Məhkəmə qərarları › İş №e-2(3-10)-461/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-461/2026

13.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-461/2026 13.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbi barədə iddiası, iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılaraq boşaldılması, torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, maneçiliklərin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi barədə ilk, torpaq sahəsindən çıxarılaraq boşaldılması, torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, maneçiliklərin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi, qismən ləğv, qismən təmin) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X4 ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbi barədə iddiası, iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılaraq boşaldılması, torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, maneçiliklərin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən 9350 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 113,50 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Ismayıllı rayonu Qalagah kəndində yerləşən JN212 seriyalı KOD ******** nömrəli dövlət aktına uyğun olaraq ümumi birgə mülkiyyətdə olan 2,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin həmin ərazidən çıxarılaraq boşaldılması, cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Ismayıllı rayonu Qalagah kəndində yerləşən JN-212 seriyalı KOD ******** nömrəli dövlət aktına uyğun olaraq ümumilikdə 2,60 hektar torpaq sahəsinin istifadəsinə törədilən maneçiliklərin aradan qaldırılması, ötən dövr ərzində cavabdeh İddiaçı qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsinin əkib-becərtdiyinə görə ona dəymiş 8000 manat və dövlət rüsumu kimi ödənilmiş 100,40 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, 2006-cı il tarixində Ismayıllı rayonu Qalagah kəndində yerləşən JN-212 kod ******** saylı cavabdeh2 məxsus dövlət aktına uyğun olaraq 2.60 hektar torpaq sahəsini ona satdığına görə 5500 ABŞ dolları, yəni 9350 manat ödəmişdir. Cavabdeh cavabdeh2 həmin torpaq sahəsini sənədləşdirib onun adına rəsmiləşdirmək öhdəliyini öz üzərinə götürmüşdür. Qohum olduqlarına görə o, cavabdeh cavabdeh2 inanmış, lakin uzun müddət keçməsinə baxmayaraq bu günə qədər həmin torpaq sahəsini rəsmiləşdirməyərək onunla alqı-satqı etməmişdir. Eyni zamanda cavabdeh cavabdeh2 torpağın hal-hazırda rəsmiləşdirilməsini nəinki etmir, hətta sənədləşdirilməsinə köməklik belə göstərmir. Bununla da cavabdehlər ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 maddəsində nəzərədə tutulmuş cinayət əməli törətmişlər. Bu barədə o, Ismayıllı rayon Polis Şöbəsinə müraciət etmişdir. ##.##.2025-ci il tarixdə AR DIN-nin Baş Təhqiqat və Istintaq Idarəsindən ona bildirirlər ki, cinayət işinin başlanması və rədd olunması barədə qərar qəbul olunmuşdur. Araşdırma zamanı cavabdehlər həqiqətən də torpaq sahəsinə görə pul aldıqlarını etiraf etmişlər. Ancaq torpaq sahəsini cavabdeh cavabdeh1 satmaq istəmədiyinə görə hazırda öhdəlikləri yerinə yetirməmişlər. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər sənədləşmə işini görmürlər, nə də pulunu qaytarmırlar. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Ismayıllı rayonu Qalagah kəndində yerləşən JN212 seriyalı KOD ******** nömrəli dövlət aktına uyğun olaraq ümumi birgə mülkiyyətdə olan 2,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin həmin ərazidən çıxarılaraq boşaldılması, cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Ismayıllı rayonu Qalagah kəndində yerləşən JN-212 seriyalı KOD ******** nömrəli dövlət aktına uyğun olaraq ümumilikdə 2,60 hektar torpaq sahəsinin istifadəsinə törədilən maneçiliklərin aradan qaldırılması, ötən dövr ərzində cavabdeh İddiaçı qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsinin əkib-becərtdiyinə görə ona dəymiş 8000 manat və dövlət rüsumu kimi ödənilmiş 100,40 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Ilqar Hüseynov) iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 9350 manat məbləğində pul və 113,50 manat ödənilmiş dövlət rüsumu – cəmi 9463 (doqquz min dörd yüz altmış üç) manat 50 (əlli) qəpik alınaraq iddiaçı İddiaçı ödənilməsi,iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılaraq boşaldılması, torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, maneçiliklərin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı cavabdeh2 özünə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə, Avropa Insan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı»iş üzrə ## #### 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2, 14.2.7 337, 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış JN-212 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ismayıllı rayonun Qalagah kəndi ərazisindən 2,60 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi cavabdeh2 və X1 mülkiyyətindədir. Ismayıllı rayon Polis Şöbəsinin ## ######## 2025-ci il tarixli qərarının surətindən görünür ki, Ismayıllı RPŞ-də qeydə alınmışHK-*/**** nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarda cavabdeh2 izahatında qeyd etmişdir ki, “1998-ci ildə torpaqların islahatları gedən zaman ona və arvadı cavabdeh1 2,60 ha pay torpaq sahəsi verilmiş, orada taxıl əkmişdir. 2006-cı ildə müalicəsinə pul lazım olduğu üçün əmisi oğlu İddiaçı 5500 dollar pul istəmiş, həmin pulun müqabilində adı gedən 2,60 ha torpaq sahəsini verəcəyini bildirmişdir. İddiaçı da razılaşaraq ona 5500 dollar pul vermişdir. O sonda izahatında adına olan 2,60 ha torpaq sahəsini İddiaçı adına rəsmiləşdirilməsinə heç bir etiraz etmədiyini qeyd etmişdir.” ## ####### 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 113,50 manat dövlət rüsumu ödənilmişdir. ## ###### 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəflərin həqiqi münasibətini müəyyən edə bilməmiş, mötəbər sübut olmadan ilkin iddianı təmin etmiş, qarşılıqlı iddiaya tam münasibət bildirilməmişdir. Ona münasibətdə ilkin iddia sübuta yetirilməmişdir. Ümumiyyətlə ilkin iddiaçı ilə onların torpağın satışı ilə heç bir razılaşmaları olmamışdır. Həmin torpaq sahəsi Cuvarov Bəxtiyarla onun birgə nikah dövründə alınmışdır. O, İddiaçı ümumiyyətlə tanımır, onunla ərinin isə hər hansı razılaşmasını xatirlamır. Ilkin iddiaçı və onun mərhum atası tərəfindən sözdə qayınatası arasında razılıq əsasında müəyyən müddət torpaq sahəsində taxıl əkilmişdir. Daha sonra torpaq sahəsinin özləri əkib becərmişlər. Lakin 2025-ci ildə qarşı tərəf qanunsuz olaraq torpaqlarını ələ keçirmiş, orada əkin aparmışdır. Halhazırda da torpaq sahəsini qanunsuz olaraq istifadə edir. Məhkəmə bununla bağlı heç bir eskpertiza, yerli baxış keçirmədən qarşılıqlı iddianı rədd etmiş, qarşlıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, “məhkəmə araşdırması zamanı müəyyən edilmişdir, hazırda mübahisə predmeti olan torpaq sahəsindən cavabdeh2 və cavabdeh1 istifadə edir. İddiaçı qeyd olunan torpaq sahəsini və ya həmin torpaq sahəsinin satın alınması ilə bağlı verdiyi pulu tələb edir. “ Məhkəmə tərəfindən torpaq sahəsinin hal-hazırda kimin tərəfindən əkildiyi araşdırılmamışdır. Bununla bağlı bələdiyyə və ya kənd icarə nümayəndəliyinə heç bir sorğu verilməmişdir. Ümumiyyətlə məhkəmə gəldiyi nəticəni heç bir sübut olmadan əsaslandıra bilməmişdir. Məhkəmə iclasında ilkin cavabdeh Cuvarov Bəxtiyar paylı mülkiyyətində olan torpaq sahəsinin 5500 ABŞ dolları C.Əmirə satdığını inkar etmiş, polis idarəsində verdiyi izahatın təsiri altında məcbur edilərək verildiyi etiraf etmiş, həmin izahatın verildiyi vaxtdan bir gün sonra polisə ərizə verilərək həmin izahatın təsiri altında verilməsini bildirmiş və onun etibarsız sayılmasını xahiş etmişdir. Ona münasibətdə isə məhkəmə ilkin iddianın ona aidiyyətini sübuta yetirə bilməmişdir. O, ilkin iddiaçını tanımır, torpağın ona satılıb-satılmamasına heç vaxt heç bir formada razılıq olmamışdır. Hal-hazırda Cuvarov Bəxtiyarla birgə ondan 9350 manat məbləğində (5500 dollar) pulun tutulması qanunsuz və əsassızdır. Ilkin iddiaçının ona qarşı pul tələbi irəli sürməsi qanunsuzdur və əsassız varlanma məqsədi daşıyır. Onların arasında heç bir əqd və ya müqavilə olmamışdır. Cavabdeh Cuvarov Bəxtiyar polis idarəsində təsir altında verdiyi izahatı məhkəmə rəhbər tutaraq ona qarşı iddia tələbi təmin etmişdir. Halbuki, həmin şəxdən onun nə vaxtsa pul almağı əvəzində torpağı satdığı heç vaxt olmamışdır. Tərəflər arasında heç bir müqavilə və ilkin razılaşma olmamışdır. Bunun əksini sübut edən ilkin iddiaçının heç bir dəlili və sübutu olmamışdır. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Mübahisəli torpaq sahəsinin İddiaçı satılmasını təsdiq edən heç bir razılaşma və müqavilə olmamışdır. Belə halda o, niyə ilkin iddiaçıya hansısa məbləğ ödəməlidir?! Cavabdeh məhkəməyə müraciət etmək hüququndan sui-istifadə etmişdir. Məhkəmə qətnaməsində hakimin gəldiyi nəticə obyektiv, real və məntiqə uyğun deyil. Pul məbləğinin onlardan tutulan məbləği müəyyən edilərkən məhkəmə obyektiv olmayan və həqiqəti əks etdirməyən, bütün sübutlara hüquqi qiymət vermədən və yoxlama aparılmadan əsassız olaraq ilkin iddianı təmin etmişdir.

9. Odur ki, Ismayıllı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cuvarov Bəxtiyar Hümbət oğlu və cavabdeh1 məhkəmə iclasına gəlməmişlər.

12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Ismayıllı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası: 125-ci maddəsinin VII-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Apellyasiya şikayəti verən cavabdeh cavabdeh1 Ismayıllı Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. «Mahmudov Rusiyaya qarşı»iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin müəyyən edilmiş halların əsasən hesab etmişdir ki, cavabdehlər sözügedən torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müəyyən vəsait aldıqları halda üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Buna görə də, cavabdehlər özlərinin risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, dəymiş ziyanı iddiaçıya qaytarmalıdırlar. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqdin etibarsızlığı nəticəsində isə cavabdehin varlanması faktı müəyyən edilir ki, bu halda da tərəflər arasındakı münasibətlər əsassız varlanmadan irəli gələcəkdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldıqları halda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə onun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılırlar. Cavabdehlər əsassız varlanmadan əldə etdikləri vəsaiti iddiaçıya qaytarmalı olduqlarından məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, 5500 ABŞ dollarının hazırki məzənnəsinə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbinin 9350 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsindən cavabdeh2 və cavabdeh1 istifadə edir. İddiaçı qeyd olunan torpaq sahəsini və ya həmin torpaq sahəsinin satın alınması ilə bağlı verdiyi pulu tələb edir. cavabdeh2 qarşılıqlı iddia tələbində ötən dövr ərzində İddiaçı qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsinin əkib-becərtdiyinə görə ona dəymiş 8000 manat pulu tələb etsə də həmin faktı mötəbər sübutlarla təsdiq edə bilmədi. Məhkəmə araşdırması zamanı da həmin fakt da öz təsdiqini tapmadı. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

25. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

26. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

27. Belə ki, iddiaçı/cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərmişdir ki, o, 2006-cı il tarixində Ismayıllı rayonu Qalagah kəndində yerləşən JN-212 kod ******** saylı cavabdeh2 məxsus dövlət aktına uyğun olaraq 2.60 hektar torpaq sahəsini ona satdığına görə 5500 ABŞ dolları, yəni 9350 manat ödəmişdir. Cavabdeh cavabdeh2 həmin torpaq sahəsini sənədləşdirib onun adına rəsmiləşdirmək öhdəliyini öz üzərinə götürmüşdür. Qohum olduqlarına görə o, cavabdeh cavabdeh2 inanmış, lakin uzun müddət keçməsinə baxmayaraq bu günə qədər həmin torpaq sahəsini rəsmiləşdirməyərək onunla alqı-satqı etməmişdir. Eyni zamanda cavabdeh cavabdeh2 torpağın hal-hazırda rəsmiləşdirilməsini nəinki etmir, hətta sənədləşdirilməsinə köməklik belə göstərmir. Cavabdeh həqiqətən də torpaq sahəsinə görə pul aldığını etiraf etmişdir.

28. Bundan başqa, iddiaçı/cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o pulunu cavabdeh2 və onun atasından tələb edir. Pulu ona cavabdeh2 qaytarmalıdır.

29. Göründüyü kimi, iddiaçı/cavabdeh İddiaçı pulu cavabdeh cavabdeh2 vermiş, digər cavabdeh cavabdeh1 isə hər hansı məbləğdə pul verməmişdir.

30. Bundan başqa, iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsindən 2014-cü ildən cavabdehin atası, 2025-ci ildən isə özü istifadə edir. Ona torpaq sahəsindən istifadə üçün cavabdeh2 tərəfindən 10 illik müddətə etibarnamə verilmişdir.

31. Işdə olan ## #### 2025-ci il tarixli etibarnamədən görünür ki, cavabdeh2 DTXK-nin Ismayıllı rayon şöbəsindən ##.##.1998-ci il tarixdə verilmiş, JN 212 KOD 40710018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Ismayıllı rayonu Qalagah kəndində yerləşən 2.60 ha torpaq sahəsindən ona məxsus torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı (alğı-satqı zamanı notariusun depozit hesabına qoyulan pul məbləğini götürməyi), buna dair müqaviləni imzalamağı, DƏDKR xidmətindən forma 1 arayış (yüklü olub-olmaması) almağı, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar edir.

32. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruru hesab edir.

33. Işdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış JN-212 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ismayıllı rayonun Qalagah kəndi ərazisindən 2,60 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi cavabdeh2 və X1 mülkiyyətindədir.

34. Iddiaçı/cavabdeh İddiaçı mübahisəli torpaq sahəsinin istifadəsində olduğunu etiraf edir. Göründüyü kimi, İddiaçı tərəfindən cavabdeh2 və X1 qanunla qorunan hüquqları pozulur, yəni onlara mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulur.

35. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

36. Işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmamışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət verməmişdir.

37. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar tam və ətraflı araşdırılmamış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır.

38. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilk iddia tələbini tam təmin, qarşılıqlı iddia tələbini isə rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ismayıllı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia ərizəsi cavabdeh cavabdeh1 aid olan hissədə rədd edilməli, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilmiş cavabdeh cavabdeh1 münasibətdə və qarşılıqlı iddianın rədd edilmiş iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılaraq boşaldılması, torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması və maneçiliklərin aradan qaldırılması hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı cavabdehlərdən 9350 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 113,50 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi cavabdeh cavabdeh1 aid olan hissədə rədd edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Ismayıllı rayonu Qalagah kəndində yerləşən JN-212 seriyalı KOD ******** nömrəli Dövlət Aktına uyğun olaraq cavabdeh2 və cavabdeh1 ümumi birgə mülkiyyətdə olan 2,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılaraq boşaldılsın, cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulsun və törədilən maneçilikləri aradan qaldırılsın. Ilkin iddia tələbinin cavabdeh cavabdeh2 9350 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 113,50 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi və qarşılıqlı iddia tələbinin Ismayıllı rayonu Qalagah kəndində yerləşən JN-212 seriyalı KOD ******** nömrəli Dövlət Aktına uyğun olaraq cavabdeh2 və cavabdeh1 ümumi birgə mülkiyyətdə olan 2,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılaraq boşaldılması, cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması və törədilən maneçilikləri aradan qaldırılması eyni anda icra edilsin. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1 mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar