Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-503/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qızına qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı2 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 1157 manat dəymiş ziyan və ödənilmiş 32 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1189 manat pulun alınıb onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə, mülki iş üzrə icraatın Şəki İnzibati Məhkəməsin icraatında olan *-*(***)***/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı iddiaçı1 şikаyət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, o və anası iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 1157 manat dəymiş ziyan və ödənilmiş 32 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1189 manat pulun alınıb bizə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər və hazırda e-*(*-***)-***/**** saylı mülki iş məhkəmənin icraatındadır. Məhkəmənin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə e-*(*-***)-***/**** nömrəli mülki iş üzrə icraat Şəki İnzibati Məhkəməsin icraatında olan *-*(***)***/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh1 cavabdeh “xxxx” publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda iddiaçıların tələb etdiyi 1157 manat dəymiş ziyan məbləği tərəflər arasında olan mübahisəli 0.05 hektar torpaq sahəsində inşa edilmiş dəmir hasarla bağlıdır. Hazırda mübahisəli 0.05 hektar torpaq sahəsinin mülkiyyətçisi müəyyən deyildir. cavabdeh1 cavabdeh “xxxx” publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir və hazırda həmin mülki iş sözügedən məhkəmənin icraatındadır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçıların tələbi mübahisəli 0.05 hektar torpaq sahəsində inşa edilmiş dəmir hasara dəymiş ziyanla bağlı olduğundan Şəki İnzibati Məhkəməsin icraatında olan 2- *(***)***/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər hazırki işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də prosessual hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəki İnzibati Məhkəməsin *-*(***)-***/**** nömrəli işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmalıdır. O, məhkəmənin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)- ***/**** nömrəli işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardadını əsassız hesab edir. Hesab edir ki, məhkəmənin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı iş üzrə icraatın dayandırılması barədə qərardadı ləğv edilməli, həmin mülki iş üzrə işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Belə ki, məhkəmənin icraatında olan e-*(*- ***)-***/**** saylı mülki işin Şəki İnzibati Məhkəməsinin icraatında olan 2- *(***)-***/**** nömrəli işlə əlaqəsi yoxdur. Çünki məhkəmənin icraatında olan e-*(*-***)-***/**** saylı mülki iş üzrə mübahisə predmeti cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən mülkiyyətlərində olan torpaq sahəsi ətrafına basdırılmış dirəklərin üzərinə çəkilmiş dəmir toru, 9 (doqquz) ədəd dəmir dam örtüyü, oradan keçən kamera kabeli müxtəlif tikinti materiallarını yararsız vəziyyətə salmaları nəticəsində bizə vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlıdır. Şəki İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-***/**** nömrəli iş üzrə mübahisə predmeti isə cavabdeh1 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin xxxx” publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsi üzərinə qoyulması tələbi ilə bağlıdır. cavabdeh1 ona və anası iddiaçı2 qarşı İsmayıllı rayon Lahıc qəsəbəsində güya ona məxsus olan ümumi sahəsi 0.05 ha olan torpaq sahəsində tikilmiş tikililərin sökülərək ərazidən daşınmasını və həmin torpaq sahəsinin ona təhfil verilməsi barədə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. cavabdeh1 İsmayıllı Rayon Məhkəməsinə müraciət etdikdən sonra məhkəmə iddia ərizəsini e-2(037)-1550/2025 nömrə ilə qeydə alaraq müəyyən araşdırmalar aparmışdır. cavabdeh1 “xxxx” publik hüquqi şəxsin 9saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** nömrəli mülki işin Şəki İnzibati məhkəməsi tərəfindən iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək icraatın dayandırılması barədə ##.##.2026-ci il tarixli qərardad qəbul etmişdi. Qeyd etmək istəyir ki, cavabdehlərlə aralarında mübahisəli olan 0.05 ha torpaq sahəsinin cavabdehlərə məxsus olduğunu həmin torpaq sahəsini qeyri-qanuni zəbt etdiklərini, güya həmin ərazini öz torpaqlarına birləşdirdiklərini və qeyri qanuni tikililər tikdirdiklərini iddia edərək onlara məxsus əmlaklarına qəsdən qanunazidd hərəkətlər edərək zərər vurmağa başlamışdılar. Belə ki, həmin ərazidə basdırılmış dirəklərin üzərinə çəkilmiş dəmir toru, 9 (doqquz) ədəd dəmir dam örtüyü, oradan keçən kamera kabeli müxtəlif tikinti materialları yararsız vəziyyətə salınmışdır. (video və fotoşəkillər) əlavə edilir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ümumilikdə 1157 manat məbləğində maddi ziyan dəymişdir və tikinti materialları yararsız vəziyyətə salınmışdır. O, məhkəmə iclasında məhkəməyə təqdim etdiyi CD disketə baxış keçirilməsini və İsmayıllı Rayon Məhkəməsinin icraatında olan e-2(5- ***)-***/**** saylı mülki işin Şəki İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-***/**** nömrəli işlə əlaqəsinin olmadığını və iş üzrə icraatın dayandırılmadan davam etdirilməsini xahiş etsə də, məhkəmə onun xahişini nəzərə almamış və qəbul etdiyi ## ### 2026-cı il tarixli, e-2(5-132)- ***/**** saylı qərardadı ilə iş üzrə icraatı dayandırmışdır. Hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı əsassız olaraq qəbul edildiyindən ləğv edilməli və işə mahiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsində baxılması davam etdirilməlidir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadını ləğv edərək işə mahiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsində baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırda iddiaçıların tələb etdiyi 1157 manat dəymiş ziyan məbləği tərəflər arasında olan mübahisəli 0.05 hektar torpaq sahəsində inşa edilmiş dəmir hasarla bağlıdır. Hazırda mübahisəli 0.05 hektar torpaq sahəsinin mülkiyyətçisi müəyyən deyildir. cavabdeh1 cavabdeh “xxxx” publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir və hazırda həmin mülki iş sözügedən məhkəmənin icraatındadır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçıların tələbi mübahisəli 0.05 hektar torpaq sahəsində inşa edilmiş dəmir hasara dəymiş ziyanla bağlı olduğundan Şəki İnzibati Məhkəməsin icraatında olan 2- *(***)***/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər hazırki işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Şəki İnzibati Məhkəməsinin icraatında olan inzibati iş hazırki iş üzrə mübahisəli 0.05 hektar torpaq sahəsinə dair “mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinin icraatında olan tələblər bir-biri ilə əlaqəli tələblərdir. Belə ki, hazırkı iş üzrə iddiaçıların tələb etdiyi maddi ziyan tərəflər arasında olan mübahisəli torpaq sahəsində inşa edilmiş dəmir hasarla bağlıdır və hazırkı iş üzrə cavabdeh cavabdeh1 “xxxx” publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhz həmin torpaq sahəsinə “mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin icraatında olan iddiaçı cavabdeh1 cavabdeh “xxxx” publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaya mahiyyəti üzrə baxılaraq qərar qəbul olunana və həmin qərar qanuni qüvvəsini alana qədər hazırki tələbə baxılması mümkün deyildir. Çünki, iddiaçıların cavabdehlərdən tələb etdiyi maddi ziyan məhz mübahisəli 0.05 hektar torpaq sahəsində inşa edilmiş dəmir hasarla bağlıdır və iddiaçıların dəymiş ziyanla bağlı iddia tələbinin taleyi Şəki İnziabti Məhkəməsinin icraatında olan *-*(***)-***/**** saylı iddia tələbi üzrə qəbul ediləcək qərarın nəticəsindən birbaşa asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: İddiaçı iddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-503/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-503/2026
18.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver