Məhkəmə qərarları › İş №e-2(3-10)-524/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-524/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-524/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmədi, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayev Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhəkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qərardadından cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğluna qarşı pul tələbi barədə iddia qaldıraraq 22000,0 manat məbləğində nağd pul vəsaiti, 1100 manat faiz və 159,3 manat dövlət rüsumu tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlundan 22000 (iyirmi iki min) manat əsas borc, 500 (beş yüz) manat faiz və 157,50 (yüz əlli yeddi manat 50 qəpik) manat dövlət rüsumunun tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu tərəfindən qətnamədən ## #### 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu ##.##.2026-cı il tarixdə yenidən apellyasiya şikayəti vermiş və şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə edərək Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə apelyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu əvvəlki apellyasiya şikayəti geri qaytarıldıqdan sonra Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından şikayət verməmiş və şikayət üçün müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatət qaldırmamışdır. Bununla bağlı qeyd etmək istəyir ki, işdən göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cıil tarixli 2(025)- ****/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə, yəni qərardad çıxarıldığı tarixdən 17 gün sonra elektron kabinetdə yerləşdirilmişdir. Halbuki qanunvericiliyin tələbinə görə qərardad 5 gün müddətində sistemə yerləşdirilməli idi. O, da həmin 5-10 gün ərzində bir neçə dəfə özü bacarmadığı üçün başqa şəxslərin köməkliyi ilə elektron kabinetə baxdıqda qərardadın sistemə yerləşdirilmədiyi məlum olmuşdur. Bundan sonra isə başı öz problemlərinə qarışdığından, eyni zamanda da digər ona kömək edən şəxslərin də işləri olduğundan sistemə baxılması üçün heç kimdən xahiş edə bilməmişdir. Nəhayət ki, ##.##.2026-cı il tarixdə bir də sistemə girərək baxdıqda ##.##.2026-cı il tarixdə qərardadın sistemə yerləşdirildiyini bilmişdir. Həmin gün də müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi qərardad sistemə ##.##.2026-cı il tarixdə yerləşdirilib, o, da 19 gün sonra, yəni ##.##.2026-cı il tarixdə müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Öz növbəsində də məhkəmə ##.##.2026-cı il tarixli qərardadını 5 gün ərzində sistemə yerləşdirməli olduğu halda, ##.##.2026- cı il tarixdə, yəni 17 gün sonra yerləşdirmişdir. Əlbəttə ki, qərardad sistemə qanunvericiliyin tələbinə uyğun olaraq 5 gün müddətində yerləşdirilsəydi, həmin müddətdə də sistemə baxarkən qərardadın sistemə yerləşdirildiyini görsəydi, vaxtında, gecikdirmədən ərizəni məhkəməyə göndərərdi. Göründüyü kimi qanunvericiliyin prosessual tələblərinə birinci instansiya məhkəməsi formal yanaşmış, müvafiq normaları ciddi şəkildə tətbiq etmiş və nəticədə məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(025)- ****/**** saylı qətnaməsinin surəti ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı məktubla tərəflərə göndərilmiş və ##.##.2026cı il tarixdə cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğluna poçt vasitəsilə təqdim edilmişdir. ##.##.2026-cı il tarixdə qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(025)- ****/**** saylı qərardadı ilə qanunla müəyyən edilmiş müddət ötürüldüyündən şikayət geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, e-2(025)- ****/**** saylı qətnaməsindən cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu tərəfindən verilmiş əvvəlki apellyasiya şikayəti geri qaytarıldıqdan sonra cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından (##.##.2026-cı il tarixdə elektron kabinetində yerləşdirilmişdir) şikayət etməmiş və şikayət üçün müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatət qaldırmamışdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlunun apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməli və apellyasiya şikayəti əlavə edilmiş sənədlərə birlikdə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin ## ###### 2007ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402- 421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə kollegiyası şikayətin Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(025)- ****/**** saylı qərardadının ##.##.2026-cı il tarixdə, yəni qərardad çıxarıldığı tarixdən 17 gün sonra elektron kabinetdə yerləşdirilməsi, qərardad sistemə qanunvericiliyin tələbinə uyğun olaraq 5 gün müddətində yerləşdirilsəydi, həmin müddətdə də sistemə baxarkən qərardadın sistemə yerləşdirildiyini görsəydi, vaxtında, gecikdirmədən ərizəni məhkəməyə göndərə biləcəyinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(025)- ****/**** saylı qətnamənin surəti ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı məktubla tərəflərə göndərilmiş və ##.##.2026-cı il tarixdə cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğluna poçt vasitəsilə təqdim edilmişdir, lakin cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu göstərilən qətnamədən apellyasiya şikayətini ## #### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə vermişdir. Kollegiya həmçinin qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin cavabdehin apellyasiya şikayətinin qaytarılmasına dair ## #### 2026-cı il tarixli 2(025)- ****/**** saylı qərardadının cavabdehə gec təqdim olunmasının hazırda baxılan məsələyə heç bir aidiyyatı yoxdur. Belə ki, hazırda baxılan məsələ cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasi şikayətinin verilməsi qanunvericilikdə müəyyən olunmuş müddətin ötürülməsi ilə bağlıdır. Kollegiya sözügedən məsələ ilə bağlı qeyd edir ki, müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamənin şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses ştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, Qəbələ Rayon Məhəkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhəkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Məhəmmədov İlkin Məhəmmədiyyə oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhəkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar