Məhkəmə qərarları › İş №e-2(3-10)-479/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-479/2026

05.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-479/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması”tələbinə dair mülki iş üzrə (Açar sözlər: Subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2590 (iki min beş yüz doxsan) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini və 45,90 (qırx beş, doxsan) manat dövlət rüsumu, ümumilikdə 2639,90 (iki min altı yüz otuz beş, doxsan) manat tutularaq iddiaçı İddiaçıASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icraata götürmə haqqında qərardadı ilə mülki iş sadələşdirilmiş icraat (kiçik mübahisələr üzrə iddia ərizəsi) qaydasında icraata götürülmüşdür.

3. Iddiaçı İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Krone” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixində PME********** saylı müqavilə ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. ##.##.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Krone” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “X3 LC200” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri DYPI tərəfindən tərtib olunan qərara əsasən “Krone” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Cavabdeh yolnəqliyyat hadisəsi yerindən yayınmışdır. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 2590 (iki min beş yüz doxsan) manat məbləğində maddi zərər dəymişdir. Beləliklə, İddiaçı ASC tərəfindən qeyd edilən yol-nəqliyyat hadisəsində zərərçəkənə 2590 (iki min beş yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

4. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək onun ümumiyyətlə İddiaçı ASC-yə heç bir borcu olmadığını, ümumiyyətlə hazırki ərizənin ona heç bir aidiyyətinin olmadığını, ona görə də o, ərizədə qeyd olunanlarla razılaşmadığını və ərizəyə etirazını bildirdiyini qeyd etmişdir. Belə ki, o, heç bir qəza törətməmiş, hazırda sığorta ilə bağlı onun heç bir borcu yoxdur. Göstərilənlərə əsasən, İddiaçı ASC-nin ona qarşı qaldırdığı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini rədd edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsini ##.##.2025-ci il tarixli qərardadına əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. Iddiaçı İddiaçı ASC “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakları olmadan iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izah etdi ki, o, ##.##.2025-ci il tarixdə Bakı şəhərində olsa da, heç bir qəza törətməmişdir. Onun idarə etdiyi yük avtomobilidir. O, “X3 LC200” markalı avtomobili vurmuş olsa idi, sözügedən avtomobil tez bir zamanda onu yaxalayardı. Hətta ona Bakı şəhəri DYPI-dən zəng edərək ora dəvət edən zaman, o videogörüntü istəmiş və hadisənin harada olduğunu soruşmuşdur. Lakin ona sübut üçün görüntü göstərməmişlər. Məhkəmə sorğusu ilə alınmış videogörüntüdə avtomobilin sürtünməsini görsə də onu hiss etməmişdir. Belə ki, onun sığortası olmuş və sığortası ola-ola hadisə yerindən yayınması məntiqsiz olardı. Verilmiş suala cavab olaraq bildirdi ki, sözügedən avtomobili satmışdır və inzibati xəta haqqında haqqında protokol üzrə cərimə onun tərəfindən yox, məhz avtomoili alan şəxs tərəfindən ödənilmişdir. Qərardan şikayət verməmişdir.

7. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) ## ##### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2590 manat məbləğində pulun ödənilmiş 35.90 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazda göstərdiyi hallar iş materialları ilə təkzib olunur. Belə ki, cavabdeh tərəfindən iddiaya etirazı, eyni zamanda məhkəmə iclas zalında iddianı qəbul etməməsi hissəsinə münasibətdə qeyd edir ki, ilk növbədə izibati tənbeh vermə haqqında qərarın ödənilməsi inzibati məsuliyyətin qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə sorğusu əsasında əldə edilmiş zərərçəkmiş şəxsin ərizəsi və CD diskdəki videogörüntüdə inzibati hadisə məhz cavabdeh tərəfindən törədilməsi sübuta yetirilir.

9. Göründüyü kimi, cavabdehin vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 2590 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 35.90 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1108.1, 1114.1, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1, 63.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1. 124.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən vaxt o, iddianı qəbul etməyərək izah etmişdir ki, həmin avtomobilin özü o hərəkətdə olarkən sol arxa təfəfdən onun idarə etdiyi avtomobilə sürtüb və sonradan məhkəmə vaxtı şəkildə görmüşdür ki, ön tərəfdən həmin avtomobildə sürtünmə-cızıq izi var (hansı ki ümumi təmir xərci cəmi 500 manatdan artıq ola bilməz). Lakin güzgüsü olduğu kimi yerində qalır. Həmin avtomobili vurmuş olsaydı ilk növbədə kənara çıxıntısı olan güzgü sınmış olardı. ##.##.2025-ci il tarixdə Bakı şəhərində olsa da, heç bir qəza törətməmişdir. Onun idarə etdiyi yük avtomobilidir. O, "X3 LC200" markalı avtomobili vurmuş olsa idi, sözügedən avtomobil tez bir zamanda onu yaxalayardı. Hətta ona Bakı şəhəri DYPI-dən zəng edərək ora dəvət edən zaman, o, videogörüntü istəmiş və hadisənin harada olduğunu soruşmuşdur. Lakin ona sübut üçün onun həmin avtomobili vurma görüntüsünü göstərilməmişdir. Belə ki, onun idarə etdiyi avtomobilin də sığortası var idi. Sığortası ola-ola hadisə yerindən yayınmağın da çox məntiqsiz olduğunu bildirmişdir.

14. Sözügedən avtomobili satdığını və inzibati xəta haqqında protokol üzrə cərimənin onun tərəfindən yox, məhz avtomoili alan şəxs tərəfindən ödənildiyini, ona görə Qərardan şikayət vermədiyini bildirmişdir. Ona görə də hesab edir ki, qəbul olunmuş qətnamə ilə onun hüquqları kobud şəkildə pozulmuşdur. O, heç kimə zərər vurmamış və heç kim onun təqsiri üzündən xərcə düşməmişdir. Ona görə də vurmadığı zərərə görə (iddiaçının özünün təqsiri üzündən vurulan zərərə görə) üzərinə qətnamədə qeyd olunan məbləğin yüklənməsi ədalətsizlikdir və əsassızdır.

15. Hesab edir ki, qəbul olunmuş qətnamə tam əsassızdır. (Məbləğ isə hadisə onun tərəfdən törədilmiş olsaydı belə həddindən artıq şişirdilərək hesablanmış bir məbləğdir). Ona görə də hesab edir ki, qeyd etdiyi hallar xüsusi biliyə malik olan mütəxəssis tərəfindən araşdırılmalı və bu məqsədlə ekspertiza təyin edilərək rəy alınmalıdır.

16. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və alınacaq ekspert rəyi əsasında (iddianın rədd olunması barədə) yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Iddiaçı İddiaçı ASC işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindənhüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

21. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Cavabdeh Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır.

32. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; ##.##.2025-ci il tarixli PME********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Krone” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək “xxxx” MMC tərəfindən sığorta edilmişdir;

33. Iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2025-ci il tarixli IAS****** nömrəli işə dair Sığorta ödəniş aktından görünür ki, hazırki sığorta aktı baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı avtomobilin, üçüncü şəxslərə vurduğu maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair tərtib olunmuşdur;

34. Iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ##.##.2025-ci il tarixli, IB0078697836_000097_250708 ödəniş nömrəli ödəniş tapşırığından görünür ki, X5 hesabına 2590 manat xxxx tərəfindən ödənilmişdir.

35. Iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ##.##.2025-ci il tarixli “Qüsur aktı”ndan görünür ki, “Toyota” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə 2590 manat zərər dəymişdir;

36. Iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən arayışdan görünür ki, ##.##.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsini növü: toqquşma, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs: “Krone SDP 27 X6 sürücüsü Cavabdeh, yol-nəqliyyat hadisəsində zərərçəkmiş şəxs “X3 LC 200” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7r;

37. Iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən X5 Bakı şəhər BPI DYPI-nin rəisinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, ##.##.2025-ci il tarixdə, saat təxminən 23:30 radələrində idarə etdiyi “Toyota” markalı ** TT *** dövlət nişanlı avtomaşınla 20 yanvar dairəsində hərəkətdə olan zaman onunla eyni zolaqla istiqamətdə solunda hərəkətdə olan yük maşını ona məxsus avtomobil sol qabaq hissəsini vuraraq əzir və hərəkətini dayandırmır. Sonradan həmin avtomobilin arxadan qoşquda ** ZB *** dövlət nömrə nişanlı olmasını görmüşdür. Daha sonra siqnal və əl işarəsi ilə saxla işarəsi versə də sözügedən avtomobil hərəkətini davam edərək uzaqlaşmışdır.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ASC-də ##.##.2025-ci ildən ##.##.2026-cı il tarixədək sığortalanmış “Krone” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh X10 tərəfindən ##.##.2025-ci il tarixdə, saat təxminən 23:30 radələrində Bakı şəhəri 20 yanvar yolunda idarə edilərkən sonuncunun ehtiyyatsızlığından yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “X3 LC200” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. X10 TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən manevretmə qaydasını pozmaqda və hadisə yerindən yayınmaqda təqsirli bilinmiş, Azəbraycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir.

39. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Tərəflər arasında yaranmış münasibətlər sığorta müqaviləsi üzrə, hazırki mübahisə isə subroqasiya hüququ üzrə yaranmışdır.

41. Hazırkı halda subroqasiya qaydasında verilən iddia tələbinin maddi hüquqi əsasını “Icbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsi təşkil edir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

43. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun heç bir qəza törətməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 ##.##.2025-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri 20 yanvar yolunda “Krone SDP 27 X6 markalı, ** ZB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətdiyindən və hadisə yerindən yayındığına görə Azəbraycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ümumi təmir xərcinin cəmi 500 manatdan artıq ola bilməməsi, qeyd etdiyi halların xüsusi biliyə malik olan mütəxəssis tərəfindən araşdırılmalı olması, bu məqsədlə ekspertiza təyin edilərək rəy alınmalı olmasına dair dəlillərinə münasibətdə qeyd edır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

45. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır. Iş materiallarından iş üzrə ekspertizanın təyin edilməsi zərurəti müəyyən edilməsə də, iddiaçı tərəfindən məhkəməyə sığorta ödənişinin həyata keçirildiyi nəqliyyat vasitəsinin hadisə nəticəsində zədələnməsinə dair lazımi qaydada təsdiq edilmiş qüsur aktı təqdim edilmədiyindən, belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli “Qüsur aktı” imzalanmadığından və həmin aktı tərtib edən təşkilatın möhürü ilə təsdiq edilmədiyindən məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli e-*(*-**)-***/**** nömrəli qərardadı ilə iş üzrə qiymətləndirici-ekspert dəvət edilmiş, qiymətləndirmə qiymətləndirici təşkilat “xxxx” MMC-yə həvalə edilmiş, həmin qərardadın icrası üzrə “xxxx” MMC-nin verdiyi ## #### 2026-cı il tarixli AS **-***/** nömrəli mütəxəssis iş materiallarına əlavə edilmişdir.

46. Apellyasiya icraatı zamanı təyin edilmiş “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli AS **-***/** nömrəli mütəxəssis rəyinə görə ##.##.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar zədələnmiş “X3 LC200” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmirinə (ehtiyat hissələrinin dəyəri və təmir xərci) tələb olunan məbləq yuvarlaq olaraq 2540 manat təşkil edir.

47. Məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli e-*(*-**)-***/**** nömrəli qərardadının icrası üzrə alınmış “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli AS **-***/** nömrəli mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, mütəxəssisin rəyi yazılı sübutlardan biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında verilmiş həmin mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “X3 LC200” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmirinə (ehtiyat hissələrinin dəyəri və təmir xərci) tələb olunan məbləğin müəyyən edilməsində məhz “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli AS **-***/** nömrəli mütəxəssis rəyinə istinad edilməli və ziyanın müəyyən edilməsində həmin rəylə müəyyən edilmiş 2540 manat məbləğ əsas götürülməlidir.

49. Birinci instansiya məhkəməsi iddiaçıya dəymiş ziyanın müəyyən edilməsində hər hansı bir mütəxəssis və yaxud ekspertiza tədqiqatına istinad etmədiyindən, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş müstəqil qiymətləndiricinin rəyi ilə dəymiş ziyanın müəyyən edilməsi üzrə əsaslandırma aparıldığından məhkəmə kollegiyası dəymiş ziyanlığın müəyyən edilməsində “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli AS **-***/** nömrəli mütəxəssis rəyinə istinad edilməsini doğru hesab edir.

50. Beləliklə məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hər hansı bir əsasın olmadığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətində qeyd etdiyi tələbi ilə razılaşmır.

51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli 2590 manat pulun məbləğinə münasibətdə dəyişdirilməli, cavabdeh Cavabdeh iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan sığorta ödənişinin məbləği 2540 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Işdə olan iddiaçı İddiaçı ASC-nin ## #### 2026-cı il tarixli ödəniş tapşırığından həmin təşkilat tərəfindən müstəqil qiymətləndirici “xxxx” MMC-nin apardığı tədqiqatın dəyəri olan 300 manatın ödənilməsi müəyyən edildiyindən və həmin məbləğ iddiaçı təşkilat tərəfindən cavabdehdən tələb edildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müstəqil qiymətləndirici “xxxx” MMC-nə ödənilmiş 300 manat xidmət haqqı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

53. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

54. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

55. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli 2590 manat pulun məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan sığorta ödənişinin məbləği 2540 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müstəqil qiymətləndirici “xxxx” MMCnə ödənilmiş 300 manat xidmət haqqı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar