Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-489/2026 13.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş zərər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş zərər” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş zərər” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin əvəzi olaraq hesablanmış 8000 manat məbləğində pul vəsaitinin, iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin əvəzi olaraq hesablanmış 8000 manat məbləğində pul vəsaitinin, iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, 240 manat qaz sərfiyyatı üçün ödənilmiş pulun və 37 manat işıq sərfiyyatı üçün ödənilmiş pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin əvəzi olaraq mütəxəssis rəyinə uyğun olaraq hesablanmış 7742.1 manat məbləğində pul vəsaitinin, mütəxəssis xərci üçün iddiaçı tərəfindən ödənilmiş 300 manat xidmət haqqının, dövlət rüsumu olaraq ödənilmiş 107 manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, cavabdeh tərəfindən istifadə etdiyi qaz sərfiyyatına görə hesablanmış 240 manat, işıq üçün 32 manat və su üçün hesablanmış 19 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- ****/**** saylı ##.##.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan Balakən şəhəri, Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 6500 manat kompensasiya ödənilməklə xitam verilməsi və həmin evdən çıxarılması qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsi icra edilməsi üçün Balakən rayon Icra şöbəsinə göndərilmişdir. Balakən rayon Icra və Probasiya şöbəsi tərəfindən məhkəmə qərarı ##.##.2025-ci il tarixdə icra edilmişdir. Balakən rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsi icra edilməsi üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməkdaşları tərəfindən fərdi yaşayış evinə gələrək baxış keçirildikdə evin cavabdeh tərəfindən boşaldılması müşahidə edilmişdir. Lakin evə daxil olduqda evin 1-ci mərtəbəsinin hər iki qoşa qapıları, 2-ci mərtəbənin giriş qapısı, pəncərələri, sanitar qovşağın giriş qapısı, həyətdə hündürlüyü 2 metr, uzunluğu 4 metr olan dəmir darvaza cavabdeh tərəfindən götürülmüş, evin 1 otağının döşəmə (taxta pol və pərdi) kəsilərək tamamilə otaq yararsız vəziyyətə salınmışdır. Mülki iş materialına əlavə edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh ona maddi zərər vurmuşdur. Bunun üçün ona dəymiş maddi zərər cavabdehdən alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Dəymiş zərərin müəyyən edilməsinə dair mütəxəssis rəyini məhkəmə hazırlıq iclasına qədər məhkəməyə təqdim edəcək. Mülki iş materialına fərdi yaşayış evinin fotoşəkilləri əlavə edilir. Həmin fotoşəkillərdən də görünür ki, cavabdeh ona maddi zərər vurmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş maddi zərəri təqribən 8000 AZN məbləğində dəyərləndirir. Çünki qapıların alınması, 1 otağın döşəmə sisteminin tamamilə yararsız vəziyyət salınması və otağın əvvəlki vəziyyətinə bərpa olunması üçün çəkilmiş xərclər təqribən 8000 manat məbləğindədir. Iddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, Balakən rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin əvəzi olaraq hesablanmış 8000 manat məbləğində pul vəsaitinin, iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, 240 manat qaz sərfiyyatı üçün ödənilmiş pulun və 37 manat işıq sərfiyyatı üçün ödənilmiş pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş üzrə mütəxəsis rəyi verilmiş, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan fərdi yaşayış evinə dəymiş zərər 7742.1 AZN təşkil edir. Bundan əlavə mütəxəssis xərci üçün iddiaçı tərəfindən 300 manat xidmət haqqı ödənilmişdir. Bundan əlavə ev uzun illər cavabdehin qanunsuz istifadəsində olmuş, Kommunal xidmətlərdən istifadə etməklə kommunal borclar yaranmışdır.
3. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Arifə Cəfərova) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin əvəzi 6296.60 manat pul, ödənilmiş dövlət rüsumunun 82.97 manatı və 300 manat vəkilin hüquqi yardımı üçün xidmət haqqı tutularaq iddiaçı Həsənova Qərənfil Hüseyn qızına ödənilməsi, mütəxəssisin xidmət haqqı 300 manatın 250 manatı cavabdeh Cavabdeh, 50 manatı iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ((VÖEN: **********, Hesab N AZN: AZ68IBAZ35090019447981193205, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWIFT: IBAZAZ2X) ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401013046405-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən 0.1134 ha torpaq və 60.60 m2 fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 6500 manat kompensasiya ödənilməklə xitam verilməli və o həmin evdən çıxarılmalıdır. ## #### 2025-ci il tarixli Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəisi nümayəndə1 tərəfindən tərtib olunan aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- ****/**** nömrəli, ##.##.2016-cı il tarixli icra sənədi üzrə borclu Cavabdeh tələbkar İddiaçı mülkiyyətində olan Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 6500 manat kompensasiya ödənilməklə xitam verilməlidir və o həmin evdən çıxarılmalıdır. ## #### 2025-ci il tarixdə yuxarıda göstərilən ünvanda olmuşlar, qapı mütəxəssis tərəfindən kamera ilə videoçəkiliş ilə açıldı. Yaşayış evinə daxil oldular, evdəki hər hansı əşya aşkar olunmadı. Evin divarları və pəncərələri müşahidə olundu. Borclu Cavabdeh evdə yox idi. Fərdi yaşayış evi tələbkar Həsənova Qərənfil Hüseyn qızına təhvil verildi. Iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəisi nümayəndə1 tərəfindən icra tədbiri həyata keçirilən zaman qeydə alınmış videogörüntüdən görünür ki, ## #### 2025-ci il tarixdə Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinin qapısı mütəxəssis tərəfindən açılmış, evin arxa hissəsində yol qapısının, pilləkən məhəccərlərinin olmadığı, evin 2-ci mərtəbəsindəki 3 otağın divarlarına iddiaçıya ünvanlanmış yazılar yazıldığı, işıq xətlərinə ziyan yetirildiyi, digər 1 otağın isə döşəməsinin kəsildiyi və həmin otağın taxta qapısı çıxarıldığı müəyyən edilmiş, fərdi yaşayış evi tələbkar Həsənova Qərənfil Hüseyn qızına təhvil verilmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli 2(102)- ****/**** saylı qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC tərəfindən verilən ## ###### 2025-ci il tarixli ƏEM/D 04- ***/** nömrəli rəydən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60.60 kv.m-dən ibarət fərdi yaşayış evinə dəymiş zərərin (hər bir əşyanın qiyməti ayrı-ayrılıqda göstərilməklə) və dəymiş zərərin yenidən bərpası üçün usta xərclərinin ## ###### 2025-ci il tarixinə dəyəri 7742,10 manat təşkil edir. Mütəxəssisin xidmət haqqı 300 manat təşkil edir. Cavabdeh məxsus abonent saldosundan görünür ki, qaz sərfiyyatına görə 240.56 manat borc hesablanmışdır. Ayşə Novruzova adlı abonent kartından görünür ki, su sərfiyyatına görə 19 manat borc hesablanmışdır. X2 məxsus “xxxx” ASC abunə haqqında çıxarışdan görünür ki, işıq sərfiyyatına görə 32.82 manat borc hesablanmışdır. EM-****VK-*****/** nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən məhkəmənin icraatında olan *(***)-***/**** saylı mülki iş üzrə iddiaçı İddiaçı hüquqlarının məhkəmədə müdafiəsi üçün xidmət haqqı 300 manat müəyyən edilmişdir. ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 107 manat dövlət rüsumu ödəmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh Balakən şəhəri, Ağamalıoğlu küçəsi,ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin əvəzi olaraq hesablanmış 8000 manat məbləğində pul vəsaitinin, iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, 240 manat qaz sərfiyyatı üçün ödənilmiş pulun və 37 manat işıq sərfiyyatı üçün ödənilmiş pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin əvəzi 6296.60 manat pul, ödənilmiş dövlət rüsumunun 82.97 manatı və 300 manat vəkilin hüquqi yardımı üçün xidmət haqqı tutularaq iddiaçı İddiaçın a ödənilməsi, mütəxəssisin xidmət haqqı 300 manatın 250 manatı cavabdeh Cavabdeh, 50 manatı iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Işin halları ilə bağlı qeyd etmək istəyir ki, ünvan 1 ünvanında yerləşən 0.1134 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. O, Cavabdeh 1983-cü ildən mübahisələndirilən evdə yaşayır. İddiaçı Cavabdeh qardaşı arvadı olmuşdur.Balakən Rayon Məhkəməsinin*(***)-****/**** saylı ## ###### 2016-cı il tarixli qətnaməsi Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 6500 (altı min beş yüz) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Balakən rayon Icra və Probasiya Şöbəsinə göndərilmişdir. Icra sənədi səkkiz il icrasız qalmış, bu səbəbdən də Cavabdeh həmin evdə yenidənqurma işləri aparmışdır. Belə ki, 2021-2022-ci illərdə İddiaçı mülkiyyətində olan Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evində evin daxilində təmir-tikinti işləri aparılmış, 2-ci mərtəbədə açıq eyvanda mətbəx və hamam tikilmiş, mətbəx və hamamın içərisi tam təmir edilmiş, qapılar yerləşdirilmiş, su və qaz xətti çəkilmiş, lazımi aksessuarlar qoyulmuş, həyətdə yeni kanalizasiya quyusu tikilmişdir. Qeyd olunan işlərin aparılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 4000 (dörd min) manat olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirir ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinə çəkilmiş 4000 (dörd min) manat yaxşılaşdırma xərcinin, eyni zamanda Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 6500 manat ödənilməli kompensasiya məbləğinin indeksasiya edilməklə indeksasiya edilmiş məbləğin və 60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iş hazırda Balakən Rayon Məhkəməsinin icraatındadır. Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2016-cı il tarixli qətnaməsi Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 6500 (altı min beş yüz) manat kompensasiya ödənilməklə xitam verilməsinə dair icra işi ##.##.2025-ci il tarixə təyin edilmiş, həmin tarixdə Balakən rayon Icra və Probasiya Şöbəsinin rəisi nümayəndə1 təzyiqləri nəticəsində borclu Cavabdeh həmin evdən çıxarılmış, ev tələbkar İddiaçı təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Lakin tələbin digər hissəsi olan 6500 manat kompensasiya məbləğinin Cavabdeh təqdim edilməsi təmin edilməmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək,Balakən rayon Icra və Probasiya şöbəsinin depozit hesabında Cavabdeh məxsus olan 6500 manat pul vəsaitinin Cavabdeh verilməsinin qadağan olunmasının Balakən rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi və yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvə alanadək 6500 manat pul vəsaitinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-**(***)-*/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, Balakən rayon Icra və Probasiya şöbəsinin depozit hesabında Cavabdeh məxsus olan 6500 manat pul vəsaitinin Cavabdeh verilməsinin qadağan olunması Balakən rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi və e-2(019)- ***/**** saylı mülki iş üzrə yekun məhkəmə qərarı çıxarılana qədər 6500 manat pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət vermiş və Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-**(***)-*/**** saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmişdir. İddiaçı hazırki iddia ərizəsində Balakən rayon Icra və Probasiya şöbəsi tərəfindən məhkəmə qərarı ##.##.2025-ci il tarixdə icra edilmişdir. Balakən rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsi icra edilməsi üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməkdaşları tərəfindən fərdi yaşayış evinə gələrək baxış keçirildikdə evin cavabdeh tərəfindən boşaldılması müşahidə edilmişdir. Lakin evə daxil olduqda evin 1-ci mərtəbəsinin hər iki qoşa qapıları, 2-ci mərtəbənin giriş qapısı, pəncərələri, sanitar qovşağın giriş qapısı, həyətdə hündürlüyü 2 metr, uzunluğu 4 metr olan dəmir darvaza cavabdeh tərəfindən götürülmüş, evin 1 otağının döşəmə (taxta pol və pərdi) kəsilərək tamamilə otaq yararsız vəziyyətə salınmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərininəzərə alaraq iddianı 6296.60 manat pul, ödənilmiş dövlət rüsumunun 82.97 manatı və 300 manat vəkilin hüquqi yardımı üçün xidmət haqqı, Mütəxəssisinxidmət haqqı 300 manatın 250 manatı cavabdeh Cavabdeh tutulmasına münasibətdə düzgün olmayaraq təmin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən müəyyən etmişdir ki, cavabdeh Cavabdeh ##.##.2025-ci ilədək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin ev iddiaçı İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ## ###### 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 6500 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması qət edilmişdir. ## #### 2025-ci il tarixdə Balakən Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2016-cı il tarixli icra sənədi üzrə keçirilən icra tədbiri zamanı göstərilən ünvanda yol qapısı mütəxəssis tərəfindən açılmış, fərdi yaşayış evi İddiaçı təhvil verilmişdi. Fərdi yaşayış evi iddiaçıya təhvil verilərkən müəyyən edilmişdir ki, evin arxa hissəsindəki dəmir yol qapısı, pilləkən məhəccərləri cavabdeh tərəfindən çıxarılmış, evin 2-ci mərtəbəsindəki 3 otağın divarlarına cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yazılar yazılmış, işıq xətlərinə ziyan yetirilmiş, digər 1 otağın isə döşəməsi kəsilmiş və həmin otağın taxta qapısı çıxarılmışdır . Iddiaçı əmlakın mülkiyyətçisi kimi ona dəymiş ziyanı tələb etmək hüququna malikdir. Cavabdehin nümayəndəsi evin arxa hissəsində dəmir yol qapısının olmasını inkar etməmiş, lakin cavabdeh tərəfindən çıxarılıb aparılmasını qəbul etməmişdir, lakin icra tədbiri zamanı qeydə alınmış videogörüntüdən və fotoşəkildən görünür ki, dəmir qapı çərçivəsi yerində olmasına baxmayaraq qapının özü yoxdur. Cavabdeh tərəf 1 otağın döşəməsinin və taxta qapısının heç vaxt olmadığını bildirsə də, iş materiallarında olan fotoşəkillərdən görünür ki, həmin otağın tavanında lampa var, otağın alt hissəsində zirzəmidə taxta kəsikləri mövcuddur, otağın giriş hissəsinin kənarlarında qapı çərçivələri var. Həmçin cavabdeh əvvəllər 15000 manat evə çəkdiyi xərclərlə bağlı məhkəmədə iddia qaldırmış, həmin iddia ərizəsində evin 4 otaqdan ibarət olmasını, tam təmir olunduğunu qeyd etmişdir. Göründüyü kimi qeyd edilən otağın döşəməsi və taxta qapısı olmuşdur. Həmçinin otağın döşəməsi olmadan ev tikilməsi ağlabatan olmamaqla, döşəməsiz və qapısız otağı olan evdə cavabdehin uzun illər yaşaması təhlükəli olduğundan inandırıcı deyildir. Bundan başqa cavabdeh tərəf evdən çıxarkən pilləkən məhəccərlərini çıxarıb apardığını qəbul etmiş, onu özünün aldığını bildirsə də, bu dəlili öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin əvvəllər 15000 manat evə çəkdiyi xərclərlə bağlı iddiası üzrə verilmiş ekpert rəyinə əlavə edilmiş fotoşəkildən görünür ki, fərdi yaşayış evinin 1-ci mərtəbəsində pilləkən məhəccərləri var. Həmin mübahisə üzrə Şəki Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qətnaməsinəəsasən onun bu tələbi rədd edilmişdir. Göründüyü kimi pilləkən məhəccərləri həqiqətən mövcud olmuş və cavabdeh tərəfindən alınmamışdır. Məhkəmə iddiaçının zirzəmi və evin üst mərtəbəsindəki pəncərələrə dəymiş ziyan tələbini əsassız hesab edərək qeyd edir ki, pəncərələrə ziyan dəyməsi öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçı mütəxəssis rəyində qeyd edilmiş giriş barının nədən ibarət olmasını aydınlaşdıra bilməmişdir. Mütəxəssis rəyində göstərilən cari və gözlənilməz xərclər qeyri müəyyən olduğundan və əsaslandırılmadığından məhkəmə həmin hissədə rəylə razılaşmır. Beləliklə, mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin dəyəri 7742,10 manat təşkil etmiş, bu məbləğdən pəncərələrin dəyəri 690 manat və 380 manat, girişdə barının məbləği 150 manat və cari və gözlənilməz xərclərin məbləği 225.50 manat çıxılmaqla qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı cavabdehin evdə yaşadığı müddətdə yaranmış işıq, qaz və su borcunun tutulub ona ödənilməsini tələb etmiş, lakin istehlakçı kimi iddiaçı qeydiyyata alınmamış, o cümlədən həmin borc cavabdehin əvəzinə iddiaçı tərəfindən ödənilməmiş, odur ki, işıq, qaz və su borcunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmək hüququ olmadığından iddiaçının tələbi bu hissədə təmin edilməməlidir. Iş materiallarından iddiaçının izahatından məlum olur ki, cavabdeh Cavabdeh 1983-cü ildən ##.##.2025-ci ilədək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin ev iddiaçı İddiaçıadına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-2307/2016saylı ## ###### 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olanBalakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 6500 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması qət edilmişdir. ## #### 2025-ci il tarixdə Balakən Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli icra sənədi üzrə keçirilən icra tədbiri zamanı göstərilən ünvanda yol qapısı mütəxəssis tərəfindən açılmış, fərdi yaşayış evi İddiaçı təhvil verilmişdir.Əgər yol qapısı mütəxəssis tərəfindən açıldığı halda, Cavabdeh yol qapısını çıxardaraq aparması heç bir halda inandırıcı ola bilməz. Çünki yol qapısı yerində olmadığı halda, əmlaka mütəxəssis olmadan da rahatlıqla daxil olmaq mümkündür. Bu da onu göstərir ki, məhkəmə iddianı yol qapısına münasibətdə əsassız olaraq təmin etmişdir. Bundan əlavə fərdi yaşayış evi iddiaçıya təhvil verilərkən müəyyən edilmişdir ki, pilləkən məhəccərləri cavabdeh tərəfindən çıxarılmış, evin 2-ci mərtəbəsindəki 3 otağın divarlarına cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yazılar yazılmış, işıq xətlərinə ziyan yetirilmiş, digər 1 otağın isə döşəməsi kəsilmiş və həmin otağın taxta qapısı çıxarılmışdır. Işin bu halları ilə bağlı qeyd edir ki, evin pilləkən məhəccərləri cavabdeh tərəfindən çıxarılmışdır, çünki həmin mühəccərlər cavabdeh tərəfindən ora yerləşdirilmişdir. Nəzərə alsaq ki, cavabdeh 1983-cü il tarixdən ##.##.2025-ci il tarixədək orada fasiləsiz yaşamış, iddiaçı isə bu müddət ərzində orada yaşamamış, əmlaka mülkiyyət hüququnu vərən bağışlama müqaviləsi əsasında əldə etmişdir. Buna görə də iddia tələbi bu hissədə də əsassızdır. Işin digər bir halı ilə bağlı qeyd edir ki, evin 2-ci mərtəbəsindəki 3 otağın divarlarına cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yazılar yazılması, işıq xətlərinə ziyan yetirilməsi də əsassızdır. Belə ki, evin 2-ci mərtəbəsindəki 3 otağın divarlarına cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış qələmlə yazılar yazılması evin həmin mənzillərinin yararsız hala gətirilməsi demək deyildir. Eyni zamanda məhkəmə iclasında bununla bağlı icra məmuruna sual verilərkən o da qeyd etdi ki, evin üç otağı yaşamaq üçün yararlı vəziyyətdə idi. Həmçinin işıq xətlərinə hər hansı zərərin yetirilməsi də iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə evin bir otağının döşəməsinin kəsilməsi və həmin otağın taxta qapısının çıxarılması ilə bağlı qeyd edir ki, evin heç bir otağının döşəməsi kəsilməmişdir. Iddiaçının iddia etdiyi həmin otaq isə ümumiyyətlə təmirsiz bir otaq olmuşdur. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdə də həmin otağın təmirsiz olduğu və yaşayış üçün heç vaxt yararlı olmadığı müəyyən edilir. Həmin otağın bir qapısı isə cavabdeh tərəfindən qoyulduğu üçün onun tərəfindən aparılmışdır. Məhkəmə tərəfindən evə baxış keçirilməsi ilə bağlı vəsatət verilmiş, vəsatət təmin edilmiş, lakin məhkəmə tərəfindən evə baxış keçirilməsi təmin edilməmişdir. Çünki işdə olan mütəxəssis rəyi işin həqiqi hallarına uyğun deyil. Iddiaçı iddia ərizəsində iddia etdiyi əmlakların siyahısı ilə mütəxəssis rəyində göstərilənlər bir biri ilə uzlaşmır. Eyni zamanda məhkəmə iclasında iddiaçı özü də etiraf etdi ki, cavabdehin evdə yaşadığı vaxtdan bu tərəfə evi təmir etdirməmişdir. Cavabdeh orada sonradan yenidənqurma işləri aparmış, evə giriş qapısı yerləşdirmiş, evə mətbəx, hamam, tualet tikmişdir. Belə olan halda birinci instansiya məhkəməsi işin bu hallarına düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, 1091-1092-ci, 1096-1097-ci maddələrinin tələblərini pozmaqla iddianı həmin hissədə təmin etmişdir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar ## ### 2006-cı il tarixli Qərarı) Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 80, 81 və 88-ci maddələri). Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Buna görə də hesab edirlər ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması, tətbiq edilməli olan hüquq normasını tətbiq etməməsi və sübutlara düzgün hüquqi qiymət verməməsi nəticəsində bu pozuntu düzgün qətnamə qəbul olunmaması ilə nəticələnmişdir. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir.
8. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın təmin edilmiş hissəsində-cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin əvəzi 6296.60 manat pul, ödənilmiş dövlət rüsumunun 82.97 manatı və 300 manat vəkilin hüquqi yardımı üçün xidmət haqqı tutularaq iddiaçı İddiaçı ödənilməsi, mütəxəssisin xidmət haqqı 300 manatın 250 manatı cavabdeh Cavabdeh, 50 manatı iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi hissəsində rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə3 Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ##.##.2025-ci ilədək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin ev iddiaçı İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan Balakən şəhəri Ağamalıoğlu küçəsi * saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 6500 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması qət edilmişdir. ## #### 2025-ci il tarixdə Balakən Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli icra sənədi üzrə keçirilən icra tədbiri zamanı göstərilən ünvanda yol qapısı mütəxəssis tərəfindən açılmış, fərdi yaşayış evi Həsənova Qərənfil Hüseyn qızına təhvil verilmişdi. Fərdi yaşayış evi iddiaçıya təhvil verilərkən müəyyən edilmişdir ki, evin arxa hissəsindəki dəmir yol qapısı, pilləkən məhəccərləri cavabdeh tərəfindən çıxarılmış, evin 2-ci mərtəbəsindəki 3 otağın divarlarına cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yazılar yazılmış, işıq xətlərinə ziyan yetirilmiş, digər 1 otağın isə döşəməsi kəsilmiş və həmin otağın taxta qapısı çıxarılmışdır. Iddiaçı əmlakın mülkiyyətçisi kimi ona dəymiş ziyanı tələb etmək hüququna malikdir. Cavabdehin nümayəndəsi evin arxa hissəsində dəmir yol qapısının olmasını inkar etməmiş, lakin cavabdeh tərəfindən çıxarılıb aparılmasını qəbul etməmişdir, lakin icra tədbiri zamanı qeydə alınmış videogörüntüdən və fotoşəkildən görünür ki, dəmir qapı çərçivəsi yerində olmasına baxmayaraq qapının özü yoxdur. Cavabdeh tərəf 1 otağın döşəməsinin və taxta qapısının heç vaxt olmadığını bildirsə də, iş materiallarında olan fotoşəkillərdən görünür ki, həmin otağın tavanında lampa var, otağın alt hissəsində zirzəmidə taxta kəsikləri mövcuddur, otağın giriş hissəsinin kənarlarında qapı çərçivələri var. Həmçin cavabdeh əvvəllər 15000 manat evə çəkdiyi xərclərlə bağlı məhkəmədə iddia qaldırmış, həmin iddia ərizəsində evin 4 otaqdan ibarət olmasını, tam təmir olunduğunu qeyd etmişdir. Göründüyü kimi qeyd edilən otağın döşəməsi və taxta qapısı olmuşdur. Həmçinin otağın döşəməsi olmadan ev tikilməsi ağlabatan olmamaqla, döşəməsiz və qapısız otağı olan evdə cavabdehin uzun illər yaşaması təhlükəli olduğundan inandırıcı deyildir. Bundan başqa cavabdeh tərəf evdən çıxarkən pilləkən məhəccərlərini çıxarıb apardığını qəbul etmiş, onu özünün aldığını bildirsə də, bu dəlili öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin əvvəllər 15000 manat evə çəkdiyi xərclərlə bağlı iddiası üzrə verilmiş ekpert rəyinə əlavə edilmiş fotoşəkildən görünür ki, fərdi yaşayış evinin 1-ci mərtəbəsində pilləkən məhəccərləri var. Həmin mübahisə üzrə Şəki Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən onun bu tələbi rədd edilmişdir. Göründüyü kimi pilləkən məhəccərləri həqiqətən mövcud olmuş və cavabdeh tərəfindən alınmamışdır. Məhkəmə iddiaçının zirzəmi və evin üst mərtəbəsindəki pəncərələrə dəymiş ziyan tələbini əsassız hesab edərək qeyd etmişdir ki, pəncərələrə ziyan dəyməsi öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçı mütəxəssis rəyində qeyd edilmiş giriş barının nədən ibarət olmasını aydınlaşdıra bilməmişdir. Mütəxəssis rəyində göstərilən cari və gözlənilməz xərclər qeyrimüəyyən olduğundan və əsaslandırılmadığından məhkəmə həmin hissədə rəylə razılaşmır. Beləliklə, mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin dəyəri 7742,10 manat təşkil etmiş, bu məbləğdən pəncərələrin dəyəri 690 manat və 380 manat, girişdə barının məbləği 150 manat və cari və gözlənilməz xərclərin məbləği 225.50 manat çıxılmaqla qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Bundan başqa iddiaçı cavabdehin evdə yaşadığı müddətdə yaranmış işıq, qaz və su borcunun tutulub ona ödənilməsini tələb etmiş, lakin istehlakçı kimi iddiaçı qeydiyyata alınmamış, o cümlədən həmin borc cavabdehin əvəzinə iddiaçı tərəfindən ödənilməmiş, odur ki, işıq, qaz və su borcunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmək hüququ olmadığından iddiaçının tələbi bu hissədə təmin edilməməlidir. Bundan əlavə iddiaçı mütəxəssis xərci üçün 300 manat xidmət haqqının ona ödənilməsini tələb etmiş, lakin həmin məbləğ iddiaçı tərəfindən ödənilməmişdir. Buna görə də mütəxəssisin xidmət haqqı 300 manatın 250 manatı cavabdeh Cavabdeh, 50 manatı iddiaçı İddiaçı tutularaq xxxx MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin əvəzi 6296.60 manat pul, ödənilmiş dövlət rüsumunun 82.97 manatı və 300 manat vəkilin hüquqi yardımı üçün xidmət haqqı tutularaq iddiaçı İddiaçı ödənilməli, mütəxəssisin xidmət haqqı 300 manatın 250 manatı cavabdeh Cavabdeh, 50 manatı iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
25. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.