Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-419/2026 11.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması tələbi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı LPO “xxxx" ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cəmi 9.818,43 (doqquz min səkkiz yüz on səkkiz manat 43 qəpik) manat - bundan 3.950,05 (üç min doqquz yüz əlli manat 05 qəpik) manat əsas, 2.150,69 (iki min bir yüz əlli manat 69 qəpik) manat faiz, 3.146,24 (üç min bir yüz qırx altı manat 24 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 571,45 (beş yüz yetmiş bir manat 45 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 118,19 (bir yüz on səkkiz manat 19 qəpik) manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* saylı ##.##.2014- cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 6.370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə Bank arasında *********/ZM saylı ##.##.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Kredit müqaviləsinə ## ##### 2015-ci il tarixdə **/**-ƏS nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5.872,61 (beş min səkkiz yüz yetmiş iki ABŞ dolları 61 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti ##.##.2018-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə ## ###### 2017-ci il tarixdə * nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.4 manat) 5.712,06 (beş min yeddi yüz on iki manat 06 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 18 (on səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə ## ###### 2017-ci il tarixdə * nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7.466,21 (yeddi min dörd yüz altmış altı manat 21 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilir. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-K-41- *****/**** saylı ##.##.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh cavabdeh1 ##.##.2025-ci il tarixə kredit üzrə cəmi borcu 9.818,43 (doqquz min səkkiz yüz on səkkiz manat 43 qəpik) manat təşkil edir. Bundan 3.950,05 (üç min doqquz yüz əlli manat 05 qəpik) manat əsas, 2.150,69 (iki min bir yüz əlli manat 69 qəpik) manat faiz, 3.146,24 (üç min bir yüz qırx altı manat 24 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 571,45 (beş yüz yetmiş bir manat 45 qəpik) manat faiz borcu təşkil edir. Cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəməyə ## ######## 2025-ci il tarixdə etiraz ünvanlayaraq bildirmişlər ki, cavabdeh1 pul lazım olduğu üçün banka müraciət etmişdir. Banka dollar ilə kredit istədiyini heç vaxt deməmişdir. Lakin qəsdən ona dollar ilə kredit verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Deməli bankın ona etdiyi ödəniş qanunsuz olmaqla konstitusiyaya ziddir. ##.##.2014-cü il tarixində onunla İddiaçı ASC arasında 12000987 say kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin əsas şərtlərinə əsasən 2 ay müddətinə illik 32 faiz, faktiki illik faiz dərəcəsi 33.14 faiz olmaqla 6370 USD pulun verilməsini özündə ehtiva edir. Iddia ərizəsi ilə razı deyildirlər. Iddiaçıya ##.##.2014-cü il tarixdən ##.##.2015-ci tarixədək ( 09.01.20 3-ci tarixdə 286 manat (362.88 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 286 manat (362.8 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 286 manat (272.38 ABŞ dolları bu zaman kursun məzənnəsi 1.05 müəyyən edilmiş idi) və ##.##.2015-ci il tarixdə də 286 manat (272.3 ABŞ dolları) məbləğində cəmi 1144 manat (1270.52 ABŞ dolları) pul ödəmişdir. Daha sonra ##.##.2015-ci il tarixdən ##.##.2015-ci il tarixədək ##.##.2015-ci tarixdə 274.76 manat (261.68 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 274.67 manat (261.5 ABŞ dolları), ##.##.2015ci il tarixdə 190.27 manat (181.21 ABŞ dolları) ##.##.2015-ci il tarixdə 67.67 manat (64.65 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 14.68 manat (14.22 ABŞ dolları) , ##.##.2015-ci il tarixdə 272.70 manat (259.7ABŞ dolları), ##.##.2015-ci il tarixdə 272.95 manat (259.96 ABŞ dolları ##.##.2015- ci il tarixdə 119.54 manat (113.85 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 89.57 manat (85.31 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 119.32 manat (113.64 AB! dolları), ##.##.2015-ci il tarixdə 63.64 manat (60.61 ABŞ dolları), ##.##.2015-ci : tarixdə 109.06 manat (103.87 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 59.69 manat 56.85 ABŞ dolları) olmaqla cəmi 1928.52 manat (1836.87 ABŞ dolları) pul ödəmişdir. Mərkəzi bank 1.55 əmsalla üzən məzənnə sisteminə keçidindən sonra ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək ##.##.2016-cı il tarixdə 114.8 manat (74.07 ABŞ dolları), ##.##.2016-cı il tarixdə 201.74 manat (130.16 AB dolları), ##.##.2016- cı il tarixdə 274 manat (175.80 ABŞ dolları) ##.##.2016-cı tarixdə 276.93 manat (183.74 ABŞ dolları), ##.##.2016-cı il tarixdə 270 manat 180.52 ABŞ dolları), ##.##.2016-cı il tarixdə 263.62 manat (171.25 ABŞ dolları). ##.##.2016cı il tarixdə 251.39 manat (162.19 ABŞ dolları, ##.##.2016-cı il tarixdə 257.39 manat ( 166.06 ABŞ dolları) olmaqla cəmi 1909.87 manat ( 1243.79 ABŞ dolları) pul ödəmişdir. Iddiaçının ABŞ dolları ilə sənədləşdirdiyi kreditin manata çevrildikdən sonra isə ##.##.2017-ci il tarixdən ##.##.2019-cu il tarixədək ##.##.2017-ci il tarixdə 170 manat, ##.##.2017-ci il tarixdə, 167 manat, ##.##.2017-ci il tarixdə 127.60 manat, ##.##.2017-ci il tarixdə 40 manat, ##.##.2017ci il tarixdə 130 manat, ##.##.2017-ci il tarixdə 21 manat, ##.##.2017-ci il tarixdə 15 manat, ##.##.2017-ci il tarixdə 100 manat, ##.##.2017-ci il tarixdə 70 manat, ##.##.2017-ci il tarixdə 252 manat, ##.##.2017-ci il tarixdə 126 manat, ##.##.2017-ci il tarixdə 124 manat, 18.# #.2017-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 125 manat, ##.##.2018-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 125 manat, ##.##.2018-ci il tarixdə 125 manat, ##.##.2018-ci il tarixdə 90 manat, ##.##.2018-ci il tarixdə 35 manat, ##.##.2018-ci il tarixdə 100 manat, ##.##.2018ci il tarixdə 26 manat, ##.##.2018-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 125 manat, ##.##.2018-ci il tarixdə 126 manat ##.##.2018-ci il tarixdə 125 manat, ##.##.2019-cu il tarixdə 126 manat və ##.##.2019-cu il tarixdə isə 125 manat olmaqla cəmi 3225.6 manat ( 1650 ABŞ dolları isə ) pul ödəmişdir. (2017-ci ilin fevral ayında məzənnə 1.92 manat, 2017-ci ilin mart ayında 1,75 manat, aprel 1,72 manat, daha sonra isə 1,70 məzənnə ilə). O iddiaçının xeyrinə ümumilikdə 8207.99 manat (6001.18 ABŞ dolları ilə) pul ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli fərmanının 4.3.1-ci maddəsinə əsasən kompensasiya , ilk növbədə proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğv etmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldirilir. Sonra isə həmin Fərmanın 4.3.2-ci maddəsinə əsasən bu qaydanın 4.3.1-ci yarımbəndinə nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Fərmana əsasən iddiaçıya olan borc tam ödənilmişdir ki, ##.##.2019-cu il tarixdə 1754.66 manat məbləğində vəsait ona kompensasiya olaraq verilmişdir. Belə ki, Problemli kreditlərin kompensasiyası sənədinə əsasən ## ###### 2015- ci il tarixinə 1493.82 manat, ##.##.2015-ci il tarixində isə 3069.37 manat olmaqla cəmi 4563.19 manat kompensasiya hesablanmışdır. Həmin kompensasiyadan 2808.53 manat da ona ödənilmişdir. Əgər kompensasiya hesablanan zaman onun banka borcu 2808.53 manatdan çox idisə niyə onun borcunu silmədən ona kompensasiya verilirdi? Beləliklə iddiaçıya 8207.99 manat (6001.18 ABŞ dolları ilə) onun və 2808.53 manatda kompensasiya olmaqla cəmi 11016.52 manat pul ödənilmişdir. Bundan başqa cavabdehlər həmin tarixdə ərizə və vəsatət ünvanlayaraq bildirmişlər ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.4-cü maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Iddiaçı İddiaçı ASC onlara qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinə iddia müddəti tətbiq etməklə, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin edilmiş, cavabdеh cavabdeh1 3950,05 (üç min doqquz yüz əlli ) manat, faiz üzrə 2067,19 (iki min altmış yeddi manat on doqquz qəpik) manat, cərimə üzrə 200 (iki yüz) manat, kredit müddəti bitdikdən sоnra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc üzrə 561,79 (beş yüz altmış bir manat yetmiş doqquz qəpik) manat, cəmi 6779,03 (altı min yeddi yüz yetmiş doqquz manat üç qəpik) manatın alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə və cavabdeh2 münasibətdə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 87,79 (səksən yeddi manat yetmiş doqquz qəpik) manat hissəsi cavabdеh cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, 30,40 (otuz manat qırx qəpik) manatın isə iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz) manatın cavabdeh cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X3, Kod: 210005 VÖEN 1401555071 m/h AZ 41 NABZ01360100000000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3, 385.1, 442, 448.1, 448.2, 449.1, 465.2, 467, 470.1, 477.0.4 və 739.1-ci maddələrinə, “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh еdilməsinə dair” Azərbaycan Rеsrublikası Kоnstitusiya Məhkəməsi Rlеnimunun ##.##.2014cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarına istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ********* nömrəli ## ###### 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki cavabdeh1 İddiaçı ASC-dən 24 ay müddətinə illik 33,14 faiz dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit almışdır. İddiaçı ASC ilə cavabdehlər cavabdeh2 arasında bağlanmış ## ###### 2014-cü il tarixli *********/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin ********* nömrəli ## ###### 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış **/**-ƏS nömrəli ##.##.2015-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, kreditin qalıq məbləği 5872,61 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti ##.##.2018-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış ## ###### 2017-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, kreditin qalıq məbləği 5712,06 manat təşkil etmişdir. Kreditin müddəti ##.##.2021-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış ## ###### 2017-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, kreditin qalıq məbləği 7466,21 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. ## #### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 3950,05 manat əsas, 2150,69 manat faiz, 3.146,24 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 571,45 manat faiz borcu təşkil edir. ## ###### 2019-cu il tarixli Problemli kreditlərin kompensasiya vərəqindən görünür ki, cavabdeh1 1754,66 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün 118,19 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları ## ###### 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin və ona əlavə edilmiş ##.##.2017-ci il tarixli * saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh1 müqavilə müddətinin bitdiyi ##.##.2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6017,24 manat məbləğində müəyyən edilir, o, cümlədən: əsas borcu - 3950,05 manat, faiz borcu 2067,19 manat, müqavilə müddətinin bitdiyi ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddətdə illik 5% dərəcəsi ilə faizin hesablanması nəzərə alınmaqla, cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6579,03 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu - 3950,05 manat; faiz borcu-2067,19 manat, faiz borcu (5% ilə) – 561,79 manat təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cavabdeh cavabdeh1 1754,66 manat məbləğində kompensasiya verilməsi öz əksini tapmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir.
6. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ##.##.2014-cü il tarixində onunla İddiaçı ASC arasında ******** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin əsas şərtlərinə əsasən 24 ay müddətinə illik 32 faiz, faktiki illik faiz dərəcəsi 33.14 faiz olmaqla 6370 USDpulun verilməsini özündə ehtiva edir. Iddia ərizəsi ilə razı deyil. Cavabdehə ##.##.2014-cü il tarixdən ##.##.2015-ci tarixədək ( ##.##.2015-ci il tarixdə 286 manat (362.88 ABŞ dolları) , ##.##.2015-ci il tarixdə 286 manat (362.88 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 286 manat (272.38 ABŞ dolları bu zaman kurs məzənnəsi 1.05 müəyyən edilmiş idi) və ##.##.2015-ci il tarixdə də 286 manat (272.38 ABŞ dolları) məbləğində cəmi1144 manat ( 1270.52 ABŞ dolları) pul ödəmişdir. Daha sonra ##.##.2015-ci il tarixdən ##.##.2015-ci il tarixədək ##.##.2015-ci il tarixdə 274.76 manat ( 261.68 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 274.67 manat (261.5 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 190.27 manat (181.21 ABŞ dolları) , ##.##.2015-ci il tarixdə 67.67 manat (64.65 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 14.68 manat ( 14.22 ABŞ dolları) , ##.##.2015-ci il tarixdə 272.70 manat ( 259.72 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 272.95 manat ( 259.96 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 119.54 manat ( 113.85 ABŞ dolları) , ##.##.2015-ci il tarixdə 89.57 manat ( 85.31 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 119.32 manat ( 113.64 ABŞ dolları) , ##.##.2015-ci il tarixdə 63.64 manat (60.61 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 109.06 manat ( 103.87 ABŞ dolları), ##.##.2015-ci il tarixdə 59.69 manat ( 56.85 ABŞ dolları) olmaqla cəmi 1928.52 manat ( 1836.87 ABŞ dolları) pul ödəmişdir. Mərkəzi bank 1.55 əmsalla üzən məzənnə sisteminə keçidindən sonra ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək##.##.2016- cı il tarixdə 114.80 manat ( 74.07 ABŞ dolları) , ##.##.2016-cı il tarixdə 201.74 manat ( 130.16 ABŞ dolları), ##.##.2016-cı il tarixdə 274 manat ( 175.80 ABŞ dolları) ##.##.2016-cı il tarixdə 276.93 manat ( 183.74 ABŞ dolları), ##.##.2016-cı il tarixdə 270 manat ( 180.52 ABŞ dolları), ##.##.2016-cı il tarixdə 263.62 manat ( 171.25 ABŞ dolları), ##.##.2016-cı il tarixdə 251.39 manat ( 162.19 ABŞ dolları, ##.##.2016-cı il tarixdə 257.39 manat ( 166.06 ABŞ dolları) olmaqla cəmi 1909.87 manat ( 1243.79 ABŞ dolları) pul ödəmişədir. Cavabdehin ABŞ dolları ilə sənədləşdirdiyi kreditin manata çevirdiyindən sonra isə ##.##.2017-ci il tarixdən ##.##.2019-cu il tarixədək ##.##.2017-ci il tarixdə 170 manat, ##.##.2017-ci il tarixdə, 167 manat, ##.##.2017-ci il tarixdə 127.60 manat, ##.##.2017-ci il tarixdə 40 manat, ##.##.2017-ci il tarixdə 130 manat, ##.##.2017-ci il tarixdə 21 manat, ##.##.2017-ci il tarixdə 15 manat, ##.##.2017-ci il tarixdə 100 manat, ##.##.2017-ci il tarixdə 70 manat, ##.##.2017-ci il tarixdə 252 manat, ##.##.2017-ci il tarixdə 126 manat, ##.##.2017-ci il tarixdə 124 manat, ##.##.2017-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 125 manat, ##.##.2018-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 125 manat , ##.##.2018-ci il tarixdə 125 manat, ##.##.2018-ci il tarixdə 90 manat, ##.##.2018-ci il tarixdə 35 manat, ##.##.2018ci il tarixdə 100 manat, ##.##.2018-ci il tarixdə 26 manat, ##.##.2018-ci il tarixdə 126 manat, ##.##.2018-ci il tarixdə 125 manat, ##.##.2018-ci il tarixdə 126 manat , ##.##.2018-ci il tarixdə 125 manat, ##.##.2019-cu il tarixdə 126 manat və ##.##.2019-cu il tarixdə isə 125 manat olmaqla cəmi 3225.6 manat ( 1650 ABŞ dolları isə ) pul ödəmişdir. (2017-ci ilin fevral ayında məzənnə 1.92 manat, 2017-ci ilin mart ayında 1.75 manat, aprel 1.72 manat, daha sonra isə 1.70 məzənnə ilə) O, cavabdehin xeyrinə ümumilikdə 8207.99 manat ( 6001.18 ABŞ dolları ilə) pul ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli fərmanının4.3.1-ci maddəsinə əsasən kompensasiya , ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğv etmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir. Sonra isə həmin Fərmanın 4.3.2-ci maddəsinə əsasən bu qaydanın 4.3.1-ci yarımbəndinə nəzərdə tutulan kredit borcları ödənildikdən sonra , qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Fərmana əsasən cavabdehə olan borc tam ödənilmişdir ki, ##.##.2019-cu il tarixdə 1754.66 manat manat məbləğində vəsait mənə kompensasiya olaraq verilmişdir. Belə ki, Problemli kreditlərin kompensasiyası sənədinə əsasən ## ###### 2015-ci il tarixinə 1493.82 manat, ##.##.2015-ci il tarixində isə 3069.37 manat olmaqla cəmi 4563.19 manat kompensasiya hesablanmışdır. Həmin kompensasiyadan 2808.53 manat cavabdehə 1754.66 manat da ona ödənilmişdir. Əgər kompensasiya hesablanan zaman onun banka borcu 2808.53 manatdan çox idi niyə onun borcunu silmədən ona kompensasiya verilirdi? Beləliklə cavabdehə 8207.99 manat ( 6001.18 ABŞ dolları ilə) mənimvə 2808.53 manatda kompensasiya olmaqla cəmi 11016.52 manat cavabdehə pul ödənilmişdir. Faktiki olaraq iddiaçı onun yekun borcuna uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli fərmanına uyğun kompensasiya almışdır. Ona görə də iddiaçı “xxxx” ASC-nin tələbi əsaslı sayıla bilməz.
9. Qeyd olunanlara əsasən Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehlər cavabdeh2 və cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 60.3-cü maddəsinə əsasən ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası ləğv edilən hüquqi şəxsin adından məhkəmədə çıxış edir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh cavabdeh1 Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən cavabdeh cavabdeh1 aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
24. Belə ki, cavabdeh cavabdeh1 öz riski ilə müqavilə bağladıqlarından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.
25. Işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir.
26. Mülki Məcəllənin 421-ci maddəsinin II və III hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
27. Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.6-cı maddəsinə əsasən şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir.
29. Bundan başqa, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, müvafiq olaraq ## ###### 2025-ci il tarixli, */**** saylı ekspert rəyi ilə ## ###### 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin və ona əlavə edilmiş ##.##.2017-ci il tarixli * saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh1 müqavilə müddətinin bitdiyi ##.##.2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6017,24 manat məbləğində müəyyən edilir, o, cümlədən əsas borcu - 3950,05 manat, faiz borcu 2067,19 manat, müqavilə müddətinin bitdiyi ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddətdə illik 5% dərəcəsi ilə faizin hesablanması nəzərə alınmaqla, cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6579,03 manat məbləğində müəyyən edilir, o,cümlədən əsas borcu - 3950,05 manat. faiz borcu - 2067,19 manat, faiz borcu (5% ilə) – 561,79 manat təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cavabdeh cavabdeh1 1754,66 manat məbləğində kompensasiya verilməsi öz əksini tapmamışdır.
30. Bundan başqa, apellyasiya şikayətinin iddia müddətinin tətbiq edilməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qеyd edir ki, ## ###### 2017-ci il tarixli əlavə saziş üzrə kreditin qaytarılmasının son müddəti kimi ##.##.2022-ci il tarixi müəyyən edilmiş, LPO xxxx ASC tərəfindən isə həmin tarixdən 3 illik iddia müddəti ötürülmədən, yəni ##.##.2025-ci il tarixdə hazırkı mülki iş üzrə iddia ərizəsi elektron qaydada birinci instansiya məhkəməsinə göndərilmiş, bununla da iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.