Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-442/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi, vərəsələrin sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASCnin xeyrinə ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 10.028,67 manat əsas borc olmaqla cəmi 10.028,67 manat və ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 67.10 manat əsas borc və 2.32 manat faiz borcu olmaqla cəmi 69.42 manat məbləğində kredit borcunun, ödənilmiş 120.29 (bir yüz iyirmi manat iyirmi doqquz qəpik) dövlət rüsumunun və 0,4 (qırx qəpik) xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin Göyçay filialı ilə İbrahimov Çingiz Əmraslan oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 27.9 faiz olmaqla 11600 manat məbləğində nağd kredit və ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart kredit limiti verilmişdir. Borclu İbrahimov Çingiz Əmraslan oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin ##.##.****-ci il tarixli *** saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum İbrahimov Çingiz Əmraslan oğlunun adına V-76/**** reyestr nömrəli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh ##.##.****-ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Göyçay” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, İbrahimov Çingiz Əmraslan oğlunun ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 10.028,67 manat əsas borc olmaqla cəmi 10.028,67 manat və ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 67.10 manat əsas borc və 2.32 manat faiz borcu olmaqla cəmi 69.42 manat borcu qalmışdır. Cavabdeh mərhum İbrahimov Çingiz Əmraslan oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Birinci instansiya məhkəməsinin məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, mərhum əri İbrahimov Çingiz Əmraslan oğlunun İddiaçı ASC-nə borcu olmasın bilmiş, lakin yenidən kredit götürməsindən məlumatı olmamışdır. Ərindən bir ev qalmış həmin evdə atasının adına olub. Mərhum əri İbrahimov Çingiz Əmraslan oğlu vəfat etdikdən sonra ona çatan miras payından 2597.10 manat pulu almış, 207.43 manat pulu isə ala bilməmiş, bununla bağlı müraciət etmiş, lakin qalan məbləği ala bilməmişdir. Qızı ailəsindən boşandıqdan sonra azyaşlı uşağa o baxır. O, imkanı çatacaq qədər məbləğ tutulsun ki, sonra banka ödəniş edə bilsin. Bundan başqa o, “xxxx” ASC-dən kredit götürmüş, hər ay orada ödənişlər edir.
4. İddiaçı İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
5. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.Qurbanova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli BPM************ nömrəli kredit müqavilələrinə əsasən 3133.36 (üç min yüz otuz üç manat otuz altı qəpik) məbləğində borcun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdeh Cavabdeh 37.32 (otuz yeddi manat otuz iki qəpik) məbləğində dövlət rüsumu və 0.40 (qırx) manat məbləğində xidmət haqqı iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə İbrahimov Çingiz Əmraslan oğlu arasında ##.##.2023-cü il tarixli BPM************ nömrəli kredit müqaviləsinə əsasən illik 27.9 faiz olmaqla 48 ay müddətinə 11600 manat məbləğində nağd kredit verilmişdir. ##.##.2023-cü il tarixli BPM************ nömrəli kredit müqaviləsinə əsasən (Tam Kart vasitəsilə) 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart kredit limiti verilmişdir. İbrahimov Çingiz Əmraslan oğlunun bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsəsi tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, borclu İbrahimov Çingiz Əmraslan oğlu ##.##.2024cü il tarixdə vəfat etmiş, İbrahimov Çingiz Əmraslan oğlunun vəfatından sonra Cavabdeh İbrahimov Çingiz Əmraslan oğlundan qalan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinat, orta əmək haqqının üç misli miqdarında müavinat və son haqq hesab pulunu qəbul etmiş miras əmlaka münasibətdə məsuliyyət daşıyır. 8.Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı ASC ilə İbrahimov Çingiz Əmraslan oğlu arasında etibarlı kredit müqavilələrinin bağlanmasına baxmayaraq, kredit müqavilələri üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, borclu İbrahimov Çingiz Əmraslan oğlunun vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsəsi borclu qismində payına mütənasib surətdə miras qoyanın borclarını ödəməlidir. 9.Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli BPM************ nömrəli kredit müqavilələrinə əsasən 3133 manat 36 qəpik məbləğində borc iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
10. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin bir qismi 3133 manat 36 qəpik hissədə təmin edildiyindən dövlət rüsumu da ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 37.32 (otuz yeddi manat otuz iki qəpik) məbləğində dövlət rüsumu, 0.40 (qırx) qəpik xidmət haqqı cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ASC-nə ödənilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 743.1, 743.2, 740.1, 740.4, 742.5.2, 1151.1, 1306.1, 1306.2, 1306.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 107, 119.1, 217.2-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnaməndən narazı qalan iddiaçı İddiaçı ASC tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.
13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual Məcəllənin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən mərhum İbrahimov Çingiz Əmraslan oğlunun vərəsəsi barədə məlumat verilməsi üçün Göyçay rayon Notariat Ofisininə tərəfləridən müraciət edilmiş və Göyçay rayon Notariat Ofisinin ##.##.****-ci il tarixli *** saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum İbrahimov Çingiz Əmraslan oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra mərhum İbrahimov Çingiz Əmraslan oğlunun vərəsəsi Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair müraciət edilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun tam ödənilməsi xahiş olunsa da, müvafiq xəbərdarlığı qəbul etdikdən sonra mərhum İbrahimov Çingiz Əmraslan oğlunun vərəsəsi Cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, mərhum İbrahimov Çingiz Əmraslan oğlunun vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulmasına dair iddia tələbi qanunvericiliyin tələblərinə əsasən verilmişdir.
14. Qeyd edir ki, cavabdeh Cavabdeh Göyçay rayon Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da cavabdeh Cavabdeh mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək olmadığından, vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır. Cavabdeh Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə öz mülahizəsinə əsasən iddianı qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
15. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş və qeyri müəyyən məlumat olaraq mərhum adına hər hansı əmlak olmadığını bildirmişdir. İddiaçı tərəf isə iddanın əsasını təsdiq edən bütün sübutlarını eyni zamanda Notarius tərəfindən təqdim edilən məktuba əsasən iddiaya cavab verməli şəxsin kim olmasını məhkəmə təqdim etsə də, məhkəmə mirasın həcmi müəyyən olunmadan iddianın qismət təmin olunması barədə qərar qəbul etmişdir.
16. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin ediməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı İddiaçı ASC-nin nümayəndəsi və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 472.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən, (köhnə redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.1-ci maddəsinə əsasən, (yeni redaksiyada) borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1255-ci maddəsinə əsasən, Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən, (mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olan) mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyator Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın rədd edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, beləliklə maddi hüquq normalarının tələbləri pozulmuş, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Göyçay filialı ilə İbrahimov Çingiz Əmraslan oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 27.9 faiz olmaqla 11600 manat məbləğində nağd kredit və ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart kredit limiti verilmişdir. Borclu İbrahimov Çingiz Əmraslan oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin ##.##.****-ci il tarixli *** saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum İbrahimov Çingiz Əmraslan oğlunun adına V-76/**** reyestr nömrəli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh ##.##.****-ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İbrahimov Çingiz Əmraslan oğlunun ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 10.028,67 manat əsas borc olmaqla cəmi 10.028,67 manat və ##.##.2023-cü il tarixli BPM************ saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 67.10 manat əsas borc və 2.32 manat faiz borcu olmaqla cəmi 69.42 manat borcu qalmışdır. Cavabdeh mərhum İbrahimov Çingiz Əmraslan oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək olmadığından, vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıması, vərəsəlik şəhadətnaməsinin mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıması, cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim edilməməsi, iddiaçı tərəf isə iddanın əsasını təsdiq edən bütün sübutlarını eyni zamanda Notarius tərəfindən təqdim edilən məktuba əsasən iddiaya cavab verməli şəxsin kim olmasını məhkəmə təqdim etsə də, məhkəmə mirasın həcmi müəyyən olunmadan iddianın qismən təmin olunması barədə qərar qəbul etməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, borclu İbrahimov Çingiz Əmraslan oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən mərhum İbrahimov Çingiz Əmraslan oğlunun adına V-76/**** reyestr nömrəli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh ##.##.****-ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ##.##.****-ci il tarixli, *-**-*/*-****/**** nömrəli arayışına əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinat – 207.43 (iki yüz yeddi manat qırx üç qəpik) manat, orta əmək haqqının üç misli miqdarında müavinat 2597.10 (iki min beş yüz doxsan yeddi manat on qəpik) manat və son haqq hesab 328.83 (üç yüz iyirmi səkkiz manat səksən üç qəpik) manat puldan ibarətdir.
29. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC ilə İbrahimov Çingiz Əmraslan oğlu arasında ##.##.2023-cü il tarixli BPM************ nömrəli kredit müqaviləsinə əsasən illik 27.9 faiz olmaqla 48 ay müddətinə 11600 manat məbləğində nağd kredit verilmişdir. ##.##.2023-cü il tarixli BPM************ nömrəli kredit müqaviləsinə əsasən (Tam Kart vasitəsilə) 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart kredit limiti verilmişdir. İbrahimov Çingiz Əmraslan oğlunun bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsəsi tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır. Borclu İbrahimov Çingiz Əmraslan oğlu ##.##.2024-cü il tarixdə vəfat etmiş, İbrahimov Çingiz Əmraslan oğlunun vəfatından sonra Cavabdeh İbrahimov Çingiz Əmraslan oğlundan qalan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinat, orta əmək haqqının üç misli miqdarında müavinat və son haqq hesab pulunu qəbul etmiş miras əmlaka münasibətdə məsuliyyət daşıyır.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılşamır və toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı ASC ilə İbrahimov Çingiz Əmraslan oğlu arasında etibarlı kredit müqavilələrinin bağlanmasına baxmayaraq, kredit müqavilələri üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, borclu İbrahimov Çingiz Əmraslan oğlunun vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsəsi borclu qismində payına mütənasib surətdə miras qoyanın borclarını ödəməlidir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki apellyasiya şikayəti təmin edilməlidir.
32. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh Göyçay rayon Notariat Ofisindən almış olduğu ##.##.****-ci l tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə onun mirası qəbul etdiyini sübut edir. Cavabdeh Cavabdeh mirası qəbul etdiyindən miras əmlakı təşkil edən hüquq və öhdəlikləri qəbul etmiş sayılır.
33. Vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur.
34. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
35. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
36. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
37. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Bu baxımdan kreditorların mirası qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
38. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
39. Göründüyü kimi, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir.
40. Bununla da, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün müəyyən etməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur.
41. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
42. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
43. İşin hallarından da göründüyü kimi İbrahimov Çingiz Əmraslan oğlundan qalmış miras əmlak notarius tərəfindən siyahıya alınmamışdır. Bu halda İbrahimov Çingiz Əmraslan oğlunun borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi onun vərəsəsi olan cavabdehin üzərinə düşür. Cavabdeh məhkəməyə bununla bağlı sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır.
44. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianı qismən təmin etməklə həmin hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə, iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın rədd edilmiş ##.##.2023-cü il tarixli BPM************ saylı kredit müqavilələri üzrə 6964,73 manat kredit borcu və ödənilmiş 82,97 manat dövlət rüsumuna dair hissələrdə ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdədə təmin edilməlidir.
45. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 6964,73 manata və 82,97 manat dövlət rüsumuna dair hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli BPM************ saylı kredit müqavilələri üzrə 6964,73 (altı min doqquz yüz altmış dörd manat yetmiş üz qəpik) manat məbləğində kredit borcu və 82,97 (səksən iki manat doxsan yeddi qəpik) manat dövlət rüsumu iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulsun. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı ASC–in apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.