 1345,1 manat təşkil edir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

28. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilmiş 743.2 manat faiz borcuna münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin hissədə təmin edilərkən işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

29. Belə ki, iddiaçı 5800 manat məbləğində pulun 2023-2025-ci illlər üzrə minimal bank faizi dərəcəsi ilə hesablanmış 1450 manat məbləğində faizini cavabdehdən tələb etsədə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə pul vəsaiti hissə-hissə ödənilmiş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş pulun konkret olaraq hansı tarixdə hansı məbləğdə ödənilməsi ilə bağlı sübut təqdim edilməmiş, həmçinin birinci instansiya məhkəməsi tərəfindən 743.2 manat məbləğində faiz borcunun hansı qaydada hesablanaraq təmin edilməsi anlaşılmır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il ## #### və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il 23 iyul tarixli Qərarları).

31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 743.2 manat məbləğində faiz borcunun tutulması hissəsində iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir.

32. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

34. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilən 743.2 manat məbləğində faiz borcu və həmin məbləğə mütənasib olaraq cavabdehdən tutlmalı olan 7.43 manat dövlət rüsumuna aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı düzgün olmayaraq həmin hissədə təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qismən, yəni, iddianın təmin olunmuş “cavabdeh Cavabdeh 743,2 manat məbləğində pul və 7.43 manat dövlət rüsumunun tutulub iddiaçı İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi “cavabdeh Cavabdeh 743,2 manat pul və 7.43 manat dövlət rüsumunun tutulub iddiaçı İddiaçı ödənilməsi” hissəsində rədd edilməli, qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində iddianın təmin edilmiş hissəsinin 4954,9 manat, məhkəmə kollegiyası tərəfindən isə iddianın 743,2 manata dair hissəsinin əsassız hesab edilməsi nəzərə alınaraq hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilin. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qismən, yəni, iddianın təmin olunmuş “cavabdeh Cavabdeh 743,2 (yeddi yüz qırx üç manat iyirmi qəpik) manat faiz borcu və 7.43 manat dövlət rüsumunun tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddia tələbi “cavabdeh Cavabdeh 743,2 (yeddi yüz qırx üç manat iyirmi qəpik) manat faiz borcu və 7.43 manat dövlət rüsumunun tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi” hissəsində rədd edilsin. Qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar